Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-132/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1386/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-ci ildə anadan olmuş, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixdə doldudulmuş ИТ-İ № ******* seriyalı əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980-ci və xx.xx.1982-xx.xx.1999-cu illərdə BBTİ 4 saylı Tikinti İdarəsində (o cümlədən xx.xx.1990-cu il tarixdən öz xahişinə əsasən işdən azad edildiyi xx.xx.1999-cu il tarixədək tikinti ustası vəzifəsində), xx.xx.2000xx.xx.2000-ci il tarixlərdə Bakı Biznes Universitetində tikinti təmir sahəsində iş icraçısı, xx.xx.2005-xx.xx.2008-ci il tarixlərdə "xxxx" MTK-da iş icraçısı, xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməsi, xx.xx.2011-ci il tarixdən “X8” MMC-də iş icraçısı, xx.xx.2013-cü il taixdən isə sahə rəisi vəzifəsində xx.xx.2016-cı il tarixədək işləməsi, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə “X8” MMC-də sahə rəisi, xx.xx.2017-xx.xx.2019-cu il tarixıərdə “X5” MMC-də iş icraçısı, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “X8” MMC-də sahə rəisi, xx.xx.2022-ci il tarixdən “EL-SEYM İnşaat” QCS-də iş icraçısı vəzifəsində işləməsi barədə qeydiyyat aparılmışdır.
3. Bakı Biznes Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 11 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Biznes Universitetinin tikinti təmir sahəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-na əsasən zərərli işə görə əmək stajı 5 ay 18 gün təşkil edir.
4. “X8” MMC tərəfindən verilmiş arayışda İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər işlədiyi və işlədiyi vəzifə üzrə stajının 2 il 4 ay 25 gün təşkil etdiyi göstərilmişdir.
5. “X5” MMC tərəfindən verilmiş arayışda İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər işlədiyi və işlədiyi vəzifə üzrə stajının 2 il 2 ay 8 gün təşkil etdiyi göstərilmişdir.
6. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 1.0.8-ci maddələrinə istinad edilməklə göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 05 sentyabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2011xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “X8” MMC-nin İnşaat departamentində, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə “X5” MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda X1 Sistemində həmin dövr ərzində böyük iş icraçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Buna görə də qeyd olunan dövrləri onun güzəştli əmək stajına daxil etmək mümkün deyildir. Qeyd edilən səbəblərdən də onun güzəştli stajı 12 il 6 aydan az (4 il 2 ay 6 gün (xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38229,16 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37755,12 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsində icraat
8. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 sentyabr 1979-cu il tarixdən 2013-cü il tarixədək zərərli və ağır olan işlərdə işləmişdir. Həmçinin müxtəlif vaxtlarda "X5” MMC, "X8” MMC-nin İnşaat Departamentində işləmişdir və hazırda da işini davam etdirir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək penisyasının təyin olunması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh qurumdan ərizəsinə müsbət bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı həmçinin izah etmişdir ki, o, xx.xx.1990-cı ildə işlədiyi BBTİ 4 saylı Tikinti İdarəsində iş ustası keçirilmiş və xx.xx.1999-cu ilə qədər həmin peşədə işləmişdir. Lakin bununla bağlı güzəştli iş stajı barədə arayış təqdim edə bilmədiyindən cavabdeh həmin dövrü onun güzəştli iş stajı kimi qəbul etməkdən imtina edir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1386/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəssisə halı-hazırda fəaliyyət göstərmədiyindən iddiaçı güzəştli stajı barədə arayış təqdim edə bilməmişdir. İddiaçının həmin iş yerindən güzəştli arayışı təqdim edə bilməməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququnu məhdudlaşdırmamalıdır. İddiaçının həmin dövrdə göstərilən müəssisədə qeyd olunan peşədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə şübhə yoxdur.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.20-ci bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə mərkəzi filialının imtina məktubu əsaslıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təhvil verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, BBTİ 4 saylı Tikinti İdarəsinin 1979-cu ilə dair əmr kotabları və 1980- 1999-cu illərə aid arxiv sənədləri filiala təhvil verilməmişdir. Məhkəmənin öz sorğusuna əsasən Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin 4 saylı Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə heç bir məlumat mövcud deyildir. Bütün bunlarla yanaşı iddiaçı güzəştli iş dövrü ilə əlaqəli heç bir arayış təqdim etməmiş və məhkəmə iddianı təmin etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. Əmək pensiyaları haqqında” Qanun “Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Həmin Qaydaların 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":
29. b) ... tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək 60 yaşının tamam olduğu 28 noyabr 2020-ci il tarixdə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.
24. Cavabdehin imtinasının ilkin dəlili ona dair məlumatlarda uyğunsuzluqların olması ( “X8” MMC-nin İnşaat departamentində, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə “X5” MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda X1 Sistemində həmin dövr ərzində böyük iş icraçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir) və güzəştli stajının 12 il 6 aydan az (4 il 2 ay 6 gün (xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2008-təşkil etməsi, habelə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı olmuş, apellyasiya şikayətində həm də birbaşa mübahisələndirilməsə də iddiaçının işlədiyi BBTİ 4 saylı Tikinti İdarəsinin 1979-cu ilə dair əmr kitabları və 1980- 1999-cu illərə aid arxiv sənədləri filiala təhvil verilməməsi və dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin 4 saylı Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə heç bir məlumat mövcud olmaması göstərilməklə onun həmin müəssisədə işlədiyi dövrlərin də dolayısı ilə mübahisələndirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə yanaşı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.
30. İddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuş, 28 noyabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur.
25. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı 25 avqust 1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuş, qısa fasilələrlə müxtəlif yerlərdə işləmiş və hazırda da əmək fəaliyyətini davam etdirir.
26. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri iddiaçının xx.xx.1999-cu il tarixdək bütövlükdə 20 ilə qədər işlədiyi 4 saylı Tikinti İdarəsində işlədiyi dövrlərin onun əmək stajı kimi nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, iddiaçıya məxsus təsdiq edilmiş surəti və rus dilində aparılmış qeydiyyatların tərcüməsi iş materiallarına əlavə edilmiş həmin əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövrlər və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 18-20-ci bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə də iddiaçı məhz əmək kitabçasındakı müvafiq qeydlərə istinad etməklə xx.xx.1999-cu il tarixədək 4 saylı Təmir-Tikinti İdarəsində işlədiyini bildirmiş, cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə işləməməsini sübuta yetirə bilməmiş, yalnız müəssisənin sənədlərinin dövlət arxiv idarəsində aşkar edilməməsinə və istinad etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
27. İddiaçının güzəştli iş stajına gəldikdə isə onun xx.xx.1990-cu il tarixdən xx.xx.1990- xx.xx.1999-cu il tarixədək işlədiyi tikinti ustası, cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər (4 il 2 ay 6 gün), habelə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “X8” MMC-də və “X5” MMC-də iş icraçısı işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edildikdə 12 il 6 aydan artıq güzəştli stajının olması müəyyən edilir. İddiaçının 20 ilədək işlədiyi 4 saylı Tikinti idarəsi artıq fəaliyyət göstərmədiyindən həmin müəssisədən gzəştli iş stajı barədə arayış təqdim edə bilməməsi və onun sonradan işlədiyi vəzifənin X1 Sistemində düzgün qeyd edilməməsi iddiaçının güzəştli iş stajının nəzərə alınmamasına əsas ola bilməz.
28. Beləliklə iddiaçının 60 yaşına çatması və 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli stajının olması iş stajının mövcud olması işin yuxarıda qeyd edilən halları ilə öz təsdiqini tapır.
29. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan sonuncu - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubda iddiaçının fərdi hesabında xx.xx.2020-ci il tarixinədək cəmi 48123,18 manat pensiya kapitalı qeydə alınmışdır ki, həmin məbləğ də iddiaçıya minimum pensiya təyin edilməsinə imkan verir.
30. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödədiyindən ona əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.