Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1382/2025 30.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin torpaq sahəsinin plan-ölçü sənədinə düzəliş edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-6189/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 30 may 2006-cı il qeydiyyat tarixli, **********87-06301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,00519 ha torpaq sahəsi üzərində yerləşən 1A nömrəli, ümumi sahəsi 41,8 kv.m. olan qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Daha sonra sözügedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası İddiaçı2 tərəfindən daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu İddiaçı1 bağışlanmış, sonuncunun həmin daşınmaz əmlaklar – ümumi sahəsi 41,7 kv.m. olan qeyri-yaşayış binası və 0,00519 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Həmin qeyri-yaşayış binasına dair İddiaçı1 adına cavabdeh orqan tərəfindən 25 fevral 2015-ci il tarixli, 5131 inventar nömrəli “Texniki pasport” tərtib edilmişdir.
4. Daha sonra ünvan 1 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 36.4 kv.m qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında onun icarəsinə verilmiş, daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il, 5829 nömrəli alqı-satqı müqaviləsinə əsasən icarəçi E.Q.Əliyev sözügedən qeyri-yaşayış binasını tam dəyərlə satın almışdır.
5. Həmçinin, ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ilə E.Q.Əliyev arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 nömrəli “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” nə əsasən sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 340.0 kv.m. torpaq sahəsi də E.Q.Əliyev tərəfindən tam dəyəri ödənilməklə satın alınmışdır.
6. Müqavilə əsasında özəlləşdirilmiş daşınmaz əmlaklar - 36,4 kv.m qeyri-yaşayış binası və 0,034 ha torpaq sahəsi üzərində E.Q.Əliyevin xüsusi mülkiyyət hüququ dövlət reyestrində 06 noyabr 2015-ci il tarixdə qeydiyyata alınmış, daha sonra sözügedən əmlaklar bağışlanma müqaviləsi əsasında onun tərəfindən oğlu X8 bağışlanmışdır.
7. Hazırda ünvan 2 ünvanında yerləşən 36,4 kv.m qeyri-yaşayış binası və onun yerləşdiyi 0,034 ha torpaq sahəsi Ş.E.Əliyevin xüsusi mülkiyyətindədir.
8. Həmin qeyri-yaşayış binasına dair Ş.E.Əliyevin adına cavabdeh orqan tərəfindən 05 noyabr 2015-ci il tarixli, 9867 inventar nömrəli “Texniki pasport” tərtib edilmişdir.
9. Bundan sonra hazırkı iş üzrə İddiaçı1 cavabdeh X5 və X8 qarşı mülki qaydada məhkəmədə iddia qaldıraraq, 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 nömrəli alqı-satqı müqaviləsinin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0,00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin 2023-cü il tarixli, 2(067)-1820/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2024-cü il tarixli, 2(105)-598/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(102)- 3116/2024 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Həmçinin, yuxarıda qeyd olunan məhkəmə icraatının gedişində iddiaçı X10 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “ona məxsus torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsində inşa edilən tikilinin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. Xaçmaz Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(067)-45/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən 06 noyabr 2015-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, sahə üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(105)-435/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddiaçının mülkiyyətində olan 0,034 ha torpaq sahəsinin 7,11 kv.m. hissəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi qət edilmişdir.
16. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis və ekspert rəylərindən iddiaçıya məxsus 0,034 ha torpaq sahəsinin yalnız 7,11 kv.m. hissəsinin cavabdehlər tərəfindən zəbt olunaraq həmin hissədə tikili inşa edildiyi müəyyən edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan 0,034 ha torpaq sahəsinin 7,11 kv.m. hissəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi qət edilməlidir.
17. Həmin qərardan cavabdeh İddiaçı2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(102)-2304/2025 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Bundan sonra İddiaçı2 məxsus hüquqmüəyyənedici sənədlərdə 0,034 ha torpaq sahəsinin sərhədlərinə düzəliş edilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
19. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-M-01xx-xx/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənəd üzrə 51,9 kv.m torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətinə verilmiş, 3,45 kv.m isə texniki pasportda zəbt kimi göstərilmişdir. Hansı ki, sözügedən 3,45 kv.m X6 texniki sənədində əks olunmamışdır. İstifadə edilən mübahisəli əlavə tikili 7,30 x 2,28 ölçüdə olmaqla, 16,64 kv.m təşkil edir ki, bundan 9,64 kv.m. İddiaçı2 məxsus torpaq sahəsində, 7,04 kv.m isə Ş.E.Əliyevə məxsus torpaq sahəsində yerləşir. Ş.E.Əliyevə sənəd üzrə 340 kv.m. ərazi məxsusdur ki, bundan 46,8 kv.m. tikintialtı sahədir. Tikintialtı sahədən başqa boş ərazi küçə tərəfi istisna olmaqla tikililərlə əhatə edilmişdir. Şərqdən (təzə muzey tərəfdən) isə 26,90 metr məsafədə özünə məxsus tikiliyə kimi dəmir lövhələrlə hasarlanmışdır. Halhazırda o, faktiki 353,24 kv.m ərazidən istifadə edir ki, bundan sənəd üzrə olan sərhəddən kənarda istifadə ediləni mübahisəli tikilinin şərq hissədə 30,14 kv.m, küçə tərəfdən isə 8,11 kv.m təşkil edir. Ş.E.Əliyevin sənəd üzrə olan ərazisindən dəmir lövhə ilə hasarlanmış hissədən 21,34 kv.m sahə dəmir lövhədən çöldə qalır. Sənəd üzrə sahə dəmir lövhədən 0,80 x 1 metr məsafədən keçir. Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(067)-172/2023 nömrəli qərardadı ilə qoyulmuş suallar mütəxəssis tərəfindən qərəzsiz və aydın şəkildə, qanunamüvafiq qaydada cavablandırılmışdır. Rəydə qeyd edilən ölçülər və sxem düzgün tərtib edilmişdir. Faktiki ölçülərlə bağlı sual qoyulmamış, qərardadın tam icrası üçün ekspert tərəfindən əlavə vəsatət qaldırılmamış, əlavə və ya təkrar ekspertizanın təyin edilməsi barədə müraciət daxil olmamışdır. Texniki sənədlərdə (texniki pasportlarda) düzəliş edilməsi tələbinilə bağlı bildirilmişdir ki, texniki sənədlərdə (texniki pasportlarda) düzəliş edilməsi tərəflərin qarşılıqlı razılığı və ya məhkəmə qərarı olmadan mümkün deyil.
20. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 36,4 kv.m qeyri-yaşayış binası və 0,034 ha torpaq sahəsi üzərində X3 adına dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənəd üzrə torpaq sahəsinin planölçü sənədinin yenidən tərtib olunması və bununla bağlı reyestr məlumatlarına dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus binanın arxasında üç tərəfi bağlı olan dalanda istifadəsiz qalmış təxmini 30 kv.m torpaq sahasi var. İddiaçı torpaq sahəsini satın alanda həmin sahədə ümumi istifadədə olmuş tikili (sanitar qovşaq) var idi. Qeyd olunan ərazi dövlət ehtiyat fondunun torpaq sahəsidir. İddiaçıların qanuni və faktiki istifadəsində olan mağazanın arxasına tam bitişik ərazi qanunsuz olaraq, iddiaçıların birinci dərəcəli alıcılıq hüququ pozulmaqla, vətəndaş X1. Qeyd edilir ki, torpaq hərrac keçirilmədən, qeyri-qanuni yollarla satılmışdır. Belə ki, həmin ərazidən ona formal olaraq, 36 kv.m-lik balaca qeyri-yaşayış obyekti və həmin obyektin altında yerləşən 340 kv.m-lik boş torpaq sənədləşdirilmişdir. Satılan qeyri-yaşayış obyektinin sahəsi 36 kv.m. olduğu halda, həmin qeyri-yaşayış obyektinin tikintialtı sahəsinin 340 kv.m. olması özü şübhəli və qanunsuzdur. Belə ki, şəhərdə olan qeyri-yaşayış obyektləri (mağaza, ictimaiiaşə obyektləri, xidmət sahələri və sair) yalnız həmin tikililər və tikili altında olan torpaq sahələri ilə məhdudlaşır. Beləliklə, 340 kv.m torpaq satılarkən iddiaçının mağazasının arxasında obyektin təhlükəsizliyi üçün fövqəladə hallar zamanı çıxış yolları nəzərə alınmamışdır. Dövlət Reyestr Xidmətinin GPS ilə vurduğu koodinatlar texniki səhv vurulduğundan iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi arasında 6 kv.m. fərq vermişdir. Bu kimi hallar nəticəsində də iddiaçılara zərər vurulmuş, mənafelərinə toxunan hərəkətlər edilmişdir. Başqa sözlə, mövcud qanunvericiliyin tələbləri pozulmuşdur.
22. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-6189/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova).
24. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki qaydada olmuş mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 aprel 2025-ci il tarixli, 2(105)-435/2025 nömrəli qərarından müəyyən edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin hissədə kiçik anbar kimi istifadə olunan tikili inşa olunmuşdur. xx.xx.2006cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2, sonradan isə 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0,00519 ha torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 nömrəli və xx.xx.2006-cı il tarixli, 128 nömrəli sərəncamları əsasında verilmişdir ki, həmin torpaq sahələri də tam olaraq cavabdehlərin faktiki istifadəsində olmaqla, 7,11 kv.m sahədən ibarət tikili həmin torpaq sahəsində deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir”. Bundan əlavə, məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi də izahat verərək təsdiq etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi onların xüsusi mülkiyyətində, həmçinin, zəbt olan torpaq sahəsi ilə üst-üstə düşmür, lakin üzərində əlavə tikili inşa edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəfindən əlavə tikili inşa edilsə də, torpaq sahəsinə dair istifadə hüququnun qanuni əsası sübuta yetirilmədiyindən, üzərində dövlət reyestrində aparılmış xüsusi mülkiyyətinin qeydiyyatın ləğv edilməsi tələbinin qaldırılmasına dair iddiaçı tərəfin subyektiv hüququnun olması müəyyən edilmir.
25. Qərardaddan narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan obyektə bitişik torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən dövlət ehtiyacları torpağı olmasına baxmayaraq üçüncü şəxs – Eyyub Əliyevə satılmışdır. Torpaq sahəsi onun obyektinin arxasında yerləşdiyindən: 1.obyektinin giriş-çıxışına, 2.yanğından mühafizə məsafələrinə, 3.sanitariya-texniki tələblərə, 4.təmir və istismar imkanlarına birbaşa təsir göstərir. Mübahisə edilən 6 kv.m. sahə ilə bağlı uzunmüddətli istifadə hüququnun olmasını, yəni torpaq Eyyub Əliyevə satılmamışdan əvvəl onun faktiki istifadəsində olmasını, həmin hissədə birinci dərəcəli alıcılıq hüququnun ona məxsus olmasını qeyd edərək, torpaq sahəsinin alınmasında üstünlük hüququnun ona verilməli olmasını xahiş etsə də, buna əhəmiyyət verilməmişdir. Onun adına tərtib edilmiş texniki pasportda 3,5 kv.m. zəbt sahəsi göstərilmişdir. Hətta, onlar tərəfindən sözügedən 6 kv.m. sahə zəbt olunmuş olsaydı belə, həmin vaxt Eyyub Əliyev adlı şəxsə qeyd olunan torpaq sahəsinin də daxil olduğu əraziyə dair texniki pasport verilməməli idi. Eyyub Əliyevə texniki pasport verilərkən həmin hissə mübahisəli idi. Bu baxımdan, onunla alqı-satqı müqaviləsi bağlanması və texniki pasport verilməsi qanunsuz olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (digər İddiaçı1 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
29. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
30. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün hesab etməmişdir.
32. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir:
33. Hazırkı halda, iddiaçı üzərində X3, daha sonra isə X6 mülkiyyət hüquqları qeydiyyata alınmış 340 kv.m. torpaq sahəsinin 6 kv.m. hissəsinin iddiaçı tərəfin xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə bitişik olduğundan həmin sahənin satın alınması ilə bağlı onun üstünlük hüququnun pozulduğunu iddia edir, bu baxımdan, E.Q.Əliyevə məxsus hüquqmüəyyənedici sənədlərdə həmin torpaq sahəsinin sərhədlərinə düzəliş edilməsini tələb edir.
34. İşin hazırkı qərarın 4-8-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi əvvəlcə dövlət mülkiyyətində olmuş, daha sonra ƏMDK ilə E.Q.Əliyev arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” nə əsasən onun mülkiyyətinə verilmiş, həmin müqavilə əsasında 340.0 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır.
35. Kollegiya, ilk növbədə, bildirir ki, hazırkı halda, iddiaçı torpaq sahəsinin satın alınmasında üstünlük hüququnun pozulduğunu bildirdiyindən onun hüquqi marağı sözügedən torpaq sahəsinin E.Q.Əliyevə satılmasına dair özəlləşdirmənin təşkili və nəticələrinin mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsidir.
36. İşin hallarından görünür ki, bu məsələ İddiaçı1 tərəfindən mübahisələndirilmiş, onun cavabdeh X5 və X8 qarşı “340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 nömrəli alqı-satqı müqaviləsinin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0,00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il tarixli, 2(067)-1820/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
38. Həmçinin, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində də qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
40. Qeyd olunan mülki iş üzrə məhkəmə icraatı zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/8048 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçı X8 məxsus 340 kv.m. torpaq sahəsinin sənəd üzrə 7.11 kv.m. hissəsi cavabdehlər Rasim və İddiaçı1 tərəfindən istifadə olunur. Torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.m. ölçüsündə tikili inşa edilmişdir. İddiaçının texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.m. torpaq sahəsinin sənəd üzrə olduğu yerlə faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq var. Lakin, iddiaçının texniki pasportunda əks olunmuş 340 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarından kənarda 10 kv.m. neytral torpaq sahəsi vardır. Həmin texniki pasportda əks olunmuş sənəd üzrə cizgilər daxilində digər şəxs tərəfindən tikilmiş tikilinin tikintialtı sahəsinin 6.0 kv.m. hissəsi yerləşir.
41. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin adından bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin qismən etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilələrin qismən etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilələr bağlanarkən qanunvericilik normalarının pozuntusuna yol verilməmişdir. Belə olan halda, qeyd edilən müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin, bu müqavilələrin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların etibarsızlığı və ya ləğv olunması barədə tələb də təmin oluna bilməz. Texniki pasportda iddiaçı tərəfindən zəbt olunmuş 3,5 kv.m. ölçüdə torpaq sahəsinin göstərilməsi isə zəbtin qanuni olması anlamına gəlmir və həmin zəbt üstünlük hüququnun yaranması üçün əsas ola bilməz.
42. Göründüyü kimi iddiaçının hazırkı tələbinin əsası olaraq, eləcə də, apellyasiya şikayətinin dəlillərində bildirdiyi torpaq sahəsinin satın alınmasında onun üstünlük hüququnun olduğuna dair məsələyə tərəflər arasında əvvəllər olmuş mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilərək bu dəlili əsassız hesab edilmişdir.
43. Hətta tərəflər arasında olmuş digər mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(105)-435/2025 nömrəli qətnaməsi ilə iddiaçı X6 mülkiyyətində olan 0,034 ha torpaq sahəsinin 7,11 kv.m. hissəsində inşa edilmiş tikililərin cavabdehlər İddiaçı1 və İddiaçı2 hesabına sökülməsi də qət edilmişdir.
44. İşin sadalanan hallarına məcmu halında qiymət verən kollegiya hesab edir ki, hazırkı halda iddiaçı üstünlük hüququndan çıxış edərək 340 kv.m. torpaq sahəsinə dair X3 adına torpaq sahəsinin plan-ölçü sənədinin yenidən tərtib edilərək, koordinatlarına düzəliş edilməsinə dair iddiası üzrə subyektiv hüquqa malik deyildir.
45. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır.
46. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur.
47. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə, “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
48. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunanlara əsasən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
49. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-6189/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7