Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-132/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2- 1(118)-1110/2021 saylı qərardadından cavabdeh Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı iddia qaldıraraq “pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası barədə vergi ödəyicisi Əhmədov MirSadiq Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı məsələsinə dair Abşeron rayon Masazır bələdiyyəsinin ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron rayon Masazır bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək 2-1(118)-1110/2021 saylı inzibati işin müvəqqəti dayandırılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(118)-1110/2021 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. (hakim Leyla Mirzəyeva) Qərardaddan cavabdeh Abşeron rayon Masazır bələdiyyəsi apellyasiya şikayəti vermişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən, şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qərardadı müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardad olduğundan, həmin qərardaddan apellyasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(118)-1110/2021 saylı qərardadından cavabdeh Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(118)-1110/2021 saylı qərardadından cavabdeh Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-132/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-132/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver