Məhkəmə qərarları › İş №2-1(105)-1347/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1347/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1347/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə vergi məbləğinin hesablanması barədə vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X5 və X15 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əlavə vergi məbləğinin hesablanması barədə qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-567/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar əsasında səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 395510.43 manat vergi hesablanmış və 197795.22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 08 sentyabr 2025-ci il tarixli 2-1(118)- 567/2025 saylı ekspert rəyinə əsasən vergi ödəyicisinin 2018-ci il üzrə gəliri 11926963,02 manat məbləğində, xərci isə 11916688,02 manat məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş iş materiallarına əsasən müəssisənin xərcləri alınmış malın (işin, xidmətin) dəyərindən, digər xərclərdən, əmək haqqından, sosial ayırmalardan və bank xidməti üzrə xərclərdən ibarət olmuşdur. Səyyar vergi yoxlaması ilə yalnız müəssisənin 2018-ci ilə dair alış aktları üzrə xərclərinin müəyyən olunmasının mümkün olmadığı göstərilmişdir. Yəni yoxlama aktında müəssisənin digər xərclərinin mövcud olmamasına dair hər-hansı bir qeyd öz əksini tapmamışdır. Həmçinin bildirilir ki, xərc sənədlərinin təyinatı, tarixi, nömrəsi, həmin sənədlərin heç birində əks olunmuş məbləğlər iş materiallarında olan sənədlərdə və hesabatlarda öz əksini tapmamışdır. Rəyin tədqiq hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2018-ci il üzrə aparılmış əməliyyatlara görə 2055.00 manat məbləğində mənfəət vergisi hesablanır. Həmçini qeyd edilir ki, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi (2018- ci il üzrə) də 2055.00 manat məbləğində bəyan olunmuşdur. Alış aktları, YGB-lər, bəyannamə, e-qaimə fakturalar, ƏDV depozit hesabından çıxarış və s. iş materiallarına əlavə edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********192647 nömrəli səyyar vergi yoxlama aktının qanunsuz hesab edilməsi və ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsinə əlavə daxil olmuş, “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-ti barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması” barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması”na dair tələbi 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində **********192647 nömrəli səyyar vergi yoxlaması (SVY) barədə akt tərtib olunmuşdur. SVY barədə akt 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********189093 saylı qərarına əsasən ’‘CASPİAN ENERJİ-2020’' MMC üzrə Oktyabr 2018 iyun 2019 dövründə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilən növbədənkənar SVY nəticəsində tərtib olunmuşdur. Həmin akt qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Həmçinin növbədənkənar SVY həyata keçirilərkən vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl olunmamış və ümumiyyətlə yoxlama kobud pozuntularla keçirilmişdir. Bu səbəbdən də həmin aktla razı deyil və akt ləğv olunmalıdır. Belə ki, SVY xx.xx.2019-cu il tarixində başlamış və 18.1 1.2019-cu il tarixində başa çatmışdır. Yoxlama müddəti xx.xx.2019-cu il tarixli **********191061 saylı qərara əsasən 30 gün uzadılmışdır. Bu zaman müddət pozuntusu hallarına yol verilmişdir. xx.xx.2019-cu il tarixində başlamış yoxlama 30 gündən artıq davam etmiş və müddət uzadıldıqdan sonra da uzadılma müddətinə əməl olunmamışdır. xx.xx.2019-cu il tarixində müddət 30 gün uzadılsa da xx.xx.2019-cu il tarixədək yoxlama davam etmişdir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. SVY barədə akt tərtib olunduqdan sonra aktın təqdim olunma və ya verilmə müddətinə də əməl olunmamışdır. Belə ki, 20.11,2019-cu il tarixində tərtib olunmuş akt onun təqdim edilmə müddəti ötdükdən sonra xx.xx.2019-cu il tarixində müəssisənin rəhbərliyinə deyil, müqavilə əsasında müəssisənin mühasibatlıq işlərini (xidmətlərini) yerinə yetirən başqa müəssisənin ofisinə təqdim edilmişdir. Eyni zamanda akt tərtib olunarkən müəssisənin iştirakı təmin edilməmiş və akt tərəfimizdən imzalanmamışdır. İmzalamaqdan imtina olunması və bu barədə həmin aktda müvafiq qeyd aparılmamışdır. Aparımış SVY nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395510.43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197755.22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********189093 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2019-cu il tarixdə KY191329828 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********189169 nömrəli tələbnamə verilmiş və sənədlər baxılması üçün təqdim edildiyinə görə xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı 3 saylı Ərazi Vergilər İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********190265 nömrəli və xx.xx.2019-cu il tarixli **********192948 nömrəli qərarlar qəbul edilmiş və cəmiyyətin rəhbəri tərəfindən yoxlama dövrü üzrə zəruri sənədlər təqdim edilmədiyinə görə müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir. Cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli **********191061 nömrəli qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 395.510,43 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 197.755,22 manat, həmçinin 2018-ci il oktyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsini vergi orqanına vaxtında təqdim edilmədiyinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 40,0 manat olmaqla, ümumilikdə 197.795,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 134- cü maddəsinə əsasən hesablama metodundan istifadə edilərək gəlirlərin və xərclərin uçotu aparılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə mövcud olan X36 üzrə baza məlumatlarına əsasən cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsulları “Malların alış aktları” əsasında tədarük edilərək, sonradan həmin məhsulları ixrac etmişdir. Vergi orqanına təqdim edilmiş 2018-ci ilin noyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə və ixrac edilmiş məhsullara görə tərtib olunmuş X36nə əsasən cəmiyyətin 2018-ci il üzrə ümumi gəliri 11.926.963,02 manat müəyyən olunmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilmiş gəlirləri üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cəmiyyət tərəfindən tərtib olunmuş malların alış aktlarında adları qeyd olunan şəxslərdən alınan izahatlardan (izahatlar etiraza əlavə olunur) məlum olmuşdur ki, malların alış aktları cəmiyyət tərəfindən bir tərəfli qaydada tərtib olunmuşdur. Malların alış aktlarında adları qeyd olunan şəxslər tərəfindən təqdim etdikləri izahatlarda malların alış aktlarındakı imzaların onlara məxsus olmadığını və cəmiyyətə malların alış aktlarında göstərilən malları satmadıqlarını bildirmişlər. Bununla da, cəmiyyət tərəfindən vergiyə cəlb edilmiş gəlirlər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc sənədi kimi təqdim olunmuş malların alış aktılarının heç bir hüquqi əsası olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən 2018-ci il üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığına görə Vergi Məcəlləsinin 83.9-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. M = GxR: (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Cəmiyyətin 2018-ci il üzrə gəlirləri 11.926.963,02 manat olduğuna görə həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2018-ci il) = 11.926.963,02 x 20 /120 = 1.987.827,17 * 20% = 397.565,43 manat Göründüyü kimi, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb olunan gəliri 1.987.827,2 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış mənfəət vergisinin məbləği 397.565,43 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannaməyə əsasən 2018-ci ilin mənfəət vergisi üzrə bəyyan edilmiş 2.055,0 manat məbləğində hesablama nəzərə alınmaqla, səyyar vergi yoxlamasının nəticələrinə əsasən əlavə 395.510,43 manat məbləğində vergilər hesablanmışdır (397.565,43-2.055,0=395.510,43). Səyyar vergi yoxlaması zamanı həmçinin, 2018-ci ilin mənfəət vergisi üzrə vergilərin 395.510,43 manat məbləğində yayındırıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 198.782,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir (395,510,43*50%=198.782,72). Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən tədiyyə intizamına riayət edilməmiş, hesablanmalı və ödənilməli olan vergilər düzgün hesablanmamış və vaxtında ödənilməmişdir. İddiaçı MMC ilə Quba rayonu, Davidoba kənd sakini X37, Quba rayonu, Birinci Nügədi kənd sakini X16, Quba rayonu, Zərdabi kənd sakinləri X24, X25, X6, X26 və X27 arasında aparılmış qarşılıqlı əməliyyatların araşdırılması, həmçinin həmin şəxslərin torpaq sahələri (bağ və əkin sahələrinin olub-olmaması) barədə məlumatların, əkin və bağ sahəsi olduğu halda hansı məhsulların istehsal olunması barədə məlumatların və bağ sahələrinin intensiv və ya ənənəvi, eyni zamanda məhsuldar olub olmaması barədə məlumatların alınması məqsədi ilə Quba rayonu Hacıhüseynli Bələdiyyəsinə, Quba rayonu X11 və Quba rayonu, Zərdabi Bələdiyyəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixli **********497100, **********501300, **********494000 nömrəli sorğu məktubları göndərilmiş və müvafiq cavablar alınmışdır. Həmçinin, cəmiyyət tərəfindən tərtib olunmuş "Malların alış aktlarında” məhsulların satıcıları kimi göstərilmiş aşağıda adları qeyd olunan şəxslərdən müvafiq izahatlar alınmış və qeydiyyatda olduqları ərazi üzrə bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən həmin şəxslərə məxsus və ya istifadələrində olan torpaq sahələri barələrində məlumatlar alınmşdır. X28 (AZE 19075376, Göyçay rayonu, Mirzəhüseynli kəndi) X7 (AZE 17614920, Şəmkir rayonu, Keçili kəndi) X24 ( AZE 17177482, Quba rayonu, Zərdabi kəndi) X8 (AZE 16466831, Şəmkir rayonu, Keçili kəndi) X25 (AZE 09284896, Quba rayonu, Zərdabi kəndi) X42 (AZE 15264019, Şəmkir rayonu, Keçili kəndi) X16 (AZE 13005230, Quba rayonu, 1-ci Nüqədi kəndi) X27 (AZE 13644789, Quba rayonu, Zərdabi kəndi) X3 (VÖEN **********) 10? X29 (AZE 06043368, Lənkəran rayonu, Velədi kəndi) X2 (AZE 17039362, Cəlilabad rayonu, Söyüdlü kəndi) X1 (AZE16421753, Cəlilabad rayonu, Söyüdlü kəndi) X49 (AZE 16058681, Masalli rayonu, Təzə Alvadı kəndi) X38 (AZE 16563568, Cəlilabad rayonu, Məmmədcanlı kəndi) X17 (AZE 09440933, Haciqabul rayonu, 2-ci Udulu kəndi) X9 (AZE 09708914, Haciqabul rayonu, 2-ci Udulu kəndi) 17. X10 (AZE 07732871, Cəlilabad rayonu, Maşliq kəndi) 18. X12 (AZE 09707536, Cəlilabad rayonu, Qarazəncir kəndi) 19. X37 (AZE 17293656, Quba rayonu, Davidoba kəndi) 20. X21 (AZE 13271011, Cəlilabad rayonu, Söyüdlü kəndi) 21. X18 (AZE 15078486, Cəlilabad rayonu, Sabirabad kəndi) 22. X19 (AZE 17228400, Haciqabul rayonu, 2-ci Udulu kəndi) 23. X13 (AZE 15806596, Haciqabul rayonu, Nəvahi kəndi) Müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyət tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində ümumilikdə 95970,44 manat məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilmişdir. Lakin 2018-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilən məbləği bəyan edilməmiş, həmin məbləği 2018-ci ilin noyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində bəyan etmişdir. Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların ixracı 0 dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunduğuna görə vergi ödəyicisinə səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi hesablanmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsininin 130.1-ci, 130.2-ci və 16.1.3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi özfəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən və qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa borcludur. İddiaçı, iddia ərizəsi ilə səyyar vergi yoxlamasının aparılmasında vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl edilmədiyi və yoxlamanın qanunvericilikdə müəyyən edilmiş müddətlərdən artıq davam etdirildiyi bildirilmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı araşdırılması, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasına zərurərət yaranmışdır. Buna görə də səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli **********191061 nömrəli qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlanmış, vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə tam əməl edilməklə cəmi 82 gün davam etmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. İddiaçı, həmçinin iddia ərizəsi ilə səyyar vergi yoxlaması aktının gec təqdim edildiyi, həmin aktın cəmiyyətin rəhbərliyinə deyil müqavilə əsasında cəmiyyətin mühasibatlıq işlərini aparan başqa şəxsə təqdim edildiyi və səyyar vergi yoxlaması aktı tərtib edilərkən cəmiyyətin nümayəndəsinin iştirakının təmin edilmədiyi bildirmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi də tamamilə əsassızdır. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” aktı xx.xx.2019-cu il tarixli **********914400 nömrəli məktubla vergi ödəyicisinin həm hüquqi ünvanına və həm də elektron qutusuna göndərilmişdir. Qeyd olunmalıdır ki, elektron üsulla elektron qutusuna göndərilmiş məktub vergi ödəyicisi (rəhbəri və ya səlahiyyətli nümayəndəsi) tərəfindən xx.xx.2019-cu il tarixdə saat 10:43:11-də oxunmuşdur. Həmçinin, cəmiyyətin rəhbəri Bayram Bayramov tərəfindən xx.xx.2019-cu il tarixli **********935400 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək İddiaçı MMCnin faktiki mühasibatlığın Bakı şəhərində yerləşdiyinə görə bütün müraciətlərin, təqdim olunan bildiriş və digər sənədlərin ünvan 1 ünvanına göndərilməsini xahiş etmişdir (Məktublar etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması materiallarına baxılması məqsədi ilə vergi ödəyicisinin rəhbəri olan Bayram Bayramov xx.xx.2019-cu il tarixli **********204100 nömrəli məktubla xx.xx.2019-cu il tarixində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına dəvət edilmişdir. Həmin məktub vergi ödəyicisinin həm hüquqi ünvanına həm də elektron qutusuna göndərilmişdir. Həmçinin, qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin inzibati cərimələrin ödənilməsi habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2019-cu il tarixli **********195222 nömrəli tələbnamə xx.xx.2019-cu il tarixli **********813200 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir. (Məktublar etiraza əlavə olunur). Etiraza əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan da göründüyü kimi yuxarda göstərilən sənədlər vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisinin rəhbəri həmin sənədlərlə tanış olmuşdur. Yəni, iddiaçının səyyar vergi yoxlaması aparılarkən yoxlama ilə bağlı sənədlərin ona gec göndərilməsi barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Kameral vergi yoxlamasının nəticələrinə əsasən 2019-cu il üzrə mənfəət vergisinin yoxlanması zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlama zamanı, cəmiyyət tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (malların alış aktları) birtərəfli qaydada tərtib olunduğunu və alış aktlarında adları qeyd olunan şəxslərin verdikləri izahatlar əsasında həmin malların alış aktlarının etibarsız olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin mənfəət vergisi bəyannaməsini qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Buna görə də həmin dövr üzrə müvafiq vergilərin hesablanması məqsədi ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********414200 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən 2019-cu ilin mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim edilməmiş və həmin məktuba cavab verilməmişdir. Belə ki, cəmiyyətdə 2019-cu ilin yanvar-iyun ayları üzrə keçirilmiş səyyar vergi yoxlamasıilə31.563.603,34manat(1.691.398,07+920.178,38+1.658.117,78+2.607.987,77+20.478 .988,46+4.206.932,88) və həmin ilin iyul-dekabr ayları üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdimedilmişƏDVbəyannamələrinəəsasən6.750.378,30manat1.704.960,60+425.451,35+1.625. 113,0+1.347.952,10+1.581.666,57+65.234,38) olmaqla, ümumilikdə 38.313.981,64 manat dövriyyə məbləği müəyyən edilmişdir. Buna baxmayaraq müvafiq dövrdə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin məbləğini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin 2019-cu il üzrə mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. Vergi ödəyicisinin 2019-cu il üzrə ƏDV bəyannamələrindəki dövriyyəsi (ümumi mənfəəti) 38.313.981,64 manat, xərcləri 31.928.318,04 manat (38.313.981,64- 6.385.663,60(38.313.981,64/6)) müəyyən olunduğuna görə həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2019-cu il) = 38.313.981,64 x 20 /120 = 6.385.663,60* 20% = 1.277.132,72 manat Göründüyü kimi, vergi ödəyicisinin 2019cu il üzrə vergiyə cəlb olunan mənfəəti 6.385.663,60 manat məbləğində olduğuna görə həmin mənfəətdən xx.xx.2020-ci il tarixli **********993600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sğortası haqlarının hesablanması barədə” Qərarına əsasən 1.277.132,72 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirik ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin, iddia ərizəsində hər hansı bir mötəbər sübuta söykənməyən yalnız ümumi cümlələrdən və şəxsi subyektiv fikirlərdən istifadə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-567/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395510.43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197755.22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018-ci ilin oktyabr ayı üzrə ƏDV bəyənnaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablamışdır. Vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb olunan gəliri 1987827,2 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış mənfəət vergisinin məbləği 397565,43 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyənnaməyə əsasən 2018-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 2055,0 manat məbləğində hesablama nəzərə alınmaqla, səyyar vergi yoxlamasının nəticələrinə əsasən əlavə 395510,43 manat məbləğində vergilər hesablanmışdır. (397565,43-2055,0=395510,43) Səyyar vergi yoxlaması zamanı həmçinin 2018-ci ilin mənfəət vergisi üzrə vergilərin 395510,43 manat məbləğində yayındırıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 198782,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. (395510,43*50%=198782,72) Müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. İş üzrə təyin edilmiş ekspert rəyində alış aktları nəzərə alınaraq xərclər hesablansa da, yuxarıda qeyd edilən hallardan çıxış edərək məhkəmə qeyd edir ki, həmin alış aktları mötəbər sənəd kimi qəbul edilə bilməz. “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatların təsdiq edilmiş surətləri, o cümlədən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 1020 saylı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 982 saylı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 420 saylı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Gülməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 393 saylı, Masallı rayon İcra hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 106 saylı, Lənkəran şəhər İcra hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 54 saylı, Şəmkir rayon İcra hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 18 saylı, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 20 saylı, Quba rayonu Birinci Nügədi bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 187 saylı arayışlarının və məktublardan çıxarışların təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Beləliklə, iş üzrə aparılmış araşdırma ilə müəyyən edilir ki, iddia tələbi əsassız olmuş və bu səbəbdən təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında İddiaçı MMCyə qarşı göstərilmiş mövqe tamamilə qərəzli olmuş, işin halları İPM-in 12-ci maddəsinin tələblərinə uyğun araşdırılmadan, prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qərar çıxarılmış, məhkəmə yalnız cavabdeh tərəfindən təqdim edilmiş etiraz və formal mülahizələrə əsaslanmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdikləri sübutlar və işdəki digər materiallarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı idi. İşin halları ilə bağlı qeyd edək ki, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********189093 saylı qərarına əsasən İddiaçı MMC üzrə oktyabr 2018 – iyun 2019 dövrü üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Bu dövr ərzində müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş xərc sənədləri mövcud olmuşdur. Lakin vergi orqanı tərəfindən akt qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Həmçinin növbədənkənar SVY həyata keçirilərkən vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl olunmamış və ümumiyyətlə yoxlama kobud pozuntularla keçirilmişdir. Keçirilmiş yoxlama vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixində **********192647 nömrəli səyyar vergi yoxlaması (SVY) barədə akt tərtib olunaraq rəsmiləşdirilmişdir. Daha sonra “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar əsasında səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 395 510,43 manat vergi hesablanmış və 197 755,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. SVY barədə akt tərtib olunduqdan sonra aktın təqdim olunma və ya verilmə müddətinə də əməl olunmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixində tərtib olunmuş akt, onun təqdim edilmə müddəti ötdükdən sonra xx.xx.2019-cu il tarixində müəssisənin rəhbərliyinə deyil, müqavilə əsasında müəssisənin mühasibatlıq işlərini (xidmətlərini) yerinə yetirən başqa müəssisənin ofisinə təqdim edilmişdir. Eyni zamanda akt tərtib olunarkən müəssisənin iştirakı təmin edilməmiş və akt tərəfimizdən imzalanmamışdır. İmzalamaqdan imtina olunması və bu barədə həmin aktda müvafiq qeyd aparılmamışdır. Aparılmış SVY nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395 510,43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197 755,22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Əlavə olaraq bildirilir ki, müəssisə tərəfindən bütün tələb olunan alış sənədləri vergi orqanına təqdim olunmasına baxmayaraq, həmin sənədlər nəzərə alınmamış və vergi orqanı əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına istinad edərək 20% şərti rentabellik tətbiq edilmiş bə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik yalnız mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda tətbiq edilə bilər. Bu halda isə mənfəəti müəyyən etməyə imkan verən bütün ilkin sənədlər mövcud olmuş, müəssisə tərəfindən təqdim edilmiş və qanunvericiliyin tələblərinə tam uyğunluq təşkil etmişdir. Buna görə də şərti rentabelliyin tətbiqi üçün hüquqi əsas olmamışdır. Halbuki YGB-lər əsasında müəssisə tərəfindən ixrac və satış əməliyyatları həyata keçirilmiş və alış sənədləri fermerlərdən alınmış kənd təsərrüfatı məhsulları ilə bağlı olmuşdur. Həmin məhsullar Maliyyə Nazirliyinin təsdiq etdiyi ciddi uçot blankları olan alış aktları ilə rəsmiləşdirilərək vergi orqanına və yoxlamaya təqdim edilmişdir. Göstərilənlərlə əlaqədar müəssisənin müvafiq xərc sənədləri, yəni ciddi uçot blankları formasında tərtib olunmuş alış aktları məhkəməyə təqdim edilmişdir. Buradan da aydın olur ki, vergi orqanı faktiki mövcud olan və Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi uçot blankları ilə öz təsdiqini tapan xərcləri nəzərə almadan vergi hesablamışdır. Məhkəmə icraatı müddətində tərəfimizdən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi alınmışdır və həmin rəyə əsasən aşağıdakı suallar cavablandırılmışdır: “2018-ci il üzrə mənfəət vergisi nə qədər olmuşdur; xx.xx.2019-cu il tarixli **********195223 №-li qərara əsasən 395 510.43 azn mənfəət vergisi hesablanması müəyyən edilirmi; 2019-cu il üzrə mənfəət vergisi nə qədər olmuşdur; 2019-cu il tarixli **********993600 №-li qərara əsasən 1 277 132.72 azn mənfəət vergisi hesablanması müəyyən edilirmi; İddiaçı MMC xx.xx.2023 tarixinə 1 870 398.37 azn vergi borcu, 610.446,34 azn faiz borcu müəyyən edilirmi”. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, “2018-ci il üzrə gəlirləri 11 926 135.02 azn, xərcləri 11 916 688.02 azn, vergiyə cəlb olunan gəlir 10275.00 azn, vergi məbləği isə 2055.00 azn olduğu müəyyən edildi. Müəssisənin təqdim etdiyi mənfəət vergi üzrə bəyannamə məlumatlarında kənarlaşma müəyyən edilmədi. Gəlir sənədləri, X36, xərc sənədləri isə maliyyə nazirliyinin təsdiq etdiyi alış aktı sənədləri ilə qanuna müvafiq olaraq rəsmiləşdirmişdir”. Bundan əlavə, iş üzrə birinci instansiya məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Vergi ödəyicisinin 2018-ci il üzrə sənədlərlə təsdiqini tapan gəliri nə qədər olmuşdur? 2. Vergi ödəyicisinin 2018-ci il üzrə sənədlərlə təsdiqini tapan xərci nə qədər olmuşdur? 3. Ödəyicinin 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə daxil etdiyi xərc məbləğləri sənədlərlə təsdiqini tapırmı? (Tapırsa hər bir xərc üzrə məbləği, təyinatı və əks olunduğu sənədin tarixi və nömrəsi qeyd edilməklə ətraflı məlumat qeyd edilsin) 4. Vergi ödəyicisinin 2018-ci il üzrə mənfəəti və hesablanmalı olduğu mənfəət vergisi nə qədər olmalıdır?” Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2-1(118)- 567/2025 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir: “Vergi ödəyicisinin 2018- ci il üzrə gəliri 11926963,02 manat məbləğində, xərci isə 11916688,02 manat məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş iş materiallarına əsasən müəssisənin xərcləri alınmış malın (işin, xidmətin) dəyərindən, digər xərclərdən, əmək haqqından, sosial ayırmalardan və bank xidməti üzrə xərclərdən ibarət olmuşdur. Səyyar vergi yoxlamasında isə yalnız müəssisənin 2018-ci ilə dair alış aktları üzrə xərclərinin müəyyən olunmasının mümkün olmadığı qeyd edilmişdir. Yəni yoxlama aktında müəssisənin digər xərclərinin mövcud olmamasına dair heç bir qeyd öz əksini tapmamışdır. Bundan başqa, rəydə bildirilmişdir ki, xərc sənədlərinin təyinatı, tarixi, nömrəsi və həmin sənədlərdə əks olunmuş məbləğlər iş materiallarında olan sənədlərdə və hesabatlarda öz əksini tapmışdır. Rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, müəssisə tərəfindən 2018-ci il üzrə aparılmış əməliyyatlara görə 2 055 (iki min əlli beş) manat məbləğində mənfəət vergisi hesablanır. Həmçinin qeyd edilir ki, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi (2018-ci il üzrə) də 2 055 manat məbləğində bəyan edilmişdir”. Göstərilənlərə əsasən, hesab edirik ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci maddəsinə əsasən öz üzərinə düşən vəzifəni icra etməmiş, işin hallarını tam araşdırmamış, əsassız qərar qəbul edərək iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur və bu səbəbdən müvafiq qərar ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri X22 və X39 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında:38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə 57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş vergi 24 dekabr 2019-cu il tarixli, **********195223 nömrəli qərarının ləğv edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi qərarına əsasən iddiaçıya 2018-ci ilə aid Mənfəət vergisi üzrə 395510.43 manat əlavə vergi məbləği, 197755.22 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh inzibati orqan qərarını onunla əsaslandırmışdır ki, yoxlama nəticəsində malların alış-aktlarının mötəbərliyini istisna edən hallar müəyyən edilmiş (imaz edən şəxslər ima etməmələri barədə izahatlar vermiş, malların satılmadığı bildirilmiş və s.), həmin sənədlər xərc sənədi kimi qəbul edilmədiyindən, müvafiq Qərara əsasən şərti rentabellik əsasında vergi məbləği hesablanaraq, kənarlaşma müəyyən edilmiş, əlavə vergi məbləği və ona uyğun maliyyə sanksiya hesablanmış, ƏDV-yə münasibətdə bəyannamələr vaxtında təqdim edilməməsi səbəbindən maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı baxımından hesab edir ki, hazırki halda cavabdeh tərəfindən yoxlama təbdirlərinin həyata keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaların pozulması halı müəyyən edilməmişdir. Belə olan halda hazırki iş üzrə mübahisə predmeti olan qərarın qanunuliyinin yoxlanılması üçün əlavə vergi məbləğinin müəyyən edilməsinin əsaslarının düzgün, qanuni və əsaslı olubolmaması aydınlaşıdırılmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbinə əsasən hər bir tərəf özünün istinad etdiyi halların əsasını sübutetmək öhdəliyi daşıyır. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən vergi qanunvericiliyinin tələbinə əsasən vergi uçot və hesabat sənədlərinin qanunla müəyyən edilmiş qaydada düzgün və vaxtında tərtib edilməsinə, həmin sənədlərin və onlarda olan uçot və hesabatdakı məlumatlarının düzgünlüyünün təmin edilməsi, yaranmış uyğunsuzluqların aradan qaldırılması məhz vergi ödəyicisinin öhdəliyi kimi çıxış edir. İndiki halda iddiaçı müvafiq hesabat dövrü üzrə xərcinə aid bütün sənədlərin təqdim edildiyini, ona uyğun vergi məbləğinin hesablanaraq, ödənildiyini bildirərək, müvafiq qərarın düzgünlüyünü mübahisələndirir. Cavabdeh vergi orqanı isə malların alış aktlarının mötəbərliyini şübhə altına alan halların müəyyən eidlməsi halına istinad edərək, həmin sənədləri xərc sənədi kimi qəbul etməmiş, şərti rentabellik norması əsasında əlavə vergi məbləği hesablamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb olunan gəliri 1987827,2 manat məbləğində olmuş, cavabdeh şərti rentabellik əsasında mənfəət vergisi hesablamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. Hansı ki həmin hallar alış aktlarının mötəbərliyini şübhə altına alan hallar kimi çıxış edərək, həmin sənədlərin xərc sənədi kimi qəbul edilməsinə imkan vermir. İddiaçı tərəfindən isə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir sübut təqdim edilməmiş, malların alış aktlarıda əks olunmuş məlumatların mötəbərliyini müəyyən etməyə imkan verən heç bir sübut təqdim etməmişdir. Halbuki həmin hissədə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında cavabdehin istinad etdiyi əsaslar öz təsdqini tapdığından, mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesbalanması ilə bağlı hissədə cavabdehin qəbul etdiyi qərarın qanunauyğun olmaması halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında mənfəət vergisi üzrə əlavə vergi məbləğinin düzgün hesablanması halı müəyyən edildiyindən, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edildiyindən, bu hal isə maliyyə sanksiyasının tətbiqi üçün əsas hesab edildiyindən, müvafiq qərarın qanuniliyi mənfəət vergisi üzrə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində də əsaslı olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddianın əsaslılığının müəyyən edilməsi üçün müvafiq ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi əsaslarını ətraflı şəkildə qeyd etmiş, kollegiya həmin dəyərləndirmə ilə razıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq ekspertiza tədqiqatı məhz mötəbərliyi şübhə altında olan alış aktları əsasında aparılmışdır. İndiki halda isə həmin sənədlərin mötəbərliyini şübhə altına alan ssübutlar mövcud olsa da, bu halı aradan qaldıran sübutların mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə hazırki iş üzrə müvafiq ekspert rəyinin mötəbərliyini şübhə altına alınması üçün əsas qismində çıxış etdiyindən, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. Kollegiya ƏDV üzrə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ilə bağlı qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən müvafiq hesabat sənədlərinin vaxtında təqdim edilməməsi halı qanunla müəyyən edilən məbləğdə maliyyə sanskiyasının tətbiqi üçün əsasdır. İndiki halda iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilmədiyindən, vergi qanunvericiliyinin qeyd edilən normasının tələblərinin pozulması halı müəyyən edildiyindən, müvafiq qərarın həmin hissədə də qanuniliyi müəyyən edilmişdir. Bu halda kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi məlumatlar və əlavə vergi məbləğinin hesablanması əsaslarının düzgünlüyü müəyyən edildiyindən, iddiaçı tərəfindən isə həmin halları təkzib edən heç bir sübut (təqdim etdiyi xərc sənədlərinin və onlarda əks olunan uçot məlumatlarının mötəbərliyinin müəyyən edilməsinə imkan verən sənədlər) təqdim edilmədiyindən, əlavə vergi məbləğinin və ona uyğun maliyyə sanksiyasının düzgün hesablanması qənaətinə gəlməyə imkan verir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə hərəkətləri qanunauyğun olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını və apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, iddiaçının apellyasiya şikayəti əsasız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-567/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar