Məhkəmə qərarları › İş №2-1(105)-137/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-137/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-137/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X34 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X21 iştirakı ilə İddiaçı “Fərzəliyevlər” Tam ortaqlı X8 İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların koordinatlarında düzəlişlərin edilməsi torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və müvafiq yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2-1(118)-1789/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X9, X4 və X10 adlarına verilmiş **********07 reyestr nömrəli, RX seriyalı ******* saylı 22.09.2017-ci il tarixli, X17 adına verilmiş **********75 reyestr nömrəli Seriya MA ******* saylı 17.01.2012-ci il tarixli, X11 adına verilmiş RX seriyalı ******* saylı, 16.09.2014cü il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların koordinatlarında düzəlişlərin edilməsi, X2, X18 və X7 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və müvafiq yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Qusar rayonu Aşağı Ləyər kəndində bir neçə vətəndaş, o cümlədən iddiaçının atası Koroğlu Fərzəliyev özlərinə məxsus pay torpaq sahələrinin birləşdirilməsi yolu ilə “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatını yaratmışlar. 2001-ci ildə müvafiq təsis müqaviləsi bağlanmış və 11 mart 2002-ci il tarixdə təsərrüfatın nizamnaməsi təsdiq edilmişdir, həmin təsərrüfat yaradıldığı vaxtdan onun idarəçisi olmuş, hazırda da həmin təsərrüfatın icraçı direktorudur. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5, X24 və X12 həmin təsərrüfatın üzvləridir və özlərinə məxsus pay torpaq sahələrini həmin təsərrüfata vermişlər. Belə ki, R.Ramazanovanın və ailə üzvlərinin 4.43 ha, D.Şabanovanın 1.11 ha, M.Ağamuradovanın 1.11 ha torpaq sahələri olmuşdur. Həmin şəxslər həmin torpaq sahələrini müvafiq təsis müqaviləsinə əsasən “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatının balansına vermişlər və həmin vaxtdan həmin torpaq sahələri həmin təsərrüfatın sahibliyində və istifadəsində olmuşdur. Bu yaxınlarda məlum olmuşdur ki, R.Ramazanovanın və ailə üzvlərinin adına olan 4.43 ha torpaq sahəsinə dair verilmiş JN423 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 0.94 ha olan 423M hissəsinə dair R.Əlimirzəyev və ailə üzvlərinin adlarına **********07 reyestr nömrəli, Seriya RX ******* saylı 22.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 1.0 ha göstərilmişdir. Bununla da, R.Ramazanovanın və ailə üzvlərinin adlarına olan 0.94 ha torpaq sahəsi naməlum səbəblərdən, heç bir hüquqi əsas olmadan həmin şəxslərin adlarına qeydiyyata alınan həmin torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Bundan başqa, D.Şabanovanın adına olan 1.11 hektar torpaq sahəsinə dair verilmiş JN-438 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1.06 hektar olan 438M hissəsinə və M.Ağamuradovanın adına olan 1.11 ha torpaq sahəsinə dair verilmiş JN-434 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1.11 ha olan 434M hissəsinə dair **********75 reyestr nömrəli çıxarışlar verilmişdir. Həmin çıxarışlar X13 adına verilmişdir. Həmin çıxarışla həmin şəxsin adına 1.85 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. Dilşad Şabanova ilə Minasər Ağamuradovanın qanuni mülkiyyətlərində olan torpaq sahələri heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Bu barədə onlar vəkil vasitəsilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verdikdən sonra xəbər tutmuşlar. Belə ki, həmin idarə tərəfindən sorğuya verilmiş cavab məktubunda bu barədə qeyd edilmişdir. T.Babayeva torpaq sahəsini 19.08.2014-cü il tarixli 4Ə-458 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Həmin müqavilə əsasında F.Şıxovun adına seriya RX ******* saylı 16.09.2014-cü il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, R.Ramazanova, D.Şabanova və M.Ağamuradova mülkiyyətlərində olan həmin torpaq sahələrini heç bir şəxsə satmamışlar, ümumiyyətlə torpaq sahələrinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. M.Asğamuradova 21.03.2001-ci il tarixdə vəfat etmişdir. İddia tələbi daha sonra onunla əsaslandırılr ki, yuxarıda göstərilən çıxarışların hər biri qanunsuzdur və hazırda “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatının mənafeyini pozur. R.Əlimirzəyev özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən satdıqdan sonra həmin müqavilə əsasında həm onun, həm də müqavilə üzrə alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qeydiyyat orqanı olan 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahələrinin koordinatları dəyişdirilmiş və yuxarıda qeyd edildiyi kimi R.Ramazanovanın, D.Şabanovanın və M.Ağamuradovanın torpaq sahələri R.Əlimirzəyevlə T.Babayevanın, daha sonra isə F.Şıxovun adlarına verilmiş çıxarışların koordinatları daxilinə salınmışdır. Həmin çıxarışlar üzrə koordinatların ləğv edilməsi, R.Ramazanovanın, D.Şabanovanın və M.Ağamuradovanın torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və koordinatların bərpa olunması barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə verilmiş, lakin həmin idarə tərəfindən çıxarışların ləğv olunmasının yalnız məhkəmə qərarı ilə mümkün olduğu bildirilərək bu barədə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İdda ərizəsində göstərilir ki, cavabdeh tərəfindən X9, X6 və X10 adlarına verilmiş **********07 reyestr nömrəli, Seriya RX ******* saylı 22.09.2017-ci il tarixli, X13 adına verilmiş **********75 reyestr nömrəli Seriya MA ******* saylı 17.01.2012-ci il tarixli və X11 adına verilmiş **********75 reyestr nömrəli Seriya RX ******* saylı 16.09.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, X2, X18 və X7 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatları tərkibindən çıxarılmalı və müvafiq yeni çıxarışların tərtib olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1789/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayətində iddia ərizəsində göstırilmiş hallara istinad edilməklə göstərilir ki, X5, X24 və X12 “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatının üzvüdürlər və özlərinə məxsus pay torpaq sahələrini həmin təsərrüfata vermişlər. Belə ki, X3 və ailə üzvlərinin 4.43 ha, X18 1.11 ha, X7 1.11 ha torpaq sahələri olmuşdur. Həmin şəxslər həmin torpaq sahələrini müvafiq təsis müqaviləsinə əsasən “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatının balansına vermişlər. Həmin vaxtdan həmin torpaq sahələri həmin təsərrüfatın sahibliyində və istifadəsində olmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təsərrüfatın təsisçiləri arasında notariat qaydasında təsdiq olunmuş təsis müqaviləsi bağlanmaqla göstərilən torpaq sahəsi üzərində “Fərzəliyevlər” X36 (fermer) təsərrüfatının sahiblik və istifadə hüquqları əmələ gəlmişdir. Bu səbəbdən də, həmin təsərrüfatın həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüquqları əmələ gəlmişdir və təsərrüfatın həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququ vardır. O, həmin təsərrüfatın qanuni təmsilçisidiri və təsərrüfatın adından iddia qaldırmaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddianı mümkün hesab etməməklə “Fərzəliyevlər” X36 (fermer) təsərrüfatının qanunla qorunan hüquq və mənafeyini, o cümlədən məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında əks edilmiş subyektiv hüququn mahiyyəti ilə bağlı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində göstərilən torpaq sahələrindən JN-434 KOD 30100018 saylı dövlət aktı ilə 1,11 ha torpaq sahəsi X7 adına, JN-438 KOD 30100018 saylı dövlət aktı ilə 1,11 ha torpaq sahəsi X18 adına, JN-423 KOD 30100018 saylı dövlət aktı ilə 4,43 ha torpaq sahəsi X2, Ramazanova Anjela qədir qızının, X19, X15 adına qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində “Fərzəliyevlər” X36 (Fermer) Təsərrüfatının yaradılması barədə təsis müqaviləsinə və həmin hüquqi şəxsin nizamnaməsinə istinad etməklə hazırkı iddianın qaldırılmasına subyektiv hüququnun olmasını bildirir. Məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş 05.12.2001-ci il tarixli “Fərzəliyevlər” X36 (fermer) təsərrüfatının təsis müqaviləsindən görünür ki, həmin müqavilə üzrə 26 nəfər təsisçi, o cümlədən hazırkı işdə adları qeyd edilən X5, X24 və X12 “...öz torpaq paylarını birləşdirməklə kəndli (fermer) təsərrüfatını təsis edirlər. Təsisçilər kəndli (fermer) təsərrüfatının öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Kəndli (fermer) təsərrüfatı təsisçilərin öhdəliklərinə görə heç bir məsuliyyət daşımır” (müqavilənin 1.1 və 1.4-cü bəndləri). Qeyd edilən kəndli (fermer) təsərrüfatının 11.03.2002-ci il tarixdə qeydə alınmış nizamnaməsinə əsasən isə təsərrüfat hüquqi şəxsdir, onun ayrıca əmlakı, möhürü, ştampı, hesablaşma və başqa hesabları vardır. Təsərrüfata mənsub olan əmlak onun üzvlərinin xüsusi mülkiyyətində və ya onların ümumi mülkiyyətində qala bilər. Əmlak üzərində sərəncam verilməsi və onlardan istifadə edilməsi təsərrüfat üzvlərinin qarşılıqlı razılığı ilə həyata keçirilir (İ və V hissələr). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi adlanan 67-ci maddəsinin 1-ci hissəsinin qeyd edilən təsis müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Həmin maddənin hazırda da qüvvədə olan 4-cü hissəsinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Fərzəliyevlər” X36 (fermer) təsərrüfatının təsis müqaviləsində həmin hüquqi şəxsin təsisçilərinin “öz torpaq paylarını birləşdirməklə” kəndli (fermer) təsərrüfatını yaratmalarını qeyd etmələri, həmin hüquqi şəxsin hazırda öz təsisçilərinə məxsus torpaq sahələri ilə bağlı iddia qaldırmalarına subyektiv hüqunun yaranması üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Lakin, hazırki işdə sözügedən torpaq sahələri üzərində hüquqi şəxs kimi “Fərzəliyevlər” X36 fermer təsərrüfatının hüquqlarının qeydiyyata alınmasına dair hər-hansı sübut təqdim olunmamış, habelə ümumiyyətlə belə bir qeydiyyatın olmadığı müəyyən edilmişdir. Bununla da həmin torpaq sahələri ilə bağlı “Fərzəliyevlər” X36 fermer təsərrüfatının subyektiv hüququnun pozulması müəyyən edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Beləlikə, işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın mümkün sayılmaması, müvafiq torpaq sahələrinə münasibətdə torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş şəxslərin özlərinin şəxsən, yaxud nümayəndə vasitəsi ilə həmin torpaq sahələri ilə bağlı hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə müaciət etmək imkanlarını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2-1(118)-1789/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar