Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1326/2025 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ## ####### 2024-cü il tarixli qərarın ləğv edilməsi və # ####### 2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% pozulması ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il tarixdə və sonuncu dəfə ##.##.2024-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T ***/**** saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı “X1”də ##.##.2025-ci il tarixdə diz oynağının rentgenoloji müayinəsindən (sağ və sol, iki proyeksiyalı) keçirilərkən rentgenoqrafıyasında: Oynaq yarığı medial hissədə 90%- ə qədər daralıb-IV dərəcə qonartroz, oynaq səthləri kobudlaşıb və deformasiyalıdır, oynağı təşkil edən sümüklərdə kobud osteofıtlər qeyd edilir, bağlayıcı lövhələrdə nəzərəçarpan subxondral skleroz aşkar edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı “Xaçmaz rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, Q********CGL saylı (TQS №-088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M17.0-birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü-dördüncü dərəcəli osteoartrozu, D50.8-digər dəmir defısitli anemiyalar, anemiya. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, hərəkət məhdudluğu, R52.0-kəskin ağrı, daimi ağrılar, G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M54.1-radikulopatiya EMQ müayinəsində L5-S1 sinir kökcüklərinin radikulopatiyası, M47-spondilyoz, onurğa Th VIII-LIII yayılmış, deformasiyaedici spondilyoz, M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, bilaterial valqus deformasiyası, yanaşı xəstəliklər: I50.0- (durğunluq) ürək çatmamazlığı, XÜÇ-ğı II fs., 120.8-stenokardiyanın digər formaları, ÜlX-yi, gərginlik stenokardiyası II fs. IIl.O- (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya III mərhələ” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və hazırda ağırlaşmalarla nəticələndiyindən onda həmin xəstəliklərin indi də olmasını inkar etmək olmaz. Qərardadda ekspertiza qarşısında qoyulmuş 3-cü sual əlilliyin təyini ilə əlaqədar olduğundan onun həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyası tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, # ####### 2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə qərarını ləğv edilərək, # ###### 2022-ci il tarixdən əlilliyinin müəyyən edilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasında imtina barədə # ####### 2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçı İddiaçı # ####### 2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixində ona ümumi xəstəlik səbəbi ilə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq 2-ci dərəcə çatışmazlığı (101-109, 111.0,113- 113.2,120-125,130-131.9,133); stenokardiyanın digər formalar, paroksizmal taxkikardiya, supra ventrikulyar paraksizmal taxkikardiya essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi lll-dərəcə tez-tez baş verən krizislər, digər oynaqların birincili artrozu, hər iki diz oynaqlarının artrozu, kontrakturası, diffuzurla müşayiət olunan trieotoksikoz, diffyuz toksiki zob lll-IV dərəcə, tokski miokardit, Miokardiodistrofiya durğunluq ürək çatmazlığı, ÜÇIII.Fs) 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin tarixdən də əlilliyə görə əmək pensiyası təyin olunaraq ödənilməyə başlanılmışdır. ##.##.2022-ci il tarixdə əlilliyin müddəti başa çatmış və həmin ilin avqust ayının 1dən pensiyanın ödənilməsi dayandırılmışdır. Iddiaçı əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə xəstəliyi ilə bağlı tibbi sənədləri toplayaraq X4 təqdim etmiş, xəstəxana tərəfindən “Forma 88” adlanan göndəriş Tibbi-Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmişdir. Lakin ##.##.2022-ci il tarixində əlliyin təyin edilməsindən imtina olunmuşdur. Imtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddətinin yetərli olmaması göstərilmişdir. Daha sonra iddiaçı ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərində təkrar olaraq əlilliyin qiymətləndirilməsi üçün müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu ##.##.2024-cü il tarixli qiymətləndirmə zamanı imtinanın səbəbi kimi diaqnoz əlillik əlamətləri təyin etməməsi, diaqnoz və ağırlaşmalar əlillik təyinatına əsas verməməsi göstərilmişdir. Iddiaçı cavabdehin əlilliyin təyin edilməsindən imtinaya dair qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı xəstəliyi ilə bağlı tibb müəssisələrində dəfələrlə stasionar və ambulator müalicə və müayinələrdə olmuşdur. Lakin bütün müalicə tədbirlərinə baxmayaraq iddiaçının səhhətinin vəziyyətində yaxşılaşma olmamış, əksinə sağlamlıq durumu get-gedə daha da pisləşmişdir. Olduğu bəzi xəstəxanalar (Respublika Neyrocərrahiyyə Xəstəxanası və digərləri) öz rəylərində iddiaçının mütləq şəkildə əməlliyyat olunmağı ilə bağlı göstərişin olduğunu qeyd etmişlər. Həkimlər həmçinin onu da bildirmişlər ki, hər iki dizi çox pis vəziyyətdədir və mütləq implant qoyulmalıdır. Iddiaçının sonuncu mayinə aktında diaqnozu birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü - dördüncü dərəcəli osteartrozudur. Bu diaqnoz 2022-ci il ####un #-də qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı’nın X9: Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - M.17. qonartroz (diz oynağının artrozu). Meyar: 13.4. Qiymətləndirmə: 13.4.41. Hər iki diz oynağının qığırdağının təzahür edən zədələnməsi (IV mərhələ qonartroz) bəndində göstərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı ##.##.2024-cü il tarixində olmağına baxmayaraq iddiaçı 30 gündən artıq müddəti ötürdüyü üçün iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya ##.##.2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 13.4 Qonartroz (diz oynağının artrozu) – M17. Qiymətləndirmə: 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (IV mərhələ qonartroz). Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinqiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vəReablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçının apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı iş üzrə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən apellyasiya icraatı qaydasında ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); HYPERLINK "https://e-qanun.az/framework/44218" \l "_edn4" \o "" 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh orqanın # ####### 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqanın # ####### 2024-cü il tarixli qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin ediməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Əvvəla qeyd edilmılidir ki, iddiaçı tərəfindən ötürülmüş iddia müddəti birinci instansiya məhkəməsinin qərardadı ilə bərpa edilmişdir. Beləliklə, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə göstərilən diaqnozlar aşağıdakılardır : əsas diaqnoz M17.0 – birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü dördüncü dərəcəli osteoartrozu, ağırlaşmalar M47- spondilyoz, onurğa Th Vlll-L lll yayılmış deformasiyaedici spondilyoz, M21.8 - ətafların dəqiqləşdirilməmiş digər deformasiyaları, bilaterial valqus deformasiyası, M54.1 – radikulopatiya, EMQ müayinəsində L5-S1 sinir kökcüklərinin radikulopatiyası, R26.8- hərəkətin və yerişçin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, R52.0 –daimi ağrılar, kəskin ağrı, G83.1 – aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi, yanaşı xəstəliklər – D50.8 – digər dəmir defisintli anemiyalar, I11.0- (durğunluq) ürək çatmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliyi, arterial hipertoniya lll mərhələ, I20.8- - stenokardiyanın digər formaları. Indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T***/**** saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı “X1”də ##.##.2025-ci il tarixdə diz oynağının rentgenoloji müayinəsindən (sağ və sol, iki proyeksiyalı) keçirilərkən rentgenoqrafıyasında: Oynaq yarığı medial hissədə 90%- ə qədər daralıb-IV dərəcə qonartroz, oynaq səthləri kobudlaşıb və deformasiyalıdır, oynağı təşkil edən sümüklərdə kobud osteofıtlər qeyd edilir, bağlayıcı lövhələrdə nəzərəçarpan subxondral skleroz aşkar edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı “Xaçmaz rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, Q********CGL saylı (TQS №-088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M17.0-birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü-dördüncü dərəcəli osteoartrozu, D50.8-digər dəmir defısitli anemiyalar, anemiya. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, hərəkət məhdudluğu, R52.0-kəskin ağrı, daimi ağrılar, G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M54.1-radikulopatiya EMQ müayinəsində L5-S1 sinir kökcüklərinin radikulopatiyası. M47-spondilyoz, onurğa Th VIII-LIII yayılmış, deformasiyaedici spondilyoz, M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, bilaterial Valqus deformasiyası. Yanaşı xəstəliklər: I50.0- (durğunluq) ürək çatmamazlığı, XÜÇ-ğı II fs., 120.8-stenokardiyanın digər formaları, ÜlX-yi, gərginlik stenokardiyası II fs. IIl.O- (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya III mərhələ” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və hazırda ağırlaşmalarla nəticələndiyindən onda həmin xəstəliklərin indi də olmasını inkar etmək olmaz. Bununla bağlı, kollegiya qeyd edir ki, hazırki iş üzr müvafiq ekspert rəyində iddiaçı barəsində diaqnoz xəstəliyin mövcudluğy qeyd edilsə də, həmin xəstəliklərin hansı əlamətlərinin aşkar ediliyi öz əksini tapmamışdır. Halbuki, diaqnoz xəstəliyin özünün mövcudluğu deyil, məhz müvafiq Meyarlarda əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcudluğu müəyyən edilməlidir. Kollegiya hesab edir ki, indiki halda isə iş üçün əhəmiyyət kəsb edən həmin halların ekspert rəyi əsasında müəyyən edilməsi mümkün olmadığından, müvafiq tibbi göndərişdə əks olunmuş və Meyarlarda ehtiva edilmiş xəstəliklərin aid olduğu ixtisaslaşmış həkimlərin müayinə nəticələri əsasında müəyyən edilə bilər. Bununla bağlı iddiaçı məhkəmə kollegiyası tərəfindən göndərilən sorğular əsasında kardioloq, nevropatoloq və travmatoloq müayinəsnə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X10 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli müayinənin nəticələrinə dair arayışdan görünür ki, iddiaçıda I20.8 ÜIX Stabil gərginlik stenoqardiyası, I11.0- arterial hipertoniya lll mərhələ aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli müayinənin nəticələrinə dair arayışdan görünür ki, iddiaçıda hər iki diz oynağının lV dərəcəli qonartrozu, sağ diz valqusu, sol diz varus deformasiyası, rigid kontrakturas, sol diz onurğada yayılmış spondilyoz, osteoxondroz, L4-L5 -S sinir köklərinin radikulopatiyası, kökcük ağrı sindromu, onurğada funksiya pozulması. daimi kəskin ağrıları, axsama yeriş funksiyasının pozulması (M17.0, M21.8, M24.5, M54.1, G54.1, M42, M47, R52.0, R26.8). Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən ##.##.2026-cı il taridə aparılmış müayinənin verilmiş nəticələrinə görə müəyyən edilmişdir ki, iddiaçıda L4-L5-S1 sinir köklərinin radikilopatiya, lumbar skolioz, fəqərələrarası disk yırtıqları, sol pəncənin dərin parezi, L5 fəqərəsinin retrospondilolistezi, bilateral qonartroz lV dərəə, xronik venoz çatmazlığı, uşaqlıqdaxili mioma, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası,arterial hipertoniya lll dərəcə. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə nəzərdə tutulmuş xəstəliklər sırasında yer alır. Belə ki, həmin Əlavənin 13.4-cü bəndinə əsasən qonartroz (diz oynağının artrozu) – M17 kodu ilə təsnif edilmiş, o cümlədən 13.4.41-ci yarımbənddə hər iki diz oynağı qığırdağının IV mərhələ zədələnməsi ayrıca qeyd olunmuşdur ki, həmin diaqnoz orqanizm funksiyalarının 50 faiz pozulması kimi qiymətləndirlir və 1 il müddətinə əlilliyin təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan diaqnozun mövcudluğu əlilliyin müəyyən edilməsi üçün hüquqi əhəmiyyətli hal olmaqla yanaşı, bu məsələ yalnız diaqnozla deyil, həmin xəstəliyin şəxsin həyat fəaliyyətinə təsir dərəcəsi ilə birlikdə qiymətləndirilməlidir. Qanunvericiliyin tələblərinə görə, əlilliyin müəyyən olunması zamanı şəxsin sərbəst hərəkət, özünəxidmət, əmək fəaliyyəti və sosial adaptasiya imkanlarının məhdudlaşma səviyyəsi kompleks şəkildə nəzərə alınmalıdır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçıda hər iki diz oynağında IV mərhələ qonartrozun olması onun hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və bu hal müəyyən funksional pozuntulara səbəb olur. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının vəziyyəti “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan hallarla müəyyən həddə uyğunluq təşkil edir və onun əlillik hüququnun tam inkar edilməsi qanunvericiliyin məqsədinə uyğun deyildir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın tam deyil, məhz qismən təmin edilməsi də əsaslı olmuşdur. Belə ki, iş materiallarında iddiaçının vəziyyətinin daha ağır – daimi və ya daha yüksək faizlə əlilliyin təyin olunmasını şərtləndirən səviyyədə olduğunu təsdiq edən kifayət qədər sübutlar mövcud deyildir. Bu səbəbdən məhkəmə tərəfindən 50 faiz funksional pozuntu ilə məhdud müddətə əlilliyin müəyyən edilməsi barədə nəticəyə gəlinməsi işin hallarına və mütənasiblik prinsipinə uyğun olmuşdur. Indiki halda ekspert rəyi, habelə həkim-travmatoloq, həkim-nevropatoloq və həkimkardioloqun müayinələrinin nəticələrinin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda hazırda mövcud olan XBT kodu M17.0-dan başqa digər diaqnoz xəstəliklərin məhz əlilliyin təyin edilməsi üçün əsas olan müvafiq Meyarlarda əks olunmuş əlamətləri aşkar edilməmiş, öz təsdiqini tapmamışdır. Hansı ki məhz həmin xəstəlik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi halı iddianın əsaslılığını müəyyən etməyə imkan verir. Başqa sözlə desək, iddiaçıda həmin xəstəliklərin mövcudluğu halı özlüyündə əlilliyin təyin edilməsi üçün kifayət etmir, bunun üçün məhz müvafiq Meyarlarda əks olunmuş əlilliyin təyin edilməsinə əsas olan əlamətlər aşkar edilməli idi, indiki halda isə iddiaçıya münasibətdə həmin halın mövcudluğu təsdiq edilməmişdir. Nəticə etibarı ilə iddiaçı barəsində müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan digər diaqnoz xəstəlik və onların əlamətlərinin möcvudluğu öz təsdiqini tapmadığından, hər iki apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Bundan başqa, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə baxarkən bütün halları kifayət qədər dərindən araşdırmadığı, əlavə sübutların toplanması istiqamətində zəruri tədbirlər görmədiyi də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq nəzərə alınmışdır. Bu baxımdan, inzibati orqanın imtina qərarının ləğv edilməsi əsaslı hesab edilmişdir. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz əlillik əlaməti təyin etmir qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etmir” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının, həm də cavabdeh inzibati orqanın apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Bununla bağlı apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.