Məhkəmə qərarları › İş №2-1(105)-135/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-135/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-135/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs ünvan 4axı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə qarşı “ünvan 4axı rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.metr sahəsi olan qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)- 1043/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ünvan 4axı rayon ünvan 4axı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya ünvan 4axı Bələdiyyəsinin ehtiyat fondundan kommersiya “əl oyunları və ictimai iaşə xidməti” ilə məşğul olmaq üçün şəhərin 26 saylı məhəlləsində 515,0 kv.metr əvəzsiz olaraq torpaq sahəsi verilməsi qərara alınmışdır.

2. ünvan 4axı rayon İcra Hakimiyyəti başçısının birinci müavini N.Abdullayev, Memarlıq və tikinti şöbəsinin müdiri Ə.Musayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının mülki-müdafiə qərargahının rəisi A.Ələsgərov, Memarlıq və tikinti şöbəsinin məsləhətçisi F.Nağıyev, Rayon İcra Hakimiyyəti başçısının ünvan 4axı şəhəri üzrə nümayəndəsi S.Osmanov tərəfindən tərtib edilmiş 14 fevral 2008-ci il tarixli aktda ünvan 4axı şəhər sakini İddiaçı kommersiya məqsədilə ayrılmış 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar plana düşdüyü üçün, həmin ərazinin yaxınlığında yerləşən avtomobil məktəbinə məxsus qarajlar boşaldıqdan sonra binanın əvəzsiz olaraq İddiaçı verilməsi məqsədəuyğun olduğu göstərilmişdir.

3. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X15 Bürosunun 05 saylı, 21 aprel 2008-ci il tarixli qərarı ilə ünvan 4axı şəhərində Ulu öndər Heydər Əliyev adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların ünvan 4axı rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır.

4. ünvan 4axı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə ünvan 4axı şəhəri, S.Bəhlulzadə küçəsi, 01 saylı evdə yaşayan İddiaçı məxsus 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikilinin əvəzsiz olaraq ona verilməsi qərara alınmışdır.

5. İddiaçı cavabdeh X2 qarşı iddiası üzrə ünvan 4axı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(074)-50/2019 nömrəli qətnaməsi ilə iddiaçıya məxsus ünvan 4axı şəhəri, 26-cı məhəllədə olan torpaq sahəsinə cavabdehin adına verilmiş texniki pasportun “B” tikilisi və onun yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv olunması, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəsliyin cavabdeh tərəfindən hörülərək bağlanılması qət edilmişdir.

6. Cavabdeh tərəfindən ünvan 4axı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda ünvan 2cra vərəqəsinin icra olunduğu, cavabdeh X1 adına verilmiş texniki pasportda qeyd edilmiş “B” tikilisi və onun altında olan 144 kv.m torpaq sahəsi hissəsində ləğv edildiyi barədə arxiv sənədlərindən müvafiq qeydlər aparıldığı bildirilmişdir.

7. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məktubda göstərilir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış binası vaxtilə ünvan 4axı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikilinin tikintialtı torpaq sahəsi 160.7m2 təşkil edir və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Qeyri-yaşayış binası yerində müayinə olunan zaman məlum olmuşdur ki, iddiaçı qeyri-yaşayış binasına bitişik, mülkiyyətində olan 213m2 olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirilmişdir. Həmin evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. Qeyri-yaşayış binasının və onun yerləşdiyi 160m2 torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hər-hansı bir sənəd təqdim edilməmişdir. Ona görə də, ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Məktubda göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı ilə müəyyən edilmiş sənədlərdən biri Xidmətin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, daha sonra isə xx.xx.2021-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirərək ünvan 4axı rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.metr sahəsi olan qeyri-yaşayış binasının (tikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 19 iyul 2007-ci il tarixli ərizə ilə ünvan 4axı şəhər bələdiyyəsinə müraciət edərək kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. ünvan 4axı şəhər bələdiyyəsinin 23 iyul 2007-ci il tarixli 216 saylı qərarı ilə ona ünvan 4axı bələdiyyəsinin ehtiyat fondundan kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin 26-cı məhəlləsində 515,0 kv metr əvəzsiz olaraq torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində bir il müddətində “əl oyunları və ictimai iaşə xidməti fəaliyyəti göstərdikdən sonra, 2008-ci il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar olaraq, onun tikinti işlər aparmaq məqsədi ilə aldığı və istifadə etdiyi 306 kv.m torpaq sahəsi parkın ərazisinə düşmüşdür. Ona görə də o, yuxarıda qeyd olunanları və ona İcra Hakimiyyəti tərəfindən edilən təklifi, yəni həmin torpaq sahəsinin əvəzində şəhərin 26-cı məhəlləsində olan yararsız tikilinin ona verilməsi təklifini nəzərə alaraq razılaşmışdır. 14 fevral 2008-ci il tarixdə ünvan 4axı RİHB-nin birinci müavini N.Abdullayev, Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Musayev, RİHB-i aparatının mülki-müdafiə qərargahının rəisi A.Əskərov, Memarlıq və tikinti şöbəsinin məsləhətçisi E.Nağıyev və RİHB-nın ünvan 4axı şəhəri üzrə nümayəndəsi S.Qasımov akt tərtib edərək göstərmişlər ki, ünvan 4axı şəhər sakini İddiaçı (ona) kommersiya məqsədi ilə ayrılmış 306 kv.m. torpaq sahəsi H.Əliyev parkının yenidən qaytarılması və genişləndirilməsi ilə əlaqədar plana düşdüyü üçün, həmin ərazinin yaxınlığında yerləşən avtomobil məktəbinə məxsus qarajlar boşaldıqdan sonra binanın əvəzəsiz olaraq ona verilməsi məqsədəuyğun hesab edilmiş və həmin aktı imzaları ilə təsdiq etmişlər. ünvan 4axı Rayon İcra Hakimiyyətinin başçısı 16 aprel 2007-ci il tarixli 200 nömrəli məktubu ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri cənab polkovnik N.H.Orucova müraciət edərək, KHVTİC-nin ünvan 4axı Avtomobil Məktəbinin yerləşdiyi sahənin Ulu öndər Heydər Əliyevin adına parkın genişləndirilməsi məqsədi ilə ünvan 4axı Rayon İcra Hakimiyyətinin balansına verilməsini xahiş etmişdir. ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının xahişi nəzərə alınaraq, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X15 Bürosunun 21 aprel 2008-ci il tarixli 05 saylı Qərarı ilə ünvan 4axı şəhərində Ulu öndər Heydər Əliyevin adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m torpaq sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların ünvan 4axı Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. ünvan 4axı Rayon İcra Hakimiyyəti həmin 4000 kv.m torpaq sahəsini və 1278,5 kv.m sahəsi olan tikilini öz balansına qəbul etmişdir. ünvan 4axı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərancamı ilə ona məxsus 306 kv.m torpaq sahəsi Heydər Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verilmişdir. Şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verildikdən sonra, həmin qeyri-yaşayış binasının texniki pasportu xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmışdır. Həmin tikilinin ümumi sahəsindən 445 kv.m istismara yararsız olduğu üçün sökərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilməsi üçün ünvan 4axı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir, icazənin məqsədəmüvafiqliyinə dair rayon icra hakimiyyəti başçısının aparatının memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq, ünvan 4axı Rayon İcra Hakimiyyətinin Başçısının 24 sentyabr 2010-cu il tarixli 29 saylı Sərəcamı ilə sözügedən yararsız tikilinin sökülərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilmişdir. Hazırda həmin evi tikdirmiş, orada yaşayır və həmin evin ona məxsus olduğu cavabdehlər tərəfindən onun adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarışla da təsdiq olunur. İddiaçı ilə həmsərhəd torpaq sahəsinin sahibi Dursun Hünbətova və onun ailə üzvləri onun icazəsi olmadan, torpaq sahələrinin arasındakı daş hasardan piyada keçidi üçün qapı və həmçinin hasarın yuxarı hissəsindən nəfəslik açmışdır. Ona görə də o, “mülkiyyətin müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə aralarındakı sərhədi müəyyən edən daş hasardan açılmış piyadaların istifadəsi üçün qapı və nəfəsliyin öz vəsaiti hesabına tikilərək bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Dursun ona məxsus olan “B” tikilisini və həmin tikilinin yerləşdiyi 144 kv.m. torpaq sahəsini öz texniki pasportuna saldırmışdır. Bu səbəbdən də o, iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh X6 tərəfindən mülkiyyətlərinin arasındakı sərhədi müəyyən edən daş hasardan açılmış piyadaların istifadəsi üçün qapı və nəfəsliyin öz vəsaiti hesabına tikilərək bərpa olunması, X2 məxsus texniki pasportun da “B” tikilisi və həmin tikilinin yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və onun həmin torpaq və tikili üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, yerində baxış keçirilmiş və məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2019-cu il tarixli 3102 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilən, o cümlədən mübahisəli tikilinin faktiki olaraq X7 məxsus yaşayış evinin torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyini, eləcə də həmin tikilinin ona verilmiş tikililərə bitişik vəziyyətdə inşa edildiyini və tikiliyə giriş qapısının həmin sahədə yerləşdiyini nəzərə alaraq, mübahisəli daşınmaz əmlakın ona verilmiş (baxış zamanı təqdim edilən) tikililərə aid olduğu müəyyən edilmiş, ünvan 4axı rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq ona verilmiş tikililərin ünvan 4axı Avtomobil məktəbinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcumu halda qiymət verərək hesab etmişdir ki, ünvan 4axı rayon İcra Hakimiyyətinin Başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərancamına əsasən ona verilmiş ünvan 4axı şəhərinin 26 saylı məhəlləsində olan avtomobil məktəbinin binasına aid 144 kv.m. torpaq sahəsinin və üzərində yerləşən tikilinin “B” tikilisi olaraq cavabdehin adına tərtib edilmiş texniki pasporta daxil edilməsi əsassız olduğundan və onun hüquqlarına toxunduğdan, cavabdehin adına verilmiş texniki pasport “B” tikilisi və onun yerləşdiyi 144 kv.m. torpaq sahəsi hissəsində ləğv olunmalı, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik onun həmin tikiliyə dair mülkiyyətçi hüquqlarını pozduğundan, cavabdehin həmin əmlaklara mülkiyyətçi hüquqları olmadığından, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik birdəfəlik bağlanmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Bütün bu əsalarla da ünvan 4axı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-50/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ona məxsus ünvan 4axı şəhəri 26-cı məhəllədə olan torpaq sahəsinə cavabdeh X1 adına verilmiş texniki pasportun “B” tikilisi və onun yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv olunmuş, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik cavabdeh tərəfindən hörülərək bağlanması barədə qərar qəbul edilmişdir. Qətnamə qanunu qüvvəsinə mindiyindən, elə hazırki iddiada iş üzrə cavabdeh olan cavabdehlər tərəfindən icra olunaraq texniki pasportda dəyişiklik edilmişdir. Qeyd olunduğu kimi texniki pasportu hazırlayıb X3 verən cavabdehlər, torpağın və yararsız tikilinin onun olmaması qənaətinə gələ bilsəydilər, onda həmin qətnaməni icra etməyib, şikayət verərdilər. ünvan 4axı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(074)-50/2019 nömrəli qətnaməsi qanuni qüvvəsinə minib, icra olunduqdan sonra, o, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə müraciət edərək, ünvan 4axı şəhəri 26-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onlar iddiaçıya imtina vermişlər və bildirmişlər ki, guya onun həmin torpağa və tikiliyə hüqüqverici sənədi yoxdur. Ona görə də o, maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunmasına dair” ərizə ilə ünvan 4axı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4axı şəhəri, 26 saylı məhəllədə yerləşən, 160 kv.m sahəsi olan tikili və altındakı torpaq sahəsi (keçmiş sürücülük məktəbi) üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə iclası zamanı, tələbin həcminin azldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4axı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 4axı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-673/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, onun ünvan 4axı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. ünvan 4axı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-673/2020 nömrəli qətnaməsindən narazı qalan maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamənin ləğv olunmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-838/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 4axı rayon məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2 (074)- 673/2020 saylı qətnaməsi ləğv edilmiş, onun maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. Onun yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. Ona izah edilmişdir ki, hazırki iddia ərizəsi üzrə olan cavabdehlərə qarşı Sumqayıt İnzibati Məhkəməsində İnzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddia qaldırsın. Bütün bunlardan sonra, yuxarıda qeyd etdiyi və hazırda iddia ərizəsinə əlavə etdiyi sənəd və məhkəmə qərarlarını ərizə ilə birlikdə DƏDRX-nin 14 saylı ünvan 4axı Ərazi İdarəsinə təqdim edərək, ünvan 4axı şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin məhkəməyə təqdim etdiyi sənəd və məhkəmə qərarlarını onlara təqdim etsə də, yenə də, heç bir səbəb olmadan 02 aprel 2021-ci il tarixdə onun müraciəti təmin etməkdən imtina etmişlər. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ünvan 4axı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı müraciəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış binası vaxtilə ünvan 4axı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikilinin tikintialtı torpaq sahəsi 160,7 kv.m təşkil edir və həmin torpq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Qeyri-yaşayış binası yerində müayinə olunan zaman məlum olmuşdur ki, İddiaçı qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213 kv.m torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. Qeyri-yaşayış binasının və onun yerləşdiyi 160 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair hər hansı bir sənəd təqdim olunmamışdır. Ona görə də onun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ünvan 4axı rayon İcra Hakimiyyəti hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

12. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)- 1043/2021 nömrəli qərarı ilə iddia təmin edilərək ünvan 4axı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə İddiaçı əvəzsiz olaraq verilmiş ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ünvan 4axı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir.

14. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətlərinin dəlilləri:

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Ərazi İdarəsinə daxil olduğu müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış binası vaxtilə ünvan 4axı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikili və onun tikintialtı (160.7m2) torpaq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Göründüyü kimi, iddia olunan əmlak dövlət mülkiyyətinə aiddir. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il 586 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılmışdır ki, sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər (7.1); 7.4.dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər. Məhkəmə prosesi zamanı məhkəmə tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, mübahisələndirilən qeyri-yaşayış binası yerli İcra Hakimiyyətinin balansında olsa belə dövlət mülkiyyətinə aiddir. Dövlət mülkiyyətinə aid olan əmlaklar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yalnız Əmlak Məsələləri Dövlət Xidmətindən özəlləşdirilə bilər. Hesab edirlər ki, qeyd olunan əmlakın əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi üçün ünvan 4axı Rayon İcra Hakimiyyətinin heç bir səlahiyyəti olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsinə səhvə yol vermişdir. Belə ki, bu pozuntular isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

16. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qərar qəbul etmişdir. Belə ki, ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən tikili əvəzsiz olaraq İddiaçı verilmişdir. Şikayətdə göstərilir ki, qüvvədə olan qanunvericiliyə əsasən ünvan 4axı Rayon İcra Hakimiyyətinin dövlət əmlakının vətəndaşa əvəzsiz olaraq vermək səlahiyyəti yoxdur. Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Dövlət əmlakı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa əsasən və yalnız dəyəri ödənilməklə xüsusi mülkiyyətə verilə bilər. Qeyd edilmiş qeyri-yaşayış sahəsi yerli icra hakimiyyəti orqanının balansında olmaqla dövlət mülkiyyətində olduğundan, onun özəlləşdirilməsi səlahiyyəti qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və ya Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən qəbul edilir. Beləliklə, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla həmin əmlak barəsində sərəncamvermə səlahiyyəti dövlətin adından satıcı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. ünvan 4axı Rayon İcra Hakimiyyətinin iddianın predmeti olan qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmadığından, onun sərəncamı əsasında iddiaçının həmin əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz. Mübahisə predmeti olan əmlak yalnız dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət əmlakının özəlləşdirilməsi və səlahiyyətli qurumun təqdim etdiyi müvafiq hüquqmüəyyənedici sənəd əsasında xüsusi mülkiyyətə keçə bilərdi. Hazırki işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, ünvan 4axı rayon İcra Hakimiyyətinin mübahisə predmeti olan dövlət əmlakı üzərində sərəncam vermək səlahiyyətinə malik olduğunu qeyd etmişdir. Bununla bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi haqqında qərar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qərarı və həmin orqanla bağlanmış alqı-satqı müqaviləsi əsasında əvəzi ödənilməklə fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilər. İddiaçı tərəfindən mübahisənin predmeti olan dövlət əmlakının qanunvericilikdə müəyyən edilmiş əsaslara uyğun olaraq xüsusi mülkiyyətinə keçməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyi halda, mübahisə predmeti olan dövlət əmlakına dair sərəncam vermək səlahiyyəti olmayan qurumun təqdim etdiyi hüquqi əsası olmayan sərəncama əsaslanmaqla Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş hazırki qərar tamamilə qanunsuzdur.

17. İddiaçı apellyasiya şikayətlərinə dair yazılı etiraz təqdim edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehinin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

19. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək ədalətli qərar qəbul edilməsini xahiş etdi.

20. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Üçüncü şəxs ünvan 4axı Rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. 4.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli Fərmanı: 4.2. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 4.2.4. 8.0.1-ci, 15.1.4-cü və 19.1-ci maddələrində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə ləğv edilmişdir)

1. İcra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.

3. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının aktlarını Azərbaycan Respublikasının Prezidenti ləğv edir. Maddə 17. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibi

1. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndiskommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir.

2. Yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər Maddə 18. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi

1. Müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2. Yerli icra hakimiyyəti başçısının: 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır.

29. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

3. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının ünvan 4axı şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.

33. Cavadehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213m2 olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirilmişdir. Həmin evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. İdidaçı qeyri-yaşayış binasının və onun yerləşdiyi 160 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı bir sənəd təqdim edə bilməmişdir.

34. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan əlavə olaraq apellyasiya şikayətlərinin müvafiq dəlilləri ilə bağlı araşdırma aparılmış, cavabdehə və üçüncü şəxsə sorğular verilərək müvafiq sənədlər əldə edilmişdir.

35. Məhkəmənin mübahisə predmeti olan olan ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq iddiaçıya verilmiş ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binasının dövlət əmlakının mərkəzi və yerli registrlərində qeydiyyatı barədə məlumatın təqdim edilməsi barədə sorğusuna cavab olaraq üçüncü şəxs bildirmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"yə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı həmin əmlakın sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. İsitfadəsiz əmlakın fiziki şəxsin istifadəsinə verilməsi barədə sərəncam verilməsi həmin əmlakın dövlət əmlakı olması mahiyyətini yaratdığı halda, ünvan 4axı Rayon İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyatı vərəqəsi”ndə həmin əmlak barəsində məlumatlar təqdim edilməmişdir.

36. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2008-ci il il tarixli 102 saylı məktubda da iddiaçıya şəhərin 26-cı məhəlləsində kommersiya məqsədi ilə verilmiş sahədə yerləşən tikilinin avtomobil sürücüləri hazırlayan məktəbin qaraj sahəsi olduğu, lakin Dövlət əmlakının qeydiyyatında olmadığı bildirilmişdir.

37. Hazırkı qərarın 29-cu bəndində istinad edilmiş Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanından görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi və əmlakını dövlətə verdiyi vaxtadaək həmin Cəmiyyətin öz əmlakı mövcud olmuşdur.

38. KHVTİC-nin yuxarıda (3-cü bənd) istinad olunan 05 saylı, xx.xx.2008-ci il tarixli qərarının məzmunundan isə görünür ki, ünvan 4axı şəhərində Ulu öndər Heydər Əliyev adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların ünvan 4axı rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır.

39. İşin yuxarıda qeyd edilən hallarından aydın olur ki, ünvan 4axı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binası əvvəlcədən dövlət əmlakı deyil, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əmlakı olmuş, məhz həmin Cəmiyyət tərəfindən parkın genişləndirilməsi məqsədi ilə ünvan 4axı rayon İcra Hakimiyyətinin balansına verilmiş, iddiaçıya məxsus 306 kv.m torpaq sahəsi parkın yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün sonuncunun xx.xx.2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq iddaçıya verilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının müvafiq qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir.

41. Belə ki, həmin sərəncam öz özlüyündə iddiaçıya münasibətdə əlverişli inzibati aktıdr və ləğv edilməmişdir. Sərəncam hazırda etibarlıdır, məzmunundan onun hansı məqsədlərlə qəbul olunduğu aşkar şəkildə müəyyən olunur. Həmin sərəncamı qəbul etmiş üçüncü şəxs ünvan 4axı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu, habelə həmin nümayəndənin iş üzrə məhkəmə iclaslarında verdiyi izahatları ilə ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı əsasında iddiaçıya müvafiq qeyri-yaşayış binasının verilməsinin əsaslı olduğu və ünvan 4axı Rayon İcra Hakimiyyətinin iddiaçının iddiasının təmin olunmasına etirazının olmadığı, beləliklə, sərəncamda ifadə edilmiş iradənin hazırda da mövcud olduğu müəyyən olunur.

42. Məhkəmə kollegiyası hazırkı qərarın 25-ci bəndində istinad edilən normalara əsasən qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının həmin inzibati akta (ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamına), habelə cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, iddiaçıya məhz həmin sərəncamla ayrılmış qeyri-yaşayış binasının bir hissəsinə, habelə sonradan həmin binanın yerləşdiyi ərazidə tikdiyi fərdi yaşayış evinə dair çıxarışların verilməsinə əsas kimi məhz ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı çıxış etmişdir.

43. Bununla əlaqədar olaraq da, cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bu prinsip o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

44. Məhkəmə kollegiyasının iclasında suallara cavab olaraq cavabdehin nümayəndəsi iddiaçıya yuxarıda qeyd olunan 2008-ci ildə verilmiş çıxarışın ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli sərəncamı əsasında verildiyini, sonradan iddiaçının binanın bir hissəsini sökülüb onun yerində fərdi yaşayış evi tikdiyini, həmin evə dair də çıxarış verildiyini, hazırkı qeyri-yaşayış binasına çıxarşın verilməsinə maneə olan halın 2008-ci ildə əmlak qeydiyyata alınarkən mübahisələndirilən əmlakın başqa bir şəxsin texniki pasportunda qeyd edilməsi olduğunu bildirmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müvafiq qeyri-yaşayış binasının verilməsinə dair ünvan 4axı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı hər-hansı yuxarı inzibati orqan və ya məhkəmə tərəfindən ləğv edilmədiyindən, əksinə həmin sərəncam əsasında iddiaçının müvafiq tikiliyə dair iddiası ünvan 4axı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra olunmuş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunduğundan, sərəncamın məzmunundan onun məhz parkın yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar qəbul edilməklə publik maraqlara zidd olması müəyyən olunmadığından, cavabdeh inzibati orqanın qeyd edilən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası, eyni zamanda hazırkı apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

46. Cavabdehin apellyasiya şikayətinin müvafiq tikilinin tikintialtı torpaq sahəsinin dövlət mülkiyyətinə aid edilməsi ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi torpaq sahəsinin deyil, məhz qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı olmuş, birinci insatansiya məhkəməsi də iddianı həmin tələb daxilində təmin etmişdir.

47. Belə ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi ƏMDK-nın 16 saylı ünvan 4axı ərazi şöbəsinin müdiri tərəfindən cavabdeh inzibati orqanın rəhbərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda da 2008-ci ildə ünvan 4axı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri aparılarkən Heydər Əliyev parkının salınması ilə əlaqədar parkın ərazisinə düşən obyekt sahiblərinə X8 ərazisindən ünvan 4axı rayon İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsinin ayrıldığı, 150 kv.metr torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin cənubunda yerləşməklə üzərində əsaslı tikilinin mövcud olduğu, qeyd olunan tikilinin mövcudluğunun onun yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasına əsas verdiyi göstərilmişdir.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyri-yaşayış binasına bitişik iddiaçıya məxsus fərdi yaşayış evinin əsas divarının bir hissəsinin qeyri-yaşayış binasının divarı ilə ortaq olması da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələbləri baxımından cavabdeh inzibati orqanın qeyd edilən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz.

49. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1043/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar