Məhkəmə qərarları › İş №2-1(105)-1379/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1379/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1379/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X4 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş 24 yanvar 1998-ci il tarixli, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən verilmiş 1,15 ha Quba rayon, Amsar kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quba rayonu Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qərarı (Torpağın mülkiyyət hüququna dair JN-3358; KOD: 30307018 dövlət aktı) ilə iddiaçı və ailə üzvlərinə (İddiaçı2 Məcid qızı, İddiaçı3, İddiaçı5 və X3) ünvan 1i ərazisində mülkiyyətinə verilmiş 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 məhkəmə icraatına iddiaçılar qismində cəlb olunmuşdurlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə Quba rayon, Amsar kəndi ərazisində 1,15 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətini təsdiq edən JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir və qeyd olunan torpaq sahəsinə sahiblik edərək istifadə edirlər. İddiaçı mülkiyyət hüququna dair çıxarış almaq üçün, hüquq müəyyənedici sənədləri cavabdehə təqdim etmiş, sonuncu isə müraciətin icrasından imtina etmişdir. Qeyd edilir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4605,01 kv.m torpaq sahəsi ictimai tikili olan torpaq sahəsi ilə yanaşıdır və heç bir üst-üstə düşmə halı mövcud deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, JN-125 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,69 ha ölçüdə öz əksini tapmışdır. Dövlət Aktında 125D nömrə ilə göstərilən 4605,01 kv.m torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və həmin torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları ictimai tikili kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 24 yanvar 1998-ci il tarixli, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı ilə 1,15 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Məcid qızı, İddiaçı3, İddiaçı5 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 6 may 2021-ci il tarixli, **********9 nömrəli məktubundan qeyd edilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün əlavə edilmiş JN-125 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,69 ha ölçüdə oz əksini tapmışdır. Dövlət Aktında 125D nömrə ilə göstərilən 4.605,01 kv.m torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və həmin torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları ictimai tikili kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən **********63 reyestr nömrəli 0,23 ha torpaq sahəsi İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 xüsusi ümumi birgə mülkiyyətindədir. Quba Rayon İcra Hakimiyyəti başçısının Amsar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5 aprel 2022-ci il tarixli, 127 nömrəli arayışından görünür ki, İddiaçı1 Məcid oğlu nümayəndəliyin Amsar kəndində yaşayır və onun ailə üzvləri arvadı - İddiaçı2, oğlu - İddiaçı3, oğlu - İddiaçı5, qızı - İddiaçı4dır. 18 may 2006-cı il tarixli, JN 3358, KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı və Quba Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli, 4-ə- 1212 nömrəli alqı-satqı müqaviləsi ilə 0,69 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Məcid qızı, İddiaçı3, İddiaçı5 və X2 verilmişdir. X7 Filialının 22 iyul 2022-ci il tarixli, 711 nömrəli arxiv çıxarışı ilə Quba Rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli protokolu göndərilmiş və qeyd edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli 4 saylı qərarında İddiaçı1 və ailə üzvləri haqqında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 avqust 2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, İddiaçı1 və ailə üzvlərinə verilmiş JN-125 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 125B (0,46 ha) hissəsinə "xxxx" MMC-nin adına 25 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarış, 125A (0,2299 ha) hissəsinə isə İddiaçı1 və ailə üzvlərinin adına 13 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarış işlənmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: 15 aprel 2021-ci il tarixli, 8İ-3742 reyestr nömrəli, 16 aprel 2021-ci il tarixli, 8İ-3775 və 8İ-8016 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 DTXK Quba rayon şöbəsi tərəfindən 24 yanvar 1998-ci il tarixdə verilmiş JN-125 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən ünvan 1i ünvanında yerləşən 1,15 ha torpaq sahəsindən 125B planşet nömrəli ümumi sahəsi 4.600,52 kv.m olan torpaq sahəsindən imtina etmiş və yerdə qalan 125A planşet nömrəli ümumi sahəsi 2.299,78 kv.m və 125D planşet nömrəli ümumi sahəsi 4.605,31 kv.m torpaq sahələrinə çıxarışın verilməsinə razılıq verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 8 avqust 2022-ci il tarixli, **********99 nömrəli məktubu ilə göndərilmiş arayışından görünür ki, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən İddiaçı1 Məcid oğlu və ailə üzvlərinə verilmiş ünvan 1i ərazisində yerləşən 1,15 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla 125A (0,23 ha), 125B (0,46 ha) və 125D (0,46 ha) ərazini təşkil edir. Həmin dövlət aktında göstərilmiş iki hissəsi (125A (0,23 ha) və 125B (0,46 ha) hissələri) mübahisə predmeti deyildir. İddiaçı1 Məcid oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi JN-125 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda 1,15 ha göstərilsə də, DT və XKnın Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitablarında 0,69 ha kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3 aprel 2023-cü il tarixli, 3-21-3-34/2-3705/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron xəritə materialları üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri müəyyən edilmiş və İddiaçı1 Məcid oğlu istifadəsində 0,51 ha torpaq sahəsi vardır. DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-125 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron xəritə materialları üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Lakin, həmin mübahisə predmeti olan 0,46 ha torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən İddiaçı1 Məcid oğlu və ailə üzvlərinə məxsus JN 3358 KOD 30307018 olan Dövlət Aktı işlənmişdir. Qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvlərinə məxsus JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 1,15 torpaq sahəsinin 0,46 ha hissəsi Quba rayon DNK-nın 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1212 saylı alqı-satqı müqaviləsi ilə satılmışdır və yerdə qalan 0,69 ha torpaq sahəsinə (2 hissə olmaqla 0,46 ha və 0,23 ha) İddiaçı1 və ailə üzvlərinə JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir, sözügedən mübahisəli ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-3358 KOD 30307018 saylı “Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3358D nömrəli sxemi öz əksini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 21 iyun 2023-cü il tarixli, 3-21-3-60/21400/2023 nömrəli məktubu ilə islahat qovluğunda mövcud olan ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı1 Məcid oğlu və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Torpağın mülkiyyət hüququna dair” JN-3358 KOD 30307018 Dövlət Aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş ünvan 1i ərazisində yerləşən 0,46 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əasasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin bir hissəsi iddiaçının istifadəsindədir. Digər hissə hasarlanıb və başqa şəxslərin istifadəsindədir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı torpaq sahəsi üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı ilə 1,15 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinə ayrılmışdır. Belə ki, 24 yanvar 1998-ci il tarixli, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı ilə 1,15 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Məcid qızı, İddiaçı3, İddiaçı5 və X1 mülkiyyətinə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərardadı ilə İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 məhkəmə icraatına iddiaçılar qismində cəlb olunmuşdurlar. Birinci instansiya məhkəməsində icraat zamanı zəruri sorğular edilməklə müəyyən edilmişdir ki, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara verilmiş ünvan 1i ərazisində yerləşən 1,15 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla 125A (0,23 ha), 125B (0,46 ha) və 125D (0,46 ha) ərazini təşkil edir. 0,46 ha olan 125B ərazisindən iddiaçılar tərəfindən imtina edilmiş və nəticədə həmin sahə üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Həmçinin, iddiaçılara məxsus 0,23 ha olan 125A hissəsi üzərində onların mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, 15 aprel 2021-ci il tarixli, 8İ-3742 reyestr nömrəli, 16 aprel 2021-ci il tarixli, 8İ-3775 və 8İ-8016 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 DTXK Quba rayon şöbəsi tərəfindən 24 yanvar 1998-ci il tarixdə verilmiş JN-125 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən ünvan 1i ünvanında yerləşən 1,15 ha torpaq sahəsindən 125B planşet nömrəli ümumi sahəsi 4.600,52 kv.m olan torpaq sahəsindən imtina etmiş və yerdə qalan 125A planşet nömrəli ümumi sahəsi 2.299,78 kv.m və 125D planşet nömrəli ümumi sahəsi 4.605,31 kv.m torpaq sahələrinə çıxarışın verilməsinə razılıq verilməsini xahiş etmişdirlər. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən **********63 reyestr nömrəli 0,23 ha torpaq sahəsi İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 xüsusi ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi mübahisəli hal 125D (0,46 ha) ərazi ilə bağlıdır. Kollegiya həmin əraziyə münasibətdə inzibati orqanın dəlillərini əsassız hesab etməklə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə mübahisə predmeti olan 0,46 ha 125D torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən iddiaçılara məxsus JN 3358, KOD 30307018 Dövlət Aktının işləndiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3 aprel 2023-cü il tarixli, 3-21-3-34/2-3705/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan 0,46 ha torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən İddiaçı1 Məcid oğlu və ailə üzvlərinə məxsus JN 3358 KOD 30307018 olan Dövlət Aktı işlənmişdir. Qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvlərinə məxsus JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 1,15 torpaq sahəsinin 0,46 ha hissəsi Quba rayon DNK-nın 30 dekabr 2005-ci il tarixli, 4-Ə- 1212 saylı alqı-satqı müqaviləsi ilə satılmışdır və yerdə qalan 0,69 ha torpaq sahəsinə (2 hissə olmaqla 0,46 ha və 0,23 ha) İddiaçı1 və ailə üzvlərinə JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir, sözügedən mübahisəli ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-3358 KOD 30307018 saylı “Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3358D nömrəli sxemi öz əksini tapmışdır. Əlavə olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən göndərilmiş arxiv sənədləri ilə ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarında iddiaçıların adlarının mövcud olduğu aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan dəlillər iddiaçıların tələbinin qanuni əsaslara söykəndiyini təsdiq edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya əlavə olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin bir hissəsinin iddiaçının istifadəsində olmasına, digər hissənin hasarlanıb, başqa şəxslərin istifadəsində olmasına istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onlara məxsus torpaq sahəsinə qonşu olan sahələr satın alınmışdır. Daha sonra onlar öz sahələrinə iddia edilən və hasar çəkilən zaman çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etdilər. 0,46 ha torpaq sahəsinin 0,02 ha sahəsinə başqa şəxs hasar çəkmişdir. Kollegiya inzibati orqanın dəlillərini əsassız hesab etməklə qeyd edir ki, ilk növbədə yuxarıda da istinad olunduğu kimi iş üzrə mütəxəssis rəyi alınmış və həmin mütəxəssis rəyində iddiaçıların istinad etdiyi torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əlaqədar hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq da iddiaçılara məxsus torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənəd üzrə üst-üstə düşmə halı müəyyən edilmədiyi təqdirdə torpaq sahəsinin bir hissəsinə başqa şəxslər tərəfindən hasar çəkilərək istifadə edilməsinə istinad olunması əsassız olmaqla iddiaçıların mülkiyyət hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına yönəldilmişdir. Qeyd olunan hallar iddiaçılarının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmamalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıların tələbinin təmin edilməsindən imtina edərək imtina məktubunda və iddia tələbinə etirazda ilkin olaraq eyni dəlili əsas götürmüşdür. Lakin apellyasiya şikayətində əlavə olaraq yeni hallara – iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin bir hissəsinin iddiaçının istifadəsində olmasına, digər hissənin hasarlanıb, başqa şəxslərin istifadəsində olmasına istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Əlavə olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati icraatdan kənar yeni fakt və sübutlara istinad olunması qanunvericiliyin tələblərinin pozulması deməkdir. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillər formal xarakter daşımaqla iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar