Məhkəmə qərarları › İş №2-1(105)-133/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-133/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-133/2022 24.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X13 qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi və İddiaçı4 vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, X6, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1338/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı iddia qaldıraraq "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırılmışlar ki, onlar "xxxx" kiçik müəssisəsində işləyə-işləyə, müəssisənin direktoru ola-ola Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamı ilə "xxxx" kiçik müəssiəsinin bazasında "xxxx" MMC təsis edilmiş, bundan sonra Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamı ilə "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi qərara alınmışdır. Halbuki hər iki sərəncam əsassız qəbul edilmiş və həmin sərəncamlar onların hüquqlarını pozmuşdur. Onlara məxsus əmək kitabçalarının surətlərindən görünür ki, onlar Şahmehi kiçik müəssisəsinə köçürülmüşlər. Yəni onlar əvvəlcədən həmin zavodun işçisi olmuşlar, bundan sonra onlar həmin zavodun tərkibində yaradılmış müəssisəyə köçürülmüşlər. Bu da onu sübut edir ki, onlar həmin müəssisədə işləmişlər. Bundan başqa iddiaçıların həmin müəssisədən çıxmaları barədə heç bir yerdə qeyd edilməmişdir. Niftəli Fətəliyev isə həmin müəssisənin sex rəisi təyin edilmiş, ölənə kimi həmin müəssisənin sex rəisliyindən çıxması barədə heç bir məlumat aşkar edilməmişdir. "xxxx" kiçik müəssisəsi 30 may 2014-cü il tarixli 160 saylı sərəncamla "xxxx" MMC-yə çevrilmiş, bundan sonra 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamla "xxxx" MMC hərrac yolu ilə özəlləşdirilməsi qərara alınan vaxt Niftəli Fətəliyev sağ olmuş, 07 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, hər iki sərəncam verilərkən onlara heç bir məlumat verilməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir, həmin sərəncam verilərkən hər hansı hüquq norması pozulmamışdır. "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilməklə və nizamnaməsi Quba Rayon İcra Hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə qeydə alınmaqla dövlət müəssisəsi olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçisi onun yenidən təşkili barədə qərar qəbul edə bilər və “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsinə dair 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncam mülki və dövlət əmlakının idarə edilməsi haqqında qanunvericiliyə uyğun qəbul edilmiş və həmin sərəncamın etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. İddia ərizəsində iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olduğu və bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamının qanunsuz olduğu qeyd edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olub-olmaması məsələsi artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş və buna qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(105)-3450/2019 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(102)-2211/2020 nömrəli qərarında (5-ci səhifənin sonuncu abzası) qeyd edilmişdir ki, “işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların əsas iş yerinin "xxxx" kiçik müəssisəsi olması, onların həmin müəssisədə əvvəlki iş yerlərinə qayıtmaq hüquqlarını saxlamaları, eləcə də onların sonradan özəlləşdirilən həmin müəssisədə 7 ildən çox çalışmaları, həmin müəssisədən təqaüdə çıxmaları və 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunaraq işsiz kimi qeydiyyata alınmaları mülki iş materialları ilə təsdiq olunmur”. Eyni zamanda, Ali Məhkəmənin qərarında (8-ci səhifənin 3-cü abzası) qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmaq hüquqlarının (subyektiv hüquq) olması baxımından mübahisəyə hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmayıblar'’. Beləliklə, hazırkı iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilərək, iddiaçıların həmin müəssisənin əmək kollektivinin üzvləri olmadığı, bu səbəbdən müəssisənin özəlləşdirilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. İddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmaması artıq qanuni qüvvəyə minmiş digər bir məhkəmə qərarı ilə təsdiq edilmişdir və həm iddiaçılar, həm də cavabdehlər həmin məhkəmə işinin tərəfləri olmuşdurlar. Bununla da iddiaçıların "xxxx" kiçik müəssisəsi ilə bağlı hər hansı hüquqi bağlılıqlarının olmadığı və bu səbəbdən həmin müəssisənin əsasında yeni bir müəssisənin yaradılması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa da malik olmadıqları öz təsdiqini tapır. Eyni zamanda, iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin 27.01.2017-ci il tarixli, 13 nömrəli sərəncamını da mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmadığı faktı təsdiq edildiyindən, onlar həmin müəssisənin hərracda digər şəxs tərəfindən özəlləşdirilməsinin qanuniliyini mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildirlər. Digər tərəfdən, iddiaçılar özəlləşdirmənin qanuniliyini artıq bir dəfə məhkəmədə mübahisələndirmiş və həmin iddiaya Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılaraq müəssisənin özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi, hərracın qanuni keçirildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan 03.07.2020-ci il tarixli qərarında (6-cı səhifənin 3-cü abzasında) qeyd edilmişdir ki, "... işdən görünür ki, sözügedən Cəmiyyət ("xxxx" MMC) dövlət əmlakı olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən sərəncamına əsasən özəlləşdirməyə açıq elan edilərək və bu barədə qanuni şəkildə “Mülkiyyət” qəzetinin 29 yanvar 2017-ci il və 04 mart 2017-ci il tarixli buraxılışlarında elan verilməklə müvafiq hərrac keçirilib və hərracda Cəmiyyət qanuni əsaslarla 100 000 manata Cavabdeh2 satılıb və hazırda əmlak kompleksi kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb”. İddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 Şıxmurad oğlunun nümayəndəsi və vəkili ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1338/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından iddia mümkün sayılmalı deyildir. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktlarında tələb başqa, hazırkı tələb isə başqadır. Belə ki, onlar Quba Rayon Məhkəməsinə müraciət edərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 30000 və mənəvi ziyana görə 20000 manat pulun cavabdehlərdən alınıb verilməsini xahiş etmişlər. Həmin zaman iddianın araşdırılması "xxxx" MMC-nin hərracdan satılması ilə bağlı məsələlərə baxılmışdır. Hazırkı iddia tələbləri isə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasına dair qərar qəbul edilməsi barədədir. Göründüyü kimi iddia tələbləri tamamilə fərqlidir. Bundan başqa hazırkı iddia tələblərinin əsası onların Quba rayon İcra hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə Quba 2 nömrəli Konserv zavodunun balansında "xxxx" kiçik müəssisəsi təsis edilmiş, onlar da zavodun işçiləri kimi həmin müəssisəyə köçürülmüşlər. Yəni onlar əvvəlcədən həmin zavodun işçisi olmuşlar, bundan sonra onlar həmin zavodun tərkibində yaradılmış müəssisəyə köçürülmüşlər. Bu da onu sübut edir ki, onlar həmin müəssisədə işləmişlər. Bundan başqa onların həmin müəssisədən çıxmaları barədə heç bir yerdə qeyd edilməmişdir. Göründüyü kimi bütün hallar araşdırılmalar məhkəmə tərəfindən əvvəlki məhkəmə aktları əsas tutularaq onların iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadıqları qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkli apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər iddiaçılar və Cavabdeh2 lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1338/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında əks edilmiş subyektiv hüququn mahiyyəti ilə bağlı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı "xxxx" MMC sex rəisi X1 vərəsəsi İddiaçı1 və digər iddiaçıların cavabdehlər Cavabdeh2 Şıxmurad oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaları üzrə Quba rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin qismən - “qeyriyaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsəi iş üzrə yuxrıda qeyd edilən məhkəmə aktalrına istinad etməklə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, hazırkı şərtlərdə iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017- ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözgüedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, sadalanan məhkəmə aktarı ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb. İddiaçılar ərizələrində hər iki sərəncamın əsassız olduğunu qeyd etsələr də, iş materiallarından görünür ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılar iş üzrə cavabdeh qismində Cavabdeh2 qeyd etmişlər. Lakin, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında fiziki şəxsin fiziki şəxsə qarşı iddialarına baxılması nəzərdə tutulmamışır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları olmadığından, birinci instansiya məhkəməsi İddia müddətinin ötürülməsi və digər mümkünlük şərtlərinin yoxlanılmasına zərurət olmaması barədə də düzgün nəticəyə gəlmişdir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyillər. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1338/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar