Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-141/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X6 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı ilə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il, 2-1(118)-1947/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı “X6 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı ilə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Gödəkli kəndində X1 məxsus 0.22 ha torpaq sahəsi mövcud olmuşdur ki, həmin torpaq sahəsində o 1988-ci ildə ümumi sahəsi 139.8 və yardımcı sahəsi 81 kv.m. olan fərdi yaşayış evi tikmiş və 1980-ci ildən həmin torpaq sahəsi və fərdi yaşayış evi onun mülkiyyətində olmuş və bu barədə ona 29 avqust 1988-ci ildə qeydiyyat vəsiqəsi, texniki pasport tərtib edilib verilmişdir. Onun 1988-ci ildən qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə 1998-ci ildə Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi kimi qeyd edilməsi və X4 və X2 adının qeyd edilməsi qanunsuzdur. Həmin dövlət aktinin mövcudluqundan bu yaxınlarda mülkiyyətində olan evə çıxarış almaq istəyərkən məlumatı olmuşdur. Qanuni əsası olmadığından Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə verilmiş JNi -157A saylı kod 50204028 saylı torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il, 2-1(118)-1947/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, AİK-nın qərarı ləğv edilmədən şəhadətnamənin ləğv edilməsi mümkün deyildir qənaətinə gəlirsə, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən düzgün cavabdehin seçilməsi və ya yanlış iddia növünün münasibi ilə əvəz olunmasında iddiaçı tərəfə şifahi və ya yazılı formada yardım etməmişdir. Hazırkı iddianın qaldırılmasına əsas sözügedən torpaq sahəsi ilə bağla hər hansı bir şəxslə mübahisənin olması deyil, mülkiyyətə keçən torpaq sahəsinə dair 1988-1989-cu illərdə daşınmaz əmlakların dövlət qeydiyyatını aparan Xaçmaz rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsi və texniki pasport qüvvədə olduğu halda, 1998-ci ildə mübahisələndirilən şəhadətnamənin verilməsi olmuşdur. Hazırkı vəziyyətdə bir torpaq sahəsinə dair 2 mülkiyyət sənədi mövcuddur ki, bu halın qanuni əsası yoxdur. Xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair AİK qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi isə şəhadətnamə vermişdir. Ona görə də həmin mülkiyyət sənədlərindən 10 il sonra -1998-ci ildə qəbul edilən AİK-nın qərarı vərəsəlik hüququ əsasında xüsusi mülkiyyətində olan torpaq sahəsinə aid hissədə və onun əsasında verilmiş JN-157A kod 30204028 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Apellyasiya şikayətində qərardadın ləğv olunması xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı Cavabdehnə qarşı “X6 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı ilə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin Əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə verlən JN157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilib. Hətta iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi göstərilsə belə, hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olmayacaqdı. Belə ki, JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilməsinə baxmayaraq həmin şəhadətnamənin verilməsi üçün əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı olmuşdur və həmin 08 saylı qərar ləğv edilmədən JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməklə yanaşı, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarının mübahisələndirilməsi ilə əlaqədar olduğundan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən əvvəl qüvvədə olmuş Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay mqddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı üzrə məhkəməyə müraciət edilməsi üzrə 1 aylıq müddəti ötürmüşdür. Məhz həmçinin bu baxımdan iddiaçının hazırkı iş üzrə iddia tələbi mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apeylasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il, 2-1(118)-1947/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-141/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-141/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver