Məhkəmə qərarları › İş №2-1(105)-1318/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1318/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1318/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyamın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən xx.xx.1992-ci il tarixdən sonra xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)1126/2018 tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı aprel 1992-ci ildən oktyabr 1992-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərtkibində döyüş əməliyyatlarına iştirak etməsi və xx.xx.1992-ci ildə aparılan döyüş əməliyyatlarında ximəti vəzifəsini yerinə yetirərkən yaralanması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1400 nömrəli qərarından görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006- cı ii tarixli HP--01/36 nömrəli və Füzuli hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli 17/2938 nömrəli məktublarına əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və 71- 09.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı şəhəri təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol bazu nahiyyəsindən dəlib keçən güllə yarası. Sol budun kor cəlpə varası. Üst çənənin 5ci dişinin sınığı. Üst dodağın. damağın.və WTJfT^qəİDƏ varası'' və xx.xx.1992-ci iıdə MN Mərkəzi HərbiPoliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətiəndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz:” Sol bazunun dəlib keçən və sol budun kor odlu qəlpə yarası. Sol budun yumşaq toxumasının yad cismi” (Azərbaycan Respublikası SHXÇDXnin Füzuli rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 688 nömrəli arayışı, Bakı şəhəri təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 4026 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 447 nömrəli arayışından görünür ki, İddiaçı aprel 1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək AR Silahlı Qüvvələrində xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin may-dekabr 1993- cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin “Əlifba qeydiyyatı” kitablarında, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, müalicəyə göndərilməsi və N №-li hərbi hissənin əsgər heyətinə 1992-ci il tarixli “Pul təminatının ödənilməsi” cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Yanvar 2020-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barəsində müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 17-4/2-24412/2025 nömrəli məktubdan göünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti şəxsin iştirakı olmadan dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 4083003AAC9Y nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, aprel 1992-ci ildən oktyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsində döyüş əməliyyatlarında iştirak etməyini nəzərə alaraq, veteran statusunun verilməsi öhdəliyinin qoyulması qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Aprel 1992-ci ildə səfərbərliklə əlaqədar Füzuli Rayon Hərbi Komissarlından hərbi xidmətə çağırılmışdır. 1992-ci ilin aprel ayından N saylı Hərbi Hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmətə qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində erməni hərbi birləşmələrinin hücumlarının qarşısının alıması ilə bağlı döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci ildə Füzuli rayon Qırmızıbazar kəndi uğrunda aparılan döyüş əməliyyatlarında sol bud nahiyəsindən güllə yarası, sol budun kor qəlbə yarası və üst çənədə 1-5-ci dişlərin tökülməsi və başqa xəsarətlər alaraq Bakı şəhərinə, əvvəl “Dəmiryolu” xəstəxanasına, oradan da “Semaşka” xəstəxanasına aparılaraq əməliyyat olunmuşdur. Uzun müddət hərbi hospitalda müalicə almışdır. 1993-cü idən hərbi xidmətə yaraları ilə əlaqədar yarasız olduğu üçün tərxis edilmişdir. N saylı Hərbi hissə dağıdıldığı üçün iddiaçının hərbi vəsiqəsində döyüş yolu və tərxis olunduğu vaxt qeyd edilməmişdir. Uzun müddət aldığı yaralardan xəstəliyi ilə əlaqədar döyüş keçdiyi vaxtları rəsmiləşdirə bilməmişdir, lakin 2018-ci ildə Füzuli Rayon Məhkəməsinə “Hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi və yaralanmağı faktının müəyyən edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(064)- 1126/2018 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Belə ki, onun aprel 1992-ci ildən oktyabr 1992-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi və xx.xx.1992-ci ildə aparılan döyüş əməliyyatlarında xidməti vəzifəmi yerinə yetirərkən yaralanmağı faktı müəyyən olunmuşdur. Qeyd edilən qətnamə 24 sentyabr 2018-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Komissiyanın 16.05 2025-ci il tarixli 3- 25-14/2-H-7xx-xx/2025 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.1992-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş qətnamədən görmək olar ki, Müdafiə Nazirliyi ora cəlb olunmamışdır. Belə olan halda həmin məhkəmə aktı cavabdeh üçün preyudisial sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər {hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları iiə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yeılı icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Onu da bildirir ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə, yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçının isə hal-hazırda əlil olması barədə sənəd məhkəmə iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci ıl tarixli 383-İQR Qərarın 9-cu bəndinə əsasən: “Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.”. Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı aprel 1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək AR Silahlı Qüvvələrində xidmət keçmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)1126/2018 tarixli qətnaməsi ilə ərizəçi İddiaçı aprel 1992-ci ildən oktyabr 1992-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.1992ci ildə aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, məktuba əsasən, vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 4083003AAC9Y nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı və xəsarət alması faktı təsdiq edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işi yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işin birtərəfli araşdırılması xx.xx.2025-ci il tarixli qərarın “qərara aldı” hissəsində razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” sözlərindən və məhkəmə qərarının 27-ci bəndindən görmək olar. Belə ki, iddiaçının mübahisələndirdiyi münasibətlər 1992-ci ilə (X4) aid olsa da, nədənsə Sumqayıt İnzibati Məhkəməsi 44 günlük Vətən Müharibəsinə aid olan münasibətləri tənzimləyən qanunvericilik aktını, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarını, hazırkı işə tətbiq etmişdir. Bu isə kobud prosessual pozuntusudur və məhkəmə aktının ləğvinə əsasdır. Məhkəmə qərar qəbul edərkən, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini nəzərə almamışdır. Komissiyanın xx.xx.2025-ci il tarixli 3-25-14/2-H-7xx-xx/2025 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona “Müharibə veteram” adının verilməsindən imtina olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş qətnamədən görmək olar ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmin mülki işə cəlb olunmamışdır. Belə olan halda AR MPM-nin 82-ci maddəsinə görə, həmin məhkəmə aktı cavabdeh üçün preyudisial sayıla bilməzdi. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(064)-1126/2018-ci il tarixli qətnaməsində maraqlı tərəf kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi cəlb olunub, həmin qurum qətnaməni mübahisələndirmədiyindən, iddiaçının xidmətdə olduğu dövrdə yaralanması faktına dair məhkəmə aktı öz qüvvəsini almışdır və Tibbi-Sosilal Ekspert Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə qiymətləndirilərək əlilliyin səbəb əlaqəsi dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyət' orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməs: kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçının isə məhkəmə mübahisəsi baxıldığı müddətdə əlil olması barədə sənəd məhkəmə iş materiallarına əlavə olunmamışdır. Onun 2018-ci ildən təyin olunmuş əlillik müddəti 05.11,2023-cü ildə bitib və həmin tarixdən sonra qiymətləndirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olunmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı aprel 1992-ci ildən oktyabr 1992-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.1992-ci ildə aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanması faktı müəyyən edilmişdir. Həmin qətnamənin məzmununda qeyd edilmişdir ki, “……Mərkəzi Hərbi Poliknikasının xx.xx.1992-ci, xx.xx.1992-ci və xx.xx.1992-ci il tarixli arayışlarından görünür ki, İddiaçı oğl, xx.xx.1992-ci il tarixdə Füzuli rayon “Qırmızı bazar” ətrafında aparılan döyüş əməliyyatlarında yaralanaraq, sol bud nahiyyəsinin dəlib keçən güllə yarası, sol budun kor qəlpə yarası, üst çənə yarası, 1-5-ci dişlərin sınığı, üst dodağın, damağın və dilin qəlpə yarası xəsarətlərini almış və poliknikada stasionar müalicə almış və hərbi xidmətə yararsız olduğundan evə buraxılmışdır. ” İşin müəyyən edilmiş hallarından görünür ki, Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2018-ci il tarixdə qərar qəbul etmiş, həmin qərarın məzmununda “döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci illə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı şəhərində təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnozu, səbəbi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində səlahiyyətli qurum tərəfindən xx.xx.2018-ci il tarixdən 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının aprel 1992-xx.xx.1992ci ilədək hərbi xidmətdə olduğunu, həmin tarixdən sonar əmrlər kitabında heç bir məlumat aşkar edilmədiyini bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xidmət etdiyi N () saylı hərbi hissə xx.xx.1992-xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (iddiaçı aprel 1992-ci ildən həmin hərbi hissənin tərkibində iştirak etmiş, sentyabr 1992-ci ildə yaralanmışdır) İndiki halda işin mübahisəli halı iddiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunması barədə məlumatın aşkar olunmamasıdır. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır: müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak etmək və qanuni əsaslarla təxris olunmaq. Həmçinin, həmin normanın dispoztiv şərtində əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə istisna norma müəyyən edilmişdir. İstisna normanın tələbinə əsasən müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak edərək, bu səbəbdən əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumatın mövcudluğu zəruri şərt kimi ehtiva edilməmişdir. Başqa sözlə desək, sözügedən şəxslərə münasibətdə müharibə veteran adı və statusunun verilməsi üçün müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi və bu səbəbdən əlilliyinin müəyyən edilməsi zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı əlilliyi müəyyən edilən şəxs qismində çıxış etdiyindən, ona münasibətdə “qanuni əsaslarla hərbi xidmətdən təxris olunma”ya dair şərtin ödənilibödənilməməsi halı zəruri şərt kimi çıxış etməmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan formal olaraq həmin əsasa istinad etmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun dispoztiv şərti ilə uzlaşdırığından iddiaçı belə bir tələb irəli sürməkdə olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (iddiaçının döyüş əməliyyatında iştirak etməsi, bununla bağlı əlilliyinin müəyyən edilməsi) iddianın əsaslılığını müəyyən etməklə yanaşı, cavabdehin şikayətinin dəlillərini təkzib etdiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbi şamil edilmir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 saylı qərarında qeyd edilmişdir:”…..35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...) 37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). 38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasındaədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. 39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. 40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı “müharibə veteranı adı və statusu”nun alınması ilə bağlı olduğundan, iddiaçı tərəfindən hüquqi marağına uyğun olaraq idda tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddia tələbinin əsaslılığı müəyyən edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar