Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-141/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1811/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. ИТ-İ № ******* olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 1979-cu il tarixdə başılamış, xx.xx.1979-xx.xx.1981-ci illər, xx.xx.1983-xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1986-cı illər, xx.xx.1986-xx.xx.1986-cı illər, xx.xx.1986-xx.xx.1997-ci illər, xx.xx.1997- xx.xx.2012-ci illər (“Azərinterelm”), xx.xx.2012xx.xx.2013-cü illərdə ("xxxx" MMC) əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1981- xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 4953 nömrəli Attestatdan görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə peşə təhsili almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, araşdırma zamanı xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının xx.xx.1997xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə də işləyib-işləmədyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də xx.xx.1997-xx.xx.2012-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (17 il 9 ay 12 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986cı il, xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər üzrə və 2018-2019-cu illər üzrə 10 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16246,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu il tarixdə başlamış və xx.xx.2013cü il tarixədək müxtəlif yerlərdə, müxtəlif peşələrədə çalışmışdır. Bununla yanaşı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək peşə təhsili almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək sovet orudusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Təhsil, hərbi xidmət və ******* nömrəli əmək kitabçasının surətinə əsasən ümumi iş stajı 34 il 4 ay 14 gün təşkil edir. Güzəştli iş stajı isə Azərbaycan Respublikası Dəmiryolları Qapalı Səmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 10 il 11 ay 23 gün, ******* nömrəli əmək kitabçasında qeyd olunan Qazaxıstan Respublikasında maşinist köməkçisi işlədiyi xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985- xx.xx.1986-cı illər 1 il 7 ay 12 gün təşkil edir. Ümumilikdə güzəştli iş stajı qanunvericiliklə tələb olunan müddətdən artıqdır ki, bu da hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına imkan verir. Pensiya təyinatı üçün cavabdeh orqana müraciət etsə də ona heç bir qanuni əsaslandırması olmayan imtina cavabı verilmişdir. Belə ki, cavabdehin müraciətinə verdiyi cavab məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2012-ci il tarixləri ərzində işlədiyiniz qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də həmin dövrdə işləməyinə əsaslı şübhələri yaranıb. Qeyd edilən səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhz bu səbəbdən əlavə olaraq 2018-2019-cu illərdə 10 ay işləməyi də nəzərə alınaraq sığorta stajı 25 ildən az 17 il 9 ay 12 gün hesablanmışdır. Cavabdehin imtina məktubu ilə müəyyən olunur ki, onların qəbul etmədiyi dövr sosial sığorta haqlarının ödənilmədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2012 il tarixədək olan dövrdür. Hansı ki həmin dövrlərə dair əsaslı şübhələri yaranıb, amma əsaslı şübhənin nədə əks olunmasını müəyyən edə bilmirlər. Göründüyü kimi mərkəzi filial tərəfindən mübahisələndirilən dövrlər ümumilikdə 14 il 10 ay 17 gün təşkil edir. Mübahisələndirilməyən dövr isə 17 il 9 ay 12 gündür. Ümumilikdə 32 il 8 ay təşkil edir. Nəzərə alsaq ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan peşə təhsili dövrünü də cavabdeh orqan nəzərə almamışdır, qeyd edilən dövrlər də daxil stajı 34 ili keçir. Digər tərəfdən cavabdehin mübahisələndirdiyi dövr işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə əlaqədardır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçı 21 avqust 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-213627/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan ümumi iş stajı və güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının xx.xx.1997xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə də işləyib-işləmədyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də xx.xx.1997- xx.xx.2012-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (17 il 9 ay 12 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986cı il, xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər üzrə və 2018-2019-cu illər üzrə 10 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16246,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1811/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandığı vaxtdan – 60 yaşından (xx.xx.2022-ci il ildən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər hansı mübahisəli hal olmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı Biləcəri lokomotiv deposunda maşinist vəzifəsində çalışmış və işlədiyi peşələr üzrə iş stajı 10 il 11 ay 23 gün təşkil etmişdir. Həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 21.4-cü bəndinin 7, 13 və 17-ci abzaslarına uyğun olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985-xx.xx.1986-cı illərdə maşinist köməkçisi vəzifəsində çalışmışdır ki (əmək kitabçası ilə təsdiq olunub), bu da onun güzəştli stajının tam olmasını sübut edir. İddiaçının ümumi stajı isə cavabdeh orqan tərəfindən mübahisələndirilərək 25 ildən az – 17 il 9 ay 12 gün olduğu bildirilmişdir. Təqdim olunan əmək kitabçası, təhsil sənədi və hərbi biletin surətləri ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə peşə təhsili almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1981-ci illər, xx.xx.1983-xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1986-cı illər, xx.xx.1986- xx.xx.1986-cı illər, xx.xx.1986-xx.xx.1997-ci illər, xx.xx.1997-xx.xx.2012-ci illər (“Azərinterelm”), xx.xx.2012-xx.xx.2013-cü illərdə ("xxxx" MMC) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajı 26 il 4 ay 2 gün olmuşdur. İddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandığı üçün ona münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq ediləcəkdir. Belə ki, xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün mövcud olan iki şərt yaş və iş stajı iddiaçı tərəfindən ödənmişdir. Göründüyü kimi, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında onun ümumi və güzəştli iş stajına malik olması təsdiqlənmişdir. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Pensiya kapitalına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının hüququnun yarandığı xx.xx.2022-ci il tarixdə pensiya kapitalı tələbi mövcud olmamışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1962-ci il tarixdə doğulmuşur. Yəni T.Mırzəbəyovun xx.xx.2022-ci ildə 60 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Dəmiryolları Qapalı Səmdar Cəmiyyətinin xx.xx.2023-cu il tarixli arayışına əsəsən iddiaçının güzəştli iş stajı 10 il 11 ay 23 gur təşkil edir. Hazırki işdə iddiaçının həm ümumi həm də xüsusi is stajı işın mübahisətəndirilən halıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi uçun iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (guzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Birinci halda müəyyən olunur ki, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az 10 il 11 ay 23 gün təşkil edir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-04.09 2012-ci il tarixləri arasındakı dövrlər ərzində əmək fəaliyyətə məşğul olduğu qeyd edilmişdir. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində edənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının xx.xx.1997-xx.xx.2006-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləmədiyinə dair əsaslı şübhələr yaranmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına aid şərt ödənilmədiyindən, pensiya hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Cavabdeh iddiaçıya münasibətdə 17 il 9 ay 12 gün ümumi iş stajına malik olduğunu və 10 il 11 ay 23 gün güzəştli iş stajına malik olduğunu qəbul edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı birinci instansiya məhkəməsində icraat zamanı mübahisələndirilməsə də, apellyasiya şikayətinin dəlili kimi həmin hal mübahisələndirilmişdir. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.2006xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından, iddiaçının xx.xx.1997-xx.xx.2012-ci il tarixlərdə işlədiyi dövrləri, habelə azı 12 il 6 ay güzəştli iş stajına malik olmadığdan həmin halı mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdehin mübahisələndirdiyi iddiaçının işlədiyi dövrlərə aid ona məxsus əmək kitabçasında qeydlər öz əksini tapmışdır. İndiki halda cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdeh həmin dövrü mübahisələndirməsinin əsası kimi xx.xx.2006-xx.xx.2012-ci illər üzrə iddiaçının adına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, xx.xx.2006-cı il tarixli əmək pensiyalar haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək fəaliyyətinə aid dövrlərin sosial sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqının ödənilməsinin zəruri olmasına dair şərt nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə iddiaçı “Azərinterelm” X5 Birliyində işləmiş, bu hala dair əmək kitabçasında qeydlər öz əksini tapmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən müəssisəsəyə aid arxiv sənədləri müvafiq arxiv idarəsinə təhvil verilməmişdir. Göründüyü kimi, indiki halda iddiaçının işlədiyi və əmək kitabçasında əks olunmuş qeydlərə dair arxiv sənədlərin mövcud olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq müəssisədə işlədiyi xx.xx.1997-xx.xx.2012-cı ilədək olan dövrlərə aid əmək kitabçasında qeydlər öz əksini tapdığından, indiki halda həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilmədiyindən, habelə xx.xx.2006-cı ilədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən məcburi sosial sığorta haqqının ödənilməsinin zərurliyinə dair şərt nəzərdə tutulmadığından, iddiaçının işlədiyi xx.xx.1997-xx.xx.2006-cı ilədək olan dövr onun iş stajına daxil edilməklə, nəzərə alınmalıdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən hala istinad edilməklə, xx.xx.2006-cı il tarixədək olan dövrün sosil sığorta stajı kimi nəzərə almamaqla iddiaçının mövcud olan hüququn məhdudlaşdırılması qanunvericiliyin norma və prinsiplərinə zidd olmuşdur. Nəticə etibarilə qeyd edilən dövrlər iş stajı kimi nəzərə alındıqda iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmasına dair şərt də ödənilmiş olur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi güzəştli iş stajının tamamlanması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı Biləcəri lokomotiv deposunda maşinist vəzifəsində çalışmış və işlədiyi peşələr üzrə iş stajı 10 il 11 ay 23 gün təşkil etmişdir. Qeyd edilən peşə müvafiq Qərara əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985-xx.xx.1986-cı illərdə teplovoz maşinist köməkçisi vəzifəsində işləmişdir ki, bu da məhz həmin arayışda əks olunmuş peşə və sahə ilə eynilik təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh inzibati orqan oxşar sahədə və peşədə işlədiyi müəyyən dövrü güzəştli iş stajı kimi nəzərə aldığı halda, başqa müəssisədə işlədiyi eyni peşə üzrə digər dövrləri güzəştli iş stajı kimi nəzərə almamışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985xx.xx.1986-cı illərdə işlədiyi müəssisə hazırda faliyyət göstərmədiyindən, oxşar müəssisə tərəfindən verilmiş arayış özlüyündə həmin peşənin güzəştli pensiya hüququ verən peşələrə aid olması halının müəyyən edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən həmin hala əhəmiyyət verilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən dövrlər iddiaçıya münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmalı olduğu halda, nəzərə alınmadığından, cavabdehin həmin hissədə də hərəkətləri qanunauyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının teplovoz maşinist köməkçisi kimi işlədiyi xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.1985-xx.xx.1986-cı illər güzəştli iş stajına daxil edilməli olduğundan, iddiaçının 12 il 6 ay güzştli iş stajına malik olması halı da öz təsdiqini tapır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlil ilə bağlı onu qeyd edir ki, iddiaçının pensiya yaş həddi xx.xx.2022-ci il tarixdə tamamlandığından, həmin vaxtda qüvvədə olan pensiya haqqında qanunvericilik normasında pensiya kapitalına dair şərt nəzərdə tutulmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1811/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-141/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-141/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver