Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1401/2025 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyəti “kişi”-dən “qadın”-a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: AZ-IV № ****** saylı “Doğum haqqında şəhadətnamə”dən görünür ki ki, İddiaçı ##.##.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası X1r. Iş materiallarında ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli tibbi arayışlardan görünür ki, iddiaçı cinsiyyətin “kişi”dən “qadın”a dəyişmək məqsədi ilə cərrahiyə əməliyyatı keçirmək üçün müraciət etmiş, ##.##.2024-cü ildə Tailandın Banqkok şəhərində X4 Dəri Köçürmə texnikasından istifadə etməklə cinsiyyət dəyişmə əməliyyatı keçirmişdir. Lakin tibbi arayış əməliyyat keçirdiyi ölkədə (Tailand Krallığında) leqallaşdırılmamışdır (apostil edilməmişdir). Iddiaçı daha sonra cavabdeh orqana Bakı şəhəri Cavabdeh qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyəti “kişi”-dən “qadın”-a dəyişiklik edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubuna əsasən tibbi sənin leqallaşdırılmamasını əsas götürərək onun müraciətinin icrasından imtinə edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyəti “kişi”-dən “qadın”-a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ##.##.1995-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydində soyadı “Əlizadə”, adı “Pərvin”, ata adı “Nəriman oğlu”, doğum tarixi “##.##.1995-ci il”, cinsi “kişi” qeyd edilmişdir. Iddiaçı ##.##.2022-ci ildə soyadını və adını “Məhərrəmov Süleyman”dan “İddiaçı”ə dəyişdirmişdir. Bu barədə ##.##.2022-cı ildə * saylı Bakı “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində ** nömrəli adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilmişdir. Iddiaçı bildirmək istəyir ki, ##.##.2024-cü ildə Tailandın Banqkok şəhərində Looks Klinikasında cinsiyyət dəyişmə əməliyyatı olmuşdur. Əməliyyatı uğurla tamamlanmışdır və kişi cinsiyyət orqanlarından qadın cinsiyyət orqanlarına fiziki dəyişiklik həyata keçirilmişdir. Iddiaçı uşaqlıqdan özünü qadın kimi hiss etmiş, əməliyyatdan 3 il əvvəl hormon terapiyası qəbul etmiş, 8 ildir qadın həyatı yaşayır və bundan məmnundur. Iddiaçı Cavabdeh doğum haqqında akt qeydində cinsiyyətinin “kişi” dən “qadın”a dəyişdirilməsi üçün Klinikadan iddiaçıya verilən tibbi arayışla müraciət etmişdir. Lakin tibbi arayış leqallaşdırılmadığı üçün qeydiyyat şöbəsi iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilməsindən imtina etdi. Iddiaçı Tailandda tibbi arayışın leqallaşdırılması ilə əlaqədar olaraq dəfələrlə müraciət etsə də, həmin ölkədə buna nail ola bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarına əsasən: ....
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: .... cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; .... cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir. ....
vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; HYPERLINK "https://eqanun.az/framework/4543" \l "_edn13" \o "" vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. ....
“Inzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iş materiallarında ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli tibbi arayışlardan görünür ki, iddiaçı cinsiyyətin “kişi”dən “qadın”a dəyişmək məqsədi ilə cərrahiyə əməliyyatı keçirmək üçün müraciət etmiş, ##.##.2024-cü ildə Tailandın Banqkok şəhərində X4 Dəri Köçürmə texnikasından istifadə etməklə cinsiyyət dəyişmə əməliyyatı keçirmişdir. Lakin tibbi arayış əməliyyat keçirdiyi ölkədə (Tailand Krallığında) leqallaşdırılmamışdır (apostil edilməmişdir). Iddiaçı daha sonra cavabdeh orqana Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyəti “kişi”-dən “qadın”-a dəyişiklik edilməsi ilə bağlı müraciət etsə də, tibbi sənin leqallaşdırılmamasını əsas götürərək onun müraciətinin icrasından imtinə edilmişdir. Iddiaçının hüquqi marağı doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyəti “kişi”-dən “qadın”-a dəyişiklik edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş halların iddiaçıya şamil edilə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə xüsusi tibbi bilik tələb edən halların müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Iddiaçı İddiaçı faktiki olaraq cinsiyyət dəyişmə əməliyyatı keçirmişdirmi? Keçirmişdirsə, həyata keçirilmiş cərrahi müdaxilənin növü, həcmi və tibbi nəticələri nədən ibarətdir?
2. Keçirilmiş tibbi müdaxilə və hazırkı tibbi vəziyyət nəzərə alınmaqla, iddiaçının cinsinin dəyişməsi tibbi baxımdan başa çatmış hesab edilə bilərmi? ##.##.2026-cı il tarixli, ***/KES nömrəli ekspert rəyindən görünür ki, iddiaçı üzərində faktiki olaraq cinsiyyət dəyişdirmə əməliyyatı icra edilmiş, kişi cinsiyyət orqanlarından qadın cinsiyyət orqanlarına tam fiziki dəyişiklik aparılmışdır. Ekspertiza zamanı müəyyən edilmişdir ki, cərrahi müdaxilə tam başa çatdırılmış, əlavə əməliyyata ehtiyac yoxdur və iddiaçının mövcud tibbi vəziyyəti cinsiyyət dəyişməsinin tibbi baxımdan tamamlandığını təsdiq edir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, baxış zamanı xarici görünüş və genital quruluş qadın cinsiyyətinə uyğun olmuş, vaginal giriş və dərinlik formalaşdırılmış, əməliyyatın nəticələri stabil qiymətləndirilmişdir. Ekspertiza tərəfindən iddiaçının hazırkı vəziyyətində hər hansı ciddi psixiatrik simptomun müşahidə olunmadığı və keçirilmiş tibbi müdaxilənin nəticələrinin uğurlu hesab edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” ## #### 2001-ci il tarixli, ** nömrəli Qərarının 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər cinsin dəyişməsi ilə əlaqədar aparıla bilər. Həmin Qərarın 4cü bəndinə əsasən isə cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi və digər sənədlər vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab olunur. Hazırkı iş üzrə həm xarici tibb müəssisəsinin tibbi sənədləri, həm də Azərbaycan Respublikasının səlahiyyətli ekspertiza orqanının məhkəmə-tibbi ekspertiza rəyi iddiaçının faktiki olaraq cinsiyyət dəyişdirmə əməliyyatı keçirdiyini və həmin prosesin tibbi baxımdan tamamlandığını tam təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində cinsiyyət məlumatının dəyişdirilməsi üçün hüquqi və tibbi əsaslar mövcuddur. Kollegiya həmçinin cavabdeh orqanın və birinci instansiya məhkəməsinin apostil məsələsi ilə bağlı mövqeyini əsassız hesab edir. Belə ki, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən # ####### 1961-ci il tarixli Haaqa Konvensiyası”nın tətbiqi yalnız həmin Konvensiyaya qoşulmuş dövlətlər arasında mümkündür. Həmin Konvensiyaya qoşulmuş 130 ölkə arasında Azərbaycan Respublikasının adı olsa da, Tailand Krallığının adı yoxdur. Göründüyü kimi iddiaçının əməliyyat keçirdiyi dövrdə (eyni zamanda hazırki vaxtda) Tailand Krallığı üzrə apostil prosedurunun tətbiqi mümkün olmamışdır. Buna görə də iddiaçıdan apostil edilmiş sənəd tələb olunması obyektiv baxımdan icrası mümkün olmayan tələb hesab edilməlidir. Bundan əlavə, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19 .1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən təqdim olunan sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab olunur və həmin sənədlərin təsdiqi üçün əlavə sənədlərin tələb edilməsi yolverilməzdir. Hazırkı işdə cavabdeh tərəfindən təqdim edilmiş tibbi sənədlərin saxta olması və ya həqiqətə uyğun olmaması müəyyən edilməmişdir. Əksinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizası xarici tibbi sənədlərdə göstərilən bütün halları təsdiq etmişdir. Bu baxımdan, yalnız formal apostil prosedurunun olmamasına istinad etməklə şəxsin hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan işin faktiki hallarını tam və obyektiv araşdırmamış, “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki mübahisənin mahiyyəti iddiaçının faktiki olaraq cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsi və həmin prosesin tibbi baxımdan tamamlanıbtamamlanmaması ilə bağlıdır. Iş üzrə alınmış məhkəmə-tibbi ekspertiza rəyi isə həmin halları tam şəkildə təsdiq edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, İddiaçı münasibətdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyətin “kişi”-dən “qadın”-a dəyişdirilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. İddiaçı münasibətdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış ##.##.1995-ci il tarixdə tərtib edilmiş **** nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində cinsiyyətin “kişi”-dən “qadın”-a dəyişdirilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.