Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-139/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan:Sumqayıt şəhəri, Sülh prospekti, 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 22 avqust 2016cı il tarixli 2-1(85)-818/2016 nömrəli qərarı ilə rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016cı il tarixli2-1(105)-330/2016 qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarının icrası ilə bağlı İcra Hakimiyyətində yaradılmış komissiyanın 22 avqust 2017-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidən qurulması və yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığına, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq İddiaçı həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin tələb edilməsi qərara alınmışdır. İddiaçı 2018-ci il 27 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 8 saylı 22 avqust 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunverici tərəfindən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar konkret şəkildə sadalanmışdır. Lakin iddiaçının əsaslandığı hallardan heç biri cavabdehin 22 avqust 2017-ci il tarixli 8 saylı qərarının etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2020 il tarixli 2- 1(105)-87/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1214/2020 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, artıq cavabdeh tərəfindən onun tələbi tam təmin edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsni xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçının tələbi tam olaraq təmin edilmiş, tərəflər arasında hər hansı mübahisə qalmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş qeyridövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktından görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı vətəndaş İddiaçı məxsus Sumqayıt şəhəri, 36cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41,64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək iddiaçının tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55, 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın etibarsız sayılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6
Məhkəmə qərarları › İş №2-1(105)-139/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-139/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver