Məhkəmə qərarları › İş №2-1(105)-1390/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1390/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1390/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-205/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 hektar və 0.81 hektar torpaq sahələri üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-205/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-81/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K. Dəmirov -sədrlik edən, H.Ç. Babayeva və R.Ə. Ağayev) Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı qismən - Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin olunamaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək, Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. “Müqəddəs Torpaq” X2 nümayəndəsi Ərəbov İsmət Osmanpaşa oğlu Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək, “Müqəddəs Torpaq” X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-81/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə “Müqəddəs Torpaq” X2 üçüncü şəxs qismində işə cəlb olunmasına dair vəsatəti təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-81/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarının iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edildiyi hissədə ləğv olunmasını və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. “Müqəddəs Torpaq” X3 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-172/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 81/2022 nömrəli qərarı iddianın rədd olunan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.0 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması, Qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-81/2022 nömrəli qərarından verilmiş kassasiya şikayəti təmin edilməməsi, “Müqəddəs Torpaq” KFT tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-81/2022 nömrəli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)-172/2023 saylı qərarı qanuni qüvvəyə mindiyi üçün icraya yönəldilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 172/2023 saylı qərarının icra edildiyi və İddiaçı adına **********85, **********86 reyestr nömrəli, **********, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışlar hazırlandığı qeyd edilmişdir. Lakin iddiaçının nümayəndəsi-vəkili Vəkil1 tərəf Sumqayıt İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, mübahisə predmeti olan torpaq sahələrinin təyinatının turizm torpaq sahələrinə aid olmasına baxmayaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edildiyini və göstərilən hal ilə bağlı məhkəmə tərəfindən tədbir görülməsini xahiş etmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-172/2023 saylı məhkəmə qərarının izah edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-205/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2023cü il tarixli, 2-1(102)-172/2023 saylı qərarının icrası zamanı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələrinə plan və ölçü sənədinin tərtib edilməsi və Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin təyinatı “yaşayış məntəqlərinin torpaqları” kimi başa düşülməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qəradadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, qəradaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin buraxılması üzürlü hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə müvafiq məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə cavabdehə elektron kabinetə yerləşdirilməklə təqdim edilmiş, apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası 2-1(105)-1390/2025 nömrəli inzibati iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclası xx.xx.2026-cı il tarixdə saat 10:00 təyin olunmuşdur. İnzibati iş məhkəmənin icraatında olarkən Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 5 yanvar 2026-cı il tarixli 1-8-6/2-14/2026 nömrəli məktub ünvanlanaraq, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinə baxılması üçün inzibati işin Ali Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıaraq hesab edir ki, hazırki iş apellyasiya baxışından çıxarılaraq sorğu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 87-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(105)-1390/2025 nömrəli iş apellyasiya baxışından çıxarılsın və Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar