Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1377/2025 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini ## ###### 1995-ci ildən # #### 1995-ci il tarixə kimi N saylı hərbi hissənin, # #### 1995-ci ildən ## #### 1996-cı ilə kimi N saylı hərbi hissənin, # #### 1996-cı ildən ## ##### 1998-ci ilə kimi N saylı hərbi hissənin tərkibində icra etmiş, N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən, ## ###### 1995-ci il tarixdə düşmən tərəfindən atılan atəşdən güllə yarası alaraq, ## ###### 1995-ci ildən ## ####### 1995-ci ilə kimi Cavabdeh Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən aldığı xəsarət “Hərbi traavmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Aldığı xəsarətə əsasən 3-cü dərəcəli müharibə əlili hesab edilmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xəsarət (yaralanma, travma, kontuziya) almağı ilə əlaqədar ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına etdiyi müraciəti ## ####### 2023-cü il tarixli, */*-**** saylı məktubla imtina olunmuş, səbəb kimi onun hərbi xidməti və yaralanmağının atəşkəs dövrünə (## ### 1994-cü ildən sonraya) təsadüf etməsi göstərilmişdir. Lazımi araşdırmalar aparılmadan verilmiş imtina ilə razı deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının hərbi xidmətinin atəşkəs dövrünə, yəni 1994-cü il ## ### tarixindən sonrakı dövrə təsadüf etməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Zülfiqarov Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” # #### 2007-ci il tarixli qərarı, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə, prosessual hüquqi əsası kimi İPM-in 14.3, 38, 47.2-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”ndən görünür ki, # ###### 1976-cı il təvəllüdlü İddiaçı # #### 1995-ci il tarixdən, ## #### 1996-cı ilə qədər N nömrəli hərbi hissədə xidmət etmişdir. Cavabdeh Mərkəzi Arxivinin ## ###### 2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli, ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Xaçmaz RHK-nın çağırışçısı, 1976-cı il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli, *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## #### 1996-cı il tarixli 179 №-ti əmrilə 5-ci MATun hərbi qulluqçusu, ştatdan kənar olan sıravi İddiaçı şəxsi heyətin siyahısından, bütün nov təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1996-cı il tarixli *** nömrəli əmrilə “hərbi inşaatçı sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER TSE** nömrəli arayışından görünür ki. İddiaçı üçüncü dərəcə əlildir, əlilliyin səbəbi, hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmasıdır. Cavabdeh Katibliyinin ## ####### 2023-cü il tarixli, */*-**** nömrəli məktubundan görünür ki, "Müharibə Veteram" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməs, üzrə komissiya”nın ## ####### 2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən hərbi xidməti atəşkəs dövrünə (## ###### 1995-ci ilə) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh Tibbi Sənədlər Arxivinin # ### 2024cü il tarixli, *** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də ## ###### 1995-ci il tarixdən ## ####### 1995-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik hospitalında stasionar müalicədə olmuşdur. Diqanoz: Sağ ayağın dəlib keçən odlu silah yaralanması nəticəsində yaranan l pəncə sümüyünün sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1995-ci ilə məxsus * nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 84-cü səhifəsində olan, 5381-ci sayındakı qeyd. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2005-ci il tarixli, *** nömrəli qərarından görünür ki, Xaçmaz RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, ## ###### 1995-ci ildə aldığı və ## ###### 1995-ci ildən ## ####### 1995-ci ilə kimi MN MHKH-da müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ ayaq pəncəsinin dəlib-keçən güllə yarası, l, V daraq sümükləri əsaslarının sınığı ilə” (hospitalın verdiyi ## ####### 1995-ci il tarixli çıxarış epikrizi, N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış ## ###### 1995-ci il tarixli, **** saylı arayışı, Xaçmaz RHK-nın ## ### 2005-ci il tarixli, *** saylı arayışı ilə təsdiq edilir), “HƏRBİ TRAVMA HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALINMIŞDIR”. MN MHKH-ın cərrahiyyə profilli HHK-nın yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında ## ####### 1995-ci il və ## ###### 1996-cı il tarixli qərarları ləğv edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin ## ###### 2024-cü il tarixli, *-**-***/*-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı barəsində cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib-edilməməsi barədə məlumat mövcud deyildir. Cavabdeh # ###### 2024-cü il tarixli. *** nömrəli məktubundan görünür ki, Xaçmaz RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli ** nömrəli əmrilə (əsas: §-1, səh-119, sıra-29, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlardan istifadə hüququ verilmiş və 2-ci MAT-a təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrində (əsas. §-2, səh-51, sıra-22) hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilərək bütün növ təminatlardan azad olunan 2ci MAT-ın hərbi qulluqçularının siyahısında, kursant İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissədən gəlmiş, Xaçmaz RHK-nın çağırışçısı, 1976-cı il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-1, səh-27, sıra-22, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. 5-ci MATın hərbi qulluqçusu, sıravi İddiaçı oglu N nömrəli hərbi hissə komandirinin ## ###### 1995ci i! tarixli *** nömrəli əmrilə (əsas: §-5, səh-14, sıra-17) hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. 5-ci MAT-ın ştatdan kənar saxlanılmış hərbi qulluqçusu, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli *** nömrəli əmrilə (əsas: §-2, səh- 12, sıra-1) bütün növ təminatlardan silinərək şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1996-cı il tarixli *** nömrəli əmrilə (əsas: §-5, səh-12, sıra-1, əsas kimi N nömrəli hərbi hissə komandirinin ## #### 1996-cı il tarixli *** nömrəli əmri göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi hərbi inşaatçı” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ##### 1998-ci il tarixli ** nömrəli əmrində (əsas: səh-143, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “R” yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli ** nömrəli əmrinə əsasən, hərbi inşaatçı, R İddiaçı ## ##### 1998-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunması və qeydiyyata düşməsi üçün Xaçmaz RHK-na göndərilməsi barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissənin 1995ci il tarixli “Yaralananların, ölənlərin və itkin düşənlərin qeydiyyatı” kitabında İddiaçı adı aşkar olunmamışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun ## ###### 2024-cü il tarixli, **-**/*-**-***/** nömrəli məktubundan görünür ki, İddiaçı ## ###### 1995-ci il tarixdən, ## ##### 1998-ci il tarixədək 877, 130 və N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh Tibbi Sənədlər Arxivinin # ##### 2024-cü il tarixli, *** nömrəli məktubuna qoşma olaraq göndərilmişdir: - Cavabdeh Tibbi Sənədlər Arxivinin # ##### 2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ## ###### 1995-ci il tarixdən ## ####### 1995ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diqanoz: Sağ ayağın dəlib keçən odlu silah güllə yarası, l daraq sümüyünün sınığı ilə. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1995-ci ilə məxsus * nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 84-cü səhifəsində olan, 5381 sayındakı qeyd. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ## #### 2024-cü il tarixli, *** nömrəli məktubu ilə qoşma olaraq göndərilmişdir: - *** saylı hərbi inşaat dəstə komandirinin ** nömrəli, ## ##### 1998-ci il tarixli əmrindən görünür ki, İB-nin hərbi inşaatçısı, R İddiaçı (adı və atasının adı tam yazılmamışdır) ## ##### 1998-ci il tarixən Azərbaycan Respublikası SQ-nin sıralarından ehtiyata tərxis olunduğu üçün hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılmış və qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin ## ##### 2024cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti ## ##### 2007-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar bir il müddətinə (## ##### 2008-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə müraciəti əsasında # ##### 2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məktuba qoşma olaraq, İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin # ### 2024-cü il tarixli. *-**- */*****/** nömrəli məktubu ilə Müdafiə Nazirliyinin Aparatı nəznində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın # ### 2024-cü il tarixli */*-**** nömrəli məktubunun və ona əlavə edilmiş müvafiq sənədlərin surəti göndərilmişdir: - Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2005-ci il tarixli, *** nömrəli qərarı (§4) - Cavabdeh Mərkəzi Arxivinin ## ###### 2023-cü il tarixli, *** nömrəli arayışı (§2) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin # #### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, Xaçmaz RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli ** nömrəli əmrilə (əsas: §1, səh.-119, sıra- 29; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlardan istifadə hüququ verilmiş və 2-ci MAT-a təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrində (əsas: §2, səh.-51, sıra- 22) hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilərək bütün növ təminatlardan azad olunan 2-ci MAT-ın hərbi qulluqçularının siyahısında kursant İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissədən gəlmiş, Xaçmaz RHK-nın çağırışçısı, 1976-cı il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §1, səh.-27, sıra-22; qeyd: əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §5, səh.-14, sıra-17) hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. 5-ci MAT-ın ştatdan kənar saxlanılmış hərbi qulluqçusu, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin ## #### 1996-cı il tarixli *** nömrəli əmrilə (əsas: §2, səh.-12, sıra-1) bütün növ təminatlardan silinərək şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1996-cı il tarixli *** nömrəli əmrilə (əsas: §5, səh.12, sıra-1; qeyd: əsas kimi N nömrəli hərbi hissə komandirinin ## #### 1996-cı il tarixli *** nömrəli əmri göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi hərbi inşaatçı” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ##### 1998-ci il tarixli ** nömrəli əmrində (əsas: səh.-143, sıra-2; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış, hərbi rütbəsi “R” yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli ** nömrəli əmrinə əsasən, hərbi inşaatçı, R İddiaçı ## ##### 1998-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunması və qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin # ###### 1995-ci il tarixli ** nömrəli əmrində N nömrəli hərbi hissənin # ###### 1995-ci il tarixdən, # #### 1995-ci il tarixli *** nömrəli əmrində # #### 1995-ci il tarixdən, ## ### 1995-ci il tarixli *** nömrəli əmrində # ##### 1995-ci il tarixdən (c ##.##.1995 r. qeyd edilmişdir), # #### 1995-ci il tarixli *** nömrəli əmrində # #### 1995-ci il tarixdən (c ##.##.1995 r. qeyd edilmişdir), # ######## 1995-ci il tarixli **** nömrəli əmrində # ######## 1995-ci il tarixdən, ## ###### 1995-ci il tarixli **** nömrəli əmrində 1 oktyabr tarixindən 1 dkebar 1995-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak etmiş hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin yanvar-dekabr 1995-ci il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ## #### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin əmrlər kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə təhvil verildiyi üçün, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmiş İddiaçı ## ###### 1995-ci il tarixdən # #### 1995ci il tarixədək xidməti haqqında məlumat və sənədləri Sizin ünvanınıza göndərilməsi mümkün olmamışdır. Cavabdeh N nömrəli hərbi hissənin ## #### 2024-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, 1995-1998-ci ilin müvafiq sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyi üçün İddiaçı barəsində məlumatların göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin # #### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, Xaçmaz RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli ** nömrəli əmrilə (əsas: §1, səh-119, sıra- 29, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlardan istifadə hüququ verilmiş və 2-ci MAT-a təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrində (əsas: §-2, səh-51, sıra-22) hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilərək bütün növ təminatlardan azad olunan 2-ci MAT-ın hərbi qulluqçularının siyahısında, kursant İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissədən gəlmiş, Xaçmaz RHK-nın çağırışçısı, 1976-cı il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-1, səh-27, sıra-22, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-5, səh-14, sıra-17, əmrdə əsas kimi “Tibb xidməti rəisinin təqriri” göstərilmişdir) hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin # ###### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-1, səh-33, sıra-51) 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək ərzaq təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin # ###### 1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-2, səh-34, sıra-3) 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Xaçmaz rayonuna 30 (otuz) günlük qısamüddətli məzuniyyətə getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. 5-ci MAT-ın ştatdan kənar saxlanılmış hərbi qulluqçusu, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin ## #### 1996-cı il tarixli *** nömrəli əmrilə (əsas: §-2, səh-12, sıra-1) bütün növ təminatlardan silinərək şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin # ###### 1995-ci il tarixli 03 №li əmrində N nömrəli hərbi hissənin # ###### 1995-ci il tarixdən, # #### 1995-ci il tarixli *** nömrəli əmrində # ###### 1995-ci il tarixdən, # ### 1995-ci il tarixli *** nömrəli əmrində # ### 1995-ci il tarixdən, ## ### 1994-cü il tarixli *** nömrəli əmrində # ##### 1995-ci il tarixdən (əmrdə aprel ayı qeyd olunmuşdur), # #### 1995-ci il tarixli *** nömrəli əmrində # #### 1995-ci il tarixdən, # ######## 1995-ci il tarixli **** nömrəli əmrində # ######## 1995-ci il tarixdən, ## ###### 1995-ci il tarixli **** nömrəli əmrində # ####### 1995-ci il tarixdən # ###### 1995-ci il tarixədək döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 1995-ci il tarixli məxfi əmrlərində N nömrəli hərbi hissənin döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş zonasında xidmət keçərkən xəsarət alması (hərbi vəzifələrini yerinə yetirən zaman gülə yarası alması), həmin travma ilə əlaqədar müalicədə olunması işin mübahisəsiz halı olduğundan, iddiaçının atəşkəs dövründə xidmət etməsi ona müharibə veteranı adı və vəsiqəsi verilməsinə imtina edilməyi üçün əsas vermədiyindən iddia tələbi təmin edilməlidir Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI. a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsası ilə bağlı qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42- ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## ###### 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1995-ci il tarixli ** nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmiş, N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli *** nömrəli əmrilə N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2005-ci il tarixli *** nömrəli qərarından görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ## ###### 1995ci il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER TSE-** nömrəli arayışından görünr ki, İddiaçı üçüncü dərəcəli əlildir, əlilliyinin səbəbi hərbi travma, hərbi xidmət vəzifələrinin yerinə yetirirkən almışdır. Beləliklə iş materialarında olan sənədlərə əsasən məlum olur ki, İddiaçı hərbi xidməti ## ### 1994-cü il tarixdən sonrakı dövrə, yəni döyüş əməliyyatları bitdikdən sonrakı dövrə təsədüf edir, əlilliyinin səbəb və əlaqəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmamışdır, xəsarət almasının səbəbi isə döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində müəyyən olunmuş tələblər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq olunmaması qeyd olunmuşdur. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “müharibə veteranı” adının və vərilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. b) iddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan əsas hal iddiaçının sadəcə hərbi xidmətdə olması və həmin xidmət dövründə xəsarət alması deyil, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və aldığı xəsarətin məhz həmin döyüş əməliyyatları ilə əlaqədar olmasıdır. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə isə ## ### 1994-cü il tarixindən sonrakı dövr üçün bu ümumi meyarı konkretləşdirərək müharibə veteranı adının verilməsini şəxsin döyüş zonasında hərbi xidmət keçərkən və ya döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması şərtlərinin mövcudluğu ilə əlaqələndirmişdir. Kollegiya vurğulayır ki, göstərilən norma ## ### 1994-cü il tarixindən əvvəlki və sonrakı dövrlər üçün fərqli hüquqi meyarlar müəyyən etmişdir. Həmin tarixədək döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmək normada nəzərdə tutulan kateqoriyalardan biri olduğu halda, həmin tarixdən sonrakı dövr üçün təkcə döyüş zonasında xidmət keçilməsi kifayət etmir. Bu dövrdə şəxsin bilavasitə döyüş əməliyyatında iştirak etməsi və xəsarətin həmin əməliyyatla səbəbli əlaqəsinin ayrıca təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu zaman hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq edilməlidir. İş materialları ilə iddiaçının ## ###### 1995-ci il tarixdə hərbi xidmətə çağırıldığı, # #### 1995-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildiyi, ## ###### 1995-ci il tarixdə sağ ayaq pəncəsindən odlu silah yarası aldığı, ## ###### 1995-ci il tarixdən ## ####### 1995-ci il tarixədək hərbi hospitalda müalicə olunduğu təsdiq edilir. Bu hallar iddiaçının hərbi qulluqçu statusunu, hərbi xidmət dövrünü və xəsarət faktını sübut edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, həmin sübutların təsdiq etdiyi faktlarla mübahisənin həlli üçün tələb olunan faktlar eyni deyildir. İddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinə daxil edilməsinə, təminata götürülməsinə, hospitala göndərilməsinə və sonradan xidmətini davam etdirmək üçün başqa hərbi hissənin sərəncamına verilməsinə dair əmrlərdə onun ## ###### 1995-ci il tarixdə hansı ərazidə, hansı konkret tapşırığı yerinə yetirərkən və hansı döyüş əməliyyatında iştirak etdiyi göstərilməmişdir. Müdafiə Nazirliyinin # #### 2024-cü il tarixli, **** nömrəli məktubunda N nömrəli hərbi hissənin ayrı-ayrı dövrlərdə döyüş şəraitində hesab edilməsinə dair əmrlər barədə məlumatın mövcudluğu qeyd olunsa da, bu məlumat iddiaçının xəsarət aldığı anda bilavasitə döyüş əməliyyatında iştirakını fərdi qaydada təsdiq etmir. Hərbi hissənin müəyyən dövrdə döyüş şəraitində hesab edilməsi ilə həmin hissənin hər bir hərbi qulluqçusunun konkret vaxtda bilavasitə döyüş əməliyyatında iştirak etməsi eyni hüquqi məzmun daşımır. Üstəlik, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissənin 1995-ci ilə aid "Yaralananların, ölənlərin və itkin düşənlərin qeydiyyatı" kitabında iddiaçının adı aşkar edilməmişdir. Kollegiya iddiaçıya sağ ayaq pəncəsinin dəlib-keçən güllə yarası diaqnozunun qoyulmasını və onun stasionar müalicə almasını təsdiq edən tibbi sənədlərin mötəbərliyini şübhə altına almır. Lakin xəsarətin odlu silahdan yaranması onun məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatında və həmin əməliyyatla əlaqədar alınmasını öz-özlüyündə sübut etmir. Xəsarətin xarakteri onun baş verdiyi konkret şəraiti və hüquqi səbəb əlaqəsini əvəz edə bilməz. Məhkəmə kollegiyası bu baxımdan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2005-ci il tarixli, *** nömrəli qərarına ayrıca qiymət verir. Həmin qərarda iddiaçının xəsarəti "hərbi travma" kimi qiymətləndirilmiş və onun "hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən" alındığı göstərilmişdir. Bu qeyd xəsarətlə hərbi xidmət arasında tibbi-hüquqi səbəb əlaqəsini müəyyən edir. Lakin qərarda xəsarətin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" və ya "bilavasitə döyüş əməliyyatında iştirak edərkən" alındığı təsbit olunmamışdır. Başqa sözlə, "hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma" anlayışı hərbi xidmət çərçivəsində baş verən xəsarəti ifadə edən daha geniş anlayışdır. Müharibə veteranı statusunun yaranması üçün qanunvericiliyin tələb etdiyi "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatlarında iştirak və xəsarətin həmin əməliyyatlarla əlaqəsi" isə ayrıca və daha konkret hüquqi meyardır. Birinci anlayışın sənədlə təsdiqi ikinci halın birbaşa mövcud sayılmasına əsas vermir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında yaralanma barədə N nömrəli hərbi hissə komandiri tərəfindən imzalanmış ## ###### 1995-ci il tarixli, **** nömrəli arayışa və Xaçmaz Rayon Hərbi Komissarlığının ## ### 2005-ci il tarixli, *** nömrəli arayışına istinad edilmişdir. Apellyasiya baxışı zamanı həmin sənədlərin və iddiaçının şəxsi işinin təqdim edilməsi tələb olunsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin ## #### 2026-cı il tarixli cavabında şəxsi işin və hər iki arayışın mövcud olmadığına görə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Buna görə həmin arayışların məzmunu vasitəsilə xəsarətin başvermə şəraitini, konkret döyüş tapşırığını və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatı ilə əlaqəni yoxlamaq mümkün olmamışdır. Kollegiya qeyd edir ki, "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsi baxımından təqdim edilmiş sənədlərin həqiqiliyi mübahisələndirilmir. Lakin sübutun mötəbərliyi ilə onun hansı faktı təsdiq etməsi və mübahisəli hüquqi nəticə üçün yetərli olması fərqli məsələlərdir. Hazırkı işdə tibbi və hərbi sənədlər iddiaçının xidmətini və yaralanmasını təsdiq etsə də, həmin sənədlərin heç birində onun ## ### 1994-cü il tarixindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatında iştirak etdiyi və məhz həmin əməliyyatla əlaqədar yaralandığı göstərilmir. Kollegiya, həmçinin iş materiallarında olan Cavabdeh # #### 2024-cü il tarixli, **** nömrəli məktubunda əks olunmuş məlumatlara xüsusi əhəmiyyət verir. Həmin məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə N nömrəli hərbi hissənin 1995-ci ilin ayrı-ayrı dövrlərində döyüş şəraitində hesab edilməsi müəyyən edilmişdir. Belə ki, # ###### 1995-ci il tarixli ** nömrəli əmrdə # ###### 1995-ci il tarixdən, # #### 1995-ci il tarixli *** nömrəli əmrdə # ###### 1995-ci il tarixdən, # ### 1995-ci il tarixli *** nömrəli əmrdə # ### 1995-ci il tarixdən, 25 may tarixli *** nömrəli əmrdə # ##### 1995ci il tarixdən, # #### 1995-ci il tarixli *** nömrəli əmrdə # #### 1995-ci il tarixdən, # ######## 1995-ci il tarixli **** nömrəli əmrdə # ######## 1995-ci il tarixdən, ## ###### 1995-ci il tarixli **** nömrəli əmrdə isə # ####### 1995-ci il tarixdən # ###### 1995-ci il tarixədək həmin hərbi hissənin döyüş şəraitində hesab edilməsinə dair məlumat qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi N nömrəli hərbi hissənin müxtəlif dövrlərində döyüş şəraitində hesab edilməsi və cəlb edilməsi üçün Azərbaycan Respublikası Müdafiə nazirlinin aylar üzrə (hər ay üzrə ayrıca) müvafiq əmrləri verilmiş, iddiaçının xəsarət aldığı ## ###### 1995-ci il tarixi yuxarıda sadalanan əmrlərlə N nömrəli hərbi hissənin döyüş şəraitində hesab edildiyi tarixlər sırasında göstərilməmişdir. Xüsusilə, # #### 1995-ci il tarixli *** nömrəli əmrdən sonra növbəti belə məlumat yalnız # ######## 1995-ci il tarixli **** nömrəli əmrlə # ######## 1995-ci il tarixdən etibarən müəyyən edilmişdir. Başqa sözlə, Müdafiə Nazirliyinin təqdim etdiyi və N nömrəli hərbi hissənin döyüş şəraitində hesab olunduğu dövrləri əks etdirən məlumatlarda 1995-ci ilin avqust ayı, o cümlədən ## ###### 1995-ci il tarixi üzrə həmin hərbi hissənin döyüş şəraitində hesab edilməsinə dair hər hansı əmr göstərilməmişdir. Halbuki iş materiallarına əsasən iddiaçı məhz ## ###### 1995-ci il tarixdə xəsarət almış, ## ###### 1995-ci il tarixli əmrlə hərbi hospitala göndərilmişdir. Bu hal məhkəmə kollegiyasının qənaətinə görə xüsusi əhəmiyyət daşıyır. Çünki iddiaçının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və həmin xidmət dövründə odlu silah yarası alması özlüyündə mübahisələndirilməsə də, onun xəsarət aldığı konkret tarixdə həmin hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatları aparması iş materialları ilə təsdiq edilmir. Əksinə, Müdafiə Nazirliyinin öz arxiv məlumatları əsasında tərtib etdiyi məktubda sadalanan əmrlərin tarixləri və ardıcıllığı iddiaçının yaralandığı ## ###### 1995-ci il tarixinin döyüş şəraiti kimi müəyyən edilmiş dövrə aid olmadığını göstərir. Kollegiya hesab edir ki, belə vəziyyətdə iddiaçının xəsarətinin “hərbi travma” olması və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması həmin xəsarətin eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatında iştirak zamanı və məhz həmin döyüş əməliyyatı ilə əlaqədar alınması nəticəsinə gəlmək üçün kifayət etmir. Bu anlayışlar hüquqi məzmun etibarilə eyniləşdirilə bilməz. Müharibə veteranı adının verilməsi baxımından müəyyənedici olan yalnız xəsarətin hərbi xidmət zamanı baş verməsi deyil, ## ### 1994-cü il tarixindən sonrakı dövrdə şəxsin bilavasitə döyüş əməliyyatında iştirak etməsi və xəsarətin həmin əməliyyatla səbəbli əlaqəsinin mötəbər sübutlarla təsdiq olunmasıdır. Hazırkı işdə isə məhz bu zəruri şərtin mövcudluğu təsdiqini tapmamışdır. "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin qeyd hissəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan istisna da iddiaçının tələbini əsaslandırmır. Həmin istisna hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik və digər hərbi cinayətlərlə bağlı məhdudiyyətin tətbiqinə aiddir. Müharibə veteranı statusunun əsas şərti olan döyüş əməliyyatlarında iştirak faktını yaratmır və onun sübut edilməsi zərurətini aradan qaldırmır. Bundan başqa, iddiaçıya dair sənədlərdə əlilliyin səbəbi ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar deyil, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma kimi göstərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsi məhkəmənin üzərinə işin əhəmiyyətli hallarını xidməti vəzifəsinə görə araşdırmaq öhdəliyi qoyur. Hazırkı iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmişdir. Bununla belə, xidməti araşdırma prinsipi məcburetmə haqqında iddia üzrə arzulanan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini müəyyən edən İPM-in 14.3-cü maddəsini aradan qaldırmır və sübut olunmamış faktların ehtimalla müəyyən edilməsinə imkan vermir. Kollegiya nəzərə alır ki, cavabdehin imtina məktubunda iddiaçının xidmətinin atəşkəs dövrünə təsadüf etməsinə istinad edilməsi təkbaşına müharibə veteranı adının verilməsini istisna edən əsas kimi qəbul edilə bilməz. Çünki Əsasnamə ## ### 1994-cü il tarixindən sonra da döyüş zonasında bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin əməliyyatlarla əlaqədar xəsarət alan hərbi qulluqçulara bu adın verilməsini mümkün sayır. Lakin hazırkı işdə məhz həmin istisnanın tətbiqini şərtləndirən bilavasitə iştirak və xəsarətin döyüş əməliyyatı ilə əlaqəsi sübuta yetirilmədiyindən, iddiaçının tələb olunan inzibati aktın qəbuluna subyektiv hüququ yaranmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət dövründə odlu silah yarası alması ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatında iştirak edərkən yaralanması arasında hüquqi fərqi nəzərə almamış, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında göstərilən "hərbi xidmət vəzifələrini yerinə yetirərkən" ifadəsinə Əsasnamədə nəzərdə tutulmayan daha geniş məzmun vermişdir. Nəticədə ayrıca sübuta yetirilməli olan döyüşdə iştirak və döyüş əməliyyatı ilə səbəbli əlaqə faktları yalnız xidmət və yaralanma sənədləri əsasında mövcud hesab edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar iddiaçının ## ### 1994-cü il tarixindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bilavasitə döyüş əməliyyatlarında iştirak etdiyini və ## ###### 1995-ci il tarixli xəsarətin həmin əməliyyatlarla əlaqədar alındığını təsdiq etmir. Bu səbəbdən cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyula bilməz. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.