Məhkəmə qərarları › İş №2-1(105)-136/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-136/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-136/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2N24-cü il tarixli, 2-1(118)-3789/2N24 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2N24 nömrəli, 29 fevral 2N24-cü il tarixli qərardadı ilə sözügedən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan tibb-baş leytenantı kimi xx.xx.2N23-cü il tarixdə xəstəliyi ilə əlaqədar ordu sıralarından təxris edilmişdir. Təxris olunduğu vaxtadək N nömrəli “Komando” tipli hərbi hissədə xidmət etsə də, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət aparmışdır. Müharibə başlanan 27 sentyabr 2N2N-ci il tarixdə Türkiyə Respublikasında təhsil kursunda olsa da, müharibədə iştirak etmək məqsədilə xx.xx.2N2N-ci il tarixdə Azərbaycana gəlmiş və dərhal xidməti yerinə qayıtmışdır. Daha sonra N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2N22-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə ezam olunmuş və ezam olunduğu müddətdə N nömrəli hərbi hissənin N nömrəli döyüş sərəncamları ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2N22-ci il tarixli əmri ilə ezamdan qayıtmış və xidməti fəaliyyətini həmin hərbi hissədə davam etdirmişdir. Daha sonra 2N22-ci ildə sentyabr ayının 13-də keçirilən hərbi əməliyyatlarda və 2N23-cü ilin sentyabr ayında keçirilən anti-terror əməliyyatlarında iştirak etmişdir. Bununla da bağlı kifayət qədər sübutlar, fotoşəkillər mövcuddur. Müvafiq sənədlər cavabdeh təşkilata təqdim edilsə də, ona “müharibə veteranı” statusunun verilməsindən imtina edilmişdir. İmtinanın verilməməsinin əsas kimi ezamiyyətə göndərildiyi (N nömrəli hərbi hissə) hərbi hissənin qərargahının və tibb məntəqəsinin yerləşdiyi yerin Göygöl rayonunun Çaykənd və Azad kəndinin olması qeyd edilmişdir. İmtina tam qanunsuz və əsassız hesab edilməlidir. Həmin hərbi hissənin qərargahı və tibb məntəqəsi Göygöl rayonunun Çaykənd və Azad kəndində yerləşsə də, müharibənin ilk günündən hərbi hissə Kəlbəcər rayonun ərazisində aktiv döyüşlərdə iştirak etmiş və hətta müharibədən sonra qərargah Kəlbəcər rayonuna köçürülmüşdür. Təbii ki, müharibə dövründə heç bir hərbi hissə öz qərargahında qalmamışdır. İddiaçı da ezam olunduğu dövrdə müvəqqəti yerləşmə məntəqəsində olmuşdur. Qeyd olunan qanunvericilik aktından göstərilən bütün rəsmi sənədlər qaydasında olsa da, iddiaçının tibbi təminat sahəsində müharibə ocağında xidmət aparmağı əmrlər, ezamiyyə vəsiqələri və digər sənədlərdə öz təsdiqini tapsa da, bu adın verilməsindən imtina edilməsi başa düşülən deyildir. İddiaçı ilə birlikdə xidmət aparan hərbçi yoldaşları bu adı alsalar da, o, hələ də ala bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının ezam olunduğu ərazi (Göygöl rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi hallan nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: N nömrəli hərbi hissənin komandirinin xx.xx.2N2N-ci il tarixli, 294 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə adları çəkilən hərbi qulluqçular (7. Leytenant İddiaçı) N49, N38, 171, N nömrəli hərbi hissələrə ezam olunmuşdur. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2N19-cu il tarixli, 214 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsini bitirmiş, Müdafiə nazirinin 22 iyun 2N19-cu il tarixli, N512 nömrəli əmrinə əsasən ”tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edilmiş, Bakı şəhəri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsindən gəlmiş hesab edilmiş, xx.xx.2N19-cu il tarixdən hərbi hissəsnin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2N2N-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə adları qeyd olunan hərbi qulluqçular (7. Leytenant İddiaçı) N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş hesab edilmiş və hərbi hissənin qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2N2N-ci il tarixli, N nömrəli əmrindən çıxarışan görünür ki, adları çəkilən hərbi qulluqçular (1.Tibb xidməti leytenantı İddiaçı) xx.xx.2N2N-ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən (Göygöl rayonu) qayıtmış hesab edilmiş və xx.xx.2N2N-ci il tarixdən qazan təminatına qoyulmuşlar. Hərbi qulluqçu barədə arayış-məlumatdan görünür ki, tibb xidmət leytenantı İddiaçı xidmət keçdiyi hərbi hissə N nömrəli hərbi hissə olmuş, xx.xx.2N19-cu il tarixli 214 nömrəli əmrlə xidmətə daxil olmuş, xx.xx.2N21-ci il tarixli 24 nömrəli əmrlə siyahıdan çıxmış, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilmişdir. Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N62 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli N3 nömrəli döyüş əmrinə əsasən, N nöməli həbi hissəyə N nömrəli döyüş sərəncamları ilə hücum faktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etmiş və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2N24-cü il tarixli məktubundan görünür ki, İddiaçı xidmət keçdiyi N49 və N nömrəli hərbi hissələr tərəfindən 27.N9-xx.xx.2N2N-ci il tarixlərdə aparılmış döyüş əməliyyatlarında xidmətini əks etdirən müvafiq sənədlər Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına baxılıb qərar qəbul edilməsi məqsədi ilə təqdim edilmişdir. Lakin komissiyanın 13 yanvar 2N23-cü il tarixli 919 nömrəli protokoluna əsasən müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2N24-cü il tarixli, 2-1(118)-3789/2N24 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2N22-ci il tarixli əmri ilə xx.xx.2N2N-ci il tarixədək Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Ezamiyyətin məqsədi həm müvafiq əmrlərdə, həm də arayış-məlumatda döyüş tapşırığını yerinə yerinə yetirilməsi və döyüş tapşırığını yerinə yetirmiş bölmələrin yaralılarına və xəstələrinə vaxtında ilkin tibbi yardımın göstərilməsi, onların döyüş meydanından təxliyyə edilməsi və s. olması qeyd edilmişdir. Bundan başqa həmin hərbi hissə Göygöl rayonunda yerləşsə də, döyüş tapşırığının Murovdağ silsiləsi Kəlbəcər istiqamətində həyata keçiriləcəyi qeyd edilmişdir. Beləliklə, iddiaçının döyüş meydanında bilavasitə iştirak etməsi (döyüşçülərin döyüş meydanından təxliyyə edilməsi) və müvafiq tibbi təminatı göstərməsi iş materialları ilə sübuta yetirilir. Hazırda həmin bölgənin (Göygöl rayonu) döyüş əməliyyatlarınnı aparıldığı bölgə olmaması kimi dəlil əsassız hesab edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçı həmin tapşırıqları yerinə yetirməmişdir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Göygöl rayonunda yerləşən bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Göygöl rayonunda müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və döyüş tapşırığını yerinə yetirmiş bölmələrin yaralılarına və xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində iştirak etmişdir. Göründüyü kimi Göygöl rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Yuxarıda qeyd edilən analoji işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2N23-cü il tarixli, 2-1(1N5)-376/2N23 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmənin sonuncu iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiya şikayətinə etiraz etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadı isə 1N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 9N.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarına əlavə olunmuş hərbi qulluqçu barədə arayış-məlumatdan görünür ki, tibb xidmət leytenantı İddiaçı xidmət keçdiyi hərbi hissə N nömrəli hərbi hissə olmuş, xx.xx.2N19-cu il tarixli 214 nömrəli əmrlə xidmətə daxil olmuş, xx.xx.2N21-ci il tarixli 24 nömrəli əmrlə siyahıdan çıxmış, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilmişdir. Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N62 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli N3 nömrəli döyüş əmrinə əsasən, N nöməli hərbi hissəyə N nömrəli döyüş sərəncamları ilə hücum faktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etmiş və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçı həmin tapşırıqları yerinə yetirməmişdir. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, inzibati orqan arayış məlumatda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçının həmin tapşırıqları yerinə yetirmədiyini bildirmiş, lakin bununla bağlı zəruri sübut və məlumatları təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu ünvanlanaraq təqdim edilən arayışməlumatın tərəflərindən mötəbər sübut kimi nəzərə alınıb-alınmaması barədə məlumat verilməsi, mötəbər sübut kimi nəzərə alınmadığı halda, bunun əsaslandırılması və əlaqəli sübutların ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sorğuya cavab olaraq göndərilmiş 12 mart 2N25-ci il tarixli, 3-25-4/2-15N6/2N25 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı adına tərtib olunmuş arayış-məlumat tərəflərindən mötəbər sübut kimi nəzərə alınır, lakin həmin arayış-məlumatın 7-ci bəndində göstərilən “iddiaçının döyüş tapşırıqlarını icra etmişdir” qeydini mötəbər sübut kimi qəbul etmirlər. Belə ki, həmin arayış-məlumatdan görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2N2N-1N.11,2N2N-ci il tarixlərdə) İddiaçı N nömrəli hərbi hissədə tibb xidməti leytenantı hərbi rütbəsində, həkim vəzifəsində N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrinin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində iştirak edərək tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. İddiaçı döyüş əməliyyatları zamanı işğal olunmuş ərazi sayılmayan Murov Dağ silsiləsində həkim kimi tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Arayış-məlumatın 7-ci bəndində iddiaçının döyüş tapşırıqlarını, 1N-cu bəndində isə tibbi təminat üzrə tapşırıqları icra etdiyi qeyd edilmişdir. Bu da həmin qeydlər arasında ziddiyyət yarandığını göstərir və iddiaçının döyüş tapşırıqlarını icra etməsi qeydini mötəbər sübut kimi göstərilməsi yol verilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə olunmuş arayış-məlumata əsasən iddiaçı həkim vəzifəsində N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrinin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində iştirak edərək tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. İddiaçı döyüş əməliyyatları zamanı işğal olunmuş ərazi sayılmayan Murov Dağ silsiləsində həkim kimi tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırki iş üzrə də sözügedən arayış-məlumat cavabdeh inzibati orqan tərəfindən mötəbər sübut qismində qəbul edilmiş, həmin arayışda qeyd edilən məumatların mötəbərsizliyi ilə əlaqədar isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, arayış-məlumat mötəbər sübut qismində qəbul edildiyindən hazırki halda iddiaçının etimad hüququ da qorunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Göygöl rayonunda müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və döyüş tapşırığını yerinə yetirmiş bölmələrin yaralılarına və xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində iştirak etmişdir. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi cavabdeh inzibati orqan tərəfindən mötəbər sübut qismində qəbul edilən arayış-məlumatda “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında iddiaçının N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etdiyi və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etdiyi qeyd olunmuş, “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmişdir. Beləliklə də, inzibati orqanın apellyasiya şikayətinin həmin dəlili də əsassız hesab olunur. Əlavə olaraq cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, analoji işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2N23-cü il tarixli, 2- 1(1N5)-376/2N23 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi qərar üzrə işin halları hazırki inzibati mübahisənin halları ilə eynilik təşkil etməməklə, sözügedən inzibati işin xüsusiyyətləri fərqli xarakter daşıyır. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı və xəstələri döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirməsi iş materialları ilə müəyyən olunur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2N24-cü il tarixli, 2-1(118)-3789/2N24 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1N25, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 7N) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar