Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1384/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1285/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əlillik vəziyyətinin qiymətləndirilib 31 oktyabr 2023-cü il tarixdən “əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1-ci bəndinə müvafiq olaraq əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 26 dekabr 2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya müddətsiz 61-80% əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2003-cü il tarixdə Quba rayonu Amsar kəndində anadan olmuşdur. O, anadan gəlmə İİİ (üçüncü) dərəcəli, (bundan ağırı yoxdur) döş qəfəsinin qıfvari deformasiyası, onurğanın aşağı döş-bel tipli sağ tərəfli, birinci dərəcəli skoliozu, təngnəfəslik, ventilyasiya pozğunluğu, yerişi çətinləşməsi və tez yorulmadan əziyyət çəkir. Travmatologiya və Ortopediya institutu və Ağciyər Xəstəlikləri institutunun alimləri bunu sənədlərlə dəfələrlə təsdiq ediblər. İddiaçıya 25 sentyabr 2021-ci il tarixə kimi (yəni 18 yaşı tamam olana kimi) Dövlət tərəfindən sosial müavinət təyin edilmişdir. Lakin 18 yaş tamam olan kimi müavinəti kəsilmişdir. İddiaçı əlilliyin təyin olunub pensiya verilməsi üçün dəfələrlə Quba rayon Mərkəzi Xəstəxanasında (Quba RMX) həkim müayinəsindən keçib forma 88 ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin hər dəfə formal yazılışla imtina cavabı gəlmişdir. 7 aprel 2022-ci il tarixli, 0244003AAQVH nömrəli forma 88-ə gələn imtina səbəbi belə yazılır: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Əlillik dərəcəsini təyini üçün vacib olan xəstənin hazırkı vəziyyəti, anamnestik məlumatlar, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən köməkçi diaqnostik müayinələr, mütəxəssislərin rəyləri dəqiq və ətraflı qeyd edilməlidir”. 20 oktyabr 2022-ci il tarixli Y00036282FBS nömrəli forma 88-ə gələn imtina səbəbi belə yazılır: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təsdiq edən instrumental və laborator müayinələr tam aparılmayıb. Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinələr keçməsi məsləhətdir”. Göründüyü kimi, verilmiş imtinalar formal standart xarakter daşıyır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 16 aprel 2019cu il tarixli, 2939 nömrəli, 5 mart 2022-ci il tarixli, ********** nömrəli sənədlərindən görünür ki, iddiaçıda anadangəlmə simmetrik lll (üçüncü) dərəcəli qıfvari deformasiya, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, skolioz, yerişin çətinləşməsi, tez yorulma vardır, rentgen cavabları bunu aydın göstərir. X2 institutunun 30 dekabr 2021-ci il tarixli, 2902 nömrəli, 8 iyul 2022-ci il tarixli, 1592 nömrəli aktlarından görünür ki, iddiaçıda döş qəfəsinin İİİ (üçüncü) dərəcəli qıfvari deformasiyası və qarışıq tipli mötədil ventilyasiya pozğunluğu vardır. Necə olur ki, 18 yaş tamam olana kimi çökmüş döş qəfəsi, döş qəfəsinin qıfvari deformasiyası, İİİ (üçüncü) dərəcəli döş qəfəsi orqanlarının yer dəyişməsi xroniki vertebrogen thorokalgiya diaqnozu qoyulur, 18 yaş tamam olan kimi imtina gəlir. Quba Müalicə-Diaqnostika Mərkəzi, Mediaz Clinic tərəfindən verilmiş müayinələrin nəticələri göstərir ki, iddiaçıda xəstəliklər baş alıb gedir. Bunların hamısı onun döş qəfəsinin qıfvari deformasiyası və normal nəfəs ala bilməməyinin nəticəsidir. İddiaçı döş qəfəsinin 4,5 sm içəri batmasına görə altı ildir ki, nəfəsalmadan əziyyət çəkir. Nəfəs çatmamasına, oksigeni kifayət qədər ala bilməməyinə görə ürək döyünməsindən də əziyyət çəkir. Dəfələrlə ürəyini exokardioqramma etdirmişdir. Ürəyində mitral qapaq düzgün işləmir. İl ərzində dəfələrlə allergiya olur. İmmunoqlobulinin normadan (<100) 3,5 dəfə çox (341) olduğundan yeməklərə, geyimlərə qarşı allergiyası çox güclüdür. Bu hallar qarşısında cavabdeh tərəfindən iddiaçıya haqsız olaraq imtina göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Quba Rayon Mərkəzi Xəstəxanasının 8 aprel 2024-cü il tarixli göndərişi daxil olmuş və “Göndərişin natamam doldurulması - Səbəb: Qeyd edilən müayinə nəticələri, mütəxəssis rəyləri, şəxsin hazırkı vəziyyəti dəqiq və ətraflı qeyd edilməlidir. Qərarı: diaqnoz: “J96.1 Xroniki respirator çatmamazlıq, əhəmiyyətli dərəcədə ventilyasiya pozğunluğu TÇ-İİ dərəcə. M41.1 Gənclik idiopatik skoliozu, onurğanın döş bel tipli İİ dərəcəli skoliozu bucaq 17 dərəcə; M95.4 Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, döş qəfəsinin deformasiyası; R52.2 Digər daimi ağrı, döş qəfəsi və onurğada daimi agrılar; Q67.6 Çökmüş döş qəfəsi, anandangəlmə qıfvari deformasiya İİİ dərəcə döş qəfəsinin çökməsi döş qəfəsi orqanlarının yerdəyişməsi və sıxılması aparılmış müalicədən sonrakı vəziyyət. M42 Onurğanın osteoxondrozu, döş bel oma fəqərlərinin osteoxondrozu kökcük agrı sindromu.” əsası ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla bağlı iddiaçıya əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik altsistemində olan məlumatlara əsasən, müəyyən olundu ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə Quba Rayon Mərkəzi Xəstəxanasının 27 may 2019-cu il tarixli, 0244003AAH94 nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, 19 iyun 2019-cu il tarixdən 25 sentyabr 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən “Çökmüş döş qəfəsi, döş qəfəsinin qiffavi deformasiyası İİİ dərəcə, döş qəfəsi orqanlarının yerdəyişməsi, xroniki vertebrogen thorokalgiya” diaqnozu ilə 3 il müddətinə “ilkin” SİMU təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Quba Rayon Mərkəzi Xəstəxanasının 14 mart 2019-cu il tarixli 0244003AAQVH nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında, vətəndaşın iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbindən və əlillik dərəcəsinin təyini üçün əhəmiyyətli olan anamnestik məlumatlar, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən köməkçi diaqnostik müayinələr ətraflı qeyd edilmədiyindən tibb müəssisəsinə geri qaytarılmışdır. Quba Rayon Mərkəzi Xəstəxanasının növbəti 20 oktyabr 2022-ci il tarixli Y00036282FBS nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında, vətəndaşın iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymələndirilmiş, göndərişin natamam doldurulması səbəbindən və əlillik dərəcəsinin təyini üçün əhəmiyyətli olan anamnestik məlumatlar, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən köməkçi diaqnostik müayinələr ətraflı qeyd edilmədiyindən və ixtisaslaşmış tibb müəssisəsində aparılmış müayinə və müalicə müddəti yetərli olmadığından, tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 14 dekabr 2023-cü il tarixdə məhkəmə qərardadı əsasında Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. 14 dekabr 2023-cü il tarixdə cavabdeh tərəfindən xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri fiziki hərəkət zamanı döş qəfəsində ağrılar, təngnəfəslik, ürəkdöyünmə, nəfəs alıb vermənin çətinləşməsindən olmuşdur. Təqdim etdiyi sənədlər arasında, Elmi X6 İnstitutunun 29 dekabr 2021-ci - 30 dekabr 2021-ci il tarixli ambulator xəstənin tibbi kartasından 2902 nömrəli və 22 iyun 2022-ci - 23 iyun 2022-ci il tarixli ambulator xəstənin tibbi kartasından 1592 nömrəli çıxarışına əsasən diaqnoz “Döş qəfəsinin deformasiyası, qarışıq tipli mötədil ventilyası pozğunluğu”, aparılmış spirometriya müayinəsinin nəticəsi (31 avqust 2021-ci il taixdə) “Qarışıq tipli mötədil ventilyası pozğunluğu”; Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 16 aprel 2019-cu il tarixli 2939 nömrəli arayışına əsasən diaqnoz “Onurğanın aşağı döş-bel tipli sağ tərəfli birinci dərəcəli skoliozu. Döş qəfəsinin anadangəlmə ikinci dərəcəli gifvari deformasiyası, təngnəfəslik ilə” və 5 mart 2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Döş qəfəsinin anadangəlmə simmetrik üçüncü dərəcəli qıfvari deformasiyası, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. Onurğanın anadangəlmə sağ tərəfli birinci dərəcəli döş-bel tipli skoliozu. Yerişin çətinləşməsi və tez-tez pozulması ilə” şəklində göstərilmiş, 12 iyun 2020ci il tarixdə “Mediaz Klinika”da aparılmış exodopplerkardioqrafiya müayinəsinin nəticəsi “Mitral qapaq prolapsı (yüngül dərəcə) kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 80 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, bədən kütlə indeksi 18 olmuş (boy: 170 sm, çəki: 52 kq), döş qəfəsində deformasiya müşahidə edilmişdir. 14 dekabr 2023-cü il tarixdə cavabdeh orqan tərəfindən vətəndaşa aparılmış spirometriya müayinəsinin nəticəsi “FVC 81%, FEV1 94%, FEV1/FVC 69%, PEF 27%: qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qiymətləndirilmiş, EXO-KQ müayinəsinin nəticəsi “Aorta normaldır. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%). Mitral qapaqlar fibrotikdir. Mitral qapağın ön tayının orta scallopunun cüzi prolapsı. Mİn MR. Min TÇ. Perikard təmizdir” şəklində qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələri nəzərə alınaraq vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək, 20 oktyabr 2022-ci il tarixli Y00036282FBS nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 26 oktyabr 2022-ci il tarixdə qiymətləndirilmiş, “Əsas diaqnoz: Q67.6. Çökmüş döş qəfəsi, çökmüş döş qəfəsinin qıfvari deformasiyası. İİİ dərəcə onurğanın sağ tərəfli, İİİ dərəcəli skoliozu bucaq 30 dərəcə döş qəfəsinin deformasiyası çanağın deformasiyası. Ağırlaşma: R52.2 Digər daimi ağrı, daimi ağrı.” diaqnozu ilə 31 oktyabr 2023-cü il tarixədək “ümumi xəstəlik” səbəb-əlaqəsilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 18 aprel 2024-cü il tarixli, xxxxxxx0007 nömrəli qərarı ilə göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının 10 dekabr 2024-cü il tarixli,xxxxxxx0008 nömrəli qərarı ilə İddiaçı “Diaqnozun təsdiqini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının 10 dekabr 2024-cü il tarixli, 3-17-4/3-1-26720/2024 nömrəli qərarı ilə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən 8 aprel 2024-cü il tarixli, A00182361TGR nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. 29 noyabr 2024-cü il tarixli “Əyani müayinə aktı”ndan görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin A00182361TGR nömrəli göndərişi əsasında 24 aprel 2024-cü il tarixdə qiymətləndirilmiş və imtina barədə qərar verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində Əsas diaqnoz: Çökmüş döş qəfəsi, anadangəlmə qıfvari deformasiya əlil dərəcə döş qəfəsinin çökməsi döş qəfəsi orqanlarının yerdəyişməsi və sıxılması aparılmış müalicədən sonrakı vəziyyət Ağırlaşma: Xroniki respirator çatmamazlıq. əhəmiyyətli dərəcədə ventilyasiya pozğunluğu TÇ-İİ dərəcə Ağırlaşma: Gənclik idiopatik skoliozu. onurğanın döş bel tipli ll dərəcəli skoliozu bucaq 17 dərəcə Şikayətləri təngnəfəslik. döş qəfəsində olan ağrılardandır. Dəri və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı, kafi inkişaf etmişdir. Periferik limfa düyünləri patologiyasızdır. Sümük-əzələ sistemi Döş qəfəsində çəkməsi döşü tipli deformasiya müayinə olunur. Tənəffüs sistemi: Perkutor səs aydındır. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərinin sayı dəqiqədə 18-19 dəfədir. Ürək-qan damar sistemi patologiyasızdır. Həzm sistemi patologiyasızdır. Sidik-cinsiyyət sistemi patologiyasızdır. Sinir sistemi (psixi status) Bəbəkləri d=s Göz almaların hərəkətləri kənarlara doğru tamdır. Üzü simmetrik Huşu aydındır, burun dodaq büküşləri simmetrikdir, parez yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1285/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 dekabr 2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən iddiaçıya 61-80% müddətsiz əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olması qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Göndərişin natamam doldurulması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Göndərişin natamam doldurulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xəstəlik hallarını təkzib edən heç bir sübut təqdim etmədən, imtina və şikayətin dəlili kimi istinad etdiyi hallara dair heç bir tibbi sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin iddiaçı barəsində qəbul etdiyi qərarın əsaslılığı və qanuniliyi formal olaraq təkzib edilmişdir. İddiaçı xx xxxxxxxx 2003-cü il tarixində Quba rayonu Amsar kəndində anadan olmuşdur. O, anadangəlmə 111 (üçüncü) dərəcəli (bundan ağırı yoxdur) döş qəfəsinin qıfvari deformasiyası, onurğanın aşağı döş-bel tipli sağ tərəfli 11 (ikinci) dərəcəli skoliozu, qarışıq tipli ventilyasiya pozğunluğu, nəfəsalmadan, nəfəsçatmamazlıqdan, təngnəfəslik, yerişin çətinləşməsi və tez yorulmadan, ürəyin mitra qapağınm 1 dərəcəli prolapsı, immunoqlobulinin normadan (<100 ) 3,5 dəfə çox (342) olduğuna görə allergiyadan əziyyət çəkir. İddiaçı, diaqnozda göstərilən xəstəliklər anadangəlmədir. Ona 25 sentyabr 2021-ci il tarixinə kimi, ( yəni 18 yaşı tamam olana kimi) Dövlət tərəfindən ilkin SİMU (sağlamlıq imkanları məhdud uşaq) kimi sosial müavinət təyin edilmişdir. 18 yaşı tamam olan kimi müavinət kəsilmişdir. İddiaçı əlilliyin təyin olunub pensiya verilməsi üçün dəfələrlə Quba rayon Mərkəzi Xəstəxanasında (RMX) həkim müayinəsindən keçib, forma-88 ilə TSEK-a müraciət etmiş, lakin hər dəfə “göndəriş natamam doldurulmuşdur” kimi formal cavablarla, imtina gəlmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərardadından sonra, o, 14 dekabr 2023-cü ildə TSEK-da əyani müayinədən keçmiş və ona bir illik müddətinə ( 26 oktyabr 2022-ci ildən 31 oktyabr 2023-cü ilə kimi) orqanizmin funksiyalarının 40% pozulması ilə pensiya təyin edilmişdir. Bu müddət keçdikdən sonra TSEK-nin 26 dekabr 2024-cü il tarixli xxxxxxx0009 nömrəli qərarından narazı qalaraq, Sumqayıt İnzibati Məhkəməsinə yenidən müraciət olunmuşdur. Əlavə olaraq məhkəmədə ekspertlə canlı telefon bağlantısı yaradılmış və bildirilmişdir ki, iddiaçı hal-hazırda ekspertiza rəyində göstərilmiş xəstəlikdən əziyyət çəkir. Çünki əsas xəstəlik anadangəlmədir. Bu səbəbdən də ağırlaşmalar verəndən xroniki vəziyyətə keçmişdir. Müalicəsi vəziyyətin düzəlməsinə gətirib çıxarmır. İddiaçının vəziyyətinin yaxşı olmadığını, daha da ağırlaşacağını qeyd etmişdir. Həmçinin, əsas xəstəliyin tənəffüs pozğunluğu ilə müşayiət olunduğunu, Q67-də qeyd olunan döş qəfəsi xəstəliyinin 11 (ikinci) dərəcə əlilliyə uyğun gəldiyini bildirmişdir. Beləliklə, aydın olur ki, iddiaçıda qeyd olunmuş diaqnoz və ona uyğun xəstəliklərin ağırlaşmaları mövcuddur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdehin 26 dekabr 2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi və ona müddətsiz 61-80% əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona ümumi xəstəlik səbəbi ilə “Çökmüş döş qəfəsi, döş qəfəsinin qiffvari deformasiyası İİİ dər. döş qəfəsi orqanlarının yerdəyişməsi.xr.vertebrogen thorokalgiya” diaqnozu ilə üç il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra xx.xx.2022-ci il taixində yenidən TSEK-də müayinədən keçmiş və göndərişin natamam doldurulması səbəbi ilə ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixində müayinədən keçmiş və ona ümumi xəstəlik səbəbi ilə “Q67.6 Çökmüş döş qəfəsi, çökmüş döş qəfəsinin qıffvari deformasiyası İİİ dər onurğanın sağ tərəfli İİİ dərəcəli skoliozu bucaq 30 dərəcə döş qəfəsinin deformasiyası çanağın deformasiyası Ağırlaşma R52.2 Digər daimi ağrı, daimi ağrı” diaqnozu ilə bir il müddətinə orqanizm funksiyalarının 40% pozulması ilə əlillik təyin edilmişdir. Eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 26 oktyabr 2022-ci il tarixdə “Əsas diaqnoz: Q67.6. Çökmüş döş qəfəsi, çökmüş döş qəfəsinin qıfvari deformasiyası. İİİ dərəcə onurğanın sağ tərəfli, İİİ dərəcəli skoliozu bucaq 30 dərəcə döş qəfəsinin deformasiyası çanağın deformasiyası. Ağırlaşma: R52.2 Digər daimi ağrı, daimi ağrı.” diaqnozu ilə 31 oktyabr 2023-cü il tarixədək “ümumi xəstəlik” səbəb-əlaqəsilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – Q67.6 “Çökmüş döş qəfəsi, anadangəlmə qıfvari deformasiya İİİ dərəcə döş qəfəsinin çökməsi döş qəfəsi orqanlarının yerdəyişməsi və sıxılması aparılmış müalicədən sonrakı vəziyyət”, ağırlaşmaları: M95.9 “Çanağın qazanılma deformasiyaları, çanağın deformasiyası və çanaq orqanları funksiyasının pozulması”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması”, J96.1 “Xroniki respirator çatmamazlıq, əhəmiyyətli dərəcədə ventilyasiya pozğunluğu TÇ-İİ dərəcə”, M41.1 “Gənclik idiopatik skoliozu, onurğanın döş bel tipli İİ dərəcəli skolizu bucaq 17 dərəcə”, M95.4 “Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, döş qəfəsinin deformasiyası”, R52.2 “Digər daimi ağrı, döş qəfəsi və onurğada daimi ağrılar”, M42 “Onurğanın osteoxondrozu, döş bel oma fəqərlərinin osteoxondrozu kökcük ağrı sindromu” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-4324/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının yaşadığı ünvan üzrə (evində) canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 20 (iyirmi) gün müddət təyin olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 dekabr 2024-cü il tarixli, 3-17-4/2-33688/2024 nömrəli məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində 11 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X11-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1285/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş T335/2025 nömrəli, 19 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “iddiaçının adına iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Quba rayon mərkəzi xəstəxanası”nda tərtib edilmiş 5 aprel 2024-cü il tarixli, A00182361TGR saylı “Forma 88” göndərişində qeyd edilmiş “Q67.6-döş qəfəsinin çökməsi, döş qəfəsi orqanlarının yerdəyişməsi və sıxılması, aparılmış müalicədən sonrakı vəziyyət. Ağırlaşmalar: M95.5 - çanağın qazanılma deformasiyaları, çanağın deformasiyası və çanaq orqanları funksiyasının pozulması, R26.8 - hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması, J96.1 - xroniki respirator çatmamazlıq, əhəmiyyətli dərəcədə ventilyasiya pozğunluğu; TÇ-İİ dərəcə, M41.1 - gənclik idiopatik skoliozu, onurğanın döş bel tipli İİ dərəcəli skoliozu bucaq 17 dərəcə, M95.4 - döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, döş qəfəsinin deformasiyası, R52.2 - digər daimi ağrı, döş qəfəsi və onurğada daimi ağrılar, M42 - onurğanın osteoxondrozu, döş, bel-oma fəqərələrinin osteoxondrozu, kökçük ağrı sindromu” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuşdur. İddiaçı 29 aprel 2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “X1”na müayinəyə göndərilmiş və həmin tarixdə müayinədə “Onurğanın döş-bel tipli soltərəfli ikinci dərəcəli skoliozu, döş qəfəsinin anadangəlmə asimmetrik üçüncü dərəcəli qıfvari deformasiyası, təngənəfəslik ilə, yerişin çətinləşməsi (M41, Q67.6, İ96.1, R26.8)” diaqnozu qoyulmuşdur. 30 aprel 2025-ci il tarixdə “X2 İnstitutu”nda spirometriya müayinəsində restruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur.” Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında sözügedən ekspert rəyini tərtib edən ekspert dindirilmiş və izahatında bildirmişdir ki, iddiaçı hal-hazırda ekspertiza rəyində göstərilmiş xəstəlikdən əziyyət çəkir. Çünki əsas xəstəlik anadangəlmədir. Bu səbəbdən də ağırlaşmalar verəndən xroniki vəziyyətə keçmişdir. Müalicə alandan sonra vəziyyəti yüngülləşə bilər, lakin vəziyyətinin düzəlməsinə gətirib çıxarmır. Mövcud olan vəziyyəti ağırlaşmadan saxlanılması üçün müalicə almalıdır. İddiaçının vəziyyətinin yaxşı olmadığını, müvafiq şəraitə düşdüyü təqdirdə daha da ağırlaşacağını qeyd etmişdir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi, izahatı və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarından görsənir ki, iddiaçının ilkin əlilliyi onun 18 yaşının tamam olmasından əvvəl müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində, həmçinin rəyi tərtib edən ekspert tərəfindən verilən məlumatda da iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin mövcudluğu bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliklərin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması ilə onun tələbində haqlı olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz “Göndərişin natamam doldurulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1285/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.