Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-141/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun xx.xx.2022-ci il tarixli ərizəsinin cavablandırılmasında ifadə olunan hərəkətsizliyin (hərəkətlərinin) qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin N0 oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-2702/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: НЗ № 592649 seriyalı hərbi biletdən görünür ki, İddiaçı N988-N990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissəni özbaşına tərk etmişdir və Azərbyacan Respublikası Hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli və Fizuli Hərbi Prokurorluğunun xx.xx.20NN-ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 4/2-N0N saylı arayışdan görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli 059 №-li əmr ilə sıravi İddiaçı (əsas: § 7, sıra NN5, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N-cü il tarixdən hərbi hissəyə qəbul edilməklə bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N9 №-li əmrində (əsas: § N0, səh 88, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyət üzvlərinin şəxsi heyət üzvlüyündən, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: sıra 2893) Şamaxı RHKnın çağırışçısı, N970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.N994-cü il tarixində hərbi hissəni özbaşına tərk etməşi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin dekabr N992-ci il, yanvaraprel, iyun N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması, müalicədə olması və N8N №-li hərbi hissə komandirinin yanvar-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır.25N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N8N №-li hərbi hissənin N994-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mərkəzi hərbi həkim komissiyasının 9N6 saylı xx.xx.20NN-ci il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Füzuli rayon Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli N6/4208 saylı arayışdan görünür ki, prokurorluğun arxiv sənədlərinə əsasən Füzuli hərbi prokurorluğunda İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli N/ə-N0033 saylı məktubdan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.202N-ci ıl tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək onun xx.xx.2022-ci il tarixli ərizəsinin cavablandırılmasında ifadə olunan hərəkətsizliyin (hərəkətlərinin) qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ididaçı N-N994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi xidmət keçmişdir.Xidmət dövrü N-cü ildə tarixdə döyüş zonasında döyüş vaxtı ağır yaralanmış və sağlamlığını itirmişdir. xx.xx.20N6-cı il tarixdə isə ona 5 il müddətinə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidməti tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, müharibə veteranı adının verilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə İlə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərilmiş müraciətinə baxılaraq Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli məktubu ilə imtina olunmuşdur. Buna əsas S.A.Bayaramovun xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi olub. Həmçinin, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi də iyunun sonu cavablandırılmışdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N0 oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-2702/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əsasnaməyə uyğun olaraq, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zərrui şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə onun hərbi xidmətdən qanuni şəkildə təxris edilməsini əsas gətirərək, rədd etmişdir. O, həmin halla razıdır ki, qanuni şəkildə təxris olunmamışdır, çünki hərbi hospitalda müalicədən sonra onu hərbi hissəyə xidmət yerinə qaytarmamışlar, bu isə fərarilik deyildir. Döyüş zonasında yerləşən hərbi hissələri döyüş əməliyyatları aparılan zaman tərk etmiş hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi qadağandır.Nazirlər kabinetinin Qərarının Qeyd hissəsində Azərbaycan respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hərbi hissəni özbaşına tərk etdikləri halda həmçinin, fərariliyə və ya hərbi cinayətlərə görə məhkum edilsələr də, onlara müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Bu hal birbaşa ona şamil olunmalıdır. Belə ki, ona xx.xx.20N6-cı ildə 5 illik müddətə iki dəcərəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi isə Azərbaycan Respublikası Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ifadəsi ilə göstərilmişdir.o, 20N6-cı ildə ona ikinci dərəcəli əlillik qrupunun təyin edildiyini iddia ərizəsinin faktiki halları bölməsində göstərmiş və ikinci dərəcəli əlillik qrupu haqqında müayinə aktından çıxarışın surətini də əlavə etmişdir. Lakin onun bu dəlillərinə məhkəmə hüquqi qiymət verməmişdir. Ona görə də maddi hüquq normasını düzgün tətbiq etməmiş, yalnış nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izhatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 23 dekabr tarixli N5N3 nömrəli Fərmanı N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin .... N.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat;
2. Müəyyən edilsin ki: 2.2. bu Fərmanın 5.N-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın N-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. 5.N. bu Fərmanın N-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.N-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 27N nömrəli Qərarı ilə təsdiq edilmiş “N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” 2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. 2.7. Fərmanın N-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.N-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. 2.N4. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.N-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir. Azərbaycan respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərilmiş müraciətinə baxılaraq Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli məktubu ilə imtina olunmuşdur. Buna əsas S.A.Bayaramovun xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi olub. Həmçinin, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi də iyunun sonu cavablandırılmışdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan НЗ № 592649 seriyalı hərbi biletdən görünür ki, İddiaçı N988- N990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissəni özbaşına tərk etmişdir və Azərbyacan Respublikası Hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli və Fizuli Hərbi Prokurorluğunun xx.xx.20NN-ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 4/2-N0N saylı arayışdan görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli 059 №-li əmr ilə sıravi İddiaçı (əsas: § 7, sıra NN5, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N-cü il tarixdən hərbi hissəyə qəbul edilməklə bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N9 №-li əmrində (əsas: § N0, səh 88, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyət üzvlərinin şəxsi heyət üzvlüyündən, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: sıra 2893) Şamaxı RHKnın çağırışçısı, N970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.N994-cü il tarixində hərbi hissəni özbaşına tərk etməşi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin dekabr N992-ci il, yanvaraprel, iyun N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması, müalicədə olması və N8N №-li hərbi hissə komandirinin yanvar-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır.25N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N8N №-li hərbi hissənin N994-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mərkəzi hərbi həkim komissiyasının 9N6 saylı, xx.xx.20NN-ci il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.20N6-cı il tarixli elektron sistemə daxil edilmiş məlumatından görünür ki, İddiaçı xx.xx.20N6-cı il tarixdə ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar əlillik qeyd olunmuş, növbəti müayinə tarixi xx.xx.202N-ci il qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi hərbi hissənin nizami hissə üzrə əmrləri ilə təsdiq olunduğundan və iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasının yeganə əsası “”iddiaçının hərbi hissəni özbaşına tərk etməsi” halı ilə bağlı olmuşdur. Belə ki, iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Hərbi Həkim Komissiyasının 9N6 saylı, xx.xx.20NN-ci il tarixli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçı xx.xx.20N6-cı ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Xidmətində əyani müayinə olunmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən olunması işin mübahisəsiz halıdır. Həmçininin, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 23 dekabr tarixli N5N3 nömrəli Fərmanının icrası ilə bağlı tətbiq edilmiş tədbirlər çərçivəsində iddiaçıya ikinci qrup əlilliyə görə birdəfəlik ödəmə qismində sığorta ödənişi ödənilmiş, hansı ki qeyd edilən birdəfəlik ödəməni almaq hüququna malik olan şəxslərdən biri də məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hərbi xəsarət alınması nəticsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N0 oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-2702/2022 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.