Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1328/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı daşınmaz əmlakın dövlət resytrində 982 inventar nömrəsi 10213 qeydiyyat nömrəsi ilə 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportda göstərilən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları 10213 reyestr, 982 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən yaşayış sahəsi 16,0 kv m olan 1 otaqlı, ümumi sahəsi 46,0 kv m olan fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportdan görünür ki, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 46.0 kv m fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri 600.0 kv m təşkil edir. Həmin qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas kimi göstərilmiş Abşeron rayon Icra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi ürə nümayəndəsinin sərəncamından görünür ki, İddiaçı ailə vəziyyəti nəzərə alınaraq ona fərdi yaşayış evinin tikintisi üçün 20 Yanvar küçəsi * nömrəli evin arxasındakı uzun müddət istifadə etdiyi torpaq sahəsi ayrılmışdır. Daşınmaz əmlakın müayinə aktının surətindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0.07324 ha olmaqla, 16,0 kv m olan 1 otaqlı 1 mərtəbəli ev aşkar edilməmiş, torpaq sahəsində bir ədəd 1 mərtəbəli ev 113.2 m2, bir ədəd 2 mərtəbəli ev 48,8 m2 və talvar inşa edilmişdir. Hər iki evdən yaşayış kimi istifadə olunur. Qonşuluqda yerləşən tikili ilə ara məsafəsi 3,50 m olmaqla tikilinin içərisində transformator qurğularının mövcud olduğu qeyd edilmişdir. cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinin *-**-*-**/*-*****/** nömrəli, ##.##.2025-ci il tarixli imtina məktubu, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 10213 reyestr və 982 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsində daşınmaz əmlakın ünvanına təsdiqlənməmiş düzəliş olunduğu, sözügedən torpaq sahəsinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformator yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ünvan 1 ünvanında yerləşən evlər və həmin evlərin yerləşdiyi 600 m2 həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən yaşayış sahəsi 16,0 kv m olan 1 otaqlı, ümumi sahəsi 46,0 kv m olan ** saylı mənzil üzərində onun mülkiyyət hüquqları dövləti qeydiyyatına alınmış və ## ###### 1994-cü ildə adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzilə dair verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda evin yerləşdiyi həyətyanı torpaq sahəsi də daxil edilmiş və torpaq sahəsinin ümumi sahəsi tikilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla 600 kv m kimi qeyd olunmuşdur. Qeyd olunan ev və torpaq sahəsi artıq 30 ildən çoxdur ki, onun istifadəsindədir və cavabdeh orqana müraciət etməklə qanuni əsaslarla və mülkiyyət hüququ əsasında ona məxsus olan evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə onun ərizəsini təmin etməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 10213 reyestr və 982 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən ərazidə aşkarlanmadığı, müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsində daşınmaz əmlakın ünvanına təsdiqlənməmiş düzəliş olunduğu, sözügedən torpaq sahəsinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu, Texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformator yerləşdiyi müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməmişdir. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən fərdi daşınmaz əmlaklara çıxarışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, 10213 reyestr, 982 inventar nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun surətindən görünür ki, mübahisəli əmlak kimi 16 kv m sahəsi olan 1 otaqlı 1 mərtəbəli ev barəsində qeydiyyat aparılmış və torpaq sahəsinin ölçüsü isə 600 m2 göstərilmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlakın müayinə baxışı aktından görünür ki, mübahisəli torpaq sahəsinin ölçüsü 0.0732 hektardır və onun üzərində iki ədəd ayrı-ayrılıqda fərdi yaşayış evi inşa edilmişdir. Göründüyü kimi iddiaçının sahibliyində olan daşınmaz əmlaklara aid hüquqmüəyyənedici sənədlər natamamdır və uyğunsuzluqlar mövcuddur. Belə olan halda iddiaçının istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərinə vahid mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması indiki halda mümkün deyildir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən yaşayış sahəsi 16,0 kv m olan 1 otaqlı, ümumi sahəsi 46,0 kv m olan ** saylı mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ## ###### 1994-cü ildə adıma qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzilə dair verilmiş fərdin yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda evin yerləşdiyi həyətyanı torpaq sahəsi də daxil edilmiş və torpaq sahəsinin ümumi sahəsi tikilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla 600 kv m kimi qeyd olunmuşdur.Qeyd olunan ev və torpaq sahəsi artıq 30 ildən çoxdur ki, onun istifadəsindədir və cavabdeh orqana müraciət etməklə qanuni əsaslarla və mülkiyyət hüququ əsasında ona məxsus olan evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə ərizəsi təmin etməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Iddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə belə qənaətə gəlmişdir ki,iddia tələbi əsassızdır. Məhkəmənin bu nəticəyə gəlməsi əsaslı sayıla bilməz, belə ki, texniki pasport bu torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənəddir və o, məhkəmədən də bu sahədə olan bütün torpaq sahəsinə deyil, 600 kv m ölçüdə olan torpaq sahəsinə çıxarışın verilməsini istəmişdir. Lakin faktiki ölçüdə bir qədər torpaq sahəsinin çox olması iddia tələbinin rədd edilməsinə əsas ola bilməz və məhkəmənin bu yanaşması da tam qanunsuz olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, daşınmaz əmlakın dövlət resytrində 982 inventar nömrəsi 10213 qeydiyyat nömrəsi ilə 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportda göstərilən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi Daşınmaz Əmlakın Dövlət Resytrində 982 inventar nömrəsi 10213 qeydiyyat nömrəsi ilə 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportda göstərilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, 10213 reyestr və 982 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin, qeydiyyat vəsiqəsində daşınmaz əmlakın ünvanına təsdiqlənməmiş düzəliş olunduğu, sözügedən torpaq sahəsinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğundan müraciətin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən, 2001-ci il ######ın #-dək texniki inventarlaşdırma orqanları tərəfindən tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən texniki pasportlar hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Iş materiallarında olan 10213 reyestr və 982 inventar nömrəli texniki pasport məhz həmin kateqoriyaya aid sənəd olmaqla, onda müvafiq yaşayış evi ilə yanaşı 600 kv m həyətyanı torpaq sahəsinin mövcudluğu da göstərilmişdir. Cavabdeh inzibati orqan isə sözügedən texniki pasportun qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi, ləğv olunması və ya saxta olmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehin istinad etdiyi, texniki baxış zamanı sənəddə göstərilən tikilinin aşkar edilməməsi, torpaq sahəsinin faktiki ölçüsünün 0,07324 ha müəyyən edilməsi, ərazidə sonradan digər tikililərin inşa olunması, habelə transformatorun yerləşməsi halları özlüyündə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini aradan qaldıran və iddianın təmin edilməsini mümkünsüz edən hallar kimi qiymətləndirilə bilməz. Bundan başqa, hazırkı iş üzrə iddia tələbi texniki pasportda göstərilən 600 kv m torpaq sahəsinə münasibətdə hüququn dövlət qeydiyyatına alınmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi isə faktiki müayinə zamanı müəyyən edilmiş 0,07324 ha torpaq sahəsini və həmin ərazidə yerləşən digər tikililəri əsas götürərək iddia tələbinin predmetindən kənara çıxmış, bu əsasla iddianın rədd edilməsinə dair nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi hallar iddiaçının Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi tanınmış texniki pasport əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının rədd edilməsi üçün kifayət qədər hüquqi əsas yaratmır. Buna görə də cavabdehin imtinası qanuni hesab edilə bilməz və iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək daşınmaz əmlakın dövlət resytrində 982 inventar nömrəsi 10213 qeydiyyat nömrəsi ilə 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportda göstərilən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Daşınmaz əmlakın dövlət resytrində 982 inventar nömrəsi 10213 qeydiyyat nömrəsi ilə 1999-cu ilin iyul ayında tərtib edilmiş texniki pasportda göstərilən 600 kv m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.