Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-138/2023 27.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(85)- 191/2019 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı2 DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən 7,8 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(085)- 191/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı, 20 dekabr 2006-cı il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 7,8 ha torpaq sahəsi üzərində İddiaçı2 Abbasqulu qızının həmin qərara uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra 28 mart 2019-cu il tarixdə icra olunması üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə göndərilmişdir. İdarə xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən qismən icra olunmuş, iddiaçının istifadə etdiyi torpaq sahəsinin 1.0 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Bu səbəbdən İddiaçı1 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında, Şamaxı rayonu Əngərəxan Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 7.80 ha torpaq sahəsinin yalnız 6.8 ha hissəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinin yeri ilə bağlı mübahisə məhkəmədə həll olunduqdan sonra qalan 1.0 ha torpaq sahəsinin üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyata alınması təmin olunacaqdır. 25 dekabr 2020-ci il tarixində Şamaxı rayon Məlhəm Bələdiyyəsi vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X8, Əngəxaran və Çuxuryurd kəndlərini əhatə edir. Ləğv edilmiş Əngəxaran bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair kod 41001038, JN-01-1 nömrəli dövlət aktına əsasən “Doluya qarşı mübarizə” idarəsinin yaxınlığında yerləşən 19.0 ha torpaq sahəsindən kimlərə və neçə hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq DƏDRX-nin 14 saylı Şamaxı idarəsinə sorğu edilmiş və həmin idarənin m/502 saylı, 11 avqust 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, sözügedən ərazidən, ümumilikdə 6,80 ha torpaq sahəsi vətəndaş İddiaçı2 Abbasqulu qızının adına DƏDRX-də qeydə alınmışdır. Qeyri-rəsmi məlumata görə həmin torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına əsas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-191/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı olmuşdur. Qeyd olunan iş üzrə qəbul edilmiş qərarı əldə etmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə sorğu edilmiş və 29 sentyabr 2020-ci il tarixdə qərarı əldə etmişdirlər. Qərardan məlum olmuşdur ki, mülkiyyət sahibi olan Məlhəm bələdiyyəsi məhkəməyə dəvət edilmədən işə baxılmış və İddiaçı2 Abbasqulu qızının iddiası təmin edilmişdir. Bununla da AR MPM-nin 55-ci maddəsinin tələbləri pozulmuş və eləcə də bələdiyyənin AR Konstitusiyası ilə qorunan hüquqlarına toxunulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 nömrəli qərardadı ilə ərizəçi Şamaxı rayon Məlhəm Bələdiyyəsinin inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir.(hakim İ.Quliyev). Ərizəçi Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(105)-337/2021 nömrəli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 nömrəli qərardadı ləğv edilmiş, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinsi instansiya məhkəməsi tərəfindən ərizəyə baxılarkən məhkəmə kollegiyasının qərardadında qeyd etdiyi göstərişlər icra edilərək, qərardadda qeyd edilən xüsusatlar araşdırılmış və Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(85)- 191/2019 nömrəli qərardadı ilə Şamaxı rayon Məlhəm Bələdiyyəsinin inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir.(hakim İ.Quliyev). Ərizəçi qeyd edilən apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə üçüncü şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Ləğv edilmiş Əngəxaran bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair kod 41001038, JN-01-1 nömrəli dövlət aktına əsasən “Doluya qarşı mübarizə” idarəsinin yaxınlığında yerləşən 19 ha örüş torpaq sahəsindən bələdiyyə tərəfindən tikinti məqsədi üçün 0.90 ha, kənd təsərrüfatı məqsədi üçün isə 6.1 ha olmaqla, cəmi 7 ha torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2018-ci il tarixli məktubu ilə Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Əngəxaran kəndi ərazisində yerləşən artıq 7 ha deyil, 7.8 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlər reyestrindən qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi mülkiyyətçi Məlhəm bələdiyyəsi olduğu halda onu məhkəmə iclasına cavabdeh və ya üçüncü şəxs qismində cəlb etmədən işə baxmış və 24 yanvar 2019-cu il tarixli, 2-1(085)-191/2019 nömrəli qərarı ilə iddia tələbini təmin etmişdir. Qeyd olunan iş üzrə məhkəmə tam və hərtərəfli araşdırma aparmadan, mütəxəssis cəlb etmədən, torpaq sahəsinin təyinatı müəyyən edilmədən , həmin torpaq sahəsinin alqı-satqı predmeti olubolmaması, torpaq sahəsinin satılması ilə əlaqədar həmin dövrdə bələdiyyə sədri və ya üzvlərini məhkəməyə cəlb edərək araşdırma aparmamış, yalnız DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsini cavabdeh qismində cəlb edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunan iş üzrə Məlhəm bələdiyyəsi maraqlarına toxunan üçüncü şəxs qismində tanınması barədə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, bələdiyyənin üçüncü qismində tanınması ilə əlaqədar vermiş olduğu ərizəyə digər hakim tərəfindən baxılmalı olduğu halda yenidən eyni hakim tərəfindən baxılmış və ərizənin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Hansı ki, məhkəmə prosesində bələdiyyənin nümayəndəsi eyni hakim tərəfindən işə baxılmasına şifahi olaraq etirazını bildirmiş, lakin onun etirazı təmin edilməmişdir. Qeyd edir ki, Məlhəm bələdiyyəsi üçüncü şəxs qismində tanınması barədə xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin, bir il on bir ay müddətinə, 10 noyabr 2022-ci il tarixdə bələdiyyənin üçüncü qismində tanınmaması barədə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb olunması İPM-in 28-ci maddəsi ilə tənzimlənir. Lakin həmin norma məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdən bəhs etməkdədir. Hazırki mübahisə isə qanuni qüvvəsini almış məhkəmə qərarının mövcudluğu halında üçüncü şəxsin məhkəmə icraatına cəlb olunması və məhkəmə qərarının ləğv olunaraq icraatın təzələnməsi barədədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Qeyd edilən məsələ ilə bağlı “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Beləliklə, aparılan dəyərləndirməyə əsasən müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi mümkündür, lakin bu zaman prosesə qoşulmaq istəyən üçüncü şəxsin zəruri cəlb etməsi həyata keçirilir. Zəruri cəlb etmə isə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri üçün deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi nəticələrə səbəb olur. Belə olduğu təqdirdə hazırda aydınlaşdırılmalı məsələ hazırki mübahisə üzrə çıxarılmış məhkəmə qərarının Şamaxı rayon Məlhəm Bələdiyyəsi üçün hüquqi nəticəyə səbəb olub-olmamasının, onun vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edib-etməməsinin müəyyənləşdirilməsidir. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işdən görünür ki, məhkəmə qərarı ilə Şamaxı rayon Əngəxaran bələdiyyəsinin qərarı əsasında iddiaçıya ayrılmış 7,8 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qərara alınmış, qərar qanuni qüvvəyə minmiş və qismən, yəni 6.80 ha torpaq sahəsinə dair hissədə icra olunmuşdur. X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi bələdiyyə torpağı olduğudan bələdiyyənin iştirakı olmadan bu mübahisəyə baxıla bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi İddiaçı2 Abbasqulu qızına qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq, Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il taixli 17 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli, 2(074)-212/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. X3 tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı mülki məhkəmə icraatında çəkişmə olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının hazırda mübahisəsi gedən torpaq sahəsi üzərində hüquqlarının qanuni olması müəyyən edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məlhəm Bələdiyyəsinin hazırki iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsinə zərurət qalmamışdır. Ərizəçi apelyasiya şikayətinin dəlillərində həmçinin qeyd etmişdir ki, iddiaçıya alqısatqının predmeti olmayan torpaq sahəsi satılmış, iddiaçıya satılmış (7.0 ha) və məhkəmə qərarı ilə təmin olunmuş (7.8 ha) sahələr arasında uyğunsuzluq olması məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının göstərişlərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq X9 Filialı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 nömrəli qərarı ilə iddiaçıya 0.90 ha tikinti, 6.9 ha k/t məqsədi üçün, cəmi 7.8 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(085)- 191/2019 nömrəli qərarının icrası ilə bağlı cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan, eləcə də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 08 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, bələdiyyə qərarı ilə ayrılmış 7.8 ha torpaq sahəsinin 6.8 ha hissəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinin 1.0 ha hissəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydiyyata alınması mümkün olmamışdır. Sorğuya cavaba əlavə edilən sənədlərdən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********64 reyestr nömrəli, **********65 reyestr nömrəli və **********63 reyestr nömrəli çıxarışlara əsasən, Şamaxı rayonu Əngərəxan kəndi ərazisində yerləşən müvafiq olaraq 1.02 ha, 4.88 ha, 0.9 ha torpaq sahələri xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin hallarından həmçinin görünür ki, Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə X5 turizm məqsədi ilə mülkiyyətinə verilmiş 10000 kv.m torpaq sahəsinə dair sonuncunun adına DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən AN seriyalı 378649 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Beləliklə, işin sadalanan xüsusatlarından göründüyü kimi ərizəçi Məlhəm bələdiyyəsinin hüquqi varisi olduğu Əngəxaran bələdiyyəsi diskresion səlahiyyətinə uyğun olaraq 20 dekabr 2006-cı il tarixində 17 nömrəli qərarı ilə ehtiyat fonduna aid olan torpaq sahəsindən 7.8 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə ayırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qanuniliyi təsdiq edilmişdir. Məhkəmə qərarının icrası mərhələsində həmin torpaq sahəsinin 1.0 ha hissəsi digər şəxs, X7 ayrılmış sahə ilə üst-üstə düşdüyündən, qərar qismən icra edilərək, 6.8 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra Seyidova X2 rayon Məlhəm bələdiyyəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarının (X7 ayrılmış sahəyə dair) etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli 2-1(105)-30/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər həmin iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan görünür ki, işə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs X5 öldüyü müəyyən edildiyindən, onun həyat yoldaşı və övladları üçüncü şəxsin hüquqi varisi kimi işə cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Hazırkı iş üzrə isə, ərizəçi yuxarıda qeyd olunanların əksinə ərizə və apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının əsaslı olmaması, habelə məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə əsaslandırmış, səthi olaraq məhkəmə qərarı ilə bələdiyyənin AR Konstitusiyası ilə qorunan hüquqlarına toxunulduğuna istinad etmiş, lakin bu hüquqların həcminin nədən ibarət olması və hansı formada pozulduğunu ümumiyyətlə əsaslandırmamışdır. Başqa sözlə üçüncü şəxs qismində icraata cəlb olunmaq istəyən ərizəçi qəbul olunmuş məhkəmə qərarının onun üçün hansı hüquqi nəticələrə səbəb olduğunu göstərə və sübut edə bilməmişdir. Halbuki yuxarıda aparılan dəyərləndirmə ilə üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Çünki İPM-nin 28-ci maddəsi anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, ücüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür. Hazırki mübahisə üzrə isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Məlhəm Bələdiyyəsinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması, Bələdiyyənin hüquqi vəziyyətində nə neqativ nə də pozitivə doğru dəyişiklik baş verməsi müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq kollegiya hesab edir ki, yuxarıda aparılan hüquqi dəyərləndirməyə əsasən, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(85)-191/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 2ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-138/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-138/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver