Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-137/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “məcburi köçkün olaraq ona və ailəsinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından dayandırılmış pulun hesablanaraq ödənilməsi tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1214/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı “məcburi köçkün olaraq ona və ailəsinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından dayandırılmış pulun hesablanaraq ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olaraq ona və onun ailə üzvlərinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və ödənilməyən dövr üçün ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şuşa rayonundan məcburi köçkün düşmüşdür. 2017-ci ilə qədər mütəmadi olaraq ona və ailə üzvlərinə aylıq müavinətlər verilmiş, lakin sonradan qanuna edilmiş dəyişiklikdən sonra həmin müavinətin verilməsi dayandırılmışdır. Əsas isə ondan ibarət olmuşdur ki, onun valideyinlərinin mülkiyyətindən daşınmaz əmlak qeydiyyatdan keçib və edilmiş dəyişikliyə görə ona və onun ailəsinə ödənilən müavinətin verilməsi dayandırılmalıdır. İnzibati orqanın qərarı ilə razı deyil. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı atası X4 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 2a və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində, 85B ünvanlarında, anası X1 adına ünvan 2 ünvanında mənzillər qeydiyyata alındığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.1-ci bəndinə əsasən (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinət şamil edilmir.) İddiaçı və onun ailəsinə ödənilməli olan vahid aylıq müavinətin ödənilməsi 2017-ci il tarixdən dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1214/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası - X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 2a və ünvan 3 ünvanında, anası - X1 ünvan 4 ünvanında mənzilləri olduğu üçün Nazirlər Kabinetinin 11 nömrəli 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vətəndaş İddiaçı vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. 03.02.2020-ci il tarixli 4\53 saylı məktubla müraciətinə cavab olaraq ərizəyə Cavabdehndə müvafiq qaydada baxılmış və bildirilmişdir ki, Nazirlər Kabinetinin 11 nömrəli 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.7-ci bəndində əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş mənzil mülkiyyətçisi olan məcburi köçkünlərin adlı siyahısına uyğun olaraq verilən ayiıq müavinətin bərpası mümkün deyildir. Cavabdeh 03.02.2020-ci il tarixli 4\53 saylı məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qərarın qəbul edilməsi üçün məhkəmə tərəfindən təsdiq olunan səbəb yoxdur. Məhkəmənin mövqeyi məlum deyil. Çıxarılan qərar Nazirlər Kabinetinin 11 nömrəli 24 yanvar 2017-ci il tarixli qərarı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun deyil. İddiaçı və ailəsi onun valideynləri ilə bir yerdə məskunlaşmışdır. Təqdim edilən sənədlərdə də bu hal öz əksini tapır. Məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi məhkəmə sübut etməsinin ayrılmaz hissəsidir və düzgün qiymətləndirilmə, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutların qiymətləndirilməsinə, məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığını müəyyən etmək daxildir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya və onun ailə üzvlərinə cavabdeh təşkilat tərəfindən vahid aylıq müavinətin dayandırılmasına əsas İddiaçı valideyinlərinin adına mənzillərinin rəsmiləşdirilməsi göstərilmişdir. Şuşa Rayon İcra Hakimiyəti başçısı yanında Şura iclasının 25 noyabr 2015-ci il tarixli 21 saylı protokoldan çıxarışdan məlum olmuşdur ki, Şuşa rayonundan məcburi köçkün olan İddiaçı ailəsi ilə birlikdə ayrıca təsərrüfat kimi qeydiyyta alınmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı 07 aprel 2012-ci ildə Şuşa rayondan məcburi köçkün olan X6 ilə ailə həyatı qurmuş və onların həmin nikahdan 2 övladı var. İddiaçı valideyinlərinin himayəsində deyil, onlar ilə birlikdə yaşamır və valideyinlərin mülkiyyətində olan daşınmaz əmlaklara dair hər hansı bir məsuliyyət daşımır. İddiaçı valideyinlərinin mülkiyyətində daşınmaz əmlakların olması onlara, yəni valideyinlərə verilməli olan vahid aylıq müavinətın dayandırılmasına əsas ola bilər, lakin valideyinlərinin mülkiyyətində daşınmaz əmlakların olması onların yetkinlik yaşına çatmış və ayrıca təsərrüfat kimi qeydiyyata alınmış övladlarına veriləcək vahid aylıq müavinətin dayandırılması üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələri haqqında elektron portaldan çıxarışdan müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu RPİ QvŞV şöbəsi tərəfindən 28.02.2011-ci il tarixli, AZE seriyalı 08001369 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 06.09.2014-cü il tarixli, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı məcburi köçkün düşdükdən sonra 28.02.2011-ci il tarixində Şuşa rayonundakı yaşayış yeri üzrə ünvandan qeydiyyatdan çıxaraq, Bakı şəhərinə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının 2.2-ci bəndində əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Göründüyü kimi, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə ünvandan qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşən şəxslərə aylıq müavinət verilmir. Birinci instansiya məhkəməsi iddiaçının 28.02.2011-ci il tarixində Şuşa rayonundakı yaşayış yeri üzrə ünvanda qeydiyyatdan çıxaraq, Bakı şəhərinə qeydiyyata alındığını araşdırmamış, Şuşa rayon İcra Hakimiyəti başçısı yanında Şura iclasının 25 noyabr 2015-ci il tarixli 21 saylı protokoluna əsasən Şuşa rayonundan məcburi köçkün olan İddiaçı ailəsi ilə birlikdə ayrıca təsərrüfat kimi qeydiyyata alındığına istinad etmişdir. Bundan başqa, şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, iddiaçı Şuşa rayonundakı yaşayış yeri üzrə ünvandan qeydiyyatdan çıxarkən atasına mülkiyyət hüququ ilə məxsus olan ünvan 9 ünvanına qeydiyyata düşmüşdür. İddiaçının valideynləri mülkiyyət hüququ ilə mənzillər əldə edərkən, İddiaçı onlarla birgə təsərrüfatda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İddia tələbinin iddiaçının ailə üzvlərinə aid hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının arvadı X6 yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs olduğundan özü iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə ünvandan qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə valideyninə məxsus yaşayış yerinə qeydiyyata düşdüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1214/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı “məcburi köçkün olaraq ona və ailəsinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından dayandırılmış pulun hesablanaraq ödənilməsi tələbinə” dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1214/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “məcburi köçkün olaraq ona və ailəsinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından dayandırılmış pulun hesablanaraq ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-137/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-137/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver