Məhkəmə qərarları › İş №2-1(105)-133/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-133/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-133/2023 26.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X3 qızının katibliyi ilə İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********0064 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2270/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********0064 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatəti əsaslandıraraq izah etmişdir ki, xx.xx.2021-ci il tarixli **********0064 saylı qərar xx.xx.2021-ci il tarixli məktubla vergi ödəyicisinini elektron poçt ünvanına göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. İddia ərizəsi isə 2022-ci ilin iyun ayının 24-də qaldırılmışdır. İddiaçının nümayəndəsi vəsatətlə müraciət edərək iddia müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsilli şəxsdir, “asan” imzanı rüblük hesabatın verilməsi üçün vergi idarəsinin qarşısında yerləşən "xxxx" MMC-yə təqdim etmişdir. Onun şəxsi kompüteri yoxdur, “asan” imzanın olmasını isə tamam unutmuşdur. Elektron poçt mühasib tərəfindən idarə olunduğundan onun göndərilən qərardan xəbəri olmamışdır. Hesabından pul vəsaitinin silindiyini gördükdə maraqlanmışdır, ona vergi idarəsi tərəfindən qərar barədə məlumat verilmişdir. Bundan sonra o, qərarın ləığv edilməsi barədə iddia ilə səhvən Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Prosessual müddət vergi ödəyicisinin təqsiri olmadan buraxıldığından iddia müddəti bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2270/2022 nömrəli qərardadı ilə iddiaçının iddia müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmiş, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********0064 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə göndərmiş və həmin qərar xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Eyni zamanda həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. Məhkəmə belə qənaətə gəlmişdir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir . Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, dəniz kənarında yerləşən “Dostluq” restoranını icarə müqaviləsi əsasında işlədir. VÖEN alarkən ona “asan imza” almaq gərək olduğu bildirilmişdir. Həmin “asan imza”nı rüblük hesabatın elektron qaydada verilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşısında yerləşən "xxxx" servis MMC-yə təqdim etmişdir. “Asan imza”nın olmasını unutmuşdur. Cavabdehin **********0074 saylı qərarı barədə ona məlumat verilməmişdir. Lakin şəxsi istifadəsində olan “Asan imza”sı olan ***- ***-**-** №li mobil telefonuna isə heç bir məlumat yerləşdirilməmişdir. Bundan əlavə hər zaman cavabdeh 2 saylı Ərazi Vergilər Başş İdarəsi tərəfindən ona sənədlər yaşadığı ünvana poçt vasitəsi ilə çatdırılmışdır. lakin hazırki qərar barədə ona məlumat verilməmişdir. “Kapital Bank” kartına vurulan pulların silindiyini gördükdə maraqlanmış, sonda 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılovun xx.xx.2021-ci il tarixli, **********0074 və **********0064 saylı inzibati tənbeh vermə haqqında qərarları haqda məlumat almışdır. Həmin qərarların alınması üçün dəfələrlə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə rəsmi, qeyri rəsmi müraciətlər etmiş, məktub göndərmiş, qərar verilmədikdə bu haqda Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və s. təşkilatlara müraciətlər etmişdir. Nəhayət 2022ci ilin may ayında qərarlar ona əvvəlcə möhürsüz, sonra isə möhürlənərək verilmişdir. Qərarları alan kimi 2022-ci il may ayında səhvən Sumqayıt şəhər məhkəməsinə, daha sonra isə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda qeyd etmişdir ki, əsassız və haqsız qəbul edilmiş qərarın surətinin vaxtında ona verilməsindən imtina edilməsini əsassız hesab edir ki, iddia müddətinin qəsdən ötürülməsinə xidmət etmişdir. Qeyd etmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları icarə müqaviləsi əsasında işlətdiyi dəniz kənarında yerləşən restoranda yoxlama apararkən və akt tərtib edilərkən işəgötürən və məsuliyyət daşıyan şəxs kimi orada olmamış və iştirakı olmadan akt tərtib edilmişdir. Ala yarımçıq tərtib olunmuş aktlarda adı göstərilən şəxslərin onun işlətdiyi restoranla heç bir əlaqəsi olmamışdır. Qərarla razı deyil. Əgər qərar vaxtında ona verilsəydi iddia müddətin ötürmədən məhkəməyə müraciət edərdi. İddianın mümkün sayılmaması ilə onun şikayət etmək hüququ pozulmuşdur. Bundan əlavə məhkəmə nəzərə almalıydı ki, 2 qərarla onun illik gəlirindən on qat artıq məbləğdə 20 min manat cərimə edilməyi nəticəsində özündən asılı səbəbdən iddia müddətini ötürə bilməzdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2270/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən görünür ki, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi xx.xx.2021-ci il tarixli **********0064 saylı qərarın ləğv edilməsi barədədir. Məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göstərilən Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan əlavə, Azərbaycan Respiblikası Vergi Məcəlləsinin 70.2.1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...70.2-1.3- elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə göndərmiş və həmin qərar xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir . Kollegiya qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuş və qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qərarı mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2270/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar