Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1407/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X9” publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X9” publik hüquqi şəxsinə qarşı “rezidenturaya qəbul üzrə imtahan aparılan baza və ixtisas fənlərinin razılaşdırılması və digər” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, imtahan nəticəsinin ləğv edilməsi, yenidən düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, itirilmiş balların bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-14746/2025 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək baza ali tibb təhsili əsasında Azərbaycan Respublikasında rezidenturaya qəbul üzrə imtahan aparılan baza və ixtisas fənlərinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılması, baza ali tibb təhsili əsasında Azərbaycan Respublikasında rezidenturaya qəbul üzrə imtahan aparılan baza və ixtisas fənləri üzrə qəbul proqramlarının X9 tərəfindən hazırlanması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilməsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən başqa qurum və ya təşkilatla razılaşdırılmış və ya razılaşdırılacaq baza və ixtisas fənləri və həmin fənlər üzrə qəbul proqramları əsasında Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanlarının keçirilməsi X1 edilməsi, Azərbaycan dilinə rəsmi tərcüməsi olmayan əcnəbi dildə (dillərdə) yazılmış ədəbiyyat mənbələri əsasında Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanlarına test tapşırıqlarının hazırlanaraq salınması X1 edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tibbi dərslik kimi təsdiqlənməmiş ədəbiyyat mənbələri əsasında Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanlarına test tapşırıqlarının hazırlanaraq salınması X1 edilməsi, X5 Apellyasiya Komissiyasına edilən müraciətlərə və şikayətlərə qanunvericilikdə və müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblərlə nəzərdə tutulmuş qaydada araşdırılaraq vətəndaşa cavab verilməsi, Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanları zamanı imtahanda iştirak edən namizədlərə imtahan zamanı test tapşırıqları ilə bağlı qeydlərin aparılmasına icazə verilməməsi və imtahan bitdikdən sonra namizədlərdən sual kitabçasının geri alınması X1 edilməsi, Azərbaycan Respublikasında rezidenturaya qəbul üzrə keçirilən ixtisas seçimi müsabiqəsində iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından minimum toplamalı olduğu balın (minimum keçid meyarının) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilməsi, kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi və əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının X7 (bundan sonra - Mərkəz) qarşı “imtahan nəticəsinin yenidən hesablanması və müsabiqənin ixtisas seçimi mərhələsinə buraxılması barədə” iddia tələbini irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 20025ci il 10 sentyabr tarixli 2-1 (112)-14746/2025 nömrəli qərardadına əsasən həmin tələbə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəsində Mərkəz tərəfindən 2025-ci il 10 avqust tarixində keçirilmiş rezidenturaya qəbul üzrə müsabiqənin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında əldə etdiyi 49 ballıq nəticənin qanunsuz hesab edilərək ləğv olunması və imtahan nəticəsinin yenidən hesablanması öhdəliyinin Mərkəzin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mərkəz tərəfindən 2025-ci il 10 avqust tarixində keçirilmiş 2025/2026- cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul üzrə müsabiqənin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmiş, imtahanın nəticəsinə əsasən toplanılması mümkün olan maksimal baldan 49 bal toplamış və müsabiqənin ixtisas seçimi mərhələsində iştirak etmək üçün tələb olunan minimal balı (50 bal) toplamadığı üçün ixtisas seçiminə buraxılmamışdır. İddiaçı müsabiqənin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsindən narazı qaldığı üçün apellyasiya müraciəti etmişdir. İddiaçının müraciətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmış və Mərkəzin Apellyasiya Komissiyası mübahisələndirilən test tapşırıqlarının elmi-metodik cəhətdən düzgün olduğu və iddiaçının cavablarının düzgün qiymətləndirildiyi qənaətinə gəlmişdir. Bununla yanaşı, iddiaçının müraciətinə Mərkəz tərəfindən 2025-ci il 13 avqust tarixində elektron poçt ünvanı vasitəsilə yazılı cavab verilmiş və ona mübahisələndirdiyi test tapşırıqlarının təqdim edilmiş ədəbiyyat mənbələri üzrə tərtib edildiyi, elmimetodik cəhətdən düzgün olduğu və onun cavablarının düzgün qiymətləndirildiyi barədə məlumat verilmişdir. İddiaçının ərizəsində qeyd olunan hallarla əlaqədar cavabdeh olaraq bildirir ki, fənn proqramları və ədəbiyyat mənbələri Mərkəz tərəfindən hər ilin əvvəli “Rezidentura" jurnalının 1 və 2 nömrəli buraxılışlarında dərc olunur. Mərkəz tərəfindən iddiaçının apelyasiya müraciəti cavablandırılarkən onun mübahisələndirdiyi hər bir test tapşırığı üzrə fənn proqramına və həmin proqramda nəzərdə tutulmuş müvafiq ədəbiyyata istinad olunmuşdur. Yuxarıda qeyd olunan Qaydaların tələbinə uyğun olaraq imtahan aparılan ixtisas fənləri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmışdır. İmtahanda istifadə edilən test tapşırıqları isə həmin fənlər üzrə Azərbaycan Tibb Universitetinin Tədris İşləri üzrə prorektoru tərəfindən Universitetin müvafiq kafedraları ilə razılaşdırılaraq təsdiq edilmiş qəbul proqramına və həmin proqramla təsdiq edilmiş ədəbiyyat siyahısına uyğun olaraq tərtib edilmişdir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə olunan cavab kartlarının emalı optik oxuyucular vasitəsilə həyata keçirilir. Hər bir namizədin cavab kartında qeyd etdiyi cavablar 2 fərqli optik qurğuda oxudulur. Həmin qurğulardan əldə edilən nəticələr arasında hər hansı fərq aşkar olunarsa cavab kartları 3cü dəfə xüsusi rejimdə optik qurğudan keçirilir. Bu səbəbdən iddiaçının cavab kartının emalı zamanı hər hansı texniki səhvin olması mümkün deyil. Hazırki işə əlavə edilmiş iddiaçının imtahan nəticəsinin və cavab kartının qrafik təsvirlərindən də görünür ki, cavab kartının emalı zamanı heç bir texniki səhvə yol verilməmişdir. Rezidenturanın əsas (baza ali) tibb təhsili əsasında yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığı forması olduğu nəzərə alınaraq Azərbaycan Tibb Universiteti tərəfindən yuxarıda qeyd edilən qəbul proqramlarına Azərbaycan, rus, ingilis və digər dillərdə olan ədəbiyyatlar da daxil edilmişdir. Belə ki, qəbul proqramında olan bir sıra mövzular Azərbaycan dilində (eləcə də rus dilində) nəşr olunmuş dərsliklərdə öz əksini tapmamış və ya tam şərh edilməmiş ola bilir. Rezidenturaya qəbul olunmaq istəyən namizədlərin qəbul proqramı üzrə bütün mövzuları mənimsəməsi zəruri olduğundan müvafiq mövzular fənn proqramlarında nəzərdə tutulmuş ədəbiyyat mənbələrindən istifadə edilməklə öyrənilməlidir. Azərbaycan və rus bölmələri üzrə rezidenturaya qəbul proqramları, eləcə də ədəbiyyat mənbələri eynilik təşkil edir və yuxarıda qeyd edilənlər rus bölməsi üzrə imtahan verən namizədlərə də şamil edilir. İmtahanda istifadə olunmuş test tapşırıqları tamamilə qəbul proqramları əsasında tərtib olunmuş və proqramlarda verilmiş ədəbiyyat mənbələrində tam olaraq öz əksini tapmışdır. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrıayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi- metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Rezidenturaya qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının da Azərbaycan Tibb Universitetinin müvafiq kafedralarının əməkdaşları tərəfindən təkrar ekspertizası aparılmışdır. Nəticədə test tapşırıqlarının qəbul proqramında təqdim edilmiş ədəbiyyat mənbələrində tam olaraq öz əksini tapdığı, ziddiyyətli (mübahisəli) məlumatları əhatə etmədiyi, elmi-metodik və testoloji baxımdan düzgün olduqları müəyyən edilmişdir. İmtahanda istifadə olunan hər bir test tapşırığı üzrə müstəqil ekspertlər tərəfindən etalon cavablar təsdiq olunmuş və namizədlərin cavabları həmin etalon üzrə qiymətləndirilmişdir (etalon cavablar əlavə edilir). Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün ixtisas seçiminin 2025-ci il 17 avqust tarixindən etibarən, əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlər üçün ixtisas seçiminin 2025-ci il 2 sentyabr tarixindən başa çatdığı və müsabiqənin nəticələrinin elan olunduğu nəzərə alınaraq, İddiaçı ərizəsində qeyd etdiyi iddiası öz əhəmiyyətini itirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər tədris ili üçün rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar cavabdeh tərəfindən “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsində öz əksini tapır. İddiaçının da iştirak etdiyi 2025/2026-cı tədris ili üçün “Rezidentura 2” jurnalı 2025-ci ilin aprel ayında dərc edilmiş, növbəti tədris ili olan 2026/2027 tədris ili üçün həmin jurnal cavabdeh tərəfindən hazırkı vaxtadək dərc edilməmişdir. Göründüyü kimi tərəflər arasında iddia tələbində qeyd olunanlarla bağlı hər hansı bir mübahisə mövcud deyildir. Hər bir inzibati iddianın mümkün sayılması üçün iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana hazırki tələb ilə müraciət etməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri hüququ pozulmuş şəxs tərəfindən ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana həmin tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın mümkünsüz sayılmasına səbəb olan hal tərəfindən aradan qaldırılmışdır. Onun tərəfindən irəli sürülmüş 9 bənddən ibarət iddia tələbləri hüquqi mahiyyətinə görə “öhdəliklərin icra edilməsinə dair” və “müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair” iddia növlərinə aiddir. Qanunvericilikdə bu iddia növləri üzrə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana məcburi qaydada müraciət edilməsi ilə bağlı hər hansı tələb nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, məhkəməyə müraciətdən öncə inzibati orqana müraciət edilməsi, imtina cavabının alınması və ya cavabdehin hərəkətsizliyinin mövcudluğu yalnız “məcburetmə haqqında iddia” növü üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddiamı göstərilən əsasla mümkün saymaması üçün hüquqi əsas mövcud deyildir. Eyni zamanda, qərardad faktiki hallara da uyğun gəlmir. Belə ki, iddia tələbləri cavabdeh inzibati orqana məhkəmənin şifahi iclasları zamanı dəfələrlə tərəfindən bildirilmiş, cavabdeh orqan isə həmin tələblərə açıq şəkildə etiraz etmişdir. Bu hallar məhkəmə iclaslarının protokollarında öz əksini tapmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə həm hüquqi, həm də faktiki baxımdan əsassızdır.Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarlarına, habelə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının müvafiq qərarlarına əsasən, inzibati orqanın mövqeyinin və formalaşmış inzibati praktikasının əvvəlcədən bəlli və aşkar olduğu hallarda, qarşı tərəfin mülahizəsinin ayrıca olaraq öyrənilməsinə lüzum qalmır. Bu yanaşma məhkəmə müdafiəsinin operativ və effektiv şəkildə həyata keçirilməsinə xidmət edir. Barəsində şikayət verdiyi qərardadın qəbul edilməsi üçün göstərilən “səbəbin” nə hüquqi, nə də faktiki əsası mövcuddur. Bununla belə, qeyd edilən səbəb tərəfimdən sonradan tam şəkildə aradan qaldırılmışdır. Belə ki, tərəfibdən cavabdeh inzibati orqana xx.xx.2025-ci il tarixində elektron müraciət ünvanlanmış, həmin müraciətə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli imtina məktubu təqdim edilmişdir ki, bu da cavabdehin mövqeyinin əvvəlcədən bəlli olduğunu və formalaşmış inzibati praktikasının mövcudluğunu bir daha təsdiq edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 fevral 2017-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul” Qaydaları Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi bir neçə tələbdən ibarət olmaqla, rezidenturaya qəbul imtahanlarına dair qəbul proqramlarının müvafiq səlahiyyətli qurumlarla razılaşdırılmaqla, baza ali təhsili əsasında hazırlanıb təsdiq edilməsinə, başqa qaydada hazırlanmış proqramlarla üzrə imtahanın keçirilməsinin, Azərbaycan dilinə rəsmi tərcüməsi olmayan əcnəbi dildə (dillərdə) yazılmış ədəbiyyat mənbələri, tibbi dərslik kimi təsdiqlənməmiş ədəbiyyat mənbələri əsasında test tapşırıqlarının hazırlanaraq, imtahana salınmasının, imtahan zamanı imtahanda iştirak edən namizədlərə imtahan zamanı test tapşırıqları ilə bağlı qeydlərin aparılmasına icazə verilməməsi və imtahan bitdikdən sonra namizədlərdən sual kitabçasının geri alınmasının cavabdehə qadağan edilməsi, cavabdehin müvafiq komissiyasına edilən müraciətlərə və şikayətlərə qanunvericilikdə və müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblərlə nəzərdə tutulmuş qaydada araşdırılaraq vətəndaşa cavab verilməsi, minimum toplamalı olduğu balın (minimum keçid meyarının) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilməsi, kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi və əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görülməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən rezidenturaya qəbul qaydaları və prosedurunun həyata keçirilməsinin qaydaları (imtahan suallarının hazırlanması, imtihanın təşkili və keçirilməsi qaydası, minimum balın müəyyən edilməsi və s.) müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı həmin qaydaların dəyişdirilməsi, yeni qaydaların müəyyən edilməsi (testlərin hazırlanması qaydası və əsasının dəyişdirilməsi, minimum balın müəyyən edilmə qaydasının dəyişdirilməsi, imtihanın təşkili və keçirilməsi qaydasını dəyişdirilməsi), mövcud qaydalara uyğun imtahanın keçirilməsinin qadağan edilməsindən ibarət olmuşdur. Kollegiya iddia tələbinin bu hissəsi ilə bağlı hesab edir ki, indiki halda iddiaçı tərəfindən mövcud olan imtahan qaydalarının onun hansı hüquq və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmasına dair heç bir dəlilə istinad etməmiş, tələbi ümumi şəkildə hər kəsin adından edilməklə, onun hüququnun pozulması halının nədən ibarət olmasına dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, kollegiya iddia tələbinin digər hissəsi ilə bağlı hesab edir ki, iddiaçı müraciətlərə baxılma, kargüzarlıq işinin təşkil edilmə ilə bağlı cavabdeh inzibati orqan tərəfindən tədbirlər görülüməsini qeyd etsə də, hazırki halda bu hissədə də tələbini ümumi şəkildə ifadə etməklə, istinad etdiyi hallarla bağlı özünün hansı hüququnun və ya qanunla qorunan mənafeyinin pozulmasına dair heç bir dəlilə istinad etməmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından iddianın mümkünlüyünün yoxlanılması mərhələsində hüququn pozulması o halda baş verir ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərəçarpmış olur. Başqa sözlə desək, bu mərhələdə aparılmış dəyərləndirmə üzrə iddianın mümkünlüyü baxımından hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsaslarının mövcudluğu müəyyən edilməlidir. İndiki halda isə iddiaçıya münasibətdə iddianın mümkünlüyü baxımından hüququnun həqiqətən pozulması, hüquqa aşkar müdaxiənin mövcud olması, hüquqi müdafiəyəyə ehtiyacının olması, hüquqi marağının və çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsinin müəyyənliyin olması halı aşkar edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları qanunvericiliyin və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1407/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1407/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver