Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-134/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu, Əzizova Vəfa Ehtiram qızı və X16 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, üçüncü şəxs X19 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-55/2024 nömrəli qərarından üçüncü şəxslər X29 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin hərkətlərinin qanunsuz hesab edilməsi və çıxarışın etibasız hesab edilməsi iddiası ilə Sumqayıt İnzbati məhkəməsində iddia qaldırmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin dövlət aktının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1324/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə X29, 2-1(118)-1324/20232 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X31 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçıya və onun ailə üzvlərinə aqrar islahat zamanı 2.14 ha torpaq sahəsi ayrılmışdır və bununla bağlı arxiv məlumatları mövcuddur. Həmin torpaq sahəsinin 0.25 ha hissəsi hazırda məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X21 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X31 isə həmin torpaq sahəsini iş üzrə digər üçüncü şəxs X7 almışdır. X19 X10 və dövlət reyestrində qeydi aparılmış 0.25 ha torpaq sahəsinə müvafiq çıxarış isə 0,94 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X22 məxsus “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmişdir. Həmin Dövlət X6 0,94 ha torpaq sahəsini alqı-satqı qaydasında əldə etdiyi qeyd edilsə də, belə bir müqavilənin mövcudluğu müəyyən edilmir. İddiaçı 0.25 ha torpaq sahəsinə dair üçüncü şəxslərə qanunsuz mülkiyyət sənədləri verildiyini iddia edərək, mülki və inzibati məhkəmələrdə iddialar qaldırmışdır və həmin torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsinə nail olmaq niyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun ailə üzvlərinə Qusar Rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 2.14 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin adına 13 iyul 2000-ci il tarixdə KOD 301210** JN *** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən həmin idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 229 hissəsi olan 0.25 hektar torpaq sahəsinə dair X19 adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Həmin torpaq sahəsinin hansı əsaslara görə qeyd olunan şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir. Bundan sonra iddiaçı cavabdeh X22 (üçüncü şəxslər X31, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2545/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X22 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya Qusar rayonu, Çiləgir kəndindəki 0.25 hektar torpaq sahəsinə dair cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı cavabdeh X23 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki işə Qusar Rayon Məhkəməsində baxılarkən iş üzrə təyin olunmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-torpaqşünaslıq ekspertizasının 11 oktyabr 2019-cu il tarixli, 19599 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, KOD 30121028, JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür. Hesab edilir ki, cavabdeh inzibati orqan iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 hektar hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qanunsuzluğa yol vermişdir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətləri nəticəsində üçüncü şəxs X20 adına xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati məhkəmə icraatı qaydasında etibarsız hesab edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Qusar rayonu, Çiləgir kəndində yerləşən əmlaka dair vətəndaş X19 mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 31 yanvar 2022-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu Çiləgir kəndində yerləşən torpaq sahəsinə dair X19 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Üçüncü şəxs X19 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində Fuad Mirzəxanovun adına verilmiş qeyd olunan çıxarışın, məhz İddiaçı iddia etdiyi həmin torpaq sahəsində göstərilən koordinatlar üzrə verilməsini təsdiq edəcək heç bir əsaslı sübuta istinad olunmur, yalnız sübut kimi bu barədə Qusar rayon məhkəməsində işə baxılarkən ilk dəfə alınmış 11 oktyabr 2019-cu il tarixli, 19599 №-li ekspertiza rəyinə istinad edilir. İşin faktiki halları isə ondan ibarətdir ki, X29 tərəfindən qeyd olunan torpaq sahəsi Seyidəhmədovlardan yox, digər torpaq sahəsi ilə birlikdə 14 noyabr 2003-cü il tarixli müqavilə əsasında başqa şəxsdən satın alınmış və bu barədə əvvəlcə DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair dövlət aktı, sonra da DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd olunan mülkiyyət Çıxarışı verilmişdir. Sonra da torpaq sahəsi X29 tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 və həmin alqı-satqı müqaviləsi əsasında da qeyd olunan 0,25 hektar torpaq sahəsi üzərində X21 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış verilmiş və hazırda da qeyd olunan torpaq sahəsi Aqil Ələkbərovun xüsusi mülkiyyətindədir. İddiaçı hazırkı mübahisə ilə bağlı Qusar rayon məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmaları zamanı da, məhz yuxarıda qeyd olunan 11 oktyabr 2019-cu il tarixli, 19599 №-li ekspertiza rəyi alındıqdan sonra X31 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və onun vəsatəti əsasında da iş üzrə təkrar məhkəmətorpaqşünaslıq ekspertizası təyin olunaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 08 iyun 2020-ci il tarixli 10/707 N-li ekspertiza rəyi, eləcə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsindən 16 mart 2020-ci il tarixli C-33 №-li mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi əsasında verilmiş həmin ekspertiza rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış ilə X21 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olunur. İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN saylı 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Bu barədə olan mütəxəssis rəyində daha sonra göstərilir ki, qeyd olunan sualın cavablandırılması və xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Bundan başqa mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi X31 onun vicdanlı alıcısı olmaqla, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X29 ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, eləcə də Aqil Ələkbərovun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* N-li Çıxarış, qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sənədlərdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Qusar rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X22 və üçüncü şəxslər X27, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2545/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsi ləğv edilərək İddiaçı cavabdeh X22 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. JN 229, Kod 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan görünür ki, İddiaçı Qusar rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 17 mart tarixli, 5/2 saylı qərarı ilə verilmiş 2,14 ha torpaq sahəsi barədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-55/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə üçüncü şəxs X19 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində X19 adına JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan alqı-satqı müqaviləsi olmuşdur ki, həmin alqı-satqı müqaviləsi mövcud deyildir. X4 adına tərtib edilmiş JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. Üçüncü şəxslər X29 və X31 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X29 apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 2018-ci ilin axırlarında, başqa bir iş üzrə iddiaçı X28 tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X29 və başqalarına qarşı Qusar rayon məhkəməsində iddia qaldırılaraq, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Seriya RX ******* №-li mülkiyyət Çıxarışı əsasında X21 xüsusi mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin 0,31 ha hissəsinin, X28 tərəfindən Qusar rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-06 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Güləliyev Azad Qubaşah oğlundan satın aldıqları bildirilərək, həmin torpaq sahəsinə dair X33ju ilə X27 aid mülkiyyət Çıxarışları mübahisələndirilmiş və mübahisə ilə əlaqədar tərəflər arasında məhkəmə çəkişmələri bu gün də davam etməkdədir. Qusar rayon məhkəməsində həmin iş üzrə məhkəmə araşdırmalarının getdiyi dövrdə - xx.xx.2019-cu tarixdə, yəni özünə məxsus sahəyə dair Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı alındıqdan 20 il sonra, hazırkı iş üzrə İddiaçı tərəfindən Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qusar rayonun Çiləgir kəndi ərazisində ayrılmış kənd təsərrüfatı təyinatlı 2,14 ha torpaq sahəsi barədə verilmiş “Torpağa mülkiyyət hüququna dair” 1999-cu il tarixli JN 229 KOD 30121028 №-li Dövlət Aktını (qaimə-sertifikattarixi 13 iyul 2000-ci il) naməlum şəraitdə itirmişdir. Bundan sonra da hazırkı iş üzrə İddiaçı tərəfindən, cavabdeh X22 və üçüncü şəxslər X27, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət olunaraq, Qusar rayonu, Çiləgir kəndində yerləşən KOD ********* JN229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə dair cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş və Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-72/2020 №-li qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2545/2020 №-li qətnaməsi ilə də həmin iş üzrə Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-72/2020 №-li qətnaməsi ləğv edilərək işin icraatına xitam verilmişdir. Hazırkı iş üzrə də eyni tərəflər arasında olan, eyni mübahisəyə dair qanuni qüvvədə olan həmin məhkəmə aktı - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2545/2020 №-li qətnaməsinin qərar hissəsində də İddiaçı, Qusar rayonu, Çiləgir kəndindəki 0,25 hektar sahəsinə dair cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Apellyasiya məhkəməsinin qanuni qüvvədə olan həmin qətnaməsi ilə İddiaçı həmçinin izah olunmuşdur ki, mübahisələndirilən Qusar rayonu, Çiləgir kəndindəki 0,25 hektar sahəsinə dair cavabdeh X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas olmuş hüquq-müəyyənedici sənədləri də mübahisələndirməklə Qusar rayon məhkəməsinə müraciət edə bilər. Lakin buna baxmayaraq, İddiaçı tərəfindən, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, “DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı hərəkətlərin qanunsuz və üçüncü şəxs X19 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati (birinci instansiya) Məhkəməsinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə də iddiaçı, iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək “...həmin çıxarışın verilməsinə əsas olmuş qeydin və çıxarışın ləğv edilməsi” tələbi üzrə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı, yenidən iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək “cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN-293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin Dövlət Aktının ləğv edilməsi” tələbi üzrə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X29, xx.xx.2022-ci il tarixli qərardadı ilə də X31 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Lakin iş üzrə X31 ilə bağlı heç bir sənəd mübahisələndirilmir və iddia ərizəsinə görə həmin şəxsin konkret olaraq nəyə görə üçüncü şəxs qismində cəlb edilməsi məlum deyildir. X21 iş üzrə üçüncü şəxs kimi cəlb olunmasına dair məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında da səbəb kimi, qəbul olunacaq qərarın X21 qanunla qorunan hüquqi maraqlarına toxuna biləcəyi göstərilir, lakin bu halın konkret olaraq nədən ibarət olması qeyd edilmir. İddia ərizəsinə əlavə olunmuş və cavabdeh tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********71 №-li məktubunda isə açıq şəkildə göstərilir ki, “...Qusar rayon DNK-nın xx.xx.2003-cü il tarixli müqaviləsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X19 adına 0,94 ha torpaq sahəsinə dair JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” verilmiş və həmin dövlət aktına əsasən dövlət reyestrindən 0,25 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd edirik ki, X19 adına olan 0,25 ha torpaq sahəsi Qusar rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X21 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir...” İddia ərizəsində isə, cavabdehin məktubunda göstərilən həmin hissə məqsədyönlü şəkildə gizlədilir. Məhkəmə sorğusuna əsasən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-34/2-13276/2023 №-li mütəxəssis rəyindən də görünür ki, “.. “Torpağa mülkiyyət hüququna dair” JN 229KOD 30121028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin koordinatları, RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla X21 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə bütövlükdə 0,25 ha olmaqla üst-üstə düşür...” Göründüyü kimi, eyni tərəflər arasında 5 ildən də artıq müddətdir ki, eyni predmet barəsində məhkəmə mübahisələri gedir və bu gedişlə həmin məhkəmə mübahisələri bundan sonra da 5-10 il davam edəcəkdir. Ona görə ki, həmin mübahisələrlə bağlı İddiaçı tələbi təkcə hazırkı iş üzrə olan iddia tələbi - “cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış İddiaçı və onun ailəüzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli(JN-293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin Dövlət Aktının ləgv edilməsi" tələbi ilə bitmir. Və son nəticəyə çatmaq üçün təbii ki, mübahisə predmeti olan həmin 0,25 ha torpaq sahəsinə dair X19 adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Seriya RX ******* №-li mülkiyyət Çıxarışı, həmin torpaq sahəsinin X29 tərəfindən X5 barədə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli (reyestr nömrəsi 4Ə-1654) alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında da qeyd olunan 0,25 hektar torpaq sahəsi üzərində X21 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış mübahisələndirilməlidir. Mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi X31 isə onun vicdanlı alıcısı olmaqla, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X29 ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsi, eləcə də Aqil Ələkbərovun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış, hazırda qanuni qüvvədə olan rəsmi hüquqmüəyyənedici sənədlərdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılması ilə əlaqədar Dövlət Notariat Arxivi, eləcə də cavabdeh DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış sorğulara cavab məktublarından görünür ki, X29 ilə X17 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş 14 noyabr 2003-cü il il tarixli, 4Ə-1-717 reyestr nömrəli alqı-satqı müqaviləsi və bu barədə notariat işi Dövlət Notariat Arxivinə, həmin müqavilənin surəti də cavabdeh DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Bu halların isə hazırkı iş üzrə üçüncü şəxs X22 heç bir aidiyyəti yoxdur və həmin notariat işi və ya alqı-satqı müqaviləsinin dövlət arxivinə, yaxud da Reyestr Xidmətinə təhvil verilməməsinə görə də X29 məsuliyyət daşımır. X29 tərəfindən Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, qeyd olunan 0,94 ha torpaq sahəsinin qeydə alınması üçün, həmin müqavilənin ona verilmiş surəti DT və XK-nin Qusar rayon şöbəsinə təhvil verilərək ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı alınmışdır. Həmin alqı-satqı müqaviləsinə dair notariat işinin notariat arxivinə, müqavilənin də Reyetr Xidmətinə təqdim olunması isə vətəndaşın yox, həmin orqanların işidir. Lakin buna baxmayaraq, Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə 4Ə-1-717 reyestr nömrə ilə təsdiq edilmiş həmin alqı-satqı müqaviləsinin üçüncü şəxsdə qalmış kserosurəti tərəflərindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında olan mübahisə, inzibati orqan olan DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin fəaliyyəti ilə əlaqəli yox, məhz vətəndaşlar arasında olan mülki-hüquqi əqd və hərəkətlərdən yaranan mülki-hüquq münasibətləridir ki, hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarlarına əsasən bu xarakterli işlərə inzibati məhkəmələr tərəfindən yox, mülki-mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Bu vəziyyəti yaxşı bilən birinci instansiya məhkəməsi də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə qərar çıxarmaq əvəzinə, özünün səlahiyyətinə aid olmayan işə baxmaqda davam etmiş, bu barədə üçüncü şəxs tərəfindən məhkəmə baxışının ilkin mərhələsində, daha doğrusu xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş iddiaya etiraza, xx.xx.2024-cü il tarixli iddianın mümkün sayılmamasına dair vəsatətə heç bir münasibət bildirməmiş və işə baxmaqda davam etmişdir. Ona görə də tərəflərindən xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim olunaraq: İddiaçı mübahisə predmeti olan 0,25 ha torpaq sahəsinə dair ‘Torpağa mülkiyyət hüququna dair” KOD ********* JN saylı Dövlət Aktının əsli, 1999-cu ildən keçən dövr ərzində həmin 0,25 ha torpaq sahəsinə dair torpaq vergisinin ödənilməsinə dair qəbz və yaxud bunu təsdiq edəcək digər sənədlər; Qusar rayonun Çiləgir Bələdiyyəsindən də mübahisə predmeti olan 0,25 ha torpaq sahəsinə dair İddiaçı tərəfindən 1999-cu ildən keçən dövr ərzində torpaq vergisi ödənilməsinə dair sənəd və məlumatlar tələb edilməsi və eləcə də həmin torpaq sahəsinin göstərilən dövrdə özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi faktının araşdırılması və xüsusilə də Qusar rayon Notariat Kontorunda təsdiqedilmiş xx.xx.2003-cü il tarixli (reyestr nömrəsi 4Ə-1-717) alqı-satqı müqaviləsi üzrə araşdırma hərəkətlərinin aparılması xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət, eləcə də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə məhkəmə baxışının son mərhələsində, yəni xx.xx.2024-cü il tarixdə verilən vəsatət də təmin olunmamış və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə də iş üzrə iddia təmin olunmuşdur. Yəni, xx.xx.2003-cü il tarixli ‘Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, onun qəbulundan 20 ildən də artıq, həmin akt barədə iddiaçının xəbəri olmasından da 5 ildən artıq müddət keçəndən sonra mübahisələndirmə haqqında iddia icraatı qaydasında ləğv olunması barədə qərar qəbul edilmişdir. İddiaçı iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsinə dair “üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN-293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” hissəsinə isə hüquqi qiymət verilməmiş və həmin hissə üzrə qərar qəbul olunmamışdır. Ona görə də hazırkı işə baxan birinci instansiya məhkəməsi tərəfindən, üçüncü şəxsin iddiaçı və başqalarından müəyyən sənədlərin tələb olunması, xüsusilə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli (reyestr nömrəsi 4Ə-1-717) alqı-satqı müqaviləsi üzrə araşdırma hərəkətlərinin aparılması barədə və eləcə də hazırkı iş üzrə iddianın münikün sayılmaması barədə vəsatətlərin təmin olunmaması təbiidir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsinə dair “üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN- 293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” hissəsinə hüquqi qiymət verilməməsi və həmin hissə üzrə qərar qəbul olunmaması da həmin vəsatətlərin təmin olunmamasının məntiqi nəticəsidir. Belə ki, həmin vəsatətlərin təmin olunması halında İddiaçı iddiasının, mübahisə predmeti olan torpaq sahəsinə dair “üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN- 293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” hissəsinə də hüquqi qiymət verilməli və həmin hissə üzrə də qərar qəbul edilməli idi ki, bunlar da inzibati məhkəmənin səlahiyyətlərinə aid məsələlər deyildir. Ona görə ki, iddia ərizəsində ləğv olunması tələb olunan “üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN-293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeyd”’, məhz X29 ilə X17 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş 14 noyabr 2003-cü il il tarixli alqı-satqı müqaviləsidir. Xüsusilə də qeyd olunmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı mülkiyyətçisi X27 aid heç bir sənəd mübahisələndirilmədiyi halda, qəbul olunacaq qərarın həmin şəxsin maraqlarına toxunacağı əsası ilə onu üçüncü şəxs kimi işə cəlb edən birinci instansiya məhkəməsi, iş üzrə digər üçüncü şəxs olan X19 mübahisə predmeti olan torpaq sahəsini bilavasitə satın aldığı X17 haqqında eyni mövqeni sərgiləmir, onun iş üzrə üçüncü şəxs kimi cəlb olunması və dindirilməsini təmin etmir. Halbuki, hazırkı iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün X11 işə cəlb olunması, xüsusilə də onunla X29 arasında bağlanaraq Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş 14 noyabr 2003-cü il il tarixli, 4Ə-1-717 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə araşdırma hərəkətlərinin aparılması olduqca zəruridir və bunsuz da hazırkı mübahisə üzrə məhkəmə tərəfindən yekun qərar qəbul olunması sadəcə mümkün deyildir. Hazırkı işə baxan birinci instansiya məhkəməsi isə həmin maddi hüquq normalarının tələblərini pozaraq onları ümumiyyətlə tətbiq və yaxud düzgün tətbiq etməmiş, torpaq islahatı ilə əlaqədar iddiaçıya verilmiş və həmin torpağa dair DT və XKnin Qusar rayon şöbəsi tərəfindən 1999-cu ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, 2004-cü ildə yaradılmış Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində 2019-cu ilə kimi qeydə alınmasının səbəbləri, həmin aktın əslinin harada olması, həmin aktın itirilməsi və bu barədə dövlət orqanlarına nəyə görə 20 ildən sonra xəbər verilməsi faktlarını araşdırmamışdır. Eləcə də hazırkı iş üzrə mübahisə inzibati orqan olan cavabdehin fəaliyyəti ilə heç bir əlaqəsi olmadığı və mübahisə predmeti olan torpaq sahəsi cavabdehin hüquqi varisi olduğu DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən 1999-cu ildə dövlət qeydiyyatına alındıqdan sonra məhz vətəndaşlar arasında olan əqdlər əsasında, yenidən xx.xx.2003-cü il tarixdə həmin şöbədə üçüncü şəxs Fuad Mirzəxanovun adına təkrar qeydiyyata alındığına, bunun da əsası dövlət notariat orqanında bağlanmış alqısatqı müqaviləsi təşkil etdiyinə görə, belə xarakterli işlərə mülki-mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olduğu halda, aidiyyət qaydaları pozularaq Konstitusiyada təsbit olunmuş hüquq normasına zidd olaraq inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə həmin prosessual hüquq normalarının da tələblərini pozaraq, iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu olmayan iddiaya iddianı mümkün sayaraq həmin işə baxmışdır. Halbuki, eyni tərəflər arasında 5 ildən də artıq müddətdir ki, eyni predmet barəsində məhkəmə mübahisələri gedir və bu gedişlə həmin məhkəmə mübahisələri bundan sonra da 5-10 il davam edəcəkdir. Belə ki, həmin mübahisələrlə bağlı İddiaçı tələbi təkcə hazırkı iş üzrə olan iddia tələbi - “cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN-293 Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin Dövlət Aktının ləğv edilməsi” tələbi ilə bitmir. Və son nəticəyə çatmaq üçün təbii ki, mübahisə predmeti olan həmin 0,25 ha torpaq sahəsinə dair X19 adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Seriya RX ******* №-li mülkiyyət Çıxarışı, həmin torpaq sahəsinin X29 tərəfindən X5 barədə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli (reyestr nömrəsi 4Ə-1654) alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında da qeyd olunan 0,25 hektar torpaq sahəsi üzərində X21 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış mübahisələndirilməli, həmin işə də mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Buna baxmayaraq hazırkı işə baxan birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2003-cü il tarixli ‘Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, onun qəbulundan 20 ildən də artıq, həmin akt barədə iddiaçının xəbəri olmasından da 5 ildən artıq müddət keçəndən sonra mübahisələndirmə haqqında iddia icraatı qaydasında ləğv olunması barədə qərar qəbul edilmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi, həmin prosessual hüquq normalarının da tələblərini pozaraq iddia tələbindən kənara çıxmış və İddiaçı iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsinə dair “üçüncü şəxs X19 adına xx.xx.2003-cü il tarixli (JN-293Kod: ********) Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” hissəsinə hüquqi qiymət verməmiş və həmin hissə üzrə qərar qəbul etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən həmin prosessual hüquq normasının tələbləri də pozulmuşdur. Məhkəmə qərarının tətbiq edilən hüquq və məhkəmənin mövqeyini əks etdirən bölməsində (12-ci səhiflə) daha sonra qeyd olunur ki, “... hazırki işdə cavabdeh inzibati orqan üçüncü şəxsin adına qeydə alınmış JN 293 KOD 30121028 saylı dövlət aktının ləğvindən imtina etmişdir Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində X19 adına JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan alqı-satqı müqaviləsi olmuşdur ki, həmin alqı-satqı müqaviləsi mövcud deyildir. X1 tərtib edilmiş JN 293 KOD30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır....” Göründüyü kimi hazırkı iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunda Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilən hallar dəqiq olaraq qeyd olunmuş və həmin qanuna görə hazırkı iş üzrə cavabdeh olan DƏDKRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktını ləğv etmək hüququ yoxdur və belə olan halda da, onun tərəfindən hazırkı iş üzrə iddiaçıya verilmiş cavab imtina hesab oluna bilməz. Və təbii ki, Qusar rayon Notariat Kontorunda bağlanmış 14 noyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinə dair notariat işinin Dövlət Notariat Arxivində aşkar edilməməsi, eləcə də həmin müqavilənin DT və XK tərəfindən DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməməsi barədə alınmış məlumatlar isə həmin alqı-satqı münasibətlərinin olması faktını təsdiq edə bilməz, həmin məlumatların üçüncü şəxsə aidiyyəti yoxdur və həmin notariat işi və ya alqı-satqı müqaviləsinin dövlət arxivinə, yaxud da Reyestr Xidmətinə təhvil verilməməsinə görə X29 məsuliyyət daşımır. Üçüncü şəxs X19 mübahisə predmeti olan torpaq sahəsini satın aldığı şəxs və ünvanı məlumdur və həmin faktın dəqiq araşdırılması üçün də qeyd olunan alqı-satqı müqaviləsi üzrə araşdırmalar aparılıb torpağı satmış şəxsin dindirilməsi zəruridir ki, bunlar da inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələlər deyildir. Qərarda göstərilən və Konstitusiyanın 13 və 29-cu maddələrində, mülkiyyətin toxunulmazlığı və mülkiyyət hüququ ilə bağlı qeyd olunan normalar da ümumi xarakterli olmaqla, yalnız hazırkı iş üzrə iddiaçıya yox, eləcə də üşüncü şəxslər və bütün vətəndaşlara aid olan ümumi xarakterli normalardır. Məhkəmə qərarının Tədbiq edilən hüquq və məhkəmənin mövqeyini əks etdirən bölməsində də (10-cu səhifə) göstərilir ki, “..Eyni zamanda... məhkəməyə təqdim edilmiş torpaq sahəsinə dair alqı- satqı müqaviləsinin araşdırılması və JN 293 KOD30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nm verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamış, lakin məhkəmə sorğularına əsasən daxil olmuş cavab məktublarında qeyd edilmişdir ki, sözügedən aktın verilməsinə əsas olan alqı-satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı vəReyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göründüyü kimi üçüncü şəxs X22 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər aşkar edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması şübhə doğurur...” Şübhələr əsasında məhkəmə aktının qəbul olunması da qeyd edilən prosessual hüquq normalarının tələbinə ziddir. Məhkəmə qərarında istinad olunan Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.1, 16.3, 16.4, 16.5, 23.1-ci, İnzibati İcraat haqqında Qanunun21.1, 21.2, 28.128.2, 62.1, 67.6-67.7ci, Mülki Məcəllənin 141.1-141.3-cüvə İPM- nin 14.1-ci maddələri də ümumi xarakterli hüquq normaları olmaqla bütün şəxslərə aiddir və konkret olaraq hazırkı halda iddiaçının iddiasının təmin olunması üçün tətbiq edilə bilməz. Üçüncü şəxs X31 apellyasiya şikayətini X29 tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, X24, həmin torpaq sahələrini satın almağı ilə əlaqədar tanımış, bundan qabaq onunla heç bir münasibəti olmamış və qeyd olunan torpaq sahələrinin X29 tərəfindən nə vaxt, kimdən və hansı qaydada alındığını da bilmir. 2019-cu ilin payız aylarında ona məlum olmuşdur ki, İddiaçı tərəfindən, cavabdeh X22 və üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət olunaraq, Qusar rayonu, Çiləgir kəndində yerləşən KOD ********* JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə dair cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa olunması xahiş edilmişdir. Həmin vaxt Qusar rayon məhkəməsinə ərizə yazaraq qeyd olunan torpaq sahəsinin onun xüsusi mülkiyətində olmasını bildirmiş və bundan sonra o, üçüncü şəxs qismində həmin mülki işə cəlb olunmaqla məhkəmə araşdırmaları davam etdirilmişdir. Həmin məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, İddiaçı tərəfindən Qusar rayon məhkəməsində Fuad Mirzəxanova qarşı başqa bir iş üzrə məhkəmə araşdırmalarının getdiyi dövrdə - xx.xx.2019-cu tarixdə, yəni özünə məxsus sahəyə dair Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı alındıqdan 20 il sonra, hazırkı iş üzrə İddiaçı tərəfindən Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qusar rayonun Çiləgir kəndi ərazisində ayrılmış kənd təsərrüfatı təyinatlı 2,14 ha torpaq sahəsi barədə verilmiş “Torpağa mülkiyyət hüququna dair” 1999-cu il tarixli JN 229 KOD 30121028 №-li Dövlət Aktını (qaimə-sertifikat tarixi 13 iyul 2000-ci il) naməlum şəraitdə itirmişdir. Və bundan sonra da hazırkı iş üzrə İddiaçı tərəfindən, Qusar rayon məhkəməsində iddia qaldırılaraq, Qusar rayonu, Çiləgir kəndində yerləşən KOD ********* JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə dair cavabdeh X19 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət olunmuş və Qusar rayon məhkəməsinin 01,07.2020-ci il tarixli 2(029)-72/2020 №-li qətnaməsi ilə də həmin iddia rədd edilmişdir. O isə, həmin mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi kimi, onun vicdanlı alıcısı olmaqla həmin torpaq sahəsini satın alarkən heç bir qanun pozuntusuna yol verməmiş, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X29 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsi, eləcə də onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №li Çıxarış da, hazırda qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sənədlərdir. Hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsini satın aldıqdan sonra baş vermiş məhkəmə mübahisələrinin getdiyi dövrdə ona məlum olmuşdur ki, həmin torpaq sahəsi də daxil olmaqla 0,94 ha torpaq sahəsi, X29 tərəfindən Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş 14 noyabr 2003-cü il il tarixli, 4Ə-1-717 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında da Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X19 adına həmin torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixli, JN 293 KOD 30121028 №-li (qeydiyyat nömrəsi 264) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş, sonra da həmin torpaq sahəsinə dair X19 adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət Çıxarışı verilmiş, son nəticədə də həmin torpaq sahəsini X7 almışdır. Həmin torpaq sahəsinin ilkin sahibinin hazırkı iş üzrə İddiaçı olmasını da, 2019-cu ildə Qusar rayon məhkəməsində araşdırılan iş üzrə üçüncü şəxs qismində cəlb olunduqdan sonra bilmişdir. Qeyd olunan torpaq sahəsini satın aldığı vaxta kimi X24, X14, eləcə də hazırkı iş üzrə İddiaçı ümumiyyətlə tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır, həmin torpaq sahəsinin də İddiaçı adından X11 adına hansı yolla və qaydada özgəninkiləşdirildiyini bilmir. Hazırkı iş üzrə qaldırılmış iddianın ona heç bir aidiyyəti yoxdur və bir daha qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi kimi, onun vicdanlı alıcısı olmaqla həmin torpaq sahəsini satın alarkən heç bir qanun pozuntusuna yol verməmiş, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X29 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsi, eləcə də onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №li Çıxarış da, hazırda qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sənədlərdir. Birinci instansiya məhkəməsi tərəfindən də, mübahisə predmeti olan torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi, ona aid heç bir sənəd mübahisələndirilmədiyi halda üçüncü şəxs kimi işə cəlb edilmiş və məhkəmə tərəfindən bu hal onunla əsaslandırılır ki, iş üzrə qəbul olunacaq qərar maraqlarına toxunacaqdır. Həmin qərarın qanunla müəyyən edilən maraqlarına toxunulması da məhz ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı tərəfindən gələcəkdə, mütləq qaydada onun mülkiyyət sənədləri mübahisələndiriləcəkdir və bu vəziyyət, onun tərəfindən vaxtilə Qusar rayon məhkəməsində, eləcə də hazırkı iş üzrə qaldırılmış iddia ərizələrinin məzmunlarından da açıq şəkildə görünür. İşin maraqlı və məhkəmə tərəfindən diqqət yetirilməyən, bəlkə də qəsdən diqqət yetirilməyən halı odur ki, İddiaçı torpaq sahəsini əldə etdiyi 1999-cu ildən keçən 20 il müddət ərzində həmin torpaq sahəsi ilə ümumiyyətlə maraqlanmır və yalnız Qusar rayon məhkəməsində X22 qarşı başqa bir iddiaya dair mülki iş araşdırılmağa başlayandan sonra, torpaq üzərində mülkiyyət hüququna dair Dövlət aktının itirilməsi barədə polis şöbəsinə ərizə verərək məhkəmə mübahisələrinə başlayır. Bu da həmin 20 ilə yaxın dövr ərzində İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsindən istifadə edilmədiyini, onun üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirilmədiyini, ümumiyyətlə həmin torpaq sahəsi ilə maraqlanmadığını təsdiq edən bir haldır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxs X31 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs X31 cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X15 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə izahat ünvanlayaraq qeyd etmişdir ki, o, iş üzrə digər üçüncü şəxs X24 ondan, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsini satın almağı ilə əlaqədar 2018-ci ildə tanımışdır. Bundan qabaq X29 ilə heç bir tanışlığı və münasibəti olmamış, eləcə də Fuad Mirzəxanovun, ondan satın aldığı 0,25 ha torpaq sahəsini kimdən, nə vaxt və nə qaydada alındığını da bilmir. Yalnız 2019-cu ildə xəbər tutmuşdur ki, həmin torpaq sahəsi ilə əlaqədar hazırkı iş üzrə İddiaçı tərəfindən Qusar rayon məhkəməsində iddia qaldırılmış və onun iştirakı olmadan işə baxılır. Bunu bildikdən sonra üçüncü şəxs kimi ərizə yazıb həmin işə baxılmasında iştirak elmiş və yalnız bundan sonra bilmişdir ki, aldığı torpaq sahəsinin ilk sahibi İddiaçı olmuşdur. Lakin yenə də həmin torpaq sahəsinin Fuad Mirzəxanov tərəfindən nə qaydada kimdən satın alındığını bilmir. Həmin vaxt Qusar rayon məhkəməsi tərəfindən İddiaçı iddiası təmin olunmamış, sonra da İddiaçı tərəfindən həmin işlə əlaqədar, dəyişdirilmiş başqa məzmunlu iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmə tərəfindən də iddia təmin edilmiş və bu barədə olan qərardan da apellyasiya şikayəti vermişdir. Bildirir ki, həmin torpaq sahəsini X7 alarkən heç bir qanun pozuntusuna yol verməmiş, torpaq sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun qaydada əldə etmiş və həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. Ondan qabaq həmin torpaq sahəsinin İddiaçı, yaxud da başqa kiminsə mülkiyyətində olmasının, X29 tərəfindən həmin torpaq sahəsini hansa qaydada əldə edilməsinin ona heç bir aidiyyəti yoxdur. X40 həmin torpaq sahəsini qanunsuz əldə etmiş olsaydı, Reyestr xidməti tərəfindən onun adına çıxarış verilməzdi və notariatda da alqısatqı müqaviləsinin təsdiq edilməsi mümkün olmazdı. Hazırda həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir, torpaq vergisini də Bələdiyyəyə o, ödəyir və torpaq sahəsindən yalnız ot çalınması üçün istifadə olunur. 7 ilə yaxındır ki. mülkiyyətindəki torpaq sahəsinə kapital qoyuluşu edə bilmir və bu gedişlə bundan sonra daha on illərlə məhkəmə mübahisələr davam edəcəkdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən də apellyasiya şikayətləri təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı iddiaçı və onun ailə üzvlərinə Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə qanuni əsaslarla verilmiş 2,14 ha torpaq sahəsi ilə üst-üstə düşən üçüncü şəxslərə məxsus 0.25 ha torpaq sahəsi ilə bağlı ilkin qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi üzərində X19 adına JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan alqı-satqı müqaviləsi olmuşdur ki, həmin alqı-satqı müqaviləsi mövcud deyildir. X4 adına tərtib edilmiş JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş JN 229, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı məxsus Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə ayrılmış cizgidə göstərilən sərhəd daxilində 2,14 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışa əsasən X19 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,25 ha torpaq sahəsi Qusar rayon notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə X19 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş JN 293, KOD 30121028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X22 məxsus Quba rayonu Dövlət Notariat Kontorunun 14 noyabr 2003-cü il tarixli müqaviləyə əsasən satın alınmış cizgidə göstərilən sərhəd daxilində 0,94 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi X29 tərəfindən X3. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə X21 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1324/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə X29, 2-1(118)-1324/20232 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X31 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2-13276/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-229, KOD 30121028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğundur. “Torpağa mülkiyyət hüququna dair” JN-229, KOD 30121028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla X21 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə bütövlükdə 0,25 ha olmaqla üst-üstə düşür. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 13 noyabr 2023-cü il tarixli, 3166/6-11- 8589/23 nömrəli məktubundan görünür ki, Qusar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə noyabr ayı üzrə baxış keçirilərkən X19 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan tarixdə reyestr kitabı üzrə müqavilənin rəsmiləşdirildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 noyabr 2023-cü il tarixli, 3-21-3-34/2-15020/2023 nömrəli məktubundan görünür ki, X19 adına tərtib edilmiş JN-293, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-nın verilməsinə əsas olan Quba rayon Dövlət Notariat Kontorunun müvafiq alqı-satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilməmişdir. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29 may 2024-cü il tarixli, 3-16-5/6-11- 678/24 nömrəli məktubundan görünür ki, 2003-cü ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 366 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8194/2024 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarında 4Ə-İ-717 reyestr nömrəli, 14 noyabr 2003-cü il tarixli alqısatqı müqaviləsinin və xx.xx.2002-ci il tarixli, JN-251 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının İddiaçı məxsus 0,25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda 0,25 ha torpaq sahəsinə üçüncü şəxs X19 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinə Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə qanuni əsaslarla 2,14 ha torpaq sahəsi ayrılmış və JN 229, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edimişdir. Hazırda mübahisə predmeti olan və iddiaçının və ailə üvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.25 ha torpaq sahəsi ilə bağlı isə ilkin qeydiyyata əsas olmuş sənədlər və ya hüquqi əsaslar müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahələri üst-üstə düşdüyü üçün iddiaçının 0.25 ha torpaq sahəsi ilə bağlı tələblər irəli sürməsi əsaslı hesab edilməlidir. İşdən görünür ki, iddiaçı ilə üçüncü şəxslər arasında hazırkı mübahisədən əvvəl mülki məhkəmə icraatı qaydasında da məhkəmə çəkişməsi olmuşdur. Belə ki, Qusar rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X22 və üçüncü şəxslər X27, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2545/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsi ləğv edilərək İddiaçı cavabdeh X22 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya tələblə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Apellyasiya şikayətlərində qeyd olunmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında olan mübahisə, inzibati orqan olan DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin fəaliyyəti ilə əlaqəli yox, məhz vətəndaşlar arasında olan mülki-hüquqi əqd və hərəkətlərdən yaranan mülki-hüquq münasibətlərdir ki, hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarlarına əsasən bu xarakterli işlərə inzibati məhkəmələr tərəfindən yox, mülki-mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərinin müəyyən olunması və bununla bağlı aparılmış qeydiyyat və sənədlərin ləğvinə yönəldiyi üçün bu iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X29, xx.xx.2022-ci il tarixli qərardadı ilə də X31 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Lakin iş üzrə X31 ilə bağlı heç bir sənəd mübahisələndirilmir və iddia ərizəsinə görə həmin şəxsin konkret olaraq nəyə görə üçüncü şəxs qismində cəlb edilməsi məlum deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisə predmeti olan 0.25 ha torpaq sahəsi X21 mülkiyyətində olduğu və həmin torpaq sahəsinə verilmiş ilkin mülkiyyət sənədləri mübahisələndirildiyi üçün bu iddia onun hüquqlarına toxunur. Əgər bu iddia uğurlu olarsa, mülki məhkəmə icraatı qaydasında X27 qarşı tələblər irəli sürülə bilər. Eyni zamanda apellyasiya şikayətində qeyd edilir ki, X29 tərəfindən Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, qeyd olunan 0,94 ha torpaq sahəsinin qeydə alınması üçün, həmin müqavilənin ona verilmiş surəti DT və XK-nin Qusar rayon şöbəsinə təhvil verilərək ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı alınmışdır. Həmin alqı-satqı müqaviləsinə dair notariat işinin notariat arxivinə, müqavilənin də Reyetr Xidmətinə təqdim olunması isə vətəndaşın yox, həmin orqanların işidir. Lakin buna baxmayaraq, Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə 4Ə-1-717 reyestr nömrə ilə təsdiq edilmiş həmin alqı-satqı müqaviləsinin üçüncü şəxsdə qalmış kserosurəti tərəflərindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında olan mübahisə, inzibati orqan olan DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin fəaliyyəti ilə əlaqəli yox, məhz vətəndaşlar arasında olan mülki-hüquqi əqd və hərəkətlərdən yaranan mülki-hüquq münasibətləridir ki, hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarlarına əsasən bu xarakterli işlərə inzibati məhkəmələr tərəfindən yox, mülki-mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Bu vəziyyəti yaxşı bilən birinci instansiya məhkəməsi də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə qərar çıxarmaq əvəzinə, özünün səlahiyyətinə aid olmayan işə baxmaqda davam etmişdir. Şikayətdə əlavə olraq qeyd edilir, ki üçüncü şəxs X19 mübahisə predmeti olan torpaq sahəsini satın aldığı şəxs və ünvanı məlumdur və həmin faktın dəqiq araşdırılması üçün də qeyd olunan alqı-satqı müqaviləsi üzrə araşdırmalar aparılıb torpağı satmış şəxsin dindirilməsi zəruridir ki, bunlar da inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələlər deyildir. Məhkəmə kollegiyası üçüncü şəxslərin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, üçüncü şəxs “X29 tərəfindən Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, qeyd olunan 0,94 ha torpaq sahəsinin qeydə alınması üçün, həmin müqavilənin ona verilmiş surəti DT və XKnin Qusar rayon şöbəsinə təhvil verilərək ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı alınmışdır” qeyd etsə də, belə bir müqavilənin mövcudluğu və eyni zamanda həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlərin mövcudluğu sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, belə sənədlərin məhkəməyə təqdim edilməsi üçüncü şəxslərin hüquqi marağına uyğundur. Lakin üçüncü şəxslər tərəfindən belə bir sübutlar məhkəməyə təqdim edilməmişdir və eyni zamanda birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə zəruri araşdırma aparmış, Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin olması, və həmin müqavilənin bağlanma əsasları müəyyən edilməmiş və hüquqi əsas olmadan 0,94 ha torpaq sahəsinin ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı hazırlanmışdır. Bu isə inzibati orqanın qanunsuz hərəkəti kimi qiymətləndirildiyi üçün formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq həmin Dövlət Aktı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Əgər Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin mövcudluğu öz təsdiqini tapsa idi, bu halda həmin hissədə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. Cavabdeh inzibati orqan mövcud olmayan müqavilə əsasında qeydiyyat apardığı üçün məhkəmə kollegiyası hesab edir ki, bu halda inzibati orqanın qanunsuz hərəkətləri mübahisiləndirilə bilər. Bundan başqa qeydiyyat orqanı ancaq müqavilə əsasında qeydiyyat aparmır, həmin müqavilənin hüquqi əsaslarını da yoxlayır. Üçüncü şəxslər müqavilənin arxivi olmasa da surətinin olduğunu qeyd edir. Lakin tərəflərindən müqavilə ilə hansı torpaq sahəsinin satıldığını müəyyən edən hər hansı bir sənəd, hətta şifahi məlumat belə verilmir. Bu isə mübahisə predmeti olan 0.25 ha torpaq sahəsinin ilkin sənədlərinin mötəbər olmadığını göstərir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə üçüncü şəxslər arasında uzun müddətli məhkəmə mübahisəsi olmuş, yekunda mülki məhkəmə icraatında baxılan işdə iddiaçıya hazırkı iddiaya uyğun hüquq müdafiə forması tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiaya inzibati icraat qaydasında baxılması hüquqi müəyyənlik və prosessual qənaət prinsiplərinə də uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, bu qiymətləndirmə və tərəflərə edilmiş hüquqi yardım “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına və formalaşmış məhkəmə təcrübəsinə uyğundur. İddiaçı və onun ailə üzvlərinə Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə qanuni əsaslarla 2,14 ha torpaq sahəsi ayrılmış və JN 229, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edimişdir. X12 adına tərtib edilmiş JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından həmin dövlət aktının qanuni əsaslarla verilməsi müəyyən edilmir. Üçüncü şəxslər həmin dövlət aktının verilməsinə əsas olmuş müqavilə və həmin müqavilə ilə yaranan hüquqların ilkin əsasları barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. X19 adına sözügedən torpaq sahəsinə dair JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas Qusar rayonu Dövlət Notariat Kontorunun 14 noyabr 2003-cü il tarixli müqaviləsi olmuşdur. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə istinadla təqdim edilmiş 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün vətəndaş tərəfindən təqdim edilmiş həmin hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilmiş, aşağıdakı məlumatlar toplanılmışdır. Belə ki, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 13 noyabr 2023-cü il tarixli, 3166/6- 11-8589/23 nömrəli məktubundan görünür ki, Qusar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə noyabr ayı üzrə baxış keçirilərkən X19 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan tarixdə reyestr kitabı üzrə müqavilənin rəsmiləşdirildiyi müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarından göründüyü kimi JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, 0,94 ha torpaq sahəsinin X22 Qusar rayonu Dövlət Notariat Kontorunun 14 noyabr 2003-cü il tarixli müqaviləsinə əsasən ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından həmin Dövlət Aktı mötəbər sənəd hesab olunmamalıdır. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsin xüsusi mülkiyyəti olaraq qeydə alınması qanunsuz olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, X19 adına tərtib edilmiş JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşən 0.25 ha hissəsində ləğv edilməlidir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, 05 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış ilə Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzərində X19 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və həmin qeydiyyat X19 adına tərtib edilmiş və hüquqi əsası sübut edilməyən JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında aparılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə X19 mülkiyyət hüquqları dövlət qeydiyyatı barədə sənədi də ləğv edilməlidir. Məhkəmə kollegiyası iddiaçının ifadə tərzi və mübahisələndirilməli sənədlərin müəyyən olunmasında hüquqi yardımın əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Üçüncü şəxslərin vəkili iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edildiyi üçün məhkəmə iclasına sədrlik edənə əsassız etiraz etmişdir. Məhkəmə kollegiyası İPM-in 13 və 52-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının “Dövlət Aktı” olsa da, hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, yeni qaydalarla onun torpaq sahəsi üzərində müəlkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, müvafiq çıxarış verilməmişdir. Mübahisələndirilən 0.25 ha torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində 27 sentyabr 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********90 reyestr nömrəsi ilə mülkiyyət hüququ ilə X21 adına qeydə alınmışdır. İddiaçının həmin qeydin ləğv edilməsini tələb edə bilməsi üçün əvvəlcə mübahisələndirilən 0.25 ha torpaq sahəsinin əvvəlki mülkiyyət sənədlərini ləğv edilməsini tələb etməsi zəruridir. Hazırkı işdə mübahisələndirilən 0.25 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X21 adına qeydə alınmış olsa da, həmin qeydin aparılması X19 adına qanunsuz verilmiş JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və həmin akt əsasında X19 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış çıxarış ilə mümkün olmuşdur ki, bu da cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Əlavə olaraq üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, onun qəbulundan 20 ildən də artıq, həmin akt barədə iddiaçının xəbəri olmasından da 5 ildən artıq müddət keçəndən sonra mübahisələndirmə haqqında iddia icraatı qaydasında ləğv olunması barədə qərar qəbul edilərək yalnışlığa yol verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istinad olunan dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iddia növünə görə öhdəliyin icrası haqqında iddiaya aiddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətini tətbiq etməklə hazırki iddia tələbini mümkün sayılmaması ilə bağlı üçüncü şəxslərin mövqeyi qanuni və əsaslı sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı İddiaçı məxsus 0,25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməli, eyni zamanda həmin 0,25 ha torpaq sahəsinə üçüncü şəxs X19 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar silinməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-55/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Üçüncü şəxs X19 adına tərtib edilmiş JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı İddiaçı məxsus 0,25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin, eyni zamanda həmin 0,25 ha torpaq sahəsinə X19 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.