Məhkəmə qərarları › İş №2-1(105)-1380/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1380/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1380/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4501/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin TBK-nın 28 noyabr 1994-cü il tarixli, 7 saylı protokolu və 74 saylı 30 noyabr 1994-cü il tarixli sərəncamı əsasında mərhum həyat yoldaşı X15 Quba şəhəri, Dəvədabanı ərazisi, 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın (arayışın), texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinə dair bir neçə dəfə dəqiqləşmə təqdim etmiş, sonuncu dəqiqləşmə tələbində “13 yanvar 2015 ci il tarixli fərmana əsasən onun vərəsəliklə xüsusi mülkiyyətində olan torpaq sahəsinə, baxış aktında göstərilmiş, qanunsuz əsaslarla başqasına satılmış, 12 iyul 2023-ci il tarixli, 08 saylı iclas protokolu, protokoldan çıxarış, aktlar, rəylər, hərraca və çıxarışın verilməsinə əsas kimi nəzərdə tutulmuş bütün hallar, aktlar, rəylər ləğv edilməklə, qanunsuz əsaslarla verilmiş çıxarış ləğv edilərək, konstitusianın 29-cu maddəsinin 2-ci və 7-ci hissələrindəki xüsusi mülkiyyət hüququnun qorunması məqsədi ilə (1994-cü ildən – 2025-ci ilə qədər torpaq vergisini ödədiyi ) 30 il istifadə etdiyi, rüsumunu ödədiyi, baxış aktı olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və plan ölçü sənədinin verilməsini” xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasında (xx.xx.2025-ci il) iddia tələbinə dəqiqləşmənin nəzərə alınmamasını (müdafiə etmədiyini), iddia tələbinə ilk iddia tələbi həcmində - yəni “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin TBK-nın 28 noyabr 1994-cü il tarixli, 7 saylı protokolu və 74 saylı 30 noyabr 1994-cü il tarixli sərəncamı əsasında mərhum həyat yoldaşı X15 Quba şəhəri, Dəvədabanı ərazisi, 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın (arayışın), texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baxılmasını xahiş etmişdir. Qeyd edilən hal xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu, həmçinin məhkəmə iclasının audio-video yazısına baxış keçirilməklə də müəyyən edilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X19 24 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. 24 noyabr 1994-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər İcra nümayəndəliyi tərəfindən 7 saylı protokol əsasında fərdi mənzil tikintisi məqsədi ilə Quba şəhəri, Dəvədabanı yaşayış massivində 395 saylı ərazidə 0,05 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə protokolun təsdiq edilməsi barədə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncam verilmiş və ərinin vəfatından sonra bu torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuşdur. Sumqayıt Asan Xidmət Mərkəzində iddiaçı mərhumun vərəsəsi kimi tanınmış və qeyd edilən torpaq sahəsinə dair mərhum X9 adına hüquq müəyyənedici sənədlərin verilməsi barədə cavabdeh orqana məktub göndərilmişdir. İddiaçı mərhum həyat yoldaşının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə cavabdeh orqana 12 fevral 2024-cü il tarixdə müraciət etmiş, 126,33 manat dövlət rüsumu ödəmişdir. Lakin cavabdeh tərəfindən 22 fevral 2024-cü il tarixdə həmin ərazidə ölçmə işlərinin aparılmasına baxmayaraq iddiaçıya həmin sənəd verilməmiş və iddiaçı rəsmi olaraq yuxarı orqana məktub göndərməyinə və həmin məktubun baxılması üçün cavabdeh orqana verilməsinə baxmayaraq həmin məktubuna cavab verməmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur, belə ki, iddiaçı bütün sənədləri təqdim etmiş, sənədlər yoxlanılmış və sənədlərin qaydasında olduğu bildirilməklə iddiaçıya dövlət rüsumu da ödənilmişdir Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,05 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər ksero surətdir. Bildirilmişdir ki, 0,05 ha torpaq sahəsinə dair 1:2000 və 1:10000 miqyaslı yerquruluşu sxemləri təqdim edilməmişdir. Bundan əlavə, həmin torpaq sahəsinə X5 X6 (TEKUİS) digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdir. İşə baxan məhkəmə tərəfindən X20 və Quba Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: V-ЖГ seriyalı, 290736 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X19 və X7 5 sentyabr 1989-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərin - Qafarov, arvadın soyadı Qafarova olaraq göstərilmişdir. AZ-İ seriyalı, 775846 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X19 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontoru Xüsusi notariusun 22 dekabr 2015-ci il tarixli, 4294 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontoruna 24 oktyabr 2015-ci il tarixdə vəfat etmiş mərhum X9 arvadı İddiaçı müraciət etmiş və vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikası Quba bələdiyyəsinin 14 yanvar 2016-cı il tarixli, 12 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 41-də yaşayan İddiaçı adına Quba bələdiyyəsinin ərazisi olan “Dəvədabanı” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Dövlət X12 16 avqust 2023-cü il tarixli, 3-48-DA-6F/2-Q- 11xx-xx/2023 nömrəli məktubundan görünür ki, Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər nümayəndəliyinin 28 noyabr 1994-cü il tarixli, 7 saylı torpaq bölüşdürmə komissiyasının protokolundan çıxarışı, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncamı və Quba rayon X13 Rəyasət Heyətinin 6 iyul 1993-cü il tarixli, 06 saylı iclas protokolunun qərarının surəti qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X12 16 avqust 2023-cü il tarixli arxiv arayışından görünür ki, Quba şəhər nümayəndəliyinin 28 noyabr 1994-cü il tarixli, 07 nömrəli protokolqərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün X15 torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ********** qeydiyyat nömrəli 12 fevral 2024-cü il qeydiyyat tarixli X9 adına verilmiş “Təsdiqetmə bildirişi”. Azərbaycan Respublikası Dövlət X12 6 sentyabr 2024-cü il tarixli, 3-48-DA-6F/2-2xxxx/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Quba şəhər nümayəndəliyinin 28 noyabr 1994-cü il tarixli, 07 nömrəli protokoldan arxiv çıxarışı (§6); - Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncamı; - Quba rayon X13 Rəyasət Heyətinin 6 iyul 1993-cü il tarixli, 06 saylı iclas protokolunun qərarı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-13911/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,05 ha olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 fevral 2025-ci il tarixli, 3-21-3-34/2-2431/2025 nömrəli məktubu ilə torpaq sahəsinin göstərilmiş koordinatlar üzrə digər şəxslərə xüsusi və bələdiyyə mülkiyyəti kimi qeydə alınmış daşınmaz əmlaklara dair hüquq müəyyənedici sənədlər qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 fevral 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********54 reyestr nömrəli 0,03 ha torpaq sahəsi X16 xüsusi mülkiyyətindədir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 fevral 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********26 reyestr nömrəli 0,04 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. - 21 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Quba rayonu Quba bələdiyyəsi Quba rayonunda yerləşən ümumi sahəsi olan 0,07 ha torpaq sahəsinin 0,03 ha hissəsini alıcı X16 mülkiyyətinə verilmişdir. - 17 fevral 2024-cü il tarixli “Müqavilənin ləğvinə dair müqavilə”dən görünür ki, Quba rayonu Quba bələdiyyəsi ilə X10 arasında bağlanılmış 23 yanvar 2024-cü il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişdirlər. - 23 yanvar 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı Quba rayonu Quba bələdiyyəsi Quba şəhərində yerləşən 0,07 ha torpaq sahəsinin alıcı X4 mülkiyyətinə vermişdir. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. Quba bələdiyyəsinin 27 avqust 2025-ci il tarixli, 592 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 21 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsi; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********31 reyestr nömrəli 0,07 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. - Quba bələdiyyəsinin 31 oktyabr 2023-cü il tarixli, 841 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Quba şəhərində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. - Quba bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə verilməsi nəzərdə tutulan 700 kv.m torpaq sahəsinə dair 17 oktyabr 2023-cü il tarixli, 1131 nömrəli rəyi. - Quba rayon Quba bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 3 saylı qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin hüdudları daxilində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaqlarından satış predmeti olan 800 kv.m və ya 0,08 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılmasına uyğun olunduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, bu torpaq sahəsinin-fərdi mənzil tikintisi məqsədilə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başlanılmışdır. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici və texniki sənədlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 sentyabr 2025-ci il tarixli, 3-21-3-34/2-12371/2025 nömrəli məktubundan görünür ki, X16 adına **********54 reyestr nömrəli çıxarışın verilməsinə Xaçmaz rayon 1 saylı notariat ofisinin 21 yanvar 2025-ci il tarixli, 4Ə-178 reyestr nömrəli alqı-satqı müqaviləsi əsas olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 oktyabr 2025-ci il tarixli, 3-21-3-34/2-13392/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsi naturada 0,05 ha təşkil edir. TEKUİS (X3 X14) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı olaraq, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin bir hissəsi (0,03 ha) **********54 reyestr nömrəli çıxarışa əsasən X16 mülkiyyətində olan 0,03 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Bir hissəsi isə (0,0166 ha) **********26 reyestr nömrəli çıxarışa əsasən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4501/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmənin sorğularına cavab olaraq göndərilmiş sənədlər əsasında iddiaçıya müvafiq sənəd üzrə torpaq sahəsinin ayrılması öz təsdiqini tapsa da, hazırda iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı, onlara aid müvafiq sənədlərin qüvvədə olduğu üçün iddiaçının iddia tələbinin təmin edilməsi mümkün deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin harəkətlərini qanunsuz hesab etməklə, qanunsuz əsaslarla kənar şəxsə verilmiş çıxarış ləğv edilməklə, Quba rayon icra hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayandəliyinin TBK-nın xx.xx.1994-cü il tarixli 7 saylı Protokolu və 74 saylı xx.xx.1994cü il tarixli Sərəncamı əsasında mərhum həyat yoldaşı X15 Quba şəhəri Dəvədabanı ərazisi 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın ,texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X19 xx.xx.2015-ci ildə vəfat etmişdir. Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 24 noyabr 1994-cü ildə 07 saylı protokol əsasında fərdi mənzil tikintisi məqsədilə Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 395 saylı ərazidə 0,05 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə protokolun təsdiq edilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə Nümayəndəliyi tərəfindən 30 noyabr 1994-cü il tarixli 74 saylı sərəncam verilmişdir. X9 vəfatından sonra qeyd olunan torpaq sahəsi İddiaçı faktiki istifadəsində olmuş, torpaq sahəsinə dair vergilər ödənilmişdir. İddiaçı Sumqayıt ASAN Xidmət Mərkəzində mərhumun vərəsəsi kimi tanınmışdır. Bununla əlaqədar olaraq mərhum X9 adına qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi məqsədilə cavabdeh orqana 22 dekabr 2015-ci il tarixdə müraciət edilmişdir. İddiaçı tərəfindən mərhum həyat yoldaşına məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasportun verilməsi məqsədilə cavabdeh orqana xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli müraciət edilmiş və 126,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə torpaq sahəsində ölçmə işləri aparılmasına baxmayaraq, iddiaçıya çıxarış verilməmiş, iddiaçının yuxarı orqana ünvanladığı rəsmi müraciət cavablandırılmamışdır. Cavabdehin bu hərəkətsizliyi qanunsuz hesab edilir. Belə ki, iddiaçı tərəfindən tələb olunan bütün sənədlər təqdim edilmiş, sənədlər yoxlanılmış, sənədlərin qaydasında olduğu bildirilməklə dövlət rüsumu ödətdirilmişdir. Rüsumun ödənildiyi tarixdə qeyd olunan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri və kadastrının çıxarışı olmamışdır. Bundan sonra xüsusi mülkiyyətdə olan torpaq sahəsinə çıxarışın verilməsi üçün son mərhələ kimi sahənin koordinatlarının müəyyən edilməsi məqsədilə torpaq sahəsinə baxış keçirilmişdir. Məhkəmə araşdırması zamanı hakim Vəfa Əzizovanın sorğusu əsasında arxivdən mərhum X19 adına olan, 24 noyabr 1994-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 07 saylı protokol əsasında fərdi mənzil tikintisi məqsədilə Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 395 saylı ərazidə 0,05 hektar torpaq sahəsinin ayrılmasına dair sənədlər, həmin torpaq sahəsinin ayrılması barədə protokolun təsdiq edilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 1994-cü il tarixli 74 saylı sərəncamla birlikdə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2015-ci il tarixindən etibarən mərhum X9 vərəsəsi olmasını təsdiq edən şəhadətnamə, eləcə də dövlət rüsumu ödəndikdən sonra torpaq sahəsinə dair tərtib olunmuş baxış aktının surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev məktubla cavabında bildirmişdir ki, qeyd olunan torpaq sahəsi Quba Rayon Quba Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 03 saylı iclas qərarı ilə hərracların təşkili üzrə Auksion Mərkəzi ilə müqavilə bağlanması barədə qərar qəbul edilmişdir. Eyni zamanda Quba Rayon Quba Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 saylı iclasının 4-cü qərarı əsasında həmin torpaq sahəsi notarial qaydada alqısatqı yolu ilə X4 mülkiyyətinə satılmışdır. xx.xx.2023-cü il tarixində torpaq vergisinin ödənilməsi məqsədilə bələdiyyə tərəfindən **********2895 nömrəli tədiyə bildirişi təqdim edildiyi zaman iddiaçının vərəsəsi olduğu xüsusi mülkiyyət torpaq sahəsi barəsində hər hansı qərar mövcud olmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində dövlət rüsumunun ödənildiyi dövrdə qeyd olunan torpaq sahəsi üzərində ümumiyyətlə heç bir çıxarış mövcud olmamışdır. Bununla yanaşı, fevral ayının əvvəllərində torpaq sahəsinə qanunsuz müdaxilənin olması barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə edilmiş müraciət üzrə araşdırmanın aparıldığını bildikləri halda, aidiyyəti qurumlar qanunsuz əməllərdən çəkinməmiş və iddiaçının çıxarış almaq üçün rüsum ödədiyi dövrdən sonra torpaq sahəsi üzərində qanunsuz olaraq kənar şəxsə çıxarış vermişlər. Bununla da iddiaçının xüsusi mülkiyyət hüququnun bilərəkdən və qəsdən pozulduğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi məktubda sənədlərin kserosurət olması, habelə 1:2000 və 1:10000 miqyaslı xəritələrin olmaması əsas gətirilmişdir ki, bu hal qanunsuzdur. Belə ki, “Korrupsiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3.9-cu hissəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumat və sənədlərin fiziki və hüquqi şəxslərdən tələb edilməsi yolverilməzdir. Bundan əlavə, sənədlərin kserosurət olması inzibati icraata maneə kimi göstərilə bilməz, çünki bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə ziddir və sənədlər elektron sistem vasitəsilə təqdim edilmişdir. Kserosurət verilmədiyi halda məhkəməyə bu barədə yalan məlumat verilməsi baş vermişdir. Torpaq sahəsinə keçirilən baxış zamanı tərtib edilmiş baxış aktında bütün sənədlərin qaydasında olduğu göstərilmiş, yalnız başqa şəxs adına verilmiş çıxarış qeyd edilmişdir. Torpaq sahəsində baxış keçirilənədək bütün sənədlərin doğruluğu və qanuniliyi yoxlanılmış, çıxarış üçün dövlət rüsumu ödənilmişdir. Məhz bütün bu proseslər tamamlandıqdan sonra iddiaçıya məxsus xüsusi mülkiyyət torpaq sahəsinə dair son mərhələ kimi koordinatların qeydiyyatı məqsədilə baxış keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində nəzərdə tutulmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmişdir. Həmin sənədlər arasında 1:2000 və 1:10000 miqyaslı xəritələr deyil, pay torpağının təqdim edildiyi tarixə uyğun çertyojun olmalı olduğu açıq şəkildə məlumdur. Qeyd edilən çertyoj məhkəməyə təqdim edilmiş, eyni zamanda onun surəti elektron sistemə əlavə olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq, Xaçmaz Regional Ədliyyə İdarəsinin rəis müavini Qədir Paşayevin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz regional ərazi idarəsinin rəisi Qərib Həsənovun cavablarında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində təsbit edilmiş xüsusi mülkiyyət hüququna açıq-aşkar müdaxilə edildiyi görünür. Bu cavablarda BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının dövlət vəzifəli şəxs tərəfindən əmlakın talanması, mənimsənilməsi və ya məqsəddən kənar istifadəsi, nüfuz alveri və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını əks etdirən maddələrində, eləcə də Azərbaycan Respublikasının “Korrupsiya haqqında” Qanununun 9.3.6-cı hissəsində nəzərdə tutulmuş qanunsuz əməllər açıq şəkildə təsvir edilmişdir. Həmin cavablarda normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə təyinatına uyğun olmayan üstünlüklərin verilməsi faktları rahat və arxayın şəkildə göstərilmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən 30 il hüquqi əsaslarla istifadə edilən və vergisi ödənilən xüsusi mülkiyyət torpaq sahəsi barədə Qədir Paşayevin cavab məktubunda “sənədlərin olmaması”nın bildirilməsi Ədliyyə Nazirliyinin fəaliyyətini ciddi şəkildə sual altına qoyur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qanunsuz və ya qanunda nəzərdə tutulmayan əsaslarla vergi tələb edilməsinin cinayət məsuliyyəti yaratdığı açıq şəkildə göstərilmişdir. Yuxarıda qeyd edilən bütün hallar, sənədlər, qərarlar və cavablar iddiaçının xüsusi mülkiyyətinə dair baxış aktı tərtib edildikdən və çıxarışın, texniki pasportun təmin olunması tələbi ilə məhkəməyə müraciət edildikdən sonra məhkəmə prosesi zamanı məlum olmuşdur. Eyni zamanda məhkəmənin gedişi zamanı 17 fevral 2024-cü il tarixli “Müqavilənin ləğvinə dair müqavilə”dən görünür ki, Quba Rayon Quba Bələdiyyəsi ilə X10 arasında bağlanılmış 23 yanvar 2024-cü il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılıq əldə edilmişdir. Amil Fətəliyev torpaq sahəsinin hüquqi sahiblərinin mövcud olduğunu bildikdən sonra müqaviləni ləğv etməsinə baxmayaraq, məhkəmə prosesi davam etdiyi müddətdə “Daşınmaz əmlakın dövlət reyestri”ndən 12 fevral 2025-ci il tarixli, **********54 reyestr nömrəli çıxarışla 0,03 hektar torpaq sahəsi X16 adına çıxarış verilmişdir. Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 13 yanvar 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmişdir. Həmin hüquqi arxiv sənədinin, çertyojun, vergi qəbzlərinin, vərəsəlik sənədinin, nikah şəhadətnaməsinin, ölüm şəhadətnaməsinin, digər aidiyyəti sənədlərin, dövlət rüsumunun ödəniş çekinin, hətta yekun baxış aktının mövcud olduğunu bildikləri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci hissəsində göstərilmiş xüsusi mülkiyyət formasında olan və vərəsəliklə bağlı şəxsi əmlaka müdaxilə edilməsinin yolverilməz olmasına baxmayaraq, torpaq sahəsinin bələdiyyə tərəfindən satılaraq çıxarış verildiyi cavab məktublarında etiraf edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə torpaqları müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlardan ibarətdir və bələdiyyə mülkiyyətinə verilir. Həmin qanunun 8ci maddəsində xüsusi mülkiyyətdə olan torpaqlar anlayışı açıqlanmış, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və digər əqdlər nəticəsində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququnun yarandığı torpaq sahələrinin bu kateqoriyaya aid olduğu göstərilmişdir. Eyni zamanda qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsində olan torpaqların, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, bağların altında olan torpaqların qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan xüsusi mülkiyyət üzərində hər hansı sərəncam vermək səlahiyyəti bələdiyyələrə aid deyildir. Ümumiyyətlə, Dəvədabanı yaşayış massivinin bütövlükdə xüsusi mülkiyyətə verilmiş torpaq sahələrindən ibarət olması nəzərə alındıqda, vəzifəli şəxslərin bu cür hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsi ilə qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların qanuni istifadə etdikləri və ya icarəyə götürdükləri ölçüdə onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququ yerquruluşu sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vətəndaşların ərizələri və torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında həyata keçirilir. Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, istifadə, icarə, alqı-satqı, bağışlama, dəyişmə, ipoteka qoyma və vərəsəlik üzrə vermək hüquqları vardır və bu hüquqlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Torpaq Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Əgər torpaq sahəsinə dair çıxarış qanunun 10-cu maddəsində nəzərdə tutulan, torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında verilməli idisə, bu halda daşınmaz əmlakın dövlət reyestrini aparan orqan xüsusi mülkiyyətin bələdiyyə satışı yolu ilə əldə edilməsinin qanunsuz olduğunu, eləcə də “Korrupsiya haqqında” Qanunun 9.3.6-cı maddəsində göstərilən, normativ hüquqi aktların qəbul edilməsi zamanı şəxslərə təyinatına uyğun olmayan üstünlüklərin verilməsinin yolverilməzliyini bilməli idi. İddiaçı tərəfindən çıxarış və texniki pasport üçün dövlət rüsumunun ödənildiyi tarixdə torpaq sahəsi üzərində ümumiyyətlə çıxarış mövcud olmamış, Daxili İşlər Nazirliyinə edilmiş müraciətdən sonra aidiyyəti qurumlara xüsusi mülkiyyətə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq olunmasına baxmayaraq, qanunsuz hərəkətlər davam etdirilmiş, hüquqi əsasları olmayan qurumlar tərəfindən xüsusi mülkiyyətə müdaxilə edilərək kənar şəxsə qanunsuz üstünlük verilməklə çıxarış rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının, bələdiyyələrin və digər şəxslərin bu fəaliyyətə qarışmasına yol verilmir. Pozulmuş hüquqlar qanunla müəyyən edilmiş qaydada bərpa edilir və vurulmuş zərər tam həcmdə ödənilir. Bundan əlavə, Qədir Paşayevin cavab məktubunda qeyd olunan Quba Bələdiyyəsi ilə X20 arasında bağlanmış alqı-satqı müqaviləsində göstərilən hallar da qanunsuzluq əlamətləri daşıyır. Belə ki, X16 müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə, xx.xx.2025-ci il tarixli, **********54 reyestr nömrəli çıxarışın verilməsi anlaşılmazdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən bələdiyyələr torpaq satışları barədə əhalini əvvəlcədən məlumatlandırmalı, torpaqların dövriyyəsi və istifadəsi barədə seçicilərə hesabat verməlidirlər. Həmin qanunun 10.1-ci maddəsinə görə torpaq sahələrinin qiyməti normativ və bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməlidir. Dəvədabanı yaşayış massivində torpaq sahəsinin bir sotunun bazar qiymətinin minimum 7000–8000 manat olduğu halda, müqavilədə 1650 manat qiymətin göstərilməsi reallığı əks etdirmir və qiymətləndirmənin kim tərəfindən aparıldığı da sənəddə qeyd edilməmişdir. Bu hal korrupsiya əlamətləri daşıyır və belə müqavilələr hüquqi qüvvəyə malik hesab edilə bilməz. Daşınmaz əmlakın dövlət reyestri yaradılmazdan əvvəl də Azərbaycan Respublikasında xüsusi mülkiyyət hüququ Konstitusiya ilə qorunmuşdur. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin növləri, 29-cu maddəsində xüsusi mülkiyyət və vərəsəlik hüququnun təminatı, 31-ci maddəsində isə təhlükəsiz yaşamaq hüququ təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinə əsasən dövlət hər kəsin hüquq və azadlıqlarının qorunmasına təminat verir. Dövrə uyğun aparılan islahatlar əvvəllər hüquqi əsaslarla əldə edilmiş sənədlərin hüquqi qüvvədən düşməsi anlamına gəlmir. Bu hal “Torpaq islahatı haqqında” Qanunda və Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində açıq şəkildə təsbit olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3 və 4-cü maddələrindən də göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı Konstitusiya, Mülki Məcəllə və digər normativ hüquqi aktlara əsaslanır və reyestrin məqsədi keçmişdə hüquqi əsaslarla əldə edilmiş mülklərin qorunmasıdır. Beləliklə, bütün qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparan orqan sənədləri yoxladıqdan, rüsumu qəbul etdikdən və baxış aktı tərtib etdikdən sonra iddiaçının vərəsəlik və xüsusi mülkiyyət hüquqlarını qoruyaraq, keçmişdə əldə edilmiş hüquqi aktlara əsasən onu çıxarış və texniki pasportla təmin etməli idi. Yuxarıda göstərilən bütün hüquqi əsaslarla cənab Prezidentin 13 yanvar 2015-ci ildə fərmanı ilə təsdiq edilmiş hüquqi sənədin vərəsəsi olduğum halda, aşağıda adı çəkilmiş üçüncü şəxs tərəfindən qanunsuz hazırlanmış kağızlarla hansı hüquq, daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı başa düşülmür. Bu hal qanunda nəzərdə tutulmayan üstünlük verildiyinə görə Korrupsiya haqqında qanunda təspit edilmişdir. Eyni zamanda hər kəsə məlumdur ki, Dəvədabanı yaşayış massivi pay torpaqlarıdır, yəni xüsusi mülkiyyətdir (Torpaq islahatı haqqında qanun, 8-ci maddə). Yuxarıda göstərilənlərlə yanaşı, MM-nin 178.6 hissəsinə görə 30 il hüquqi əsaslarla istifadə olunan xüsusi mülkiyyət torpağı üzərində, adı aşağıda göstərilmiş üçüncü şəxsin heç bir hüquqi əsası olmadığı halda, Daşınmaz əmlakın dövlət reyestri onlara qanunda mövcud olmayan hüquqları qeydə almışdır. Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. xx.xx.2024-cü ildən gedən məhkəmə prosesinin qeydiyyatı aparılmamışdır. Hər kəsə məlumdur ki, Dəvədabanı yaşayış massivi pay torpaqlarıdır, yəni xüsusi mülkiyyətdir (Torpaq islahatı haqqında qanun, 8-ci maddə). Eləcə də hakim Rahim Həsənovun sədrliyi ilə keçirilən məhkəmə prosesində e-məhkəmə elektron sistemi vasitəsi ilə təqdim etdiyim xx.xx.2024 tarixli ərizə və xx.xx.2024 tarixli “çıxarışın verilməsi” ilə bağlı iddia dəqiqləşdirilməsinə, xx.xx.2024-cü il tarixli Məhkəmə X1 qanunsuz hərəkətlərindən şikayət ərizəmə və xx.xx.2024-cü il tarixli inzibati qurumların sənədləri təqdim etmə tələbi ilə bağlı ərizəmə baxılmamışdır. Eyni zamanda məhkəmə zalında təqdim etdiyi etiraza qərarda da münasibət bildirməmiş və məhkəmənin sonunda məhkəmədən xx.xx.2024-cü il tarixli iddiaya dəqiqləşdirmədə göstərilmiş, (qanunsuz əsaslarla başqasının adına verilmiş çıxarış ləğv edilərək, Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 7-ci hissələrindəki hüququmun qorunması məqsədilə rüsumunu ödədiyim torpaq sahəsinin çıxarışı və texniki pasportunun təmin olunmasına dair iddiasının təmin olunmasını) xahiş etməyinə baxmayaraq, bunlar qərarda əks olunmamışdır. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsidir. İş aidiyyatı üzrə, yəni rüsumunu ödədiyim, texniki baxış aktı olan torpaq sahəsinin çıxarışı və texniki pasportunun təmin olunmasına dair iddiamın təmin olunmasını xahiş edir. xx.xx.2024 ərizə və xx.xx.2024-cü il tarixli iddia dəqiqləşdirməsi (çıxarış tələbi ilə bağlı) nəzərə alınmadığına, İnzibati prosesual məcəllənin 9-cu və 68.2-1 maddələrinin tələbləri icra olunmadığına görə Mülki Prosessual Məcəllənin 229.2 hissəsinə əsasən əlavə qərarda çıxarılması üçün xx.xx.2025-ci il tarixində eməhkəmə sistemi vasitəsi ilə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixlə qərarda hakim Rahim Həsənovun 26 dekabr 2024-cü il tarixli, 2-1(118)-3822/2024 nömrəli qərarını ləğv etmişdir. xx.xx.2025-ci il tarixli qərarda X17 üçüncü şəxs kimi işə cəlb etmişdir. Belə olduğu halda, 17 fevral 2024-cü il tarixli “Müqavilənin ləğvinə dair müqavilə” olduğu halda, yeni göstərilmiş tarixdən 12 fevral 2025-ci il tarixinə kimi üçüncü şəxs olmadığı halda, məhkəmə proseslərində Konstitusiyaya zidd qərar qəbul etməklə növbəti dəfə qanunsuz üsullarla təhlükəsiz yaşamaq hüququmu pozmuş qurumun (Konstitusiya 31-ci maddə) təkrar eyni qanunsuzluğu etməsinə rəvac yaranmışdır. Məhkəmə prosesinin icrasında Konstitusion hüquqlarım pozulması əvəzinə, minimum MPM 223-cü maddəsinə uyğun olaraq cavabdehi müəyyən hərəkətlər etməyə məcbur edən qətnamə qəbul edə və ya MPM 158-ci maddəyə, xüsusən 158.1.3-cü bəndinə uyğun olaraq, yuxarıda göstərdiyim hüquqi əsaslara görə qərəzsiz, ədalətli məhkəmə araşdırmasını təmin etmək məqsədilə müvəqqəti təminat tədbirləri görmək üçün qərarda qəbul edə bilərdi. Bu qanunsuzluq məhkəmə araşdırması dövrünə təsadüf etmişdir. Hakimin yuxarıda göstərilən hərəkətsizliklərə, ərizələrə baxılmamasına, aidiyyatdan kənara çıxma hallarına, açıq aşkar qərəzli mövqeyi ilə Konstitusion hüquqlarını pozduğuna görə, ədalətli məhkəmə araşdırması (Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi) təmin edilmədiyinə əsasən xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında ədalətli məhkəmə araşdırmasını təmin etmək məqsədilə Avropa İnsan Hüquqları Konvensiyasında 21-ci maddəsində hakimliyə dair tələblərə uyğun olan hakimlə təmin edilməsi üçün etiraz təqdim etmişdir. xx.xx.2025-ci il tarixində sədr İmran Burcuyev, 2-1(118)-4501/2025 nömrəli iş üzrə hakimin dəyişdirilməsi ilə əlaqədar qərar qəbul etmişdir. X22 2-1(118)-4501/2025 nömrəli inzibati iş üzrə xx.xx.2025-ci il tarixində ilk iclas keçirilir. (xx.xx.2025-ci tarixindən 2025-ci ildə bütünlüklə onun iddiasının aidiyyatı üzrə ilk məhkəmə iclası sayılır.) Yuxarıda göstərilən bütün sənədlər, qərarlar, digər hallar iddiası üzrə məhkəmə araşdırması zamanı məlum olmuşdur. Yenə məhz məhkəmə prosesi zamanı bələdiyyənin və digər qurumların qanunsuzluğu aşkara çıxmışdır. Məhz buna görə növbəti iddiaya dəqiqləşdirmə yazmışdır. MPM-nin 53-cü və 43-cü maddələrində açıq-aydın aidiyyat üzrə bir-biri ilə əlaqədar işlərin bir icraatda birləşdirilməsini tələb etməkdədir, məhkəmə araşdırması zamanı iddianın predmetini dəyişməyə və həcmni artırmağa haqlıdır. Lakin hakim təkidlə və təziqlə ərizənin geri götürülməsini istədikdə, həmin mülkiyyətin bələdiyyə mülkiyyəti adlandırması etiraz təqdim etməyinə səbəb olmuşdur (etiraza qərardad qəbul edilməyib). Belə ki, təkidlə və təziqlə ərizəni geri götürüb başqa icraatda bələdiyyənin hərəkətlərini ayrıca mübahisələndirməsini istəməsi tam Konstitusiyanın 62-ci maddəsinə, eləcə də MPM 53, 31 və 43-cü maddələrinə ziddir. Aidiyyatın dəyişdirilməsi məhkəmənin bu mərhələsində yol verilə bilməzdi, çünki məlum bütün hallar məhkəmə prosesi zamanı məlum olmuşdur. Əgər məhkəmə araşdırması zamanı məhkəmə aidiyyatına aid olmayan hallar məlum olursa, bu halların araşdırılması üçün MPM maddə 254, Məhkəmənin icraatı dayandırmaq vəzifəsi (MPM 254.1.4) eləcə də İPM Maddə 7, mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılmasında tövsiyə olunmuş hallara əsasən qərar çıxardaraq, həmin göstərilən hallar araşdırılana qədər (MPM 258.1) icraatı dayandıra bilər. Yuxarıda göstərdiyi hüquqi əsaslara malik xüsusi mülkiyyətçi olaraq məhkəmə prosesi zamanı məlum olan qanunsuzluqların araşdırılması üçün MPM 265-ci maddəsinə əsasən xüsusi qərarda çıxarılması üçün asan imza vasitəsi ilə elektron sistemə əlavə etməsilə yanaşı, məhkəmədə şəxsən hakim oxusa da, ərizəyə əhəmiyyət verməmişdir. Mahiyyət üzrə hakimin hal-hazırkı mövqeyi, iddiasının geri götürməklə bələdiyyəyə qarşı iddia qaldırmağını istəməsi, qərarında hüquqi yardım kimi göstərilmişdir. Bələdiyyənin qərarı inzibati akt sayıldığı üçün eyni icraatda baxılmalı idi. Qanunvericilik həmin aktın qəbul edilmədiyi halda həmin akt ləğv edilməklə, o akt əsasında hüquqlar qeydə alınmış çıxarışların ləğv edildiyi göstərilməklə, çıxarışın təmin edilməsi mövzusuna baxıla bilərdi. Lakin hakim hətta qərarında bələdiyyə və üçüncü şəxsin qanunsuz əsaslarla çıxarış almış hüquqlarının qorunmasından bəhs etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə prosesində təqdim etdiyi etiraza qərar çıxarılmayıb, bələdiyyə və daşınmaz əmlakın nümayəndələri məhkəmədə iştirak etməmişdir. Protokolda bəzi qeydlərin aparılması üçün ərizə yazsa da qeydlər dəyişdirilməmiş, hətta qərarın 19-cu bəndində göstərilmiş vəziyyət, xahiş etmədiyi məhz hakimin təziqi ilə olmasını qeyd etsə də, eyni hal protokolda olduğu kimi qərarda da təkrarlanmışdır. Aidiyyatdan kənar qərar qəbul edilmiş, eyni zamanda təqdim etdiyi sənədləri qərarda göstərilməməsi, çertyoj və ya yanlışlıqlarla göstərilməsi, Müslümov tərəfindən göndərilən məlumat məktubunu hakim torpağın bələdiyyə mülkiyyəti olmasının sübutu kimi təqdim etmişdir. Halbuki, həmin məlumat məktubu daha öncədən bələdiyyənin onun o ərazidə mülkiyyət sahibi olmağından xəbərinin olması ilə əlaqədar sənədlərlə birlikdə işə əlavə edilmişdir. Cavabdeh tərəflərin məhkəmədə iştirak etməməsinə etiraz edilsə də, proses zamanı protokola əlavə edilməmiş, protokolda düzəliş edilməsi üçün ərizə yazılsa da, qərarda həmin düzəliş əks olunmamışdır. İşə mahiyyətdən kənara çıxmaqla baxılıb, sübutlar araşdırılmayıb, hətta 13 yanvar 2015-ci ildə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş sənədlər (çertyoj ilə birlikdə) hüquqi qüvvəsi qanunvericilikdə nəzərdə tutulduğu kimi göstərilməmişdir (24 noyabr 1994-cü ildə Quba rayon İcra Hakimiyyətinin Quba şəhər İcra nümayəndəliyi tərəfindən 07 saylı Protokol əsasında fərdi mənzil tikintisi məqsədi ilə Quba şəhəri Dəvədabanı yaşayış massivində 395 saylı ərazidə 0,05 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə protokolun təsdiq edilməsi barədə Quba rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə Nümayəndəliyi tərəfindən 30 noyabr 1994-cü il tarixli 74 saylı sərəncam verilmişdir). Bunun əvəzinə bələdiyyənin qanunvericiliyə zidd protokoluna qanunda nəzərdə tutulmayan üstünlük verilmişdir. Belə ki, MPM-nin 9.3 bəndinə görə, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu hərəkət hakimlərin etik davranış kodeksinə zidd olmaqla yanaşı, vətəndaşın konstitusion hüquqlarına, eyni zamanda Korrupsiya haqqında qanunun 9-cu maddəsində tövsiyə olunmuş haldır. Yəni məhkəmə qərarı Konstitusiyaya uyğun olmalıdır. Beləliklə, məhkəməyə, Avropa İnsan Hüquqları Konvensiyasının birinci Protokolu, "Mülkiyyət Hüququ", mülkiyyətin qorunmasını tənzimləyən qanunu, Azərbaycan Respublikasının Konstitusiyasının mülkiyyət, vərəsəlik və qərəzsiz məhkəmə tələblərinin qorunmasını, dövlətin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qeyriqanuni üstünlük verilməsi ilə şəxsi əmlakın talan olunması, mənimsənilməsi və ya başqa cür məqsəddən kənar istifadəsini həyata keçirdiyi, vəzifələri əsasında ona tapşırılmış hər hansı əmlakın vəzifəli şəxsin özü və ya digər fiziki və hüquqi şəxslərin cinayət və korrupsiya yolu ilə əldə edilmiş sənədlərlə mənfəətinə talan edilməsini, mənimsənilməsini və ya məqsəddən kənar istifadə edilməsini, bunun qəsdən edilməsi ilə Cinayət Məcəlləsində təsbit edilmiş hallar olduğu məlumdur. Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanın 13-cü maddəsində bu kimi hallar ağır hüquqpozma kimi nəzərdə tutulur. Bu halda hakim, BMT-nin korrupsiya əleyhinə Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq məhkəmənin aliliyini qorumaqla qərar qəbul etməli idi. Konstitusiyanın 26, 60, 68, 29, 127-ci maddələrinin 2-ci hissəsində və 129-cu maddənin 1ci hissəsində təsbit olunmuş hüquqlarım, xüsusi mülkiyyət və vərəsəlik hüququm qorunmaqla, özbaşnalıqdan müdafiə olunmalı, qanuna və sübutlara əsaslanmış qərəzsiz məhkəmə hüququm təmin olunmalı idi. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununda təsbit edilmiş, sui-istifadəyə gətirən bütün hallar nəzərə alınmaqla, Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsində göstərildiyi kimi vətəndaşın vəziyyətini yaxşılaşdıran bütün hallar nəzərə alınmaqla, özbaşnalıqla və qanunsuz əsaslarla alınmış çıxarış ləğv edilməklə, xüsusi mülkiyyət sahibinin hüquqları təmin edilərək çıxarış təmin edilməli idi. Bütün yuxarıda göstərilən hallar nəzərə alınmaqla, İnzibati prosesual məcəllənin 12.4-cü maddəsinin tələblərinə əsasən inzibati qurumdan sənədlər tələb olunmalı, bu qanunun 58.7-ci maddəsinə uyğun olaraq sübutlar tam araşdırılmalı idi. Qərar qəbul olunan zaman İPM 9 və İPM 68.2-1-ci maddələrinə riayət olunmamışdır. Təhlükəsiz yaşamaq hüququm, qərəzsiz məhkəmə hüququmla yanaşı, Konstitusiyanın 26, 60, 68, 29, 127-ci maddələrinin 2-ci hissəsində və 129-cu maddənin 1-ci hissəsində təsbit olunmuş hüquqlarımı pozmaqla Konstitusiyaya zidd qərar qəbul olunmuşdur. Məhkəmələr tərəfindən bu qaydada qərarların qəbul olunması vətəndaş olaraq məhkəmələrə olan inamımı sarsıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq qeyd etmişlər ki, birinci instansiya məhkəməsinin hakiminin məhkəmə iclasında (sonuncu) hansı tələbinin müdafiə etməsi ilə bağlı sualını düzgün başa düşməmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk öncə onu qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən ona düzgün hüquqi yardım edilmədiyini qeyd etsə də, sonuncu məhkəmə iclasının (xx.xx.2025-ci il) məhkəmə iclas protokolu və məhkəmə iclasının audio-video yazısı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edillmişdir. Belə ki, məhkəmə tərəfindən İPM-in 12 və 13-cü maddələrinin tələblərini əsasən iddiaçı və onun nümayəndəsinə məhkəmənin sorğuları əsasında daxil olmuş orqanların cavab məktubları və onlara qoşma şəklində əlavə edilmiş sənədlərin məzmununu elan edərək bildirilmişdir ki, Bələdiyyə qərarı əsasında mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin X11, bir hissəsinə isə Quba bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair çıxarışlar mövcuddur. Belə olan halda isə ilk növbədə müvafiq cavabdeh orqana qarşı həmin sənədlərin etibarsızlığı və ya ləğvi məsələsi həll edilməlidir. Nəzərə alınmalıdır ki, Bələdiyyənin qərarının nəticəsi ilə bağlı hazırda cavab verməli orqan hazırki iş üzrə cavabdeh olan orqan deyil, Bələdiyyədir. Hazırda da digər şəxslərə torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrıldığı üçün hazırki tələbin (sonuncu dəqiqləşmədə göstərilən tələbin) bir hissəsinə münasibətdə mümkünlük məsələsi məhkəmə tərəfindən müzakirə ediləcəkdir. İddiaçı da məhkəmənin hüquqi yardımından sonra iddia tələbinə dəqiqləşmənin nəzərə alınmamasını, ilk iddia tələbinə yəni “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin TBK-nın 28 noyabr 1994-cü il tarixli, 7 saylı protokolu və 74 saylı 30 noyabr 1994-cü il tarixli sərəncamı əsasında mərhum həyat yoldaşı X15 Quba şəhəri, Dəvədabanı ərazisi, 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın (arayışın), texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə baxılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin xahiş hissəsində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini birbaşa göstərməsə də, onun iradə ifadəsindən, eləcə də apellyasiya şikayətinin dəlillərində qeyd edilən hallardan şikayətin mahiyyət etibarilə həmin qərarın ləğv edilməsinə yönəldiyi aydın olur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin harəkətlərini qanunsuz hesab etməklə, qanunsuz əsaslarla kənar şəxsə verilmiş çıxarış ləğv edilməklə, Quba rayon icra hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayandəliyinin TBK-nın xx.xx.1994-cü il tarixli 7 saylı Protokolu və 74 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı əsasında mərhum həyat yoldaşı X15 Quba şəhəri Dəvədabanı ərazisi 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın ,texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində ona hüquqi yardım göstərildikdən sonra həmin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini müdafiə etməyərək nəzərə alınmamasını xahiş edərək, işə ilkin iddia tələbi üzrə (həcmində) baxılmasını tələb etdiyindən apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri ilk iddia tələbi həcmində araşdırılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti kimi istinad olunan torpaq sahəsi mərhum əri X15 Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər nümayəndəliyinin 28 noyabr 1994-cü il tarixli 7 nömrəli qərarı ilə fərdi mənzil tikintisi məqsədilə ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, Lakin cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarını nəzərdən keçirərək müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi 0,05 hektar torpaq sahəsinin bir hissəsi **********54 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs O.Zaidovun mülkiyyətindədir, bir hissəsi hissəsi isə **********26 reyestr nömrəli çıxarışa əsasən Quba bələdiyyəsinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri və Torpaqların Dövlət Komitəsinə və Quba bələdiyyəsinə sorğular göndərmiş, nəticədə müəyyən edilmişdir ki, ilkin olaraq mübahisəli torpaq sahəsinin böyük hissəsi Quba bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra bir hissəsi O.Zaidova satılmış, qalan hissəsi isə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Eyni zamanda Quba bələdiyyəsinin mülkiyyət hüququnun əsasları araşdırılmış və məlum olmuşdur ki, Quba bələdiyyəsi və Quba Rayon İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti şöbəsinin rəyləri əsasında torpaq sahəsinin satılması məqsədəmüvafiq hesab edilmiş, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktı hazırlanmış, bələdiyyənin 12 iyul 2023-cü il tarixli 8 saylı iclas protokolunun 3 saylı qərarı ilə torpaq sahəsinin fərdi mənzil tikintisi üçün satılması təsdiqlənmiş və torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başlanmışdır. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna dair çıxarış və texniki sənədlər hazırlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X5 X6 digər şəxslərin adına çıxarışın mövcudluğu göstərir ki, iddiaçı tərəfindən tələb olunan hüquqlar artıq üçüncü şəxslərin mülkiyyət hüquqları ilə üst-üstə düşür və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 15.1.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən hüquqların qeydiyyatına imtina qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, inzibati orqanların verdiyi imtina qərarlarının qanuniliyini yoxlayarkən yalnız təqdim edilmiş sənədlərin araşdırılması kifayət olmadığını, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən bütün faktiki hallar araşdırılmalı və müvafiq hüquq normaları tətbiq edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim olunan sənədlərin mötəbərliyi və mübahisəli hallar araşdırılmış aidiyyəti orqanlara sorğular göndərilmiş və sonda həmin sənədlər istinad edərək qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının mərhum ərinin adına torpaq sahəsinin ayrılması faktiki olaraq mövcud olsa da, torpaq sahəsi üzərində üçüncü şəxslərin mövcud mülkiyyət hüquqları dövlət tərəfindən qorunur və bu hüquqlar dövlət reyestrində təsdiqlənmişdir. İddiaçı tələbini yalnız mərhum ərinin adına torpaq sahəsinin ayrılması ilə bağlı inzibati aktın mövcudluğuna əsaslanaraq irəli sürülmüşdür. lakin faktiki vəziyyət göstərir ki, mübahisəli torpaq sahəsi artıq üçüncü şəxslərin mülkiyyətindədir və onların hüquqları qanuni əsaslarla qorunur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə hazırda mövcud hüquqi vəziyyət birbaşa Quba bələdiyyəsinin qəbul etdiyi qərarlar əsasında formalaşmış, həmin qərarlara uyğun olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış, sonradan isə bu hüquqa əsasən torpaq sahəsinin bir hissəsi üçüncü şəxsə özgəninkiləşdirilmiş olduğundan, iddiaçının cavabdeh inzibati orqandan tələb etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yalnız və yalnız həmin bələdiyyə qərarlarının və onların nəticəsi olaraq aparılmış dövlət qeydiyyatının məhkəmə qaydasında etibarsız sayılması və ya ləğv edilməsi halında hüquqi baxımdan mümkün ola bilərdi. Halbuki iddiaçı tərəfindən nə bələdiyyənin torpaq sahəsinin mülkiyyətinə dair qəbul etdiyi qərarlar, nə də həmin qərarlar əsasında üçüncü şəxslərin adına verilmiş çıxarışlar mübahisələndirilməmiş, bu inzibati aktların qanunsuzluğunu təsdiq edən hər hansı məhkəmə qərarı təqdim edilməmiş və nəticə etibarilə mövcud və qüvvədə olan bələdiyyə qərarları aradan qaldırılmadan cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbinə uyğun çıxarış və texniki sənəd vermək öhdəliyinin qoyulması hüquqi cəhətdən əsassız olmuşdur. Yəni, iddiaçı tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının qanuniliyinə dair ayrıca tələb irəli sürülməmiş, bu hüquqların etibarsız sayılması, ləğvi və ya hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. İddiaçı mübahisəni yalnız cavabdeh inzibati orqanın hərəkətsizliyi və ya imtinası ilə məhdudlaşdırmış, lakin hazırkı hüquqi vəziyyətin əsasını təşkil edən üçüncü şəxslərə məxsus mülkiyyət hüquqlarını məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu baxımdan, üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və qüvvədə olduğu müddətdə cavabdeh orqanın həmin hüquqlara zidd olaraq iddiaçının tələbinə uyğun çıxarış verməsi hüquqi baxımdan mümkün deyildir. Bir sözlə, iddiaçının hazırki mərhələdə torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur ki, bu da iddiaçının apellyasiya şikayətində və verdiyi vəsatətlərdə göstərilən bütün dəlillərin, (o cümlədən birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilməsinə dair) əsassız olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4501/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar