Məhkəmə qərarları › İş №2-1(105)-1358/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1358/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1358/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 9 iyun 1967-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7-2043/2024 nömrəli qərarından görünür ki, İddiaçı 1 sentyabr 2015-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 3.958,79 manat, yenidən hesablanmış pensiya məbləği 4.024,01 manat, təminat xərcliyinin cəmi 3.327,25 manat, yenidən hesablamanın səbəbi “37.3.2-1-ci maddəyə əsasən” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 mart 2024-cü il tarixli, 3- 17-1/2-R-73058/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, mərkəzi filial tərəfindən 1 sentyabr 2015-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 31 yanvar 2024-cü il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 4.024,01 manat məbləğində müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ödənilməli olan 1.960,56 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği cari aydan etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 4 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-240526/2025 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 31 yanvar 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 31 oktyabr 2019-cu il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 11.294,64 manat təşkil etmişdir. Həmin 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11.294,64:243 ay (64 il 6 ay-52 il 4 ay = 146 ay+97 ay (144 ay-43 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 46,48 manat) 31 yanvar 2021-ci il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi üçün 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş onun pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 (2821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 4.024,01 manat təşkil edir. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış 1.960,58 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 aprel 2025-ci il tarixli, 3- 17-1/2-R-79009/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan sonra mülki sahələrdə işləmişdir, daha sonra isə 8 avqust 2011-ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində yenidən hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanıb (həmin tarixədək əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalın nəzərə alınmaqla). 1 yanvar 2015-ci il tarixdən əmək pensiyası müəyyən edilməsi zamanı həmin tarixədək topladığı həm mülki sahədə işləməklə, həm də hərbi xidmət keçməklə bütün pensiya kapitalı nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 avqust 2025-ci il tarixli, 3- 17-1/2-184269/202 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya təyin edilən 12 fevral 2004cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun 1 sentyabr 2015-ci il tarixə hesablanmış pensiya kapitalı 1.040,83 manat, 1 yanvar 2006-cı il – 31 avqust 2015-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.690,89 manat olmaqla 1 sentyabr 2015-ci il tarixədək cəmi pensiya kapitalı 13.731,72 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2004-cü ildə pensiya təyin edildikdən sonra işləməyə davam edərək 2011-ci ildə işdən çıxma ilə bağlı yaranmış hüquq əsasında fərdi şəxsi hesabda yığılan sığorta kapitalının əsasında pensiyanın gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyinin və 2015-ci il – 2019-cu il dövr ərzində işləyərək qazanılmış sığorta kapitalının əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyinin və keçmiş üç illik dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxsdir, ona pensiya təyin edildikdən sonra müxtəlif sahələrdə işləməkdə davam etmişdir. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək, onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti 29 mart 2024-cü il tarixli cavab məktubu ilə natamam təmin edilmiş, qeydə alınmış sığorta kapitalının yalnız bir hissəsi nəzərə alınmışdır. Bildirilir ki, iddiaçı aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçıya, əmək pensiyası təyin edildikdən sonra İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 31 oktyabr 2019-cu il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 11294,84 manat təşkil etmişdir. Həmin 11294,64 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci mrddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11294,64:243 ay (64 il 6 ay-52 il 4 ay=146 ay+97 ay (144 ay-43 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=48,48 manat) 31 yanvar 2021-c! il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi üçün 31 yanvar 2024-cü it tarixdən üç il geriyə) mövcud olmuş onun pensiyasının (2821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2868,12 (2821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1 -ci maddəsinə əsasən indeksiaşdirrnə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixdən 4024,01 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçıya keçmiş müddət üçün hesablanmış 1960,58 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının (4024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Bundan əlavə, iddiaçı iddia növü kimi öhdəliyin icrası haqqında iddianı seçlə də, müvafiq inzibati aktın ləğv edilməsi və yeni inzibati aktın qəbul edilməsini xahiş edir. Göründüyü kimi iddia ərizəsindəki tələblər mübahlsələndirmə və məcburatmə haqqında iddia növlərinə aiddir. Cavabdeh iddia tələbinə qarşı etiraza əlavədə qeyd etmişdir ki, iddiaçıya 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan başqa, iddiaçı 8 avqust 2011-ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanmışdır (həmin tarixədək iddiaçının əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmışdır). İddiaçıya məxsus əmək pensiyasının məlumat vərəqinə əsasən yenidən hesablanmasından sonra 16 noyabr 2015ci il – 30 oktyabr 2019-cu il tarixləri arasındakı dövr ərzində işləyən əmək pensiyaçısı kimi onun fərdi hesabının sığorta hissəsində 11.294,64 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11.294,64:243 ay (64 il 6 ay - 52 il 4 ay = 146 ay+97 ay (144 ay-47 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 46,48 manat) 31 yanvar 2021-ci il tarixədək (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 (2.821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3.154,93 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən 3.618,71 manat, 1 yanvar 2024-cü il tarixdən 4.024,01 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği 2024- cü ilin mart ayından etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya məxsus müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixdən hesablanmaqla əmək pensiyası hazırda 4.349,95 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7-2043/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı 2004-2011-ci illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması, 2015-2019-cu illər üzrə qazanılmış sığorta kapitalı əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması və keçmiş üç illik dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mövqeyinə görə, 2005ci il tarixdən 2011-ci il tarixədək əmək fəaliyyəti dövrü yığılmış kapitalı pensiya yenidən hesablanaraq nəzərə alınmamış, əsassız şəkildə 243 aya bölünmüşdür. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya məxsus əmək pensiyasının məlumat vərəqinə əsasən yenidən hesablanmasından sonra 16 noyabr 2015-ci il - 30 oktyabr 2019-cu il tarixləri arasındakı dövr ərzində işləyən əmək pensiyaçısı kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə, 31 yanvar 2021-ci il tarixədək (iddiaçının müraciət etdiyi 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 manat məbləğində hesablanmışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7-2043/2024 nömrəli qərarından görünür ki, iddiaçıya 1 sentyabr 2015-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 3.958,79 manat, yenidən hesablanmış pensiya məbləği 4.024,01 manat, təminat xərcliyinin cəmi 3.327,25 manat, yenidən hesablamanın səbəbi “37.3.2-1-ci maddəyə əsasən” olaraq göstərilmişdir. Göründüyü kimi, qeyd edilən qərar ilə pensiya yenidən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 45ci maddəsinin ikinci cümləsi tətbiq edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur -şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən). İddiaçı tərəfindən iddia olunan 2005-ci il tarixdən 2011-ci il tarixədək əmək fəaliyyəti dövrü yığılmış pensiya kapitalı cavabdeh tərəfindən verilmiş məlumata əsasən pensiya yenidən hesablanaraq nəzərə alınmışdır. Belə ki, cavabdeh orqanın etirazında və iddiaçıya göndərilmiş məktubda qeyd edildiyi kimi, 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmiş, 8 avqust 2011ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanmış, 1 yanvar 2015-ci il tarixdən əmək pensiyası müəyyən edilməsi zamanı həmin tarixədək topladığı həm mülki sahədə işləməklə, həm də hərbi xidmət keçməklə bütün pensiya kapitalı nəzərə alınmışdır. Həmçinin, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məlumatdan müəyyən edilir ki, iddiaçının pensiya təyin edilən 12 fevral 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun 1 sentyabr 2015-ci il tarixə hesablanmış pensiya kapitalı 1.040,83 manat, 1 yanvar 2006-cı il – 31 avqust 2015-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.690,89 manat olmaqla 1 sentyabr 2015-ci il tarixədək cəmi pensiya kapitalı 13.731,72 manat təşkil edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazının dəlillərini yuxarıda qeyd olunan hallara istinadən əsassız hesab edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının iddia tələbi iki dövr üzrə pensiyanın hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması idi. Sözügedən dövrlər 1. 2004-2011-ci illər üzrə; 2. 2015-2019-cu illər üzrə bunlardır. İddiaçıya 12 fevral 2004-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2011xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən 1 sentyabr 2015-ci il tarixindən əmək pensiyası yenidən hesablanmışdır (həmin tarixədək iddiaçının əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmışdır). Birinci instansiya məhkəməsinin qərarından belə aydın olur ki, 2004-2011-ci illər üzrə Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (bundan sonra – Qanun) xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyasındaıə 45-ci maddənin ikinci cümləsi tətbiq edilmədən pensiya yenidən hesablanmalıdır. Hazırki iş üzrə həmin dövrlərə münasibətdə araşdırılma aparılması birbaşa iddia predmetindən kifayət qədər kənara çıxmaq deməkdir. Belə ki şəxsin niyyəti cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024- cü il tarixli, 3-17-1/3-7-2043/2024 nömrəli inzibati aktının ləğvinə və həmin inzibati aktın iddiaçı üçün yaratmış olduğu hüquqi nəticələrin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə bu hissədə tələblərin qarışdırılmasına razı olmuş müvafiq tələblərə ayrı-ayrılıqda hüquqi qiymət verməmişdir. İddia tələbinin məzmunundan və strukturundan da aydın olur ki, müvafiq iddia növümübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia dedikdə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının müraciəti 2015-2019-cu illər üzrə yığılmış pensiya kapitalı ilə bağlı olmasına baxmayaraq iki dövr üzrə də iddia qaldırma müddətini ötürmüşdür. 2004-2011-ci illər üzrə hesablanmanın mübahisələndirilməsi hazırki işdə tamamilə başqa dövrün mübahisələndirilməsinə qarışması isə gələcəkdə qarşısıalınmaz nəticə yarada bilər. Əlavə olaraq qeyd edilir ki, birinci instansiya məhkəməsi 2004-2011-ci illər üzrə həmin dövrdə mövcud belə olmayan Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq edilib-edilməməsi məsələsini araşdırmadan qərar qəbul etmişdir. Məlumdur ki, sözügedən müddəanın ikinci cümləsi Qanunun xx.xx.2017-ci il tarixli redaksiyasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqanın vermiş olduğu izahatdan da aydın olur ki, vaxtında iddiaçının işlədiyi dövrlər nəzərə alınaraq həmin maddə tətbiq edilərək hesablanan pensiya kapitalı xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasında yığılmışdır. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. İddiaçı maddədə göstərilən şəkildə əlavə almaq hüququ alan şəxslər cərgəsindədir. Yəni müvafiq maddənin tətbiqi üçün nəzərdə tutulmuş subyekt dairəsinin tərkininə düşür. Yuxarıda qeyd edildiyi kimi 45-ci maddə əmək pensiyasının gözlənilən pensiya ödənişi müddətinin hesablanması qaydasıdır. Əmək pensiyasının müəyyən edilməsi, yəni həməmək pensiyasının təyin edilməsi, həmdə əmək pensiyasının yenidən hesablanması zamanı 45- ci maddənin ikinci cümləsinin tətbiqi qaçılmazdır. İddiaçıya münasibətdə qeyd edək ki, o Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş əlavə almaq hüququ olan şəxs olmaqla yanaşı, Qanunun 9-cu maddəsi ilə əmək pensiyası alan şəxsdir. Bu isə cavabdeh orqana imkan verir ki, onun pensiyasının yenidən hesablanması zamanı 45-ci maddəsinin ikinci cümləsini tətbiq etsin. Bu isə iddiaçının pensiya kapitalını yığdığı dövrə münasibətdə (xx.xx.2019-cu il tarixinə münasibətdə) də 45-ci maddənin cari redaksiyasında eyni məzmunlu köhnə redaksiyadakı cümlənin də tətbiqinə əsas verirdi. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla vəmüraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanmışdır: İddiaçıya məxsus əmək pensiyasının məlumat vərəqinə əsasən yenidən hesablanmasından sonra xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində işləyən əmək pensiyaçısı kimi onun fərdi hesabının sığorta hissəsində 11294,64 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 11294,64 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11294,64:243 ay (64 il 6 ay-52 il 4 ay=146 ay+97 ay (144 ay-47 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=46,48 manat) 31 yanvar 2021-ci il tarixinədək (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi 31 yanvar 2024-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (2821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2868,12 (2821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3154,93 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 3618,71 manat, 1 yanvar 2024-cü il tarixindən 4024,01 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1960,56 manat fərq məbləği 2024-cü ilin mart ayından etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya məxsus müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixindən hesablanmaqla əmək pensiyası hazırda 4349,95 manat təşkil edir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdirdir ki, “Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən).” Bununla bağlı qeyd edilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan (iddiaçının pensiya kapitalı bu tarixədək toplanmışdır) 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulayırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, xüsusilə qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Azərbaycan Respublikasının29 iyun 2022ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Halbuki Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarıyalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buradan da aydın olur ki, məhkəmə qərarında göstərilən arqumentlər nə fakt, nə də sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanmasının həyata keçirilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində xx.xx.2004ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2011-xx.xx.2015-ci illər üzrə işlədiyi dövrə aid yeni məlumat vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə əmək pensiyası yenidən hesablanmış, daha sonra xx.xx.2015-xx.xx.2019-cu il üzrə işlədiyi dövrlərə dair toplanmış pensiya kapitalı əsasında Qanunun 37.3.1 və 45-ci maddəsinə uyuğun olaraq 243 aya bölünməklə, 2868,12 manat pensiya məbləği hesablanmış, indeksləşdirmə ilə xx.xx.2024-cü il tarixdən 4024,01 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1957ci il təvəllüdlü olmaqla, ona hərbi qulluqçu kimixx.xx.2004-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 2004-2011-ci illərdə və 2015-2019-cu illərdə işləyən əmək pensiyaçısı olmaqla, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmışdır. Hazırda iddiaçı işləməyən əmək pensiyaçısıdır. İddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində toplanmış pensiya kapitalına əsasən Qanunun 37.3.1 və 45-ci maddəsini tətbiq edərək, əmək pensiya məbləğinin yenidən hesablanmasını həyata keçirərək, pensiya məbləğini artırmış, bu barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İddiaçının hüquqi marağı işlədiyi dövrlər fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanmasına (əmək pensiya məbləğinin artırılmasına) nail olmaqdır və iddiaçının iddia tələbinin əsasını məhz cavabdehin Qanunun Qanunun 45-ci maddəsini tətbiq etməklə, aparılmış hesablanma ilə bağlı hərəkətlərinin qanunauyğun olmaması ilə bağlı hallar təşkil edir. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi 6 il müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qaydasında aparılmalıdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Nəticə etibarilə cavabdehin iddiaçı barəsində məhz bu normanın şərtlərini tətbiq etməklə yenidən hesablanma aparmalı olduğu halda, Qanunun 45-ci maddəni tətbiq etməkləəmək pensiyasının yenidən hesablanması ilə bağlı hərəkətləri və buna dair qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı qanunun normasının dispoztiv şərtinə uyğun olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki. birinci instansiya məhkəməsi haqlı olaraq oxşar işlər üzrə vahid məhkəmə təcrbüəsini müəyyən edən məhkəmə qərarlarına istinad etmişdir, təkarən həmin halların qeyd edilməsi zəruri olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının 2004-2011-ci illər ərzində işləyən əmək pensiyaçısı olduğu dövr üzrə əmək pensiyasının yenidən hesablanması da məhz Qanunun 45-ci maddəsi tətbiq edilmədən, yenidən hesablanma həyata keçirilməlidir. İndiki halda cavabdeh inzibati orqan bir halda həmin dövr üzrə yenidən hesablanma ilə bağlı iddiaçının müraciətinin olmaması, bir halda 31 oktyabr 2019-cu il tarixədək olan işlədiyi dövrlər üzrə toplanmış pensiya kapitalının Qanunun 45 və 37.3.1-ci maddəsinə əsasən hesablanması kimi hallara istinad edərək, həmin dövr üzrə toplanmış pensiya kapitalının məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtinə əsasən (45-ci maddə tətbiq edilmədən)yenidən hesablanması halına dar sübut təqdim etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrlər üzrə toplanmış pensiya kapitalına əsasən Qanunun 45-ci maddəsini tətbiq etməklə əmək pensiyasının yenidən hesablamasını aparmaqda haqlı olmamış, bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar