Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1327/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşı tamam olduğu 18 aprel 2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1947/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin srətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil aldığınız illər, həmçinin xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla sığorta stajınız 22 il 10 ay 25 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sizin xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək (işdən çıxma əmrləri SSRİ dövrünə aid möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab olunması və 65 yaşı tamam olduğu 18 aprel 2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 66 yaşım var, yaşa görə əmək pensiyası almaq üçün sənədlərini DSMF-nin 11 saylı Regional Ərazi İdarəsnə təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 iyul 2024-cü il tarixli, 3-17-1/2- 71-169589/2024 saylı imtina məktubu ilə ona bildirilmiş ki, “təqdim olunmuş sənədlərinizə görə sizin sığorta stajınız 22 il 10 ay 25 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək olan dövlərin doldurulma qaydası pozulduğu üçün, yəni işdən çıxma əmrləri SSRİ dövrünə aid möhürlə təsdiq edildiyindən həmin dövlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Əlavə olaraq onun 18 aprel 1973-cü ildən xx.xx.1973-cü ilədək Kalinin adına sovxozda işlədiyi dövr də sığorta stajına hesablanmamışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, 14 yaşından işləmiş, amma qanun 15 yaşdan sonrakı dövrü staj kimi qəbul edir. Bu səbəbdən onun sığorta stajını 18 aprel 1973cü ildən hesablanmalıdır. Bundan əlavə Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Zəhmət” kooperativində və xx.xx.1993-cü ildən xx.xx.1996cı ilədək Şamaxı Quşçuluq fabrikində işlədiyi dövləri təsdiq edən əmrlər SSRİ dövrünə aid möhürlə təsdiq olunmasında bir qanunsuzluq görmür, həmin dövdə bu möhürlər işləyirdi. Digər tərəfdən idarənin möhürünün dəyişdirilməməsinin günahkarı da o deyil, həmin dövrə dair sənədlərdə arxivə təhvil verilməyib. Bunun da günahkarı o deyil. Bu dövrlər onun sığorta stajına hesblanmaqla onun sığorta stajı 27 il 8 ay 12 gün olur. Bu da ona yaşa görə əmək pensiyası almaq imkanı yaradır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1975-cı il tarixədək əyanı təhsil aldığı illər, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1996- cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla 22 il ay 25 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993- cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin (işdən çıxma əmrləri SSRİ dövrünə aid möhürlə təsdiq edildiyindən) doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.Eyni zamanda iddiaçıya ünvanlanan məktubda xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993- cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üzrə əməkhaqqı almağını təsdiq edən sənədlər (əmək haqqı arayışları) və əmrlərdən çıxarışlar təqdim edildikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla biləcəyi qeyd olunmuşdur. Həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan ış və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1947/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid əmək kitabçasında xx.xx.1992-xx.xx.1993-cü ilədək Zəhmət kooperativində, xx.xx.1993-xx.xx.1996-cı illərdə Şamaxı Quşçuluq fabrikində işləməsi ilə bağlı qeydlər vardır.Lakin, X5 filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışdan görünür ki, iddiaçı 1972-ci il tarixdən 1996-cı ilədək Çarhan kənd Kalinin adına sovxozda işləməsi qeyd olunmuşdur. Eyni zamanda həmin arayışda qeyd olunmuş əməkhaqqı cədvəllərində iddiaçının adına xx.xx.1992-ci ildən 1996-cı ilədək dövrlərdə əməkhaqqının verilməməsi məlum olmuşdur. Həmçinin, Zəhmət kooperativi və Şamaxı Quşçuluq fabrikinin arxivə hər hansı sənədləri verilməmişdir. Bundan başqa Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, sözügedən müəssisələr haqqında qeydiyyat məlumatları mövcud deyildir. Göründüyü kimi, iddiaçının müvafiq müəssisələrdə həmin müddətlərdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisələrdə işlədiyi müvafiq illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır, Belə ki, onun tərəfindən onunla eyni zamanda Quşçuluq kompleksində (fabrikində) işləyən və halhazırda əmək pensiyası almış şəxslər məhkəməyə gətirilmiş və məhkəmə tərəfindən dindirilmişdir. Məhkəmə isə bu hala qərarında heç istinad belə etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən şahidlərin əmək kitabçalarının surətləri çıxarılmış və şahidlərin pensiya işləri ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi üçün DSMF-nin müvafiq idarəsinə sorğu verilmişdir. X6 pensiyaya çıxaması ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərin 30-cu səhifəsində yerləşən DSMF-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışda Quşçuluq kompleksinin xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək DSMF hesabatlarını təqdim etməsi və müəsisə ilə qarşılıqlı hesablaşma aparılması qeyd olunmuşdur. Eyni zamanda şahid Üzeyr Hüseynovun pensiyaya çıxaması ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərin 20-ci səhifəsində yerləşən DSMF-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışda Quşçuluq kompleksi (fabrikinin) xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək DSMF hesabatları təqdim etməsi və müəsisə ilə qarşılıqlı hesablaşma aparılması qeyd olunmuşdur. Məhkəmə isə öz qərarında Zəhmət kooperativi və Şamaxı Quşçuluq fabrikinin arxivə hər hansı sənədləri verilmədiyinə və Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilən sözügedən müəssisələr haqqında qeydiyyat məlumatları mövcud olmamasına istinad edərək həmin illərin əmək stajına daxil edilməməsi yönündə qərəzli qərar qəbul etmişdir. Bu hal birbaşa bərabərlik prinsipinin pozulması deməkdir. Məhkəmə qərarında “ona aid əmək kitabçasında xx.xx.1992-xx.xx.1993-cü ilədək Zəhmət kooperativində, xx.xx.1993-xx.xx.1996-cı illərdə Şamaxı Quşçuluq fabrikində işləməsi ilə bağlı qeydlər vardır. Lakin, X5 filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışdan görünür ki, 1972-ci il tarixdən 1996-cı ilədək Çarhan kənd Kalinin adına sovxozda işləməsi qeyd olunmuşdur” yazmışdır. Məhkəmə bu hissədə ona hüquqi yardım etmək vəzifəsindən istifadə edərək Arxiv idarəsinə sorğu verərək ziddiyyətin nədən ibarət olmasını araşdırmamışdır. Belə ki, sözügedən arxiv çıxarışında ümumiləşdirilmiş cavab verilmişdir. Məhkəmə isə bu halı aydınlaşdırmadan həmin çıxarışa istinad edərək onun hüquqlarını pozan qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan bildirilmiş ki, “təqdim olunmuş sənədlərinizə görə sizin sığorta stajınız 22 il 10 ay 25 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək olan dövlərin doldurulma qaydası pozulduğu üçün, yəni işdən çıxma əmrləri SSRİ dövrünə aid möhürlə təsdiq edildiyindən həmin dövlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə və inzibati orqanın yanaşması tamamilə yanlışdır. Belə ki, məhkəmənin mövqeyi əmək kitabçasının mötəbərliyi prinsipinə ziddir. Əmək kitabçasında onun müvafiq müəssisələrdə işləməsi barədə qeydlər və möhürlər mövcuddur. İddiaçının əmək kitabçasının doldurulması və ya möhürün dəyişdirilməsi üzrə nəzarət etmək vəzifəsi və savadı olmamışdır. Müəssisə tərəfindən müvafiq sənədlərin arxivə təhvil verilib-verilməməsindən vətəndaş cavabdeh ola bilməz və həmin səhvlərə görə vətəndaş hüquqların məhrum edilə bilməz. O da qeyd edilməlidir ki, 2006-cı il tarixə qədər sosial sığorta stajı deyə qanunvericilikdə anlayış olmamışdır. Həmin tarixə qədər əmək pensiyası almaq üçün vətəndaşın 25 illik iş stajına malik olması kifayət edirdi. Əmək kitabçasından da göründüyü kimi onun ümumi 27 il 8 ay 12 gün iş stajı vardır. Bu da ona yaşa görə əmək pensiyası almaq imkanı yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdı. Onun iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmamışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01 yanvar 2006-cı ilədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, onun həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin istinad olunan müddəalarına əsasən sözügedən dövr onaəmək pensiyası hüququ verən sosial sığortastajına daxil edilməlidir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni onun əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də 2006-cı il tarixədək olan dövr üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilir ki, bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın və məhkəmənin qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin əmək haqqı cədvəllərində müəyyən dövrlər üzrə onun adının olmaması, sovet dövrünə aid möhürdən istifadə edilməsi, müvafiq sənədlərin arxivə müəsisə tərəfindən təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Zəhmət kooparativində işləyən başqa bir şəxsində əmək kitabçasının surəti şikayət əlavə olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, iddiaçının işlədiyi xx.xx.1992xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-xx.xx.1996-ci il tarixədək işlədiyi dövrü əmək kitabçasının doldurulma qaydası pozulduğundan (işdənçıxma əmrləri SSRİ döbrünə aid möhürlə təsdiq edildiyindən) iş stajı kimi nəzərə almamış, bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, qanunla tələb olunan pensiya yaş həddinə çatmışdır, nəticə etibarilə iddiaçı barəsində pensiya hüququnun yaranması üçün tələb olunan birinci şərt ödənilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi dövrləri əsas götürməklə, ümumilikdə 22 il 10 ay 25 gün iş stajına malik olduğunu qəbul edir, iddiaçının işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrü əmək kitabçasının doldurulma qaydasının pozulması halına istinad edərək (işdənçıxma əmrləri SSRİ dövrünə aid möhürlə təsdiq edildiyindən), həmin dövrü mübahisələndirmiş, iş stajı kimi nəzərə almamışdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür. Cavabdeh tərəfindən isə əsas kimi yalnız əmək kitabçasının doldurulma qaydasının pozulması halına istinad edilmişdir. Kollegiya cavabdehin istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş lazimi qaydada dolrurulması məhz işəgötürənin səlahiyyətinə aid olmaqla, məhz onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış edir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə iddiaçı xx.xx.1992-xx.xx.1993-cü ildə “Zəhmət” kooperativinin sədri, xx.xx.1993-xx.xx.1996-cı il tarixədək Şamaxı Quşçuluq fabrikində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən müəssisələrin arxiv sənədləri müvafiq arxiv idarəsinə təhvil verilməmişdir. Bu halda da kollegiya hesab edir ki, müəssisənin sənədlərinin arxivləşdirilməsi işəgötürən müəssisəsinin səlahiyyətinə aid olduğundan, arxiv sənədlərinin mövcud olmaması halı iddiaçının təqsiri ilə əhaət olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının öhdəlik daşımadığı hallara istinad etməklə, onun konstitusion hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinə zidd olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin arxiv arayışı ilə bağlı istinad etdiyi arqumentinə aid hissədə onu qeyd edir ki, həmin arayışın məzmununda iddiaçının müvafiq zavodda işlədiyi dövrlər və əmək haqqı aldığı dövrlər ətraflı şəkildə qeyd edilmiş, 1996-cı ilə aid isə iyun aydına işlədiyi və əmək haqqı aldığı həmin məlumatın məzmunundan aşkar görünür. Bu baxımından kollegiya hesab edir ki, cavabdhe inzibati orqan arayışın məzmununda “1972-1996-cı illərdə” hissəsinə istinad etməkdə formal yanaşma tətbiq etdiyindən, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi arqumenti əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan hal kimi çıxış etmədiyindən, habelə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd olduğundan, cavabdehin mübahisəöləndirdiyi dövrlər (xx.xx.1992-xx.xx.1993, xx.xx.1993-xx.xx.1996-ci illər) iddiaçıya münasibətdə iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya münasibətdə mübahisələndirilməyən iş stajına aid dövr (22 il 10 ay 25 gün) və mübahisələndirilən dövr (4 il 4 ay 25 gün) nəzərə alındıqda, qanunla tələb olunan ümumi stajına aid şərt də ödənilmiş olur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxraıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın əsaslılığı işin faktiki və hüquqi halları, habelə qanunvericilik normasının və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə yanlış nəticəyə gəlmiş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının pensiya hüququ xx.xx.2023-cü il tarixdən yarandığından, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən hüququnun yarandığı gündən hesablanmaqla, ödənilməlidir (Qanunun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir). Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1947/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu 18 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.