Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-14/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X7, X4, Nümayəndə2, X6, X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2676/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.
2. Я № 118538 nömrəli diplomun surətindən görünür ki, 1974-xx.xx.1978-ci il X14 texnikumunda təhsil almışdır.
3. İddiaçının adına açılmış ЗТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
4. İddiaçı xx.xx.1977-xx.xx.1977-ci illərdə PR-9 Tbilisi узловая КВ dəmir yolunda, xx.xx.1978-xx.xx.1978-ci illərdə PR-9 Tbilisi узловая КВ, xx.xx.1980-xx.xx.1982-ci illərdə X3, xx.xx.1983-xx.xx.1983-cü illərdə Tbilisi СMУ ИЗДЕЛИЯ, xx.xx.1983-xx.xx.1983-cü illərdə 2 nömrəli Mexanika İdarəsində, xx.xx.1983-xx.xx.1988-ci illərdə X3, xx.xx.1988xx.xx.1989-cu illərdə Mexanizasiya və Nəqliyyat İdarəsində, xx.xx.1989-xx.xx.1991-ci illərdə SMU-9 trestində, xx.xx.1991-xx.xx.1992-ci illərdə Rustavi 9 nömrəli Trestində, xx.xx.2009-xx.xx.2018-ci illərdə "xxxx" ASC-də, xx.xx.2018-xx.xx.2018-ci illərdə "xxxx" MMC-də, xx.xx.2018 - xx.xx.2022-ci illərdə "xxxx" ASC-də işləmişdir.
5. Gürcüstan Ədliyyə Nazirliyi Milli Arxivinin xx.xx.2019-cu il tarixli AA********** nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi Rustavi Metallurgiya zavoduna yol quraşdırıcısı, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə kimi X3 maşinist işləmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilməklə təqdim edilən sənədlərdə qeyd olunan onun ümumi iş stajının 25 ildən az (22 il 5 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bu günədək 8 il 9 ay), güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 19 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövlər təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39360,00 manat (minimum əmək pensiyası məbləğinin artımı ilə əlaqədar) hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 25664,54 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 1977-ci il tarixdən hal-hazıradək olan müddət üçün ümumilikdə 25 ildən artıq sosial sığorta stajına malikdir. Bu müddətdən 13 ildən artıq hissəsini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Qeyd olunan idarə tərəfindən ona ünvanlanmış 20 iyun 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi iş stajının 25 ildən az (22 il 5 ay 5 gün), güzəştli iş stajının isə 12 il 6 aydan az (7 il 6 ay 19 gün) təşkil etdiyinə və pensiya kapitalının kifayət qədər olmadığına görə onun müraciətinin təmin olunmasından imtina edilir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
10. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı məxsus əmək kitabçasında qeyd olunan Gürcüstanda işlədiyi xx.xx.1992-ci il tarixədək dövrlər sığorta stajına daxil edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən İddiaçı ümumi iş stajı 25 ildən az, cəmi 22 il 5 ay 5 gün təşkil etdiyini, (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1978xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı ildən hazırki tarixədək 8 il 9 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az ((7 il 6 ay 19 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Digər tərəfdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 39360,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25664,54 manat təşkil edir. Məhz buna görə də Y. İ.Talıbova qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
11. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2676/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsil, hərbi xidmət və işlədiyi dövrlərin hamısı nəzərə alınmaqla ümumi iş stajı 26 il 10 ay 5 gün təşkil edir. Lakin onun xüsusi iş stajı 12 il 6 aya qarşı cəmi 7 il 6 ay 19 gün təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə ki, iddiaçının əmək kitabçasında sadalanan peşələrdən yalnız onun xx.xx.1980-xx.xx.1982ci illərdə Rustavi Metallurqiya zavodunda işlədiyi yol montyoru və xx.xx.1983-cü ildən xx.xx.1989-cu il tarixədək kran maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verən peşələrə aiddir.
13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı şikayətində işin hallarına və müvafiq qanunvericilik normalarına istinad etməklə göstərir ki, cavabdeh inzibati orqan onun ümumi iş stajını hesablayarkən xx.xx.2009-cu il tarixdən hal-hazıradək olan dövr üçün olan iş stajını nəzərə almamışdır. Onun 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək ümumilikdə 13 il 07 ay 21 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Belə ki, xx.xx.1978xx.xx.1978 (26 gün) X14 Qovşağında yol mantyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nərliyyat adlanan 21-ci bölməsinin 21.4-cü bəndinin təsiri altına düşür. xx.xx.1980-xx.xx.1982 (02 il 04 ay 23 gün) X3 yol mantyoru qeyd olunan Siyahının Metallurgiya istehsalatı adlanan 3-cü bölməsinin 3.1-ci bəndinin təsiri altına düşür. xx.xx.1983-xx.xx.1988 (04 il 10 ay 05 gün) X3 metallurgiya istehsalatında kran maşinisti qeyd olunan Siyahının Metallurgiya istehsalatı adlanan 3-cü bölməsinin 3.1-ci bəndinin təsiri altına düşür. xx.xx.2012-xx.xx.2018 (05 il 10 ay 12 gün) "xxxx" ASC-də sahə ustası qeyd olunan siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 29-cu bölməsinin 29b bəndinin təsiri altına düşür. xx.xx.2018-xx.xx.2018 (03 ay) “Meliorasiya və Su İnşaat MMC-də sahə ustası qeyd olunan Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 29-cu bölməsinin 29b bəndinin təsiri altına düşür. xx.xx.2018xx.xx.2019 (02 ay 15 gün) “Avro X8 "xxxx" ASC-də sahə ustası qeyd olunan siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 29-cu bölməsinin 29b bəndinin təsiri altına düşür. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil, hərbi xidmət və işlədiyi dövrlərin hamısı nəzərə alınmaqla ümumi iş stajı 26 il 10 ay 5 gün təşkil edir. Lakin onun xüsusi iş stajı 12 il 6 aya cəmi 7 il 6 ay 19 gün təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə ki, iddiaçının əmək kitabçasında sadalanan peşələrdən yalnız onun xx.xx.1980-xx.xx.1982-ci illərdə X3 işlədiyi yol mantyoru və xx.xx.1983-cü ildən xx.xx.1989-cu il tarixədək kran maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verən peşələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2-ci bəndinə əsasən “Metallurgiya” sahəsində metallurgiya istehsalatının kran maşinistləri və magistrala çıxan yollarda məşğul olan yol mantyorları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. İddiaçının əmək kitabçasında digər peşələr həmin siyahıda nəzərdə tutulmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı xüsusi (güzəştli) iş stajı ilə bağlı tələbi ödəməmişdir. Məhkəmənin bu əsaslandırması ilə razı deyil. Belə ki, qeyd etdiyi kimi onun 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə ümumi iş stajı 26 il 10 ay 06 gün təşkil edir. Bu müddətin 13 il 97 ay 21 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir.
15. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
17. Cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında- işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
21. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu Maddə 1. “V” bənd. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər.
22. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndi: Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.
23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: e) ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. 13-cü maddəsinin birinci hissəsinin b) bəndi: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.6-cı bəndi: Sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Qaydalara 2 nömrəli Əlavə (2.4.1-ci bənd) Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"
27. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
31. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi xüsusi iş stajı 12 il 6 aya qarşı cəmi 7 il 6 ay 19 gün təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə ki, iddiaçının əmək kitabçasında sadalanan peşələrdən yalnız onun xx.xx.1980-xx.xx.1982-ci illərdə Rustavi Metallurqiya zavodunda işlədiyi yol montyoru və xx.xx.1983-cü ildən xx.xx.1989-cu il tarixədək kran maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verən peşələrə aiddir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajı və güzəştli şərtlərlə stajı ilə bağlı müxtəəlif fərqli arayışlar təqdim etmişdir. Belə ki, imtinasında cavabdeh inzibati orqan ümumi iş stajı və güzəştli iş stajını mübahisələndirmiş, məhkəmə kollegiyasının iclaslarında isə cavabdeh inzibati orqanın nümayəndələri güzəştli iş stajının 14 il 5 ay olduğunu, yalnız ümumi iş stajını mübahisələndirdiklərini bildirmişlər.
39. Məhkəmə kollegiyası ilk öncə iddiaçının mübahisələndirilməyən güzəştli staj dövrü ilə bağlı aşağıdakıları qeyd edir.
40. İddiaçının xx.xx.1980-xx.xx.1982-ci illərdə Rustavi Metallurqiya zavodunda işlədiyi yol montyoru və xx.xx.1983-cü ildən xx.xx.1989-cu il tarixədək kran maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verən peşələrə aiddir. Həmin dövr üzrə xüsusi iş stajı 7 il 6 ay 19 gün təşkil edir
41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 2-ci bəndinə əsasən “Metallurqiya” sahəsində metallurgiya istehsalatının kran maşinistləri və magistrala çıxan yollarda məşğul olan yol montyorları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir.
42. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 206/23 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC-də tikinti sahəsində sahə ustası vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “X2 EVRASCON” ASC-də tikinti sahəsində sahə ustası vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin adı dəyişdirilərək “X2 EVRASCON” ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bölməsinə əsasən (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) güzəştli əmək stajı 7 il 1 ay 12 gün təşkil edir.
43. Beləliklə iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı 14 ildən çox güzəştli iş stajı mövcuddur. Bunu məhkəmə kollegiyasının iclaslarında cavabdeh inzibati orqanın nümayəndələri də bildirmişlər.
44. İddiaçının ümumi iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
45. Əmək kitabçasından, diplomun surətindən görünür ki, iddiaçı aşağıdakı müddətlərdə işləmiş, təhsil almış və hərbi xidmət keçmişdir. 1974-xx.xx.1978-ci il X14 texnikumunda təhsil aldığı illər (4 il) xx.xx.1977-xx.xx.1977- ci illər-(4 ay) PR-9 Tbilisi узловая КВ dəmir yolu xx.xx.1978-xx.xx.1978-ci illər- (26 gün) PR-9 Tbilisi узловая КВ xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmət dövrü (2 il) xx.xx.1980-xx.xx.1982-ci illər- (2 il 4 ay 24 gün) Rustavi Metallurgiya zavodu xx.xx.1983-xx.xx.1983-cü illər-6 ay 8 gün Tbilisi СMУ ИЗДЕЛИЯ xx.xx.1983-xx.xx.1983-cü illər-2 ay 24 gün 2 nömrəli Mexanizasiya İdarəsi xx.xx.1983-xx.xx.1988-ci illər- 4 il 10 ay 6 gün Rustavi Metallurgiya zavodu xx.xx.1988-xx.xx.1989-cu illər-3 ay 16 gün Mexanizasiya və Nəqliyyat İdarəsi xx.xx.1989-xx.xx.1991-ci illər- 2 il 2 ay 3 gün “Qruzselxozstroy” SMU-9 tresti xx.xx.1991-xx.xx.1992-ci illər 1 il 5 ay 14 gün 9 №li Rustavi Tresti Təmir-Tikinti- Quraşdırma İdarəsi xx.xx.2009-xx.xx.2018-ci illər- 9 il 10 gün "xxxx" ASC xx.xx.2018-xx.xx.2018-ci illər- 3 ay 1 gün "xxxx" MMC xx.xx.2018-xx.xx.2022-ci illər- 3 il 3 ay 13 gün "xxxx" ASC
46. Beləliklə qeyd edilən dövrləri topladıqda iddiaçının 26 il 10 ay 29 gün ümumi stajının olduğu müəyyən olunur.
47. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi təhsil dövrü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan diplomun surətindən də görünür ki, iddiaçı 1974xx.xx.1978-ci illərdə X14 texnikumunda təhsil almışdır.
48. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: e) ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:..ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.
49. Yuxarıda istinad olunan normaların məzmunundan göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Bu səbəbdən, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla da cavabdehin həmin dəlili əsassız hesab olunur. 1974-1978-ci illərdə X14 texnikumunda əyani təhsil aldığına görə həmin dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
50. Təhsil müddəti ilə bağlı o da qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1977-xx.xx.1977-ci il (4 ay) və xx.xx.1978-xx.xx.1978-ci illər (26 gün) üzrə təhsil aldığı müddət ərzində həm də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən kollegiya həmin dövrlərdə işlədiyi müddəti hesablamadan ümumi stajın hesablanmasını qanuni hesab edir. Bu əsasla iddiaçının 26 il 10 ay 29 gün deyil, ondan 4 ay 26 gün çıxılmaqla, yəni 26 il 6 ay 3 gün ümumi iş stajının olması nəticəsinə gəlir.
51. Cavabdehin imtinasının pensiya kapitalının mövcud olması tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı ilk öncə ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
52. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır.
53. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
54. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
55. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmiş və xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin– dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
56. Beləliklə kollegiya işin aradşırılan hallarını və qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.
57. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.
58. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.
59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2676/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.