Məhkəmə qərarları › İş №2-1(105)-1331/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1331/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1331/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38 ha torpaq sahəsinin sənədləşməsi prosesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(118)- 1736/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən 0.0808 ha və 0.0723 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38ha torpaq sahəsinin sənədləşməsi prosesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən 2 ayrı-ayrı torpaq sahəsi 30 ildən çoxdur ki, fasiləsiz və etirazsız olaraq İddiaçı faktiki istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə idarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, "Araşdırma zamanı tərəfimizdən müəyyən edilmişdir ki, həqiqətən siz sözügedən torpaq sahəsinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək istifadəçisi olmusunuz. Ona görə də tərəfimizdən sizə tövsiyə olunur ki, aidiyyəti üzrə ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edəsiniz" Abşeron rayonu Saray bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 11 saylı məktubunda Saray bələdiyyəsinin rəhbərliyinin həmin torpaq sahəsinə iddiaçıya qanunvericiliyə müvafiq qaydada mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyini bildirib. İddiaçı həmin torpaq sahələrinin hər birində 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektləri inşa edib. İddiaçı 2024-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 saylı Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün prosedura başlayıb. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının təqdim etdiyi yerquruluşu planında həmin torpaq sahələrinin ölçüsü, kateqoriyası və mülkiyyət növü ilə bağlı bir sıra yanlış məlumatlar qeyd edilərək, sənədləşdirməyə sünü maneələr, problemlər yaradılır. Belə ki, X2 və Daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlara dair yerquruluşu planında əvvəlcə həmin topraqların mülkiyyət növü kimi dövlət mülkiyyət, ərazisi kimi isə Qobu qəsəbəsinin ərazisi, kateqoriyası kimi isə kənd təsərrüfati təyinatlı göstərilib. Ancaq iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəli şəxsinə müraciətindən sonra yalnış məlumatların bir hissəsi düzəldilib. Cavabdeh qurumun xx.xx.2024-cü il tarixli Yerquruluşu planında torpağa dair məlumatlarda bir sıra yalnışlıqlar korreksiya edilib, torpağın mülkiyyət növü bələdiyyə, mülkiyyətçi kimi Abşeron rayonu Saray Bələdiyyəsi qeyd edilib. Ancaq torpağın kateqoriyası yalnış olaraq kənd təsərrüfat təyinatlı torpaq sahəsi kimi qalıb. İddiaçı xx.xx.2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədrinə yazılı müraciət edərək, həmin yalnışlığın da aradan qaldırılmasını xahiş edib. Çünki torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqəsinin torpaqları kimi qeyd edilməməsi, iddiaçının hüququnu pozub və gələcəkdə onun qanuni mənafeyinə problemlər yarada bilər. Həmin məktub cavab verilməsi üçün cavabdeh quruma göndərilib. Cavabdeh qurumun xx.xx.2024-cü il tarixli məktubu ilə bundan imtina edilib. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə dair etirazı daxil olmamış, məhkəmə iclasında iştirak edən nümüyəndəsi iddianı əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1736/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində istifadəsində olan qeyri-yaşayış sahələri mövcuddur. Lakin iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayon Saray bələdiyyəsi tərəfindən ona ayrılması ilə bağlı məhkəməyə hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 47 saylı; xx.xx.2022-ci il tarixli, 16/6 saylı və xx.xx.2021-ci il tarixli, 16/1 saylı qərarları ilə mübahisəli torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahələri iddiaçıya satılmadığından, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqları müəyyən edilməmişdir. Beləliklə, iddiaçı mübahisəli torpaq sahələrində yerləşən qeyri-yaşayış sahələrindən faktiki istifadə etsə də, hazırki iddia tələbi üzrə torpaq sahəsinin kateqoriyasının mübahiələndirilməsi üçün subyektiv hüququ mövcud deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmədə ərəziçinin nümayəndəsi və vəkilinin tədim etdiyi Saray bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti əvəz edən Ş.İ.Məhərrəmovun Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər idarəsinə təqdim etmək üçün verdiyi 05/07 saylı xx.xx.2025-ci il tarixli arayışda qeyd edilir ki, Abşeron rayonu Saray qəsəbəsi Bakı-Quba yolunun sağ tərəfində yola yaxın hissədə 1 ədəd 80 kv.m, 2 ədəd hər biri 25 kv.m olmaqla qeyri-yaşayış obyekti mövcuddur və iddiaçının istifadəsindədir. Başqa sözlə, iddiaçının 30 ildən çox bu torpaq sahələrinə faktki və etrazsız sahibliyi fərqli hüquqi situasiya yaradıb. İddiaçının gözləntisi konkret xarakter daşıyır, konkret qanunvericilik normalarına - “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsaslanır. Bu səbəbdən də məhkəmənin “qeyd edilən torpaq sahələri iddiaçıya satilmadığından, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqları müəyyən edilməmişdir” mövqeyi əsassızdır. Mübahisələndirilən məhkəmə akti iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozub. Bu, xüsusilə əsaslandırılmış qərara malik olmaq hüququnun pozuntusuna aiddir. Məhkəmə qərarda gəldiyi nəticəsini əsaslandırmayıb. Məhkəmə iddianın təmin edilməməsi əsası kimi qeyd edib ki, iddiaçının iddia tələbi üzrə torpaq sahəsinin kateqoriyasının mübahisələndirilməsi üçün subyektiv hüququ mövcud deyil. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlər bunun əskini sübut edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının həmin torpaq sahəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minədək istifadəçisi olduğu etiraf edilib. Abşeron rayonu Saray bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 11 saylı məktubunda da Saray bələdiyyəsinin rəhbərliyinin həmin torpaq sahəsinə iddiaçıya qanunvericiliyə müvafiq qaydada mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi bildirilib. Saray bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti əvəz edən Ş.İ.Məhərrəmovun Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər idarəsinə təqdim etmək üçün verdiyi 05/07 saylı xx.xx.2025-ci il tarixli arayışda da qeyd edilir ki, Abşeron rayonu Saray qəsəbəsi Bakı-Quba yolunun sağ tərəfində yola yaxın hissədə 1 ədəd 80 kv.m, 2 ədəd hər biri 25 kv.m olmaqla qeyri-yaşayış obyekti mövcuddur və iddiaçının istifadəsindədir. Məhkəmə Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli və Abşeron rayonu Saray bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 11 saylı məktublarını, eləcə də Saray bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti əvəz edən Ş.İ.Məhərrəmovun Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər idarəsinə təqdim etmək üçün verdiyi 05/07 saylı xx.xx.2025-ci il tarixli arayışı hansı səbəblərdən sübut kimi qəbul etməməsinə hər hansı bir münasibət bildirməyib. Bundan başqa, mübahisələndirilən qərarda məhkəmə iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətlərinin olmadığını iddia etməklə yanaşı, eyni zamanda cavabdehin imtinasının maddi hüquq normalarının tələbləri çərçivəsində olduğunu, imtinanın qanuni olduğunu bildirib. Halbuki, əgər imtina varsa, deməli, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hansısa hərəkətləri də mövcuddur və yaxud da bunun tam əksinə. Məhkəmə bir-birinin istisna edən halların eyni zamanda mövcudluğunu iddia tələbinin təmin edilməməsi əsası kimi təqdim edir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsimi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırda iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38 ha torpaq sahəsinin sənədləşməsi prosesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin əsaslarla iddiaya mahiyyəti üzrə baxmaqla yalnış nəticəyə gəlmişdir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar (2.3). İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmamasına istinad etsə də, sonda iddianın təmin edilməməsi ilə bağlı yalnış hüquqi nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi subyektiv hüququn mövcud olmaması iddianın mümkün sayılmaması üçün əsas təşkil edir. İş materiallarına əlavə olunmuş Abşeron rayonu Saray bələdiyyəsinin 30 dekabr 2023-cü il tarixli, 442 nömrəli məktubundan görünür ki, “...həmin torpaq sahəsinin uzun illər vətəndaşın faktiki istifadəsində olduğunu tanıyırıq və hal-hazırda sənədləşmə davam etdirilir. Hüquqi sənəd aldıqdan sonra adı gedən torpaq sahəsi faktiki-bilavasitə vətəndaşa satılacaqdır”. (iş materialları, səhifə 62) Eləcə də Abşeron rayon Saray bələdiyyəsinin 10 noyabr 2021-ci il tarixli, 16 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin 2021-ci il tarixli şifahi sorğusuna və vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsini və çoxsaylı şikayətini nəzərə alaraq 0,09 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılmasıyla bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanmasının təmin edilməsi və 0,09 ha torpaq sahəsinə sahibkarlıq məqsədi ilə hüquqi sənəd verildikdən sonra İddiaçı məlumat verilməsi qərara alınmışdır. (iş materialları, səhifə 60) Abşeron rayon Saray bələdiyyəsinin 19 dekabr 2022-ci il tarixli, 16/6 nömrəli qərarından çıxarışdan görünür ki, vətəndaşın faktiki bilavasitə istifadəsində olan bələdiyyənin inzibati ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsinə aid olan 0,0723 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq məqsədi ilə satılmasıyla bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, adı gedən torpaq sahəsinə dair aidiyyatı qurumlardan (Abşeron rayon İH Memarlıq Şöbəsindən rəy; "xxxx" MMCdən Yerquruluşu planı) qanuna müvafiq qaydada sənədlərin alınmasının təmin edilməsi, bələdiyyənin satış məqsədi ilə müsabiqəyə çıxartmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericilikdə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyat alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. (iş materialları, səhifə 56) Abşeron rayon Saray bələdiyyəsinin 16 avqust 2024-cü il tarixli, 17/13 nömrəli qərarından çıxarışdan görünür ki, vətəndaş İddiaçı faktiki bilavasitə istifadəsində olan bələdiyyənin inzibati ərazisindəki kənd təsərrüfatı təyinatlı (yararsız) torpaq sahəsinə aid olan 0,0808 ha torpaq sahəsinin daxilində (0,0025 ha torpaq sahəsinin qeyri-yaşayış) tikintisi olduğu üçün sənədləşdirilərək, vətəndaşın bilavasitə özünə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının nəzərə alınması, adı gedən torpaq sahəsinə dair aidiyyatı qurumlardan (İN-nin yanında ƏMDX-dən rəyin alınması, “DƏDK və Reyestrindən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının) qanuna müvafiq qaydada sənədlərin alınmasının təmin edilməsi, bələdiyyənin bilavasitə satmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericilikdə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyat alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş edilməsi, sözügedən torpaq sahəsinin 0,01 ha torpaq sahəsi üçün normativ qiymət 300 (üç yüz) manat dəyərində (son hərrac qiyməti nəzərə alınmaq şərti ilə) alqı-satqı qaydası ilə bilavasitə satılması qərara alınmışdır. (iş materialları, səhifə 89) Göründüyü kimi iddiaçının istinad etdiyi torpaq sahəsinin onun faktiki istifadəsində olsa belə, həmin torpaq sahəsinin iddiaçıya ayrılması və bununla əlaqədar hüquq müəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. Hazırki vəziyyətdə mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçıya məxsus hər hansı hüquq müəyyənedici sənəd olmadığından onun həmin torpaq sahəsi ilə bağlı subyektiv hüquqa malik olması, beləliklə də torpaq sahəsinə dair tələblər irəli sürməsi istisna olunur. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1736/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar