Məhkəmə qərarları › İş №2-1(105)-1334/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1334/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1334/2025 26.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nə qarşı ("xxxx" MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AN 006939 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 nömrəli qərarı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə 20000 kv.m torpaq sahəsi satılmışdır. JN-0012 nömrəli, KOD 41011018 kodlu Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayon İHB-nın 08 iyul 1998-ci il tarixli, 108 saylı sərəncamı ilə "xxxx" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********3 nömrəli imtina məktubundan görünür ki, qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli 15 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 2.0 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Cavabdehin mütəxəssis rəyindən görünür ki, “Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçıya verilmiş 2.0 ha torpaq sahəsinin AN- 006939 nömrəli plan ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan və naturada göstərdiyi torpaq sahəsi eyni ərazidə yerləşsə də üst-üstə düşmür. Lakin iddiaçının adına olan AN 006939 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi elektron məlumat bazasındakı yerləşmə mövqeyinə uyğundur və ölçüləri eynilik təşkil edir. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edildi, həmin torpaq sahəsi 2.0 ha təşkil edir. Naturada faktiki ölçülmüş torpaq sahəsinin DWJ məlumatlarına (torpaq islahatının nəticələrini əks etdirən baza xəritəsi) əsasən 0,52 ha hissəsi Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin sərhəddindən kənara Pirqulu meşəsinin ərazisinə, 1.0 ha hissəsi BF- 012 nömrəli Dövlət aktında göstərilən koordinatlara əsasən olan torpaq sahəsinə və qalan hissəsi isə örüş torpaqlarına düşür.Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi DWJ məlumatlarına (torpaq islahatının nəticələrini əks etdirən baza xəritəsi) əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpaqlarıdır.İddiaçı naturada göstərdiyi torpaq sahəsinin 1.46 ha hissəsi əkilir, 0.52 ha hissəsi meşə ilə örtülü əraziyə, 0.02 ha hissəsi isə istifadəsizdir.Məlumat üçün bildiririk ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə materiallarında İddiaçı ANs 006939 nömrəli plan ölçü sənədi əsasında olan torpaq sahəsi 1.97 ha olmaqla kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası kin torpağı kimi qeyd olunmuşdur. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə materiallarında işlənmiş torpaq sahəsi arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə materiallarında İddiaçı A№ 006939 nömrəli plan ölçü sənədi əsasında olan torpaq sahəsi 1.97 ha olmaqla kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin torpağı kimi qeyd olunmuşdur. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə materiallarında işlənmiş torpaq sahəsi arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı adına ləğv edilmiş DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş A N: 006939 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 20.000 kv.metr torpaq sahəsinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritədə qeyd edilmiş torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Həmin uyğunsuzluq cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə və yerquruluşu planında öz əksini tapmışdır. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə iddiaçının adına olan A№ 006939 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi elektron məlumat bazasındakı yerləşmə mövqeyinə uyğundur və ölçüləri eynilik təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritədə iddiaçıya işlənmiş 1.97 ha torpaq sahəsinin 1.69 ha hissəsi BF-12 nömrəli Dövlət aktında göstərilən koordinatlara əsasən olan torpaq sahəsi ilə, 0.16 ha hissəsi "xxxx" MMCyə məxsus **********40 reyestr nömrəli çıxarışa əsasən olan torpaq sahəsi ilə üstüstə düşür. Qeyd olunmuş üst-üstə düşmə halı cavab məktubuna əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) iddiaçıya 1,97 ha torpaq sahəsi işlənmişdir ki, bunun da 1,24 ha hissəsi "xxxx" MMC-yə məxsus BF-12 nömrəli Dövlət aktında qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) İddiaçıya işlənmiş 1,97 ha torpaq sahəsinin gediş-gəliş yoluna çıxışı vardır. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, sözügedən 1.97 ha torpaq sahəsinin 1.24 ha hissəsi ilə üstüstə düşən hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.73 ha hissəsinin gediş-gəliş yoluna çıxışı vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X8 14 saylı Şamaxı Ərazi İdarəsinin 3-21- 3-41/2-9/2026 nömrəli, 6 yanvar 2026-cı il tarixli 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmışdır. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, islahat uqodiyası örüşdür. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə reyestr nömrələri **********40 və **********14 olan çıxarışlar verilmişdir. Məlumat üçün bildiririk ki, sözügedən torpaq sahəsi uzun müddət Sumqayıt İnzibati Məhkəməsinin araşdırmasında olmuşdur. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş suallar əvvələr DWG məlumatlarına (torpaq islahatının nəticələrini əks etdirən xəritə materialları) əsaən cavablandırılmışdır. Sonradan sualların cavablandırılması Sumqayıt İnzibati Məhkəməsinin tələbi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən cavablandırılmışdır. Bu səbəbdən təqdim olunmuş cavablar arasında uyğunsuzluq yaranmışdır. Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması zamanı, Şamaxı rayonu yeni yaradılmış Nağaraxana bələdiyyəsinə birləşən keçmiş Nağaraxana bələdiyyəsinin 2014- cü ilə qədər sənədləri Azərbaycan Respublikası Döviət Arxivi İdarəsinin Şamaxı filialına təhvil verilmişdir. İddiaçı Xəifə oğlunun Nağaraxana bələdiyyəsində vergi ödəyiciiəri siyahısında adı yoxdur.Keçmiş Nağaraxana bələdiyyəsinin 2014-cü ilə qədər olan bütün sənədlər Azərbaycan Respublikası Dövlət Arxivi idarəsinin Şamaxı, filialına təhvil verildiyinə görə xx.xx.2006-cı il tarixli 15 saylı qərarı itə torpaq ayırma sənədləri aşkar edilmədi. Lakin İddiaçı Xəifə oğlunun adma Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X7 xx.xx.2007-ci ii tarixdə A 006939 nömrəli kadast planı ilə Şamaxı rayonu Nağaraxana kəndində 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin otduğu aşkar edilidi. Buna görə də həmin sənədlər haqqında məlumatlar bizdə mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 20.000 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 nömrəli qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli, AN006939 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında ona məxsus 0.93 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 nömrəli qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisində kənd təsərrüfatı məqsədi ilə (təyinatı) 20000 kv.m torpaq sahəsi ona verilmişdir. Daha sonra müvafiq sənədləri keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli, A N2 006939 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Həmin sənəd Torpaq Kadastrı kitabında 132 nömrə ilə uçota alınıb və torpaq sahəsinin normativ qiymətinin ödənilməsi də qeyd edilmişdir. Həmçinin ərazinin döngə nöqtələrinin koordinatları tam təsvir olunmuşdur. Torpaq sahəsi ona ayrılan vaxtdan sonra o həmin orpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olaraq mütəmadi əkin-biçin işləri görmüşdür. Həmin torpaq sahəsində taxıl, yonca və digər bitkilərin yetişdirilməsi hər il həyata keçirilmişdir. Hal-hazırda torpaq sahəsində bütünlükdə taxıl əkilmişdir. Dediyi faktları təsdiq edən foto-şəkilləri də iddia ərizəsinə əlavə edir. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat torpaq sahəsinin elektron baza məlumatlarında örüş torpaqlarında aid olduğunu əsas gətirərək müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab edir. Çünki torpaq sahəsinə dair hüquqları əvvəlki reyestr aparan orqan tərəfindən qeydiyyata alınıb, kadastra daxil edilib. Torpaq sahəsinin dəyərini ödəmiş və torpaq sahəsi 17 ildir ki, istifadəsindədir, orada əkinçilik işləri görür. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli 15 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 2.0 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir.Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16.3 maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir.Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına görə, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, müstəqil mütəxəssis rəyi əldə edilməsi ilə bağlı müvafiq hüquqa malik təşkilatla müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 376 saylı mütəxəssis rəyi ilə JN-0012 KOD 41011018 saylı xx.xx.1999- cu il tarixli dövlət aktına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi, cənubdan **********40 saylı çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0376 ha torpaq sahəsi ilə həmsərhəddir. Həmçinin rəydə göstərilmişdir ki, Şamaxı Rayon İcra Hakmkiyyəti başçısının xx.xx.1998-ci il tarixli 108 saylı sərəncamı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli JN-162 KOD41011018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsinin korrdinatları ilə, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı qərarı əsasında İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli A№006939 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş, kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir. Həmin rəydə göstərilmiş torpaq sahələrinin (Şamaxı RİH sərəncamı ilə "xxxx" MMCnə ayrılmış 3.0 ha və Çamaxı rayon Nağaraxana bələdiyyəsinin qərarı ilə İddiaçı ayrılmış 2.0 ha) elektron kadastr məlumatlarından da, həmin torpaq sahələrinin ayrı-ayrı sahələr olduğu görünür. Həmçinin, torpaq sahələrinin məqsədli təyinatı (kateqoriyası) da fərqlidir: Şamaxı RİH-nin sərəncamı ilə verilmiş sahə istirahət mərkəzinin yaradılması məqsədilə ayrılmış, Nağaraxana bələdiyyəsinin qərarı ilə Ayrılmış sahə kənd təsərrüfatı təyinatlıdır. Lakin, hazırda cavabdehin inzibati işin materiallarında formalaşmış mövqeyində, Nağaraxana bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları, iddiaçının özü tərəfindən naturada göstərilməklə sürüşdürülərək dəyişdirilmişdir ki, bu da yol verilməzdir. Torpaq sahəsi daşınmaz əmlakdır və torpaq sahəsi üzərində hüquqların yarandığı dövrdə hansı koordinatlarda olmuşdursa, həmin koordinatlarda da saxlanılmalıdır. Torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi, AR Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununda təsbit edilmiş daşınmaz əmlakın əsas əlamətinə (təyinatına tənasübsüz zərər vurulmadan bir yerdən başqa yerə daşınmaznın mümkün olmaması) ziddir.Göstərilənləri nəzərə almağı, iddiaçının üzərində hüquqlarının qeydə alınmasını arzuladığı və naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə, bələdiyyə qərarı ilə ona ayrılmış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş torpaq sahəsinin elektron kadastr məlumatlarının eynilik təşkil etmədiyini, həmçinin AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü hissəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 6.3-cü maddəsinin tələblərinin, kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını qadağan etdiyini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 nömrəli qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli, AN 006939 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında iddiaçıya məxsus 0.73 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan faktiki 1.97 ha torpaq sahəsinin koordinatları ilə digər şəxslərin torpaq sahəsinin kooridnatları ilə üstüstə düşməyən hissəsi 0.73 ha olaraq qalır və həmin torpaq sahəsinə giriş-çıxış yolu da vardır. İddiaçının hüquqi marağı ona ayrılmış 2 ha torpaq sahəsininin digər şəxslərlə üst-üstə düşməyən 0.93 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasından ibarətdir. Lakin təqdim etdiyi dəqiqləşmə ərizəsində torpaq sahəsinin ölçüsü 0.93 ha göstərilsə də, iddia tələbi qismən təmin edilib, torpaq sahəsinin 0.73 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qeyd alınması məqsədəmüvafiqdir. Belə ki, faktiki mövcud olan 1.97 ha torpaq sahəsinin 1.24 ha hissəsi ilə üst-üstə düşən hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.73 ha hissəsi ilə bağlı hər hansı nöqsan qalmır. Cavabdeh təşkilatın imtina və etirazında gətirdiyi arqumentə, yəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olmasına münasibətdə bildirilir ki, DT və XK-nın Şamaxı rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin surətindən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı məqsədilə ayrılmışdır. Belə ki, Nağaraxana Bələdiyyəsinin qərarında müvafiq qeyd edilmiş, bu səbəbdən alqı-satqı predmeti olmuş və həmin qərarın preyudisiallığı şübhə doğurmamalıdır. Qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı torpaq sahəsi olmasını nəzərə alaraq, iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Həmçinin, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyalı torpaq sahələri olmasını cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iddia tələbi ilə bağlı mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 2 ha torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşməyən 0.73 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinasında və etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarla razılaşmayan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan, cavabdeh AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8n 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-30/2025 saylı məktubunda, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nin yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə materiallarında İddiaçı adına tərtib edilmiş AN 006939 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında olan 1.97 ha torpaq sahəsi kənd təsərrüfatı kənd təsərrüfatı torpaqlar uqodiyası, əkin torpaqları kimi iqeyd olunduğu bildirilmişdir. Həmin məktubda, sözügedən 1.97 ha torpaq sahəsinin 1.69 ha hissəsinin, BF-12 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üzərində "xxxx"xxxx"xxxx" MMC-yə aid **********40 saylıçıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, iddia olunan 1.97 ha torpaq sahəsinin 1.85 (1.69 + 0.16) ha hissəsi, "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi olduğu cavabdeh tərəfindən göstərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8n 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3- 41/2-2588/2025 saylı məktubunda isə, sözügedən 1.97 ha torpaq sahəsinin yalnız 1.24 ha hissəsinin, BF-12 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üzərində "xxxx" MMCnin hüququ qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Eyni idarə tərəfindən verilmiş iki məktubun (faktiki olaraq mütəxəssis rəyinin) arasında 0.51 ha torpaq sahəsi qədər fərq yaranması, rəylər arasında kəskin ziddiyyət olduğunu göstərir. Birinci instansiya məhkəməsi tərəfindən bu ziddiyyətin aradan qaldırılması ilə heç bir araşdırma aparılmamış, zidiyyətə qiymət verilməmişdir. İddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını arzuladığı torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və bu, işin mübahisəsiz halıdır. AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun mənasından göründüyü kimi, kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyət verilə bilməz, yalnız icarəyə verilə bilər. İddiaçının, üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını arzuladığı torpaq sahəsi isə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8n 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-30/2025 saylı məktubundan göründüyü kimi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, bu səbəbdən də iddiaçının mülkiyyətinə verilə bilməz. Birinci instansiya məhkəməsi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qərar çıxarmaqla, AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa,"xxxx" MMC tərəfindən müstəqil mütəxəssis rəyi əldə edilməsi ilə bağlı müvafiq hüquqa malik təşkilatla müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 376 saylı mütəxəssis rəyi ilə JN-0012 KOD 41011018 saylı xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi, cənubdan **********40 saylı çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0376 ha torpaq sahəsi ilə həmsərhəddir. Həmçinin rəydə göstərilmişdir ki, Şamaxı Rayon İcra hakmkiyyəti başçısının xx.xx.1998-ci il tarixli 108 saylısərəncamıəsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli JN-162 KOD41011018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsinin kordinatları ilə, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı qərarı əsasında İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixliA№006939 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş, kənd təsərrüfatı təyinatlı 2.0 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir. Həmin rəydə göstərilmiş torpaq sahələrinin (Şamaxı RİH sərəncamı ilə "xxxx" MMCnə ayrılmış 3.0 ha və Çamaxı rayon Nağaraxana bələdiyyəsinin qərarı ilə İddiaçı ayrılmış 2.0 ha) elektron kadastr məlumatlarından da, həmin torpaq sahələrinin Ayrı-ayrı sahələr olduğu görünür. Həmçinin, torpaq sahələrinin məqsədli təyinatı (kateqoriyası) da fərqlidir: Şamaxı RİH-nin sərəncamı ilə verilmiş sahə istirahət mərkəzinin yaradılması məqsədilə ayrılmış, Nağaraxana bələdiyyəsinin qərarı ilə Ayrılmış sahə kənd təsərrüfatı təyinatlıdır. Cavabdehin inzibati işin materiallarında formalaşmış mövqeyində, Nağaraxana bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları, iddiaçının özü tərəfindən naturada göstərilməklə sürüşdürülərək dəyişdirilmişdir ki, bu da yol verilməzdir. Torpaq sahəsi daşınmaz əmlakdır və torpaq sahəsi üzərində hüquqların yarandığı dövrdə hansı koordinatlarda olmuşdursa, həmin koordinatlarda da saxlanılmalıdır. Torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi, AR Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununda təsbit edilmiş daşınmaz əmlakın əsas əlamətinə (təyinatına tənasübsüz zərər vurulmadan bir yerdən başqa yerə daşınmaznın mümkün olmaması) ziddir. Qeyd olunan hallar, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etirazlarda ətraflı şərh edilmiş, həmçinin,"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 376 saylımütəxəssis rəyielektron məhkəmə portalı vasitəsilə iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin gətirdiyi dəlillərə və təqdim edilmiş mütəxəssis rəyinə heç bir münasibət bildirilməmiş və hüquqi qiymətləndirmə aparılmamışdır. Həmçinin,"xxxx" MMC-nin rəyi ilə cavabdehin rəyi arasında ziddiyyətə aydınlıq gətirilməsi üçün əlavə mütəxəssis araşdırmasını təmin etməmiş və ekspertiza təyin etməmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətlərinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Vəkil2 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətlərinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-1334/25 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı üçüncü şəxsə münasibətdə apellyasiya şikayətinin mümkün hesab edilməsinə aid hissədə ləğv edilərək, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin ləğv olunan hissədə iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müvafiq bələdiyyə qərarı əsasında onun adına ayrılmış 2 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin electron baza məlumatında kənd təsərrüfatı təyinatlı örüş torpaqlar olduğu, həmin torpaqların alqı-satqı predmeti olmadığı halına istinad edərək, müraciətdən imtina etmişdir Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübhasəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyənin xx.xx.2006-cı il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya ayrılmış, onun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№006939 nömrəli plan və ölçü sənədi tərtib edilmiş, kadastr uçotunda xx.xx.2007-ci il tarixldə qeydə alınmışdır. Sözügedən torpaq sahəsinin ayrılmasına dair torpaqayırma sənədlərinin arxiv nüsxəsi aşkar edilməmiş, müvafiq arxiv idarəsi həmin bələdiyyənin 26 may 2006-cl il 06 saylı protokolundan sonrakı dövrə aid sənədlərin arxivə təhvil verilmədiyini, müvafiq bələdiyyə isə həmin sənədlərin aşkar edilməməsinin əsası kimi arxivə təhvil verilməsi halına istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinin həm sənəd üzrə yeri, həm də faktiki istifadə vəziyyətinə uyğun olaraq texniki baxış keçirilmiş, bu barədə mütəxəssis rəyi verilmişdir. Tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin yerləşmə yeri üst-üstə düşmür, faktiki istifadəsində olan torpaq sahəsinin yeri 0,52 ha hissədə bələdiyyə mülkiyyətindən kənarda yerləşməklə, Pirqulu meşəsinin ərazisinə düşür, 1 ha hissəsi BF-012 nömrəli Dövlət Aktında əks olunmuş koordinatlarda olan torpaq sahəsi ilə üst-üstə düşür, naturada göstərdiyi faktiki istifadə etdiyi torpaq sahəsi örüş torpaqlara aiddir, 1,46 ha hissəsi əkilir, 0,52 ha hissəsi meşə torpaqlarıdır, 0,02 ha hissəsi istifadəsizdir, plan və ölçü sənədndə əks olunmuş koordinatlarda olan torpaq sahəsi yerində mövcuddur, həmin sənəd üzrə torpaq sahəsinin yerində ölçüsü 1,97 ha təşkil edir, həmin torpaq sahəsi DVJ məlumatına əsasən 1,69 ha hissəsi BF-012 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə, 0,16 ha hissəsi üçüncü şəxsin adına tərtib edilmiş **********40 reyestr nömrəli çıxarışla üst-üstə düşür, TEKUİS-də uyğunsuzluqları aradan qaldırdıqda isə ümumilikdə 1,24 ha hissəsi BF-012 nömrəli Dövlət Aktında əks olunmuş koordinatlarda olan torpaq sahəsi ilə üst-üstə düşür, sənəd üzrə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı uqodiyası əkin, islahat uqodiyası örüş kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısnın 08 iyul 1998-ci il tarixli 108 saylı Sərəncamı ilə üçüncü şəxsin adına 3 ha torpaq sahəsi ayrılmış, onun əsasında BF-012 nömrəli Dövlət Aktı tərtib edilmiş, həmin aktıb arxiv nüsxəsi cavabdehdə mövcud olmuş, kadastr məlumatında aşkar edilməmiş, həmin sənədlərin məzmununda torpaq sahəsinin bonitet balı 80 kimi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh bir halda sənəd üzrə mövcud olan 1,97 ha torpaq sahəsinin 1,69 ha və 0,16 ha hissəsinin üçüncü şəxsə məxsus torpaq shəsi ilə üst-üstə düşdüyünü, digər hal da isə ümumilikdə 1,24 ha torpaq sahəsi ilə üstüstə düşüdüyünü bildirməsini, ziddiyyətli məlumat verilməsinə səbəb DVJ və TEKUİs məlumatlar əsasında yaranmış uyğunsuzluqla bağlı olduğunu, hazırda yalnız 1,24 ha hissədə üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşmə halının mövcudluğunu bildirərək, ziddiyyətli hala aydınlıq gətirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, , habelə ətrafında yerləşən mülkiyyət hüququ dövlət qeydiyytaına alınmış torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən dair müqayisəli rəngli ortofoto görüntüsü (ətrafda yerləşən torpaq sahələrinə dair reyestr nömrələri **********40 və **********14 qeyd edilməklə) təqdim edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin məzmunundan görünür ki, sözügedən ərazi kənd təsərrüfatı yararlı, əkin və meşə torpaq sahələridir, habelə ətrafda yerləşən torpaq sahələrinə dair torpaqayırma sənədlərinin məzmununda torpaq sahəsinin bonitet balının 60 olduğu, İİİ keyfiyyət qrupu olduğu əks olunmuş, təyinatı kimi kənd təsərrüfatı əkin kimi qeyd edilmişdir Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının predmeti qismində iddia tələbinin təmin edilən hissəsi məhz sənəd üzrə mövcud olan 0,73 ha torpaq sahəsi ilə bağlı hallar təşkil edir. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşmə yeri üst-üstə düşmədiyindən, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi marağı dəqiqləşdirilmiş, iddiaçının hüquqi marağnın məhz sənəd üzrə torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğu müəyyən edimiş, iddiaçı tərəf özü faktiki istifadəsində olan torpaq sahəsinin örüş torpaqlara aid olduğunu qeyd etmişdir (faktiki istifadə vəziyyətində olan torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədinin mövcud olmaması (yeri dəyişdirildiyindən) halı özlüyündə faktiki torpaq sahəsi ilə bağlı da qanuni əsasın mövcud olmamasını deməyə əsas verir). Kollegiya iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, sənəd üzrə torpaq sahəsinin təyinatının kənd təsərrüfatı yararlı və örüş torpaq sahəsi olması həm DVJ məlumatlarında, həm də TEKUİS məlumatlarında öz əksini tapmışdır. Bundan əlavə, yuxarıda işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazidə başqa torpaq sahəsinə dair tədqiq edilmiş torpaqayırma sənədlərinin məzmununda da torpaq sahələrinin kənd təsərrüfatı yararlı torpaq sahəsi olması halı müəyyən edilmişdir (bonitet balı 60,80, keyfiyyət qrupu İİİ qeyd edilmişdir). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahəsi olması həm ilkin kadastr məlumatlarında, həm də hazırda mövcud olan elektron kadastr məlumatları əsasında öz təsdiqini tapmışdır. Hətta torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar əsasında da təsdiqini tapmamışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin yaxın ətrafında yalnız bir torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış (**********40 reyestr nömrəli), həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənəd müvafiq icra hakimiyyəti orqanının Sərəncamı və onun əsasında tərtib edilmiş Döövlət Aktı çıxış etmiş, təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya münasibətdə torpaqayıran qurum bələdiyyə olduğundan, hansı ki bələdiyyənin kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsini xüsusi mülkiyyətə vermək səlahiyyəti olmamışdır, başqa şəxsə münasibətdə isə müvafiq icra hakimiyyəti qurumu tərəfindən torpaq sahəsi ayrıldığından, bu hal iddiaçı ilə həmin şəxslərin eyni faktiki vəziyyətdə olan şəxs kimi dəyərləndirilməsinə imkan verməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, bərabərlik hüququnun təmin edilməsi prinspinin tələbləri qanuni əsaslara söykənməklə, bu əsasla dəyərləndirmə aparılmasına səbəb ola bilər. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin ərazidə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış **********14 reyestr nömrəli torpaq sahəsi sözügedən torpaq sahəsindən kənarda yerləşdiyindən (aralı məsafədə), həmin torpaq sahələri ilə bağlı hallar iddiaçıya münasibətdə həmin şəxslərlə eyni faktiki vəziyyətdə olan şəxs kimi dəyərləndirilməsinə əsas verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddianın əsaslılığının bərabərlik hüququnun təmin edilməsi prinsipinin tələbləri baxımından müəyyən edilməsinə imkan verməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı yararlı və örüş sahə olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, iddiaçının hüquqi marağına uyğun tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin ləğv olunan hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin ləğv olunan hissədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar