Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1339/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2- 1(118)-7609/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi; əmək münasibətlərinin bərpa olunması; maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib; işdən çıxarıldığı xx.xx.2020-ci il tarixindən indiyədək olan dövr üçün əmək haqqının ödənilməsi və geriyə dönük bərpa edilməsi; ona təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərərin ödənilməsi; işdən çıxarılmasının siyasi hüquqlarının pozulması kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsi; məhkəmə və digər xərclərin cavabdehdən tutulması; işə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12763/2025 nömrəli, 08 avqust 2025-ci il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon İcra və Probasiya şöbəsində İİ dərəcəli ədliyyə qulluqçusu, böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışmışdır. 2020-ci ildə 53 saylı X3 Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyini irəli sürdüyünə görə, Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 10 yanvar 2020-ci il tarixindən 10 fevral 2020-ci ilədək əmək məzuniyyəti verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin ona bu məzuniyyət verilməmiş və əvəzində Ədliyyə Nazirliyinin xx.xx.2020ci il tarixli 8-K saylı əmri ilə öz ərizəsi əsasında guya “öz xahişi ilə” vəzifədən azad edildiyi göstərilərək işdən çıxarılmışdır. Bildirmək istəyir ki, bu ərizə ona qarşı göstərilən siyasi təzyiqlər nəticəsində yazdırılıb. Həmin vaxt o, qanuni şəkildə 53 saylı X3 Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyini irəli sürmüşdü. Seçki kampaniyası dövründə, siyasi fəaliyyətinə görə ona xidməti və inzibati təzyiqlər göstərilərək onu işdən getməyə məcbur ediblər. Bu da, Konstitusiyanın 25-ci (bərabərlik hüququ), 54-cü (siyasi hüquqlar) və Əmək Məcəlləsinin 74-cü və 77-ci maddələrinin pozulması ilə nəticələnmişdir. Təqdim etdiyi ərizədə isə əmək münasibətlərinə xitam verilməsi deyil, sadəcə qanunvericiliyə uyğun olaraq seçkiyə qatıldığı müddət üçün əmək məzuniyyəti verilməsi xahiş edilmişdir. Həmin əsasla işdən çıxarılması qanunsuzdur, çünki: - Konstitusiyanın 56-cı maddəsinə əsasən hər bir vətəndaş seçkilərdə iştirak etmək hüququna malikdir; Əlavə olaraq, işdən çıxarılması barədə əmrdə onun “öz arzusu ilə” azad edilməyi əsas gətirilsə də, işdən azad edilmə formal olaraq, könüllü ərizə ilə baş vermişdir. Bu sənəd təzyiq altında və real iradəsinə zidd olaraq imzalanmış və əmək hüququ kobud şəkildə pozulmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 35 və 56-cı maddələri, Əmək Məcəlləsinin 70, 73 və 294-cü maddələri ilə ziddiyyət təşkil edir. Bildirir ki, bu prosesdə onun hüquqları kobud şəkildə pozulmuş, əmək fəaliyyətindən əsassız məhrum edilmiş və bu günədək heç bir bərpa mexanizmi tətbiq olunmamışdır. İşdən çıxarılmanın heç bir hüquqi və intizam əsası olmayıb və bu hal Konstitusiyanın 25-ci (bərabərlik hüququ), 54-cü (siyasi hüquqlar), 56-cı (seçki hüququ), 71-ci və 35-ci maddələrinə, eləcə də Əmək Məcəlləsinin 70, 73 və 294-cü maddələrinə ziddir. Bundan əlavə, 2023-2025-ci illərdə barəsində əsassız cinayət təqibi aparılmış, azadlıqdan məhrum və ev dustaqlığında saxlanılmışdır ki, bu da ona hüquqi müdafiə imkanlarını istifadə etməyə obyektiv mane olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(118)-7609/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmri publik hakimiyyət subyekti tərəfindən verilmiş inzibati aktdır və bu aktın ləğvi inzibati məhkəmənin baxış səlahiyyətinə daxildir. Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarı bu qəbildən olan mübahisələrin inzibati məhkəmələrdə baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən tərəflərdən biri publik hakimiyyət subyekti olduqda və akt hakimiyyət səlahiyyəti ilə qəbul edildikdə mübahisə inzibati xarakter daşıyır. Əməkhaqqı və mənəvi zərər tələbləri əsas inzibati aktın törəmə nəticələri olmaqla, inzibati icraat predmetindən kənarda deyildir. Məhkəmənin iddianı mümkünsüz sayması Konstitusiyanın 60-cı maddəsi (məhkəməyə çıxış hüququ), AİHK-nın 6 və 13-cü maddələri (ədalətli məhkəmə və effektiv hüquqi müdafiə hüquqları), həmçinin 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə ziddiyyət təşkil edir. AİHK-nın 13-cü maddəsinə uyğun olaraq o, faktiki olaraq effektiv hüquqi müdafiə vasitəsindən məhrum edilmişdir. Əmək haqqı və xidmət münasibətlərindən irəli gələn ödənişlər AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququdur. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının əsas məqsədi pozulmuş hüquq və qanuni maraqların bərpasıdır. Eyni zamanda İPM-in 12-ci maddəsində təsbit edilmiş ədalətli və səmərəli məhkəmə müdafiəsi prinsipi məhkəməni formalizmə yol vermədən işə mahiyyəti üzrə baxmağa vəzifələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, iddia müddəti hüquqi müəyyənliyin təmin edilməsinə xidmət etsə də, bu institut şəxsin konstitusion hüquqlarının müdafiəsini mümkünsüz edən vasitəyə çevrilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7609/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarıdadı ilə onun Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi və AİHK-nın 6-cı maddəsi ilə qorunan məhkəməyə çıxış hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü mərhələsində işin mahiyyətinə dair qiymətləndirmə aparmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Sumqayıt İnzibati Məhkəməsi İPM-in 38.2-ci maddəsini mütləq norma kimi tətbiq etməklə iddia müddətini iddianın mümkünlüyü mərhələsində qiymətləndirmişdir. Bu yanaşma isə İPM-in 38.3-cü maddəsinin tələblərinə, habelə Konstitusion hüquqların üstünlüyü prinsipinə ziddir. Belə ki, fundamental hüquqların pozulması iddiası özlüyündə iddia müddətinin bərpası üçün üzürlü səbəb hesab edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 8-K saylı inzibati akt bu günədək öz hüquqi nəticələrini doğurmaqda davam edir, iddiaçının əmək, sosial və hüquqi statusuna birbaşa təsir göstərir. Bu isə davam edən hüquq pozuntusu olmaqla, iddia müddətinin tətbiqini istisna edir. Nəticə olaraq, Fundamental hüquqların pozulması ilə bağlı olan bu iş üzrə iddia müddətinə istinad edərək iddianın icraata qəbul edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 12 və 60-cı maddələrinin, İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6 və 13-cü maddələrinin, habelə İnzibati Prosessual Məcəllənin məqsəd və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi; əmək münasibətlərinin bərpa olunması; maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib; işdən çıxarıldığı xx.xx.2020-ci il tarixindən indiyədək olan dövr üçün əmək haqqının ödənilməsi və geriyə dönük bərpa edilməsi; ona təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərərin ödənilməsi; işdən çıxarılmasının siyasi hüquqlarının pozulması kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsi; məhkəmə və digər xərclərin cavabdehdən tutulması; işə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçının tələbi bir neçə hissədən ibarət olsa da, əsas tələbi cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, 8-K saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması ilə əlaqəlidir. Digər tələblər isə qeyd olunan iki tələbdən asılıdır. Bu səbəbdən də kollegiya ilk növbədə əmrin ləğvi və işə bərpa tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, göründüyü kimi iddiaçı cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 8-K saylı əmri mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri 10 yanvar 2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı öz ərizəsi ilə işdən çıxarılmasını xahiş etdiyindən elə həmin tarixdə də sözügedən əmr barədə məlumatlı olmuşdur. Əlavə olaraq iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 09 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı ədliyyə orqanlarında yenidən qulluğa qəbul olunması barədə müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı hazırda mübahisələndirdiyi 10 yanvar 2020-ci il tarixli əmrdən ən azı 09 oktyabr 2020-ci il tarixdən məlumatlı olmuşdur. Buna baxmayaraq iddiaçı 04 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəticə etibarilə, əmrin ləğvi ilə bağlı iddia ərizəsinin xx.xx.2023-cü il tarixində təqdim olunması qanunvericilikdə inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin pozulmasına səbəb olmuşdur. Belə olan halda, işə inzibati icraat çərçivəsində baxılması prosessual tələblərə uyğun hesab edilə bilməz. Əlavə olaraq İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 4 ildən artıq keçdiyindən, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müddətin bərpasına dair ərizə təmin edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı 2023-2025-ci illərdə barəsində cinayət təqibi aparılması, azadlıqdan məhrum və ev dustaqlığında saxlanılmasına istinad edərək hüquqi müdafiə imkanlarını istifadə etməyə obyektiv imkanının olmadığını bildirmişdir. Lakin yuxarıda da istinad olunduğu kimi iddiaçı tərəfindən 2020-ci ilin oktyabr ayında ədliyyə orqanlarında qulluğa qəbul olunma ilə əlaqədar müraciətlər edilmişdir. Halbuki iddiaçı sözügedən əmrlə razılaşmadığı, onu qanunsuz və əsassız hesab etdiyi təqdirdə məhz həmin dövrlərdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək imkanına malik idi. 2023-2025-ci il tarixlərində isə inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün müəyyən edilmiş 30 günlük müddət tələbi artıq pozulmuş, müddətin bərpası ilə bağlı bir illik müddət də ötürülmüşdür. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, əsas iddia tələbi üzrə iddia müddəti ötdüyündən və digər tələblər əsas iddia ilə əlaqəli olduğundan həmin iddia tələbləri də mümkün sayılmamalıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(118)-7609/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3