Məhkəmə qərarları › İş №2-1(105)-1332/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1332/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1332/2025 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 il əvvəl sol qamış sümüyünün sınığı ilə bağlı konservativ müalicə almışdır, lakin səhhətində olan problemin ciddiyyətinə görə ##.##.2023-cü il tarixində Ege Hospitalda sol aşıqbaldır oynağının birləşdirilməsi əməliyyatına daxil olmuşdur. Bununla belə mövcud olan ağrılara görə, ##.##.2024-cü il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutundan baldır sümüyünün rentgenoqrafiyası aparılmış və nəticədə sol qamış və incik sümüyünün aşağı 1/3-nin köhnə az əyri bitişmiş sınıqları, sol fibula dıstalda 10 mm məsafədə rezeksiya distal tibia sindesmozun cırılması - 1 ədəd metal şurupla osteosintezi aşkarlanmış və bununla bağlı müvafiq arayış verilmişdir. Qeyd olunan problemin ciddiliyi və səhhətinin ağırlığı nəzərə alınmaqla əllilik təyin edilməsi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də, ##.##.2024-cü il tarixində aparılmış qiymətləndirmə zamanı diaqnozun öz təsdiqini tapmaması xəstəliyin əlillik təyinatına əsas verə biləcək ağırlaşmalarının klinik və instrumental müayinələr ilə inkar olunduğu əsası ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Göründüyü kimi, səhhətində yaranan problemin ağırlığı, ciddiliyi və əlillik təyin edilməsi üçün kifayət etməsi aparılmış müayinələr zamanı öz təsdiqini tapsa da, əsassız olaraq bundan imtina edilmiş və əlillik təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt Tibb Mərkəzinin ##.##.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə müalicə olunması tövsiyə edilir. Xəstənin müalicə müddəti yetərli deyil, qərar qəbul edilmişdir. Iddiaçının növbəti müraciəti ilə əlaqədar əlillik vəziyyəti Sumqayıt Tibb Mərkəzinin ##.##.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Qeyd olunan xəstəliyin əlillik təyinatına əsas verə biləcək ağırlaşmaları klinik və instrumental müayinə nəticələri ilə inkar olunur, qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Izibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir.

Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Işdən görünür ki, iddiaçı ilk dəfə ##.##.2024-cü il tarixində TSEK-də müayinədən keçmiş və “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Tibb Mərkəzi tərəfindən ## ### 2024-cü il tarixli, K********UZJ nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – S82.3 “Qamış sümüyünün distal şöbəsinin sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq-baldır oynağının artrodezi əməliyyatından sonrakı ankilozu (beş vintlə osteosintezdən sonra).”, ağırlaşmaları: R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq-hərəkət funksiyasının pozulması. Yerişin pozulması”, M24.6 “Oynağın ankilozu, Sol aşıq-baldır oynağının artrodezi əməliyyatından sonrakı ankilozu (beş vintlə osteosintezdən sonra)”, R52.2 “Digər daimi ağrı, Daimi ağrı sindromu”, M21.0 “Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Sol aşıq-baldır oynağının Valqus deformasiyası, regionar osteoparozu” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz öz təsdiqini tapmaması - səbəb: Qeyd olunan xəstəliyin əlillik təyinatına əsas verə biləcək ağırlaşmaları klinik və instrumental müayinə nəticələri ilə inkar olunur” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi sahəvi həkim mütəxəssisin iştirakı ilə, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** nömrəli, ## ###### 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı tibb müəssisələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsində eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı, lakin iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas diaqnoz: S82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı. Sol baldır sümüklərinin aşağı 1/3-nin sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığ. Sol aşıq-baldır oynağının artrodezi əməliyyatından sonrakı ankilozu (beş vintlə osteosintezdən sonra). Ağırlaşmalar: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Dayaq-hərəkət funsiyasının pozulması, yerişin pozulması. M24.6 Oynağın ankilozu. Sol aşıq-baldır oynağının artrodezi əməliyyatından sonrakı ankilozu (beş vintlə asteosintezdən sonra). R52.2 Digər daimi ağrı sindromu. M21.0 Digər rublikalarda təsnif olunmayan valqus deformasiya, sol aşıq-baldır oynağının Valqus deformasiyası, regionar osteoparozu” diaqnozu şəxsin anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, DTSERA-da əyani müayinə zamanı qeyd olunan xəstəliyin əlillik təyinatına əsas verə biləcək ağırlaşmaları, yəni osteomielit, ankiloz, kəskin hərəkət məhdudiyyəti aşkar edilməmişdir. ##.##.2024-cü il tarixdə Kimyaçı poliklinikasında İddiaçı adına icra edilmiş rentgen müayinəsi zamanı “Incik sümüyünün aşağı 1/3-nin bitişməyən sınığı, qamış sümüyü aşağı 1/3-nin və oynaq başının şuruplarla fıksə olunmuş bitişmiş sınığı, postravmatik artroz və osteoporoz əlamətləri, sağ daban sümüyünün alt səthində şpor-dabantikanı aşkar olunmuşdur”. Daha sonra Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** nömrəli, ## ### 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “Qərardadda ekspertiza qarşısında qoyulmuş bütün suallar qiymətləndirmə meyarlarına aid oluqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir”. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı qoyulmuş suallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən tam cavablandırılmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmətibbi ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” publik hüquqi şəxsinin mütəxəssislərinin rəyi alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** nömrəli, ## #### 2026-cı il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutunda göndərilmiş və ##.##.2026-cı il tarixdə ona mütəxəssislər tərəfindən “XBT kodu üzrə: M24.6, Z98.1, M21, Z98.8, M62.5, R52.2, R26.8, M81.9-Sol aşıq-baldır oynaqının artrodez cərrahi əməliyyatından sonrakı ankilozu. Sol aşıq-daban oynaqının ankilozu. Sol aşıq sümüyünün deformasiyası. Sol incik sümüyünün distal 1/3-nin sümük defekti (rezeksiya cərrahi əməliyyatından sonrakı vəziyyət). Sol baldır əzələlərinin hipotrofiyası. Ağrı. Yeriş funksiyasının pozulması. Osteoporoz” diaqnozu qoyulmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı müvafiq ixtisaslaşmış tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirilməklə, onun tərəfindən başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın pozuntusunun hansı dərəcədə olması uroloji və nevroloji xəstəliklər üzrə həkim-mütəxəssislərin müşahidəsi altında təyin edilə bilər”. Eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli arayışdan görünür ki, iddiaçıda M24.6, Z98.1, M21, Z98.8, M62.5, R52.2, R26.8, M81.9 diaqnozlu xəstəliklərin olması müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyasında icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” publik hüquqi şəxsinin mütəxəssis-həkiminin izahatı alınmışdır. Mütəxəssis-həkim verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıda hər 2 bud çanağının ankilozu yoxdur, aşıq baldır və aşıq daban oynağı ilə bağlıdır. Aşıq baldır oynağının ankilozu yalnız 1 ayaqla bağlıdır. Ankilozlaşma nəticəsində oynaqlar işləmir, yalnız 1 tərəflidir, sol aşıq baldır oynağı ilə bağlıdır. Yerişin pozulmasına dəlalət edir, normal yerimək mümkün olmur, əməliyyat nəticəsində ən azı 1-2 sm digər ətrafdan qısalma müşahidə olunur. Yerişlə bağlı ciddi pozuntu hesab olunur. Piramid çatışmazlığı ilə əlaqəsi yoxdur. Ayaqla bağlı alınmış travmanın sonradan beyinə təsiri mümkün deyil, əgər travma alınıbsa həm ayaq həm beyində eyni anda alınması mümkündür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati orqanın hərəkətləti qanunamüvafiq olmuşdur. Kollegiya qeyd edir ki, göndərişdə qeyd olunan xəstəliklərin bəziləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasına daxil olmamış, digər diaqnozlar üzrə xəstəliklər isə yuxarıda istinad olunan ekspert rəyinə və digər istnad edilən sənədlərə əsasən xəstəliklərin ağırlaşmasının əllik təyini dərəcəsində olmamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbinə əsasən iddiaçıya əlillik təyin olunmasına əsas olmamışdır. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar