Məhkəmə qərarları › İş №2-1(105)-133/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-133/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-133/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı Nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “cavabdeh tərəfindən “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Nümayəndə barəsində 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərar qəbul olunmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünə uyğun qaydada şərh edərək əsassız və qanunsuz olaraq cəmiyyətə qarşı kameral vergi yoxlaması açmış və nəticədə İİ rüb üzrə dövriyyəni süni şəkildə artıraraq, əlavə vergi hesablamış və bilərəkdən vergi mükəlləfiyyətini sadələşdirilmiş vergi ödəyicisindən ƏDV-yə keçirmişdir. Belə ki, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı onlar tərəfindən şikayət göndərilmiş, lakin həmin şikayətə baxılma müddəti uzadılaraq, 06 dekabr 2022-ci il tarixli şikayətin təmin edilməməsi haqqıda qərar qəbul edilmişdir. 06 dekabr 2022-ci il tarixli **********605800 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan təkrar şikayət verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 04 saylı 09 fevral 2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir. Həmin qərar ona 23 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri

3. Cavabdeh etirazında bildirmişdir ki, vergi ödəyicisi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin İİ rübü üzrə təqdim edilmiş sadələşmiş vergi bəyannaməsinin araşdırılması zamanı müvafiq dövr üzrə rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən az olduğu müəyyən edilmişdir. Belə ki, müvafiq dövr üzrə xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən dövriyyə məbləğinin 145439,48 manat olduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilmiş dövriyyə məbləğinin bəyannamədə tam olaraq əks etdirilmədiyi müəyyən edilmişdir (56493,04 manat). Həmçinin, vergi ödəyicisi tərəfindən 2400,0 manat daşınmaz əmlak üçün icarə haqqı ödənilməsinə baxmayaraq ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilsə də, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmamışdır. Gösətərilənləri nəzərə alaraq, 2022-ci ilin İİ rübü üzrə 1778,93 manat (145439,48- 56493,04*2%) sadələşdirilmiş vergi və 336,0 manat (2400,0*14%) ÖMV hesablanmışdır. Beləliklə, cəmi hesablama məbləği 2114,93 (1778,93+336,0) manat təşkil etmişdir. Lakin kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisinin dövriyyəsi 200 min manatdan artıq olduğu üçün (xx.xx.2022-ci il tarixdən limiti keçmişdir) xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və 2022-ci ilin sadələşdirilmiş vergi bəyannaməsində 3-cü ay üzrə (iyun ayı) hesablanmış vergi məbləği (958,94 manat) azaldılmışdır. Yekun olaraq, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ 1155,99 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

4. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Nümayəndə barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçı barəsində ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğundan onun barəsində ƏDV üzrə hesablama aparılması düzgün deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyıcilən istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisı vergi uçotuna durmaq ücün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən, Nümayəndə (bundan sonra-vergi ödəyicisi) xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olduğu, Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən **********-45002 obyekt kodlu, əsas sahəsi 3800,0 m2 olan "Şahəsəri" restoranı vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Vergi ödəyicisinin Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən **********-45002 obyekt kodlu təsərrüfat subyektində (obyektində) vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********5994 nömrəli qərar qəbul edilmişdir. Quba rayonu, Küsnət- Qazma ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində keçirilmiş xronometraj müşahidənin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 003463 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 2000,18 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003464 nömrəli günlük akta əsasən xx.xx.2021ci il tarixdə 2135 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003465 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 1801,0 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003466 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 1089,0 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003467 nömrəli günlük akta əsasən xx.xx.2021- ci il tarixdə 966,0 manat olmaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 003468 nömrəli yekun akt tərtib olunaraq orta günlük dövriyyə 1598,24 manat müəyyənləşdirilmiş və aktlar vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən xronometraj metodu ilə yeni müşahidə aparılması barədə müraciət vergi orqanına daxil olmamışdır. Vergi ödəyicisi nəzarət kassa aparatının dövrü hesabatlarını araşdırmaya təqdim etməsinə baxmayaraq vergi orqanı tərəfindən **********-45002 obyekt kodlu təsərrüfat subyektində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş operativ vergi nəzarəti zamanı fərdi sahibkar tərəfindən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********0471 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********9311 saylı Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bu da vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əməl edilmədiyinə əsas verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən Nümayəndə vergi ödəyicisi X8 (VÖEN**********) məxsus Quba rayonu, KüsnətQazma kəndində yerləşən "ŞahƏsəri Restoranı” adlı təsərrüfat subyektində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “baş aşbaz” vəzifəsində, bundan əlavə müxtəlif vergi ödəyicilərinə məxsus istirahət mərkəzlərində aşbaz vəzifəsində işlədiyi müəyyən edilmişdir. Baza məlumatlarının araşdırılması zamanı ünvan 1i ünvanında yerləşən “Şah Əsəri" restoranının xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Nümayəndə adına vergi orqanında uçota alındığı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X7 adına uçota alındığı və Nümayəndə həmin təsərrüfat subyektində aşbaz kimi işlədiyi, xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi X5(VÖEN **********) adına uçota alındığı, xx.xx.2020-ci il tarixdən yenidən Nümayəndə, xx.xx.2022-ci il tarixdən isə X4 adına uçota alındığı müəyyən edilmişdir. Bu da eyni təsərrüfat subyektinin müxtəlif vergi ödəyicilərinin adına qeydiyyata alınaraq VÖEN dəyişdirməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslərin ƏDV ödəyicisi olmaq barədə ərizə vermək öhdəliyinin yaranmamasını təmin etməklə, yəni ümumi dövriyyəsinin 200.000 manat məbləği keçməsinin qarşısını almaqla ƏDV ödəyicisi olma öhdəliyini yaratmamağa çalışmışdır. Yuxarıda qeyd olunduğu kimi müxtəlif illərdə Nümayəndə adına uçota alınmış ünvan 1i ünvanında yerləşən “Şah Əsəri" restoranı xx.xx.2022-ci il tarixdən X4 adına uçota alınmışdır. X4 fəaliyyəti dövründə Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən analoji təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində keçirilmiş xronometraj müşahidənin nəticəsində xx.xx.2023-cü il tarixli DVX seriyalı 022108 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 6333,32 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022109 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli DVX seriyalı 022109 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 7107,99 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022110 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 3919,97 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022111 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 1493,80 manat və nağdsız dövriyyə 267,30 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022114 nömrəli günlük akta əsasən xx.xx.2023cü il tarixdə nağd dövriyyə 3109,95 manat və nağdsız dövriyyə 143 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022115 nömrəli günlük akta əsasənxx.xx.2023- cü il tarixdə nağd dövriyyə 1964,0 manat və nağdsız dövriyyə 238,9 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022132 nömrəli günlükakta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 1806,75 manat və nağdsız dövriyyə 219,30 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022133 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 3956,15 manat və nağdsız dövriyyə 467,1 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022134 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 8232,40 manat və nağdsız dövriyyə 174,35 manat olmaqla xx.xx.2023-cü il tarixli DVX seriyalı 022135 nömrəli yekun akt tərtib olunaraq orta günlük dövriyyə 4392,70 manat müəyyənləşdirilmiş və aktlar vergi ödəyicisi tərəfindən imzalanmışdır. Eyni təsərrüfat subyektində xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi üzrə xx.xx.2023-cü il tarixli yekun aktla vergi ödəyicisi Nümayəndə həmin obyektdə fəaliyyəti dövründə 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə müqayisə olunduqda Nümayəndə həmin obyektdə fəaliyyəti dövründə onun dövriyyəsini azaltmaqla vergi ödəməkdən yayınmasına dəlalət edən sübutdur. Belə olan halda yaranmış şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmaqla, 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş verginin məbləği vergi ödəyicisinin həmin vaxtkı dövriyyəsindən dəfələrlə az olan xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi üzrə hesablanmışdır. Bundan başqa, 2021-ci ilin İİ rübü vergi ödəyicisi Nümayəndə təkcə muzdlu işdən gəlir əldə edən işçilərinin ümumi sayı 11 nəfər və gəlirləri 8329,55 manat, 2022-ci ilin İİ rübü üzrə isə muzdlu işdən gəlir əldə edən işçilərinin ümumi sayı 28 nəfər və gəlirləri 24,225 manat olmaqla, işçi sayında 17 nəfər, muzdlu işdən gəlir əldə edən işçilərinin gəlirlərinin məbləğində isə 15895,45 manat məbləğində artımın olmasına baxmayaraq, həmin dövrlər üzrə vergi ödəyicisinin ümumi dövriyyəsində əhəmiyyətli dəyişikliyin olmaması onun gəlirlərini dəfələrlə azaltmaqla bəyan etməsinə əsasdır və o bu yolla o, ümumi dövriyyəsinin 200.000 manat məbləği keçməsinin qarşısını almaqla ƏDV ödəyicisi olma öhdəliyini yaratmamağa çalışmışdır. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin aprel ayı üzrə qeyd olunmuş 14348,0 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 33599.08 manat, may ayı üzrə qeyd olunmuş 16616.21 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 49545.32 manat) müşahidələrin nəticəsindən 32929.11 manat, iyun ayı üzrə qeyd olunmuş 25528.83 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 22418.25 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı fərdi sahibkarın dövriyyəsinin ardıcıl 12 ay üzrə (xx.xx.2022-ci il tarixdən) 200000,0 manatdan artıq olduğu müəyyən edilmiş və bununla bağlı vergi ödəyiciyə xx.xx.2022-ci il tarixli **********035400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyi üçün vergi orqanı fərdi sahibkarı öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********482600 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında” məktubla fərdi sahibkara müraciət olunaraq xronometraj metodu ilə aparılmış müşahidələrin nəticəsində fərdi sahibkarın dövriyyəsinin 2022-ci ilin iyun ayı üzrə 47947,08 manat, iyul ayı üzrə 49545,32 manat və avqust ayı üzrə 49545,32 manat olmasına baxmayaraq müvafiq dövrlər üzrə vergi orqanına ƏDV bəyannamələri təqdim edilməməsi barədə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşmiş ƏDV bəyannamələri təqdim edilmədiyi üçün qeyd olunan dövrlər üzrə ƏDV üzrə hesablama aparılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

12. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. Maddə 37. Kameral vergi yoxlaması 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəvıcısının bu Məcəllədə nəzərdə tutulmuş qaydada, fəaliyyətini dayandırdığı, xronometrajın keçrildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.5 Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. İşdən görünür ki, iddiaçı Nümayəndə barəsində “sadələşmiş vergi bəyannaməsi” ilə bağlı araşdırma aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərar qəbul olunmuşdur.

17. Vergi orqanının hərəkətindən narazı qalan iddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir.

18. Vergi orqanının qərarı ilə müəyyən olunur ki, qeyd edilən kameral vergi yoxlaması zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin aprel ayı üzrə qeyd olunmuş 14348,0 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 33599.08 manat, may ayı üzrə qeyd olunmuş 16616.21 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 49545.32 manat) müşahidələrin nəticəsindən 32929.11 manat, iyun ayı üzrə qeyd olunmuş 25528.83 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə manat) müşahidələrin nəticəsindən 22418.25 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

19. Vergi Məcəlləsinin 37.5-ci maddəsində qeyd olunmuşdur ki, Məcəllənin 15.1.13cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada, fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddənin məzmunundan onun imperativ xarakter daşımadığı görünür. Digər tərəfdən isə həmin maddənin tətbiqi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində göstərilən hallar (3 hal) baş verməlidir. Bu hallar tam dəqiq göstərilmiş və bu halların heç biri iddiaçıda baş verməmişdir. Vergi Məcəlləsinin 3-cü maddəsində bu tam öz əksini tapmışdır. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadı cəhətdən əsaslandırılmalıdır.

20. Cavabdeh inzibati orqan qəbul olunmuş qərarla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı fərdi sahibkarın dövriyyəsinin ardıcıl 12 ay üzrə (xx.xx.2022-ci il tarixdən) 200000,0 manatdan artıq olduğu müəyyən edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli **********035400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyi üçün vergi orqanı fərdi sahibkarı öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********482600 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında” məktubla fərdi sahibkara müraciət olunaraq xronometraj metodu ilə aparılmış müşahidələrin nəticəsində fərdi sahibkarın dövriyyəsinin 2022-ci ilin iyun ayı üzrə 47947 manat, iyul ayı üzrə 49545,32 manat və avqust ayı üzrə 49545,32 manat olmasına baxmayaraq, müvafiq dövrlər üzrə vergi orqanına ƏDV bəyannamələri təqdim edilməməsi barədə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşmiş ƏDV bəyannamələri təqdim edilmədiyi üçün qeyd olunan dövrlər üzrə ƏDV üzrə hesablama aparılmışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğundan onun barəsində ƏDV üzrə hesablama aparılması düzgün deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyıciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyıcisı vergi uçotuna durmaq ücün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

22. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən isə, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan səxslər- sadələşdirilmiş vergi odəyici olmaq hüququna malikdirlər.

23. Belə ki, iddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyici hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 200000 (iki yüz min) manatdan artıq olması onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-dən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi. Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir.

24. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü ücün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir.

25. “İnzibati icraat haqqında’’ Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.

26. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

27. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

28. Vergi orqanı tərəfindən isə vergi ödəyicisinin özünün müdafiəsi ücün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir.

29. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsində təsbit olunmuş qarşılıqlı etimad anlayışına əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır.

30. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

31. Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibatı praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibatı praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

32. Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

33. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməsini onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməz.

34. Beləliklə, vergi orqanı hazırki yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür.

35. Belə olan halda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarının qanunsuz olduğundan ləğv edilməsi və iddiaçının ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

37. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar