Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1392/2025 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:
1. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,185 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətində olmuş, torpaq sahəsinə dair onun adına DƏDRX-nin Abşeron Ərazi Idarəsi tərəfindən ##.##.2009-cu il tarixli, AA seriyalı, ****** nömrəli “xxxx” tərtib edilmişdir.
2. Daha sonra Yaşar Abdıyev mülkiyyətində olan həmin torpaq sahəsinin 0,06 ha hissəsini alqı-satqı müqaviləsi əsasında X1, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ reyestrdə qeydiyyata alınaraq, adına reyestrdən çıxarış və ##.##.2015-ci il tarixli, AA seriyalı, ****** nömrəli “xxxx” tərtib edilmişdir.
3. Bundan sonra isə Əkbər Hüseynov mülkiyyətində olan həmin sahəni ## ###### 2021-ci il tarixdə iddiaçı İddiaçı satmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən, sözügedən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsi (kateqoriyası: kənd təsərrüfatlı torpaqları) xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Iddiaçı ərizə ilə cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə müraciət edərək, xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə dair xxxx sənədlərinin verilməsini xahiş etmişdir.
6. Cavabdeh ##.##.2025-ci il tarixli, ******/*-****/** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, ## ###### 2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı sözügedən torpaq sahəsinin yerinin dəyişdirildiyi müəyyən olunmuşdur.
7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair adına “xxxxnün” hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair reyestrdən adına çıxarış verilməsinə baxmayaraq, plan-ölçü sənədi verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, DƏDRX-nin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmə sorğusuna verdiyi ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktuba görə, elektron məlumat bazasında müayinə olunan torpaq sahəsi JN-4427 və JN-**** nömrəli dövlət aktları ilə tam olaraq üst-üstə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı istəyinə yalnız o halda nail ola bilər ki, başqa şəxsin adına tərtib edilmiş müvafiq sənədlərin etibarlılığını və ya onların tərtibi ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirsin. Bunun üçün o, əvvəlcə inzibati orqana müraciət etməli, imtina edildiyi təqdirdə isə məhkəmədə ayrıca iddia qaldıraraq qeyd olunan hallara hüquqi qiymət verilməsinə nail olmalıdır. Həmin məsələlər hazırkı iddianın predmeti olmadığından, bu icraat çərçivəsində onların yoxlanılması və irəli sürülən tələbin əsaslılığının müəyyən edilməsi qeyri-mümkündür. Nəticə etibarilə, iş üzrə müəyyən edilmiş hallar (mülkiyyət hüququnun başqa şəxslərin adına qeydiyyata alınması) mövcud iddianın təmin edilməsinə imkan verməmişdir.
12. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq elektron məlumat bazasına əsasən müayinə olunan torpaq sahəsinin tam olaraq JN-4427 və JN-**** nömrəli dövlət aktları ilə üst-üstə düşdüyünü bildirmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçıya qarşı heç bir şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsilə bağlı müraciət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasının aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
14. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayəti müdafiə etmiş, həmçinin məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adına “xxxxnün” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
19. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı: 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır: - 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; - 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; - 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ...
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. Işə baxan məhkəmə mübahisəli torpaq sahəsinin başqa şəxslərin adına verilmiş dövlət aktlarındakı torpaq sahələri ilə üst-üstə düşdüyündən həmin sənədlərin qanuniliyinə ayrıca hüquqi qiymət verilmədən hazırkı iddia tələbinin əsaslılığının müəyyən edilməsinin mümkün olmaması əsası ilə iddianı rədd etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının məqsədi və tələbi torpaq sahəsinin naturada (faktiki yerində) hüdudlarının müəyyən edilməsi və ya digər şəxslərlə fiziki sərhəd mübahisəsinin həlli deyil, məhz ona verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədə (çıxarışa) uyğun olaraq sırf sənəd üzrə plan-ölçünün verilməsidir.
26. Inzibati Prosessual Məcəllənin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının verdikləri izahatlarla, irəli sürdükləri tələblərlə məhdudlaşmır. Məhkəmə proses iştirakçılarının qeyri-dəqiq ifadə olunmuş tələblərini aydınlaşdırmağa, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməyi təklif etməyə borcludur. Birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə iddiaçının əsl hüquqi marağını araşdırmadan, naturada üst-üstə düşmə faktını əsas götürərək iddiaçıya hüquqi marağına uyğun (yəni "sənəd üzrə" torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi kimi) tələbini dəqiqləşdirməyi təklif etməmiş və bununla da işin hallarının araşdırılması vəzifəsini pozmuşdur. Iddiaçı məhz apellyasiya instansiyası məhkəməsində bu hüquqdan istifadə edərək tələbinin sənəd üzrə plan-ölçünün verilməsi olduğunu dəqiqləşdirmişdir.
27. Beləliklə, müəyyən edilir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı dövlət reyestrindən verilmiş ## ###### 2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən müvafiq plan və ölçü sənədinin (sənəd üzrə) tərtib edilərək ona verilməsinə nail olmaqdan ibarətdir.
28. Cavabdeh torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğunu (koordinat sürüşməsini) əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi tam olaraq JN- 4427 və JN-**** nömrəli dövlət aktları ilə üst-üstə düşmüşdür.
29. Məhkəmə kollegiyası cavabdehin dəlilini və birinci instansiya məhkəməsinin buna dair mövqeyini əsassız hesab edir.
30. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq cavabdehin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur və mübahisə predmeti olan torpaq sahəsinin yerinin dəyişdirilməsi səbəbindən üst-üstə düşmə halı yaranmışdır.
31. Bundan başqa, sorğuya cavaba əlavə edilmiş ərazinin orfo-foto xəritəsindən çıxarışdan, habelə torpaq sahəsinin planı sənədindən torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərq olduğu, lakin hər iki torpaq sahəsinin sərhədləri və ümumi konfiqurasiyasının tam uyğunluq təşkil etdiyi müəyyən edilir.
32. Ərazidə koordinat sürüşmələrinin olduğunu nəzərə alaraq, kollegiya Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanının tələblərini xatırladır. Həmin Fərmana əsasən, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması səlahiyyəti Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə (və onun tabeliyindəki müvafiq orqana) həvalə edilmişdir.
33. Bu baxımdan, kollegiya qeyd edir ki, inzibati orqanın özünün daxili informasiya sistemlərində, o cümlədən elektron kadastr xəritələrində yaranmış texniki "DWG sürüşmələri" (sistem xətaları) mütləq şəkildə müvafiq inzibati orqanların məsuliyyət dairəsinə aid olan məsələdir. Hüquqi dövlət prinsipinin mühüm elementlərindən olan hüquqi müəyyənlik tələb edir ki, inzibati orqanın fəaliyyətindəki çatışmazlıqlar və ya texniki uçot sistemindəki qüsurlar vətəndaşın zərərinə təfsir edilə və onun Konstitusiya ilə qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Ərazidəki koordinat sürüşmələrinin aradan qaldırılması dövlətin (müvafiq orqanın) birbaşa vəzifəsi olduğundan, bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz.
34. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, maddi hüquq ilə bu hüququn texniki qeydiyyatı (uçotu) məsələləri bir-birindən fərqləndirilməlidir. Iddiaçının sözügedən 0,06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ cavabdeh inzibati orqanın özü tərəfindən ## ###### 2020-ci il tarixdə artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona ************ reyestr nömrəli çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin planölçü sənədi isə həmin çıxarışın ayrılmaz tərkib hissəsi olan, əmlakın məkan göstəricilərini əks etdirən köməkçi texniki sənəddir. Mövcud və qanuni qüvvədə olan maddi hüquq (mülkiyyət hüququ) mübahisələndirilmədən və ləğv edilmədən, inzibati orqanın sırf texniki kadastr uyğunsuzluğunu bəhanə edərək plan-ölçü sənədini verməkdən imtina etməsi faktiki olaraq mülkiyyət hüququnun reallaşdırılmasını mümkünsüz edir.
35. Işin hallarına "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş "etimad hüququnun qorunması" prinsipinin prizmasından yanaşdıqda da aydın olur ki, etimad hüququ təkcə inzibati aktlara deyil, inzibati orqanların rəsmi bəyanatlarına və inzibati praktikasına (faktiki xarakterli hərəkətlərə) da şamil olunur. Vətəndaşın dövlətin verdiyi rəsmi təsdiqedici sənədə (çıxarışa) olan etimadı mütləq qorunmalıdır. Əgər dövlət bir orqanı vasitəsilə şəxsin mülkiyyət hüququnu tanıyır və qeydiyyata alırsa, daha sonra eyni orqan "koordinat üst-üstə düşməsi" adı ilə bu hüququn məkan göstəricilərini əks etdirən texniki sənədi verməkdən imtina edə bilməz. Çıxarış qüvvədə olduğu müddətcə, inzibati orqanın bu texniki sənədi vermək məsələsində hər hansı mülahizə səlahiyyəti yoxdur, bu onun üçün məcburi xarakter daşıyır.
36. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə və Xidmətin müvafiq Nizamnaməsinin 1.3-cü bəndinə əsasən, bu növ inventarlaşdırma və kadastr planlarının hazırlanması vətəndaşın deyil, bilavasitə cavabdeh Xidmətin birbaşa vəzifəsidir. Yaranmış kadastr xətalarının yerquruluşu qaydasında aradan qaldırılması prosesinin uzanması isə iddiaçının ziyanına şərh edilə bilməz.
37. Analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)-***/**** nömrəli, eləcə də, digər 2-1(102)- 2246/2022, 2-1(102)-853/2023, 2-1(102)-1436/2023, 2-1(102)-1138/2023, 2-1(102)- 1601/2023, 2-1(102)-2092/2023, 2-1(102)-3013/2023 və *-*(***)-***/**** nömrəli qərarlarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını yanlış qiymətləndirməklə və tələbi rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair sənəd üzrə onun adına “xxxx” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.