Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-140/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2N2N-ci il tarixli, 2- N(NN8)-N598/2N2N nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Yaycı kəndində anadan olmuş, erməni faşistlərinin torpaqların işğalından müdafiəsi zamanı döyüş bölgələrində vuruşmuşdur. Belə ki, o, xx.xx.N2-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissələrin tərkibində xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, N il 6 ay həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçmişdir. Vəzifəsi ixtisara düşdükdən sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Abşeron rayon hərbi komissarlığına göndərilmişdir. Bütün bu qeyd etdiyi faktlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2N2N-ci il tarixli, 255 nömrəli arayışda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2NN6-cı il tarixli, 9/2-3N88 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “7N4 №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 4N №-li əmrində (əsəs: səh.36, sıra-86: qeyd: əmrində soyadı Əliyev yazılmış, adı və atasının adı tam yazılmamış və əmr hərbi hissə komandiri tərəfindən bağlanılmamışdır) şəxsi heyətin adlı siyahısında adı göstərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: NN.N6.92-ci il tarixli kitab səh.NN qeyd: məlumatda X9 yazılmış, təvəllüdü isə qaralanaraq “74” yazılmışdır) N6.92-ci il tarixdə Abşeron rayon hərbi komissarlığından çağırılmış, xx.xx.N974-cü il təvəllüdlü olması barədə qeyd edilmiş, xidməti barədə isə qeydiyyat aparılmamışdır”. Bundan əlavə, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2NN9-cu il tarixli, 9/2-8485 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.37, qeyd: əmrdə atasının adı Məhəmmədəli yazılmışdır) X3 xx.xx.N2-ci il tarixdə Abşeron rayon hərbi komissarlığından çağırılması, xx.xx.N2-ci il tarixdə hərbi hissəyə daxil olması və komandirin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə 5-ci MAT-a keçirilməsi barədə məlumatın olduğu, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrində (əsas: səh.44, sıra 85, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 5NN km-lik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Gözətçi bölüyünü sıravi əsgəri X6 fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 94 №-li əmrilə (əsas: səh. N26, 3) əsgər yeməkxanasında yeməklə təmin olunmuşdur”. Onun xidməti dövründə heç bir fərarilik hadisəsi baş verməmişdir. Kitaba bu cür salınmasının səbəbi biriqada tərkibində yerdəyişmələri zamanı onun hərbi biletinin onunla bərabər qeydiyyata salınmadığı üçün iddiaçı hərbi xidmətdə ola-ola onun hərbi biletini fərarilər siyahısına salmışdılar. İddiaçının səyi nəticəsində onun hərbi biletinin tapılmasını tələb edən zaman adı fərarilər siyahısında aşkar olunmuş və bundan sonra həmin siyahıdan çıxarılaraq, əmrlər kitabına salınmışdır. Bunu sübuta yetirmək üçün onun kifayət qədər şahidləri vardır. Komendant tağımının ştatdan xaric olunmuş əsgər X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə (əsas: səh.N22, 7, sıra-2) hərbi xidmətini davam etdirmək üçün 5-ci motoatıcı tabora təyin olunmuşdur. Bundan əlavə qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin avqust N2-ci il tarixli, sentyabr noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində Əlizadə (Əliyev) Mahir Məmmədəli oğlunun xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Onunla döyüşdə iştirak edən yoldaşları onun bu qeyd etdiklərinə şahiddirlər. Hətta onunla eyni bölgədə döyüşən əsgər yoldaşlarına “Müharibə veteranı” adı və vəsiqəsi də verilmişdir. Lakin o, uzun müddətdir ki, sürünür və sübutları olduğu halda ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən əsassız şəkildə imtina edilmişdir. İddiaçı ilk öncə əlində olan sübutlar və arxiv arayışları ilə birlikdə Müdafiə Nazirliyinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2N2N-ci il tarixli, l/Ə-635N nömrəli məktubunda bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N2N-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2NN9-cu il tarixli 2-8485 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin avqust N2-ci və sentyabr-noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müraciətləri müsbət həllini tapmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasını İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin hərbi xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 sentyabr 2NN8-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 23 aprel 2N2N-ci il tarixli 9/2-3372 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N mart N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N mart N4xx.xx.N4-cü il tarixli nizami hissə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya N3 mart 2N2N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2N2N-ci il tarixli, 2-N(NN8)-N598/2N2N saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əlizadə (Əliyev) Mahir Məmmədəli oğlu xx.xx.N2-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissələrin tərkibində xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, N il 6 ay həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçmişdir. İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N5N nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdehin etiraz ərizəsində göstərdiyi nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N4-xx.xx.N4-cü il tarixli nizami hissə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında göstərilən N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N5N nömrəli əmri qanuni əsaslarla verilmişdir. Belə ki, İddiaçı müddətdən artıq hərbi qulluqçu olduğuna görə müharibə dövründə hərbi xidməti xx.xx.NN-ci il tarixindən xx.xx.N6-cı il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərarlara uyğun tətbiq etmək düzgün deyildir. Bu səbəbdən də iddiaçı qanunvericiliyin tələblərinə görə hərbi xidmətdən tərxis olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zaman döyüşlərdə iştirak etməsi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi hüququnu qazanmış olur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi arxivinin 23 aprel 2N2N-ci il tarixli 9/2- 3372 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 94 nömrəli əmri ilə fərarilikdən qayıtdığı üçün əsgər yeməkxanasında yeməklə təmin olunması, N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli 56 nömrəli əmri ilə 5-ci motoatıcı tabora təyin olunması qeyd edilmişdir. İddiaçı hərbi hissəni özbaşına tərk etmiş, fərarilikdən qayıtdıqdan sonra N noyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Beləliklə də, iddiaçı N noyabr N3-cü il tarixdə fərarilikdən qayıtsa da həmin tarixdən xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına əsasən NN dekabr N3-cü il tarixdən N2 may N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçı həmin hərbi hissədə xidmət keçdiyi dövrdə hərbi hissə bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 23 aprel 2N2N-ci il tarixli və N7 avqust 2N2N-ci il tarixli arayışlarında X6 barədə məlumatlar qeyd edilmiş, bu ziddiyət də işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 nomrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında... Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat: N.6. NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N9. Mötəbərlik prezumpsiyası N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. N9.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N4. Sübut etmə vəzifəsi N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2N2N-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Bundan başqa, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi deyil, həmçinin şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli, 255 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.N2-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə gedən döyüşlərdə iştkirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2NN9-cu il tarixli, 9/2-8485 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.37, qeyd: əmrdə atasının adı Məhəmmədəli yazılmışdır) X3 xx.xx.N2-ci il tarixdə Abşeron RHK-dan çağrılması, xx.xx.N2-ci il tarixdə hərbi hissəyə daxil olması və komandirin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə 5-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrində (əsas: səh.44, sıra-85, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 5NN km-lik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məiumat vardır. Gözətçi bölüyün sıravi əsgəri X6 fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 94 №-li əmrilə (əsas: səh.N26, §3) əsgər yeməkxanasında yeməklə təmin olunmuşdur. Komendant tağımının ştatdan xaric olunmuş əsgəri X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə (əsas: səh.N22, §7, sıra-2) hərbi ximətini davam etdirmək üçün 5-ci moto-atıcı tabora təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin avqust N2-ci il tarixli, sentyabr, noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində Əlizadə (Əliyev) Mahir Məmmədəli oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7 avqust 2N2N-ci il tarixli, 4/2-279 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: N2 N3, səh-37, soyadı “Əliyev”, atasının adı Məhəmmədəli yazılmışdır) xx.xx.N2-ci il tarixində Abşeron RHK-dan çağırılmış, sıravi X3 xx.xx.N2-ci il tarixdə hərbi hissəyə daxil olması və hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə 5-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrində (əsas: səh-44, sıra-85, əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 5NN km-lik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Mərkəzi Arxivdə olan N () №-li hərbi hissə komandirinin N8 iyun N2-N2 dekabr N2-ci il və 7N4 №-li hərbi hissə komandirinin yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrlərində Əlizadə (Əliyev) Mahir Məmmədəli oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Gözətçi bölüyün sıravi əsgəri X6 fərarilikdən qayıtdığı üçün N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 94 №-li əmrilə (əsas: m§-3, səh-N26, əmrdə soyadı “Əliyev”yazılmışdır) əsgər yeməkxanasında yeməklə təmin olunmuşdur. Komendant tağımının ştatdan xaric olunmuş əsgəri X6 N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 56 №-li əmrilə (əsas: §-7, səh-N22, sıra-2, əmrdə soyadı “Əliyev” yazılmışdır) hərbi ximətini davam etdirmək üçün 5ci motoatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissənin N4-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-79, məlumatda soyadı “Əliyev” yazılmışdır) xx.xx.N2-ci il tarixdə Abşeron RHK-dan çağırılmış, xx.xx.N974-cü il təvəllüdlü, sıravi X4 hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixdə (əmrin nömrəsi yazılmamışdır) hərbi hissənin siyahısına salınması barədə məlumat qeyd olunmuş və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında «переведен СВ/службу» sözləri yazılmışdır, lakin əmrin tarixi və nömrəsi qeyd edilməmişdir N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmrində (əsas: şəxsi heyət üzrə əmrdə; §-7, sıra-N, əmrdə soyadı “Əliyev”, atasının adı “Məhəmməd Əli” yazılmışdır) baş çavuş X2 öz ərizəsinə əsasən, xx.xx.N4-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunması barədə məlumat vardır. Qeyd edirik ki, sorğuda Əlizadə (Əliyev) Mahir Məmmədəli oğlunun müddətdən artıq həqiqi hərbi xidmətdə olma dövrü dəqiq göstərilmədiyindən əlavə araşdırma apara bilmirik. Apellyasiya şikayətlərinə əlavə edilmiş məktublarda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdə yaranıb. xx.xx.N3-xx.xx.N4-cü ilədək, 8NN nömrəli hərbi hissə xx.xx.N2-xx.xx.N2-ci ilədək və xx.xx.N2-xx.xx.N3-cü ilədək döyüş əməliyyatlarından iştirak edib. N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. İşə apellyasiya qaydasında baxılarkən işin hallarının araşdırılması məqsədilə Müdafiə Nazirliyinə müxtəlif məzmunlu sorğular verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N22-ci il tarixli, 4/33245 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.N2-xx.xx.N2-ci və xx.xx.N3xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N22-ci il tarixli, 4/2-32N8 nömrəli məktubunda göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrində (əsas: səh.-44, sıra-85; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 5NN km-lik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan, N () №-li hərbi hissə komandirinin xx.xx.N2 iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində Əlizadə (Əliyev) Mahir Məhəmmədəli oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NN/2872 nömrəli xx.xx.2N22-ci il tarixli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, N nömrəli hərbi hissə müdafiə nazirinin N7 aprel N2-ci il tarixli NN25 nömrəli əmri ilə yaradılmışdır. N nömrəli hərbi hissə müdafiə nazirinin N6 noyabr N2-ci il tarixli N389 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bazasında yaradılmış, müdafiə nazirinin N4 oktyabr N3-cü il tarixli N23N nömrəli əmri ilə təlim motoatıcı briqada kimi formalaşdırılmış və müdafiə nazirinin 3N mart N4-cü il tarixli NNN2 nömrəli əmri isə motoatıcı kimi yenidən təşkilatlanmışdır. Göründüyü kimi iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sənədlərlə iddiaçının xx.xx.N2-ci il tarixdən N nömrəli hərbi hissədə (xx.xx.N2-xx.xx.N2-ci və xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən), xx.xx.N4-cü il tarixdən N nömrəli hərbi hissənin bazasında yaradılmış təlim motoatıcı briqada kimi formalaşdırılmış N nömrəli hərbi hissədə (xx.xx.N2-ci il tarixdə yaradılmış) xidmət etməsi və hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçməsi, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmri ilə öz ərizəsinə əsasən, xx.xx.N4-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunması faktı təsdiqini tapır. Cavabdeh inzibati orqanın iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamağı barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərarilikdən qayıtmağı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7 avqust 2N2N-ci il tarixli, 4/2-279 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmri ilə öz ərizəsinə əsasən xx.xx.N4-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçməsi və hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmri ilə öz ərizəsinə əsasən xx.xx.N4-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunması iş materialları ilə təsdiqini tapdığından, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2N2N-ci il tarixli, 2-N(NN8)-N598/2N2N nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ NN25, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 7N) vasitəsilə kassasiya şikayəti verilə bilər.