Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-140/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1332/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2007-ci il tarixli 21 nömrəli qərarı ilə prespektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədilə satılmış 0,08 hektar torpaq sahəsinə aid torpaqayırma sənədlərinin yerquruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərilməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli 11 saylı iclas qərarının ləğv edilməsi və cavabdehin xx xxxxxx 2007-ci il tarixli 21 nömrəli qərarı ilə prespektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədilə satılmış 0,08 hektar torpaq sahəsinə aid torpaqayırma sənədlərinin yerquruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərilməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(085)-1332/2019 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) iddia tələbi təmin edilmişdir. Qərarın surəti məlumat üçün tərəflərə göndərilmiş, apelyasiya şikayəti daxil olmamış, xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün cavabdehə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə qərarının qanuni qüvvəsini almasına baxmayaraq cavabdeh tərəfindən icra edilmədiyini bildirmiş, ərizəsini nəzərə alaraq, qərarın məcburi icraya yönəldilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən qərar məcburi icraya yönəldilmiş, icra vərəqəsi yazılaraq xx xxxxxx 2020-ci il tarixdə icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra edilməsi üçün cavabdehə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1332/2019 saylı qərarından apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, inzibati prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin vaxtı və yeri barədə lazımi məlumat verilməmiş və bu səbəbdən məhkəmədə iştirak edə bilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq müddətin bərpasına dair ərizəyə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti xx xxxxxx 2019-cu il tarixli müşayiətedici məktubla xx xxxxxx 2020-ci il tarixdə sifarişlixəbərnaməli poçt vasitəsi ilə cavabdehə göndərilmiş və cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişi katibə “Hacıbalayeva” soyadlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. (iş materiallarının 71-ci vərəqi). İşdən isə görünür ki, cavabdeh apellyasiya şikayətini poçta xx.xx.2020-ci il tarixdə (7 ay keçdikdən sonra ) təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh apelyasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına mötəbər sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin 4 və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Apelyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apelyasiya mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən verilmiş ərizə təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(085)-1332/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-140/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-140/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver