Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1412/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X12 və Quliyev İsmayıl vəkili Rza oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və X6, Üçüncü şəxs X3 iştırakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı üçüncü şəxs X3 adına verilmiş xx.xx.2017-ci il tarixli A№ 145495 saylı torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları JN 0065 KOD 30214068 Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə 2.50 ha (1.50 + 0.50 + 0.50) torpaq sahəsi ayrılmışdır. Dövlət aktılnda göstərilən 1.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Xurşudoba kəndində yerləşən 0.20 ha torpaq sahəsi X3, X7 və X4 paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədi də tərtib edilmişdir. Çıxarışın verilməsi üçün əsas kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı əsasında ayrılmış 1.46 ha torpaq sahəsinə dair verilmiş JN0061 kod 30214068 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktı göstərilmişdir. Dövlət aktında 126000 kv m və 2000 kv m torpaq sahələri ayrı-ayrı planşetlərdə qeyd edilmidir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(067)-328/2010 nömrəli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilərək İddiaçı JN seriyalı 0061 saylı 30214068 kodlu dövlət aktındakı 61C planşetindəki cizgilər daxilindəki torpaq sahəsindən çıxarılması, X1 JN Seriyalı 0061 saylı 30214068 kodlu dövlət aktındakı 61C planşetindəki cizgilər daxilindəki torpaq sahəsində yerləşdirilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş müayinə aktından görünür ki, X8 məxsus 0.20 ha torpaq sahəsu TEKUİS-də 0.20 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Lakin faktiki naturada istifadəsində 0.06 ha torpaq sahəsi təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN-0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X5 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, iddiaçının İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxillik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. Apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqanda baş vermiş struktur dəyişikliyi nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2026-ci il tarixli protokol qərardadı ilə cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə X3 adına olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli A№ 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-6705/2024 nömrəli qərardadı ilə X10 zəruri cəlb etmə qaydasnda üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 2912/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə X3 adına olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A№ 145495 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab olunmasını və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(105)-505/2025 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş xx.xx.2017-ci il tarixli A№ 145495 saylı torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə beş nəfərdən ibarət ailəyə Xaçmaz rayonu Qadaşoba kəndi ərazisində 2.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. Dövlət Aktına əsasən ailənin mülkiyyətinə verilmiş 2.50 ha torpaq sahəsi üç hissədən - 1.50 ha, 0.50 ha və 0.50 ha-dan ibarətdir. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə Dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair Dövlət reyestrindən çıxarışın alınması tələb olunur. Hal-hazırda 2.50 ha torpaq sahəsinin 1.50 ha hissəsinə beş nəfərdən ibarət ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışı almışdır. Yerdə qalan 0.50 ha və 0.50 ha torpaq sahələrinə çıxarışları ala bilməmişdir. Ailəsinin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 8617/2023 nömrəli məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz ərizənizə əlavə olunmuş JN-0065 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 65 C nömrəli planşetində göstərilən 0.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.30 ha ölçüdə öz əksini tapmışdır və naturada faktiki istifadə olunan torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində göstərilən yerdən kəskin fərqlənir. Ona görə də iddiaçı müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 2.50 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə üzrə Suqmayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-850/2024 saylı iş vardır. Həmin işə baxılarkən məhkəmə tərəfindən 5 saylı Ərazi İdarəsinə müvafiq sorğu verilmiş, sorğuya əsasən məhkəməyə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun və icraçı-mütəxəssis Salman Abbasovun imzası ilə xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-9664/2024 saylı mütəxəssis rəyi göndərilmişdir. Həmin rəydə qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN-0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X5 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxilik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki, torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. Həmçinin məhkəmə işə baxarkən X9 iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və onun tərəfindən məhkəməyə adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A № 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi X3 adına verilmiş həmin çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinin koordinatları ailəmizin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair JN-0065 Dövlət Aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Beləliklə, Kamil Süleymanovun adına verilmiş çıxarış ailə üzvlərinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin hüdudları çərçivəsində verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən X3 adına verilmiş çıxarış tamamilə qanunsuz olaraq verilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı ii iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Beləliklə cavabdeh orqan tərəfindən X3 adına yuxarıda göstərilən çıxarışın verilməsi səbəbindən Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli qərarı ilə ailənin mülkiyyətinə verilmiş və dövlət aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışı ala bilmir. xx.xx.2024-cü il tarixdə müvafiq ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X3 adına verilmiş həmin çıxarışın və plan və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ona 3-21-3-34/2-X-0089-9/2024 saylı məktubla cavab verilmişdir ki, Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair vətəndaş X8 və ailə üzvlərinin adına verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yazılı etirazında qeyd edir ki, İddiaçı JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha konturu üzərində hüquqların dövlət qeydiyyatının aparılması və həmin kontur ilə naturada üst-üstə düşən **********15 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli X8 və ailə üzvlərinə aid daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə imtina caqvabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan, Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha konturu üzərində hüquqların dövlət qeydiyyatının aparılması və həmin kontur ilə naturada üst-üstə düşən **********15 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli X8 və ailə üzvlərinə aid daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2024- cü il tarixli, 3-21-3-34/2-X-0089-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 iul 2024-cü il tarixli 2-1(118)-850/2024 saylı məktubu ilə tələb edilən mütəxəssis rəyi 3-21-3-34/2-9664/2024 saylı məktub ilə təqdim edilmişdir. Hal-hazırda JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati iş məhkəmədə davam edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq shəsi JN0065 kod 30214068 saylı Dövlət aktının koordinatları ilə uyğun gəlmir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X2 və onun ailə üzvlərinin adına verilmiş JN0061 kod 30214068 saylı dövlət aktının koordinatları ilə üst-üstə düşür. Ə.Süleymanovun və ailə üzvlərinin adına verilmiş dövlət aktının koordinatlarında sürüşmə var, lakin ölçüləri və cizgiləri həmin sənədə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN0065 kod 30214068 nömrəli Dövlət aktının koordinatları ilə X2 və ailə üzvlərinni adına verilmiş JN0061 kod 30214068 saylı dövlət aktının koordinatları ilə üstüstə düşür. Mütəxəssis rəyində də qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun adına verilmiş dövlət aktının koordinatları ilə uyğun gəlmir, əksinə K.Süleymanov və onun ailə üzvlərinin adına verilmiş dövlət aktında göstərilən koordinatları ilə üst-üstə düşür. Həmin dövlət aktında göstırilən koordinatlarda sürüşmə var, lakin ölçüləri və cizgiləri həmin sənədə uyğundur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın rədd edilməsində istinad etdiyi mütəxəssis rəyi özü ziddiyyətlidir. Belə ki, mütəxəssis rəyinin qarşısına qoyulmuş 4-cü suala cavabında qeyd olunur ki, X10 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A№145495 saylı plan-ölçü sənədinə əsasən 0,20 ha torpaq sahəsinin koordinatları ilə JN 0065, KOD 30214068 saylı dövlət aktının koordinatları üst-üstə düşür. Həmin rəyin 5-ci suala cavabında qeyd olunur ki, X10 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəli **********15 olan çıxarışa və A№ 145495 saylı planölçü sənədinə əsasən 0,20 ha torpaq sahəsinin koordinatları X3 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatlarında sürüşmə var, lakin ölçüləri və cizgiləri həmin sənədə uyğundur. Həmin rəyin 6-ci sualına cavabında qeyd olunur ki, iddiaçı Xurşudov - Balasultan Kərim oğlunun faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə X1 və ailə üzvlərinin adma verilmiş JN 0061 KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür. İşə baxmış məhkəmə mütəxəssis rəyinin suallara cavablarını “redaktə’’ edərək iddia tələbinin təmin edilməməsi üçün uyğun formada şərh etmişdir. Belə ki, mütəxəssis rəyində iddiaçının adına olan JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatlarının Əlfəddin Süleymanovun adına olan JN 0061 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşməsi göstərildiyi halda qərarda qeyd olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X1 və ailə üzvlərinin adına verilmiş JN 0061 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşür (?). Bundan da əlavə mütəxəssis rəyində X10 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A № 145495 saylı plan-ölçü sənədinə əsasən 0,20 ha torpaq sahəsinin koordinatları X1 və ailə üzvlərinin adına verilmiş JN 0061 KOD 30214068 saylı Dövlət Aktının koordinatlarında sürüşmənin olması göstərildiyi halda qərarda göstərilir ki, qeyd edilənlər onu deməyə əsas verir ki, X8 məxsus xx.xx.2017-ci il tarixli A № 145495 saylı torpaq sahəsinin plan-ölçü sənədinin koordinatları ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olmaqla iddiaçıya məxsus JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları daxilində yerləşən torpaq sahəsinin hüdudlarına müdaxilə etmir (?). Göründüyü kimi məhkəmə mütəxəssis rəyinə düzgün qiymət verməmiş və tam əsassız olaraq belə nəticəyə gəlmişdir ki, X3 adına olan plan və ölçü sənədinin koordinatları adına olan Dövlət Aktının koordinatlarından kənarda yerləşir. Halbuki, mütəxəssis rəyi ilə təsdiq olunur ki, Kamil Süleymanovun adına olan plan və ölçü sənədindəki koordinatları həmin torpaq sahəsinə dair atası Əlfəddin Süleymanovun adına olmuş Dövlət Aktındakı koordinatlara uyğun deyil, sürüşmə halı vardır. Bundan da əlavə mütəxəssis rəyi ilə təsdiq olunur ki, Əlfəddin Süleymanovun adına olan Dövlət Aktının koordinatları ilə iddiaçının adına olan Dövlət Aktının koordinatları üst-üstə düşür. Beləlilklə, Kamil Süleymanovun adına olan plan-ölçü sənədinin koordinatları həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəddəki koordinatlara nisbətən sürüşdürülmüş və iddiaçının Dövlət Aktındakı koordinatları hüdudlarına salınmışdır. Bu da cavabdeh idarəsinin hərəkətləri nəticəsində baş tutmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçının adına olan Dövlət Aktındakı 65C planşetdəki 0,50 ha torpaq sahəsinin yerləşdiyi ərazidə bütün mülkiyyətçilərin sənədlərdəki ölçülərdə torpaq sahəsi vardır. Sadəcə olaraq həmin kvartalın yuxarı hissəsində yerləşən torpaq mülkiyyətçiləri sənəddə göstərilən ölçüdən daha çox torpaq sahəsindən istifadə etdikləri üçün bu vəziyyət əmələ gəlmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi özləri də bilir ki, həqiqətən də həmin kvartalda bəzi mülkiyyətçilər sənəddəki ölçüdən daha çox torpaq sahəsindən istifadə edir. Hansısa səbəbdən 5 saylı Xaçmaz Ərazi İdarəsi buna göz yumur və mülkiyyətçilərin torpaq sahələrini sənədlərinə uyğun təmin etmir. Belə çıxır ki, sənədində torpaq sahəsinin koordinatları sürüşdürülmüş X10 qanuni sənəd əsasında və bu sənəddə göstərilmiş koordinatlarda torpaq sahəsindən istifadə edən iddiaçıya nisbətən daha üstün hüquqlara malikdir (?!). Əks halda məhkəmənin mütəxəssis rəyinə qərarında düzgün qiymət verilməməsi, rəyin “redaktə” edilmiş formada əks etdirilinəsi mümkün olmazdı. 30 ildir iddiaçı həmin torpaq sahəsindən istifadə edir, orada yeni meyvə qələmləri əkib və torpağın mümbit səviyyəyə gətirilməsi üçün xeyli miqdarda xərc çəkmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 155. Dövlət mülkiyyəti hüququ Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. Maddə 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi X3 adına verilmiş xx.xx.2017-ci il tarixli A№ 145495 saylı torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, JN 0065 KOD 30214068 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 №li qərarı ilə 2.50 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və koordinatları müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 kod 30214068 saylı dövlət aktının koordinatları ilə uyğun gəlmir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X3 və onun ailə üzvlərinin adına verilmiş JN 0061 kod 30214068 saylı dövlət aktının koordinatları ilə üst-üstə düşür. X3 adına verilmiş dövlət aktında göstəriləın koordinatlar ona verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə üst-üstə düşür. Həmin dövlət aktında və plan və ölçü sənədində göstərilən koordinatlarda sürüşmə var, lakin ölçüləri və cizgiləri həmin sənədə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN0065 kod 30214068 saylı dövlət aktında göstərilən koordinatlarla X2 və ailə üzvlərinin adına verilmiş dövlət aktının koordinatları ilə üst-üstə düşür. Məhkəmə kollegiyası iclasında mütəxəssis qismində dindirilən Abbasov Salman onun tərəfindən verilmiş mütəxəssis rəyini təsdiq edərək bildirdi ki, İddiaçı ayrılmış torpaq sahəsi sənəd üzrə 0,50 hektar, faktiki istifadəsində olan torpaq sahəsi də 0,50 hektardır. X1 və ailə üzvlərinin adına ayrılmış torpaq sahəsi sənəd üzrə 0,20 hektar, faktiki istiafdəsində olan torpaq sahəsi isə 0,06 hektardır. Belə ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür.Hal-hazırda naturada 0,70 hektar (0,50 hektar iddiaçıya, 0,20 hektra üçüncü şəxsə məxsus) torpaq sahəsi yoxdur. Bunun səbəbi də həmin ərazidə baş verən torpaq sahələrinin koordinatlarının sürüşməsi ilə bağlıdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) yenilənmə işləri aparıldıqdan sonra 0,70 hektar torpaq sahəsi naturada mövcud olacaqdır. Sürüşmə baş verən ərazi ilə bağlı yeni xəritələr hazırlanır. Xəritə hazırlanan zmana sürüşmə halı nəzəər alınacaqdır. O zaman mübahisələr olmayacaq. Ancaq qonşular sürüşmə ilə razılaşma mübahisə yarana bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçüncü şəxsin adina tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş edilməsi barədə iddia irəli sürərkən, mübahisələndirilən torpaq sahəsinin onların faktiki sahibliyində və istifadəsində olduğuna istinad etməsinə rəğmən, həmin torpaq sahəsinin onun mülkiyyətinə ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə malik oldması da mübahisəyə dair iş üzrə materiallardan görünmür. Nəzərə almaq lazımdır ki, iddiaçının üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş edilməsini iddia etməsi həmin koordinatlar üzrə düzəliş edilməsi üçün yetərli sayıla bilməz. Bunun üçün iddiaçı mübahisəli torpaq sahəsinin ona ayrıldığını təsdiq edən hüquqmüəyyənedici sənədə əsaslanmalı və iddianın hüquqi əsası kimi həmin sənədləri təqdim etməlidir. Lakin iddiaçının bununla bağlı hər hansı mötəbər sənədə malik olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1412/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1412/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver