Məhkəmə qərarları › İş №2-1(105)-136/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-136/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-136/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-409/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçıya aid xəstəlik sənədlərinə əsasən iddiaçıya revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuşdur. Belə ki, ona xx.xx.2014-cü il tarixdə revmatizm diaqnozu ilə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilmişdir. İddiaçının növbəli müayinə tarixi xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında cavabdeh tərəfindən baxılmış və iddiaçıya əlillik dərəcəsinin verilməsindən “Göndərişin natamam doldurulması-Səbəb: xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

3. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişə əsasən, əsas diaqnoz İ02- Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ağırlaşma: İ49.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Ağırlaşma: Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri, Yanaşı xəstəliklər İ11.9-(durğunluq)ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv(hipertoniya) xəsətəliyi, hipertoniya xəsətəliyi İİ mərhələ risk İİİ-İV, Yanaşı xəstəliklər İ50.9 dəqiqləşdirilməmiş ürək çatmamazlığı qeyd edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ürəyi səbəbi ilə müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuş, ona 11 noyabr 2002-ci il tarixindən İİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə 2016-cı ildə ona İİ qrup əlillik dərəcəsi müəyyən olunmuş, növbəti müalicə tarixi 2021-ci ildə qeyd edilsə də, 2021-ci ildə ona əlillik təyin edilməsindən imtina edilmiş və ona sosial müavinətin verilməsi dayandırılmışdır. Bu müddət ərzində isə iddiaçı ambulator kitabçadan çıxarışda da öz əksini tapdığı kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində qalaraq diaqnostik müayinələrdən keçərək müalicə olunmuş və onun xəstəliyi “əlilliyin müəyyən olunması meyarlarına” əlavə olunan cədvəldə öz əksini tapmışdır. Beləliklə, iddiaçı bildirmişdir ki, ona müavinət verilməsindən imtina əsassız və qanunsuz olmuş, müxtəlif bəhanələr hesabına baş vermişdir.

Cavabdehin etirazının dəlilləri

6. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0244003AAB48 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0- Kəskin revmatik perikardit; Diaqnozun mətni: revmatizm. revmakardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit; Diaqnozun mətni: revmatizm. Revmakardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ02 Revmatik xoreya => İ02.0 - Ürəyin prosesə cəlb olunması ilə gedən revmatik xoreya; Diaqnozun mətni: İ02 Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 06 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir.

8. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixində o, Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu–anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərardadı ilə İddiaçı iddiası cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına münasibətdə qeyri-mümkün hesab edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev).

11. Məhkəmə bildirmişdir ki, Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən iddiaçı müayinə olunmuş və Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın əlilliyin təyinindən imtinasının səbəbi olan dəqiqləşdirmə zərurətini aradan qaldırmaq üçün məhkəmə aralıq qərardadı qəbul edərək iddiaçını əyanı müayinəyə dəvət etmişdir. Məhkəmə hesab etmişdir ki, əyani müayinə nəticələrinə əsasən iddiaçıda mövcud xəstəliyin olmaması aşkar edildiyindən cavabdehin gətirdiyi imtina əsaslıdır.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də iddiaçının apellyasiya şikayəti əsaslıdır.

15. Məhkəmə tərəfindən iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsinə görə, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün olmamışdır.

16. Məhkəmə kollegiyası ekspertizanın hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyini, həmçinin ekspert rəyində qərardadda qoyulan sualların tam cavablandırılmadığını nəzərə alaraq iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etmişdir. Ekspertiza nəticələrinə əsasən iddiaçıda “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəlikləri mövcuddur.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar qanunvericiliyə uyğun olaraq ona ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə əsas verməsi və cavabdeh tərəfindən ona əlliliyin təyin edilməsindən imtinanın əsassız olması qənaətinə gəlmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kasasiya instansiyası məhkəməsində icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1676/2023 nömrəli qərarı ilə (hakimlər:R.Nəbizadə /sədrlik edən və məruzəçi/, S.Kərimov və Z.Quliyev) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023- cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində təmin edilməməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh göndərişdə qeyd edilən diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə imtina vermişdir. Ekspert rəyində “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəlikləri olduğunu bildirmiş, apelyasiya məhkəməsi isə hər iki meyarların konkret bəndlərinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya məhkəməsi iddiaçı barəsində Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən göndərişdə olan diaqnozun məhz hansı əsasa görə ekspert rəyində və meyarlarda qeyd edilən xəstəliklərlə eyni xəstəlik olmasını qərarında əsaslandırmamışdır. Hazırkı halda göndərişdə olan diaqnozla ekspert rəyində göstərilən xəstəliyin eyni xəstəlik olması və həmin xəstəliyin meyarlarda olan xəstəliklə eyni olmasını məhkəmə kollegiyası əminliklə müəyyən edə bilmir. Apelyasiya instansiyası məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə və ekspert rəyində qeyd edilən xəstəliyin hər iki meyarlarda olan xəstəliklə üst-üstə düşməsi, həmin xəstəliklərin əlilliyin müəyyən olunması üçün əsas ola bilməsi barədə ekspertiza təyin edilməsini müzakirə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin vaxtilə cavabdehə təqdim edilən 28 aprel 2014-cü il, 25 aprel 2015-ci il və 29 aprel 2016-cı il tarixli göndərişlərlə 9 avqust 2021-ci il tarixli göndərişdə qeyd edilən diaqnozun eyni olması, eyni olduğu halda, əvvəllər iddiaçıya əlillik təyin edildiyi halda, sonuncu göndəriş təqdim edilən zaman əlillik təyin edilməsindən imtinanın səbəbi, imtinada diaqnozun “əlillik əlaməti təyin etmir” deməsi barədə cavabdehin mövqeyi (dəlilləri) ətraflı araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.3-cü bəndinə görə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi barədə də araşdırma aparmamışdır. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olduğu halda, İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik təyin olunması ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasının göndərişinə komissiyada baxılmış və ona əlillik təyin edilməsi deyil, natamam doldurulma qeyd edilmişdir. Yəni buradan da göründüyü kimi, onun diaqnozunda heç bir dəyişiklik yoxdursa, bundan əvvəl ona dəfələrlə əlillik təyin olunubsa yenə də təyin olunmalı idi. Məhkəmə tərəfindən onun əlillik vəziyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Agentlik guya onu müayinə etmiş və diaqnoz əlillik təyin etmir qərarı qəbul etmişdir. Məhkəmə isə Agentliyin qərarı ilə razılaşaraq iddiasını rədd etmişdir. Onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Agentliyə göndərilməməli idi. Ona görə ki, Agentlik bu işdə cavabdeh şəxsdir və əlillik təyin etməyən də Agentlikdir, əlilliyin təyin edilməməsində maraqlıdır. Təbii ki, Agentlik ilkin olaraq əlilliyin təyin edilməməsi ilə bağlı ilkin verdiyi rəylərə əks mövqe nümayiş etdirməyəcək. Məhkəmə tərəfindən işin bu halı nəzərə alınıb, müstəqil ekspertiza, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin eksperiza mərkəzinə göndərməli idi. Həmçinin əlilliyin təyin edilməsi ilə bağlı qaydalarda da, müayinələri aparan orqan müvafiq xəstəxanalardır. Onun xəstəliyi barədə məlumatları altsistem üzərində TSEK-ə göndərirlər. Bu məlumatlar əsasında şəxsin özü olmadan əlillik təyin edilir. Dövlət Tibbi Sosial və Reabilitasiya Agentliyi şəxsləri müayinə etmir. Bundan əlavə iddiasında da qeyd etmişdir və sənədləri də əlavə etmişdir ki, ona 11 noyabr 2002-ci il tarixdən İİ qrup əlillik təyin edilmişdir. Revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşdirilməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Bu xəstəliyi ilə bağlı əməliyyatlar keçirmiş, həkimlərin çoxsaylı rəyləri vardır. Agentliyin xx.xx.2022-ci il tarixli müayinəsindən belə çıxır ki, xəstə deyil, bu diaqnoz onda yoxdur. 2002-ci ildən qanunsuz olaraq ona əlillik təyin edilmiş, əməliyyat olunmamış, bu vaxta kimi verilən həkim rəyləri qanunsuzdur. Xəstəliyi sağalan xəstəlik deyil ki, müalicə olunaraq sağalsın. Bu ürəkdir. Əməliyyat olunub, aorta qapağı dəyişilib, protez qoyulub. Bundan sonra ürəyində yeni aorta qapağı yaranmayacaq ki, əvvəlki vəziyyətinə qayıtsın. İldə bir neçə dəfə uzun müddətli müalicə alır. Xəstəliyi səbəbindən işləyə bilmədiyi üçün çox çətinliklə əlilliklə təyin olunmuş puldan yığaraq həm özünü dolandırır, həm gündəlik dərmanlarını alır, həm də ildə bir neçə dəfə uzun müddətli müalicə üçün pul saxlayır. “Həkim olmayan bir şəxsin belə bu vaxta kimi verilən həkim rəyləri, əməliyyat sənədləri və əlillik təyin edilməsi ilə bağlı sənədləşmələrlə ilə tanış olsa belə ona əlillik təyin olunmalı olması qənaətinə gələr. Heç bir yerdən gəliri olmayan, xəstə, tənha qalan bir qadına qarşı bu qədər də haqsızlıq etmək heç kimə yaraşmaz.” Ona 2002-ci ildən ikinci qrup əlillik təyin edilmiş, bundan sonra dəfələrlə yenidən əlillik təyin edilmişdir. Ona 2002-ci ildən əlillik təyin edilməsinə əsas verən diaqnoz hazırda da əlilliyin təyin edilməsi üçün əsas olan diaqnozdur. Belə olan halda əlillik təyin edilməli idi. Məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Rəy alınması üçün isə iş üzrə maraqlı olan cavabdeh orqana göndərilmişdir. Halbuki, həmin orqan bu işdə cavabdehdir və əlilliyin təyin olunmamasına çalışır. Ona görə də qoyulmuş diaqnoz barədə şübhə var idisə bu barədə ekspert rəyinin alınması üçün Səhiyyə Nazirliyinə, Ədliyyə Nazirliyinə göndərilməli idi. İşin hallarında uzun illər ona qoyulmuş diaqnoza əsasən ikinci qrup əlillik təyin olunmalı idi. Məhkəmə tərəfindən uzun illər dəfələrlə ikinci qrup əlillik təyin edilməsi, hazırda da 2002-ci ildən bu vaxta kimi əlilliyin təyin edilməsinə əsas olan diaqnozun dəyişilməməsi, çoxsaylı həkim rəyləri və əməlliyatlar işin faktiki hallarına uyğun araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehin apellyasiya şikayətinə etirazının dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, 21 fevral 2022-ci il tarixində İddiaçı Agentlikdə əyani müayinəsi həyata keçirilmiş və diaqnozun əlillik dərəcəsi təyin etməməsi (protokol və siyahı əlavə olunur) müəyyən edilmişdir. Bu səbəbdən də əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilərək əlillik alt sisteminə daxil edilmişdir. Əlililliyin qiymətləndirilməsinə dair məlumatlar Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə edilmiş və gücləndirilmiş elektron imza ilə təsdiqlənmişdir. Bundan əlavə, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2014-cü ildə ilk dəfə 1il, xx.xx.2015-c i ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin edildiyi və fasiləsiz olaraq 7 il ll dərəcə əlillik olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyildir. AR NK-nın 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlər qiymətləndirilməklə müəyyən edilir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, vəkilinin izahatı ilə razı olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən həkim mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, əsas diaqnoz İ02, İ49.9, ağırlaşma İ52.8, yanaşı xəstəliklər İ11.9 və İ50.9 diaqnozları iddiaçıda var, lakin əlillik təyin edəcək dərəcədə yoxdur. Həmçinin, İ02 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə”də yoxdur. Lakin ağıraşma İ49.9 və yanaşı xəstəliklər İ11.9, İ50.9 diaqnozları meyarlarda vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarında İ02 diaqnozu qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı xəstəliyidir, tibbi göndərişdə qeyd olunan İ02 diaqnozu isə revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət diaqnozudur. Diaqnozlar fərqlidir. Göndərişdə qeyd edilmiş xəstəlik (İ02) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnəmənin 2.1.1-ci maddəsində qeyd olunan xəstəliklə eyni deyildir, tibbi göndərişdə səhv qeyd edilmişdir. Əsasnamənin 2.1.1-ci maddəsində qeyd olunan diaqnoz, revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət diaqnozunun ağırlaşması ola bilərdi. İ49.9, İ50.9 , İ52.8 diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə var. Dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu xəstə ilk daxil olduğu anda qoyulan diaqnozdur. Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət qan dövranının çatışmazlığına səbəb olur. İddiaçıda qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (2.1.1) diaqnozunun əlamətləri yoxdur. İddiaçı əyani müayinə edilən zaman qeyd olunan xəstəlik öz təsdiqini tapmamışdır. İş üzrə iki dəfə ekspertiza keçirilmişdir. Ekspertiza olunan zaman iddiaçıda sadəcə revmatik xoreya xəstəliyi aşkar olunmuşdur. Ekspetiza zamanı vətəndaşda əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər yoxlanılır, bir diaqnozun XBT kodu uyğun olduğu təqdirdə belə əlillik təyin edilir. Keçirilmiş ekspertizalar zamanı isə sadəcə əsas xəstəlik araşdırılmışdır. İki yanaşı xəstəlik və bir ağırlaşma diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda vardır. Bəzi diaqnozlar 413 saylı qərarda da vardır. İ02 diaqnozu AR NK-nın 187 saylı qərarında yoxdur. İ49.9 diaqnozu AR NK-nın 187 saylı qərarında vardır.

27. Cavabdeh inzibati orqan məhkəmə kollegiyasına yazılı izahat təqdim etmiş və bildirmişdir ki, Quba rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur və tibbi sənədlərinə baxış keçirilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən ona “Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi İİ mərhələ risk lll-İV, Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, AF 53%” diaqnozu təyin edilmişdir. "Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008)” diaqnozunda şəxsdə ll-lll funksional sinif ürək çatmamzlığı olduğu halda əlillik səviyyəsi müəyyən edilir. Ürək çatmamazlığı obyektiv müayinə zamanı aşağı ətraflarda şişkinlik, yüngül fiziki gərginlik zamanı təngnəfəslik və ürəkdöyünmə, boşluqlarda (qarın, plevra və perikard) maye toplanması, ExoKQ müayinəsində AF-nın 40%dən aşağı olması ilə özünü göstərir. “Hipertoniya xəstəliyi İİ mərhələ risk lll-İV” diaqnozu isə əlillik təyininə əsas verən ağırlaşmalar- beyin qan dövranının kəskin pozulması nəticəsində insult (ətraflarda parez və ya iflic), ürək çatmamazlığı, görmənin itirilməsi və s. əlamətlər olduğu halda əlillik təyininə əsas verir. Obyektiv müayinə zamanı İddiaçı, eləcə də əlilliyin qiymətləndirilməsi üçün əsas olan dövlət tibb müəssisəsinin göndərişində yuxarıda qeyd edilən patofunksional ağırlaşmaların heç biri müşahidə olunmur. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlara dair Əsasnamə” və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olumasına dair Əsasnamə”yə müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar olmadığına görə əsaslı olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Xəstədə 2008-ci ildə “Kombinə olunmuş aortal qüsura görə aortal qapagin protezləşməsi əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı ilk dövrlərdə bərpa müalicəsinin aparıldığı dövr üçün əlilliyin təyini həmin dövrün qanunvericiliyinə uyğun olaraq mümkün idi. 2017-ci ildən əvvəlki dövr üçün əlillik təyinatlarına əsas verən göndəriş Əlillik AS-də olmadığına görə həmin dövrdə əlillik təyinatının əsaslılığı barədə konkret fikir demək mümkün deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət itabiznİ“ icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20- İ25, İ30-İ31.9, İ33) xəstəliyi ilə uyğunluq təşkil edir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

36. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

38. Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi iddiaçı barəsində Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən göndərişdə olan diaqnozun məhz hansı əsasa görə ekspert rəyində və meyarlarda qeyd edilən xəstəliklərlə eyni xəstəlik olmasını qərarında əsaslandırmamışdır. Hazırkı halda göndərişdə olan diaqnozla ekspert rəyində göstərilən xəstəliyin eyni xəstəlik olması və həmin xəstəliyin meyarlarda olan xəstəliklə eyni olmasını məhkəmə kollegiyası əminliklə müəyyən edə bilmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə və ekspert rəyində qeyd edilən xəstəliyin hər iki meyarlarda olan xəstəliklə üst-üstə düşməsi, həmin xəstəliklərin əlilliyin müəyyən olunması üçün əsas ola bilməsi barədə ekspertiza təyin edilməsini müzakirə etməmişdir.

39. Qeyd edilən mövqelər nəzərə alınmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-849/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X7 İnstitutunun eksperti, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh3nin İddiaçı əyani müayinə olunmasında əvvəllər iştirak etməyən eksperti cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 hüquqi şəxsinin ekspertinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, onda xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişə əsasən, əsas diaqnoz İ02-Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ağırlaşma: İ49.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Ağırlaşma: Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri, Yanaşı xəstəliklər İ11.9-(durğunluq)ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv(hipertoniya) xəsətəliyi, hipertoniya xəsətəliyi İİ mərhələ risk İİİ-İV, Yanaşı xəstəliklər İ50.9 dəqiqləşdirilməmiş ürək çatmamazlığı xəstəlikləri aşkar edilirmi?

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13nin xx.xx.2024-cü il tarixli T67/2024 nömrəli ekspert rəyində aşağıdakı nəticəyə gəlinmişdir: SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X8” X13 müalicə müəssisəsi olmadığından İddiaçımn 0244003AAMTN nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən“102revmatik xoreya, revmatizm qeyri fəal mərhələ, aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz, belə diaqnoz ona stasionarlarda anamnestik, laborator-instrumental müayinələri nəticəsində müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli,187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

41. Təyin olunmuş ekspertiza ilə iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklərin mövcud olub-olmaması sualı cavablandırılmamış, ekspert rəyi natamam olmuşdur.

42. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)-136/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Ağırlaşma “XBT 10 kodu İ49 ürək ritminin digər pozuntuları xəstəliyi aşkar edilirmi? 2) Ağırlaşma “XBT 10 kodu İ52.8 digər ürək xəstəlikləri aşkar edilirmi? 3) Yanaşı xəstəliklər XBT 10 kodu İ10-İ15 qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə 4) Yanaşı xəstəliklər XBT 10 kodu İ50.9 ürək çatışmazlığı aşkar edilirmi? 5) Göndərişdə qeyd olunan diaqnozlar iddiaçıda ekspertiza nəticəsində müəyyən olunan və meyarlarda qeyd edilən diaqnozlarla eynilik təşkil edirmi?

43. İş üzrə xx.xx.2024-cü il tarixli T400/2024 nömrəli ekspert rəyi verilmiş, nəticə hissəsində qeyd edilmişdir: 1-6.SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin o, məhəkəmə tibbi müayinədən keçirilərkən DTSERA-ya EXO-KQ-ik müayinəyə göndərilmiş və müayinə zamanı onda aortal qapaq protezləşməsindən sonrakı vəziyyət müəyyənləşdirilmiş, oradan isə Akad. C.M.Abdullayev adına X7 İnstitutuna immunaloji müayinəyə göndərilərək NT-proBNP - 1426pg\mL yüksək olması müəyyən edilmişdir. Odur ki, onun düçar olduğu “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşdüyündən tibb müəssisəsindən yeni forma 88 doldurulub göndərilməklə əlillik dərəcəsi dəyərləndirilə bilər. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. A.Y.Cəfərovun barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.

44. Beləliklə, ekspert rəyinə əsasən hazırda iddiaçıda müşahidə olunan “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2.2.1-ci bəndində qeyd olunmuş ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) xəstəliyi ilə uyğunluq təşkil edir və həmin bəndə əsasən əlilliyin təyin edilməsinə əsas verir.

45. Quba RMX-da tərtib edilmiş 0244003AAMTN saylı göndərişlə qeyd edimiş digər xəstəliklər Ağırlaşma: İ49.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, Yanaşı xəstəliklər İ11.9-(durğunluq)ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv(hipertoniya) xəsətəliyi, hipertoniya xəsətəliyi İİ mərhələ risk İİİ-İV, Yanaşı xəstəliklər İ50.9 dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Digər ürək xəstəlikləri İ52.8 isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının Ürək ritminin digər pozuntuları İ49 (iddiaçıda İ49.9) Digər ürək xəstəlikləri İ30 - İ52 (iddiaçıda İ50.9, İ52.8), Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər İ10- İ15(iddiaçıda İ11.9) əlilliyin təyin edilməsinə əsas verir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

47. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

48. Belə olan halda, 2014-cü ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normalarının tələbini nəzərə almadan iddianı rədd etmişdir.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar