Məhkəmə qərarları › İş №2-1(105)-142/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-142/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-142/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X9” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi yoxlaması çərçivəsində vergi orqanı tərəfindən “X9” MMC-nin ünvan 1 ünvanında yerləşən polietilen məhsullar istehsalı zavodunda xx.xx.2016-cı il tarixindən - xx.xx.2018-ci il tarixinədək olan dövr üzrə istehsal olunmuş məhsulların real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyinin alınması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir, **********70387 saylı, xx.xx.2018-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli ekspert rəyi (ekspert X5) tərtib edilmişdir. Həmçinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “X9” MMC-nin sözügedən ünvanda yerləşən polietilen məhsullar istehsalı zavodunda xx.xx.2016-cı ildən - xx.xx.2018-ci ilə olan dövr üzrə vergi ödəyicisinin istehsal həcminin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. **********170387 saylı, xx.xx.2018-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyi (mütəxəssis X5) tərtib edilmişdir. Hesab edir ki, aşağıda qeyd edilən hallardan da görüləcəyi kimi yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəyləri və onlar əsasında qəbul edilən akt qanunsuzdur: a) Ekspert rəyində ekspertin idarənin nümayəndəsi ilə birlikdə yoxlanılan müəssisənin yerləşdiyi ünvanda olduğu və “X9” MMC-nin direktoruna “ekspertizanın təyin edilməsi haqqında” qərar və digər müvafiq sənədlərin təqdim edildiyi qeyd edilmişdir. Halbuki, şirkətin rəhbər heyəti müəssisənin yerləşdiyi - Siyəzən şəhəri, B.Səfəroğlu küç 1 ünvanında deyil, Sumqayıt şəhərində fəaliyyət göstərir. Rəyin digər qismində İstehsalat yerinin dislokasiyası və istehsal sahələri təsvir edilmişdir ki, həmin bu təsvir edilmə də faktiki həqiqəti əks etdirmir. b) Rəyin davamında ekstruderin məhsudarlığının hesablama formulası qeyd edilmişdir ki, bu formulanın, əslində isə düsturun hansı standartlara əsasən müəyyən olunduğu, istehsalat müəssisəsində yerləşdirilmiş ekstruderin həqiqətən də həmin düstura uyğun məhsuldarlığa malik olduğuna dair rəydə heç bir əsas qeyd edilməmişdir. Hesab edir ki, həmin düsturun tətbiq edilməsinin əsaslılığı sübuta yetirilmədən tətbiq edilməsi tamamilə qanunsuzdur. Bununla yanaşı qeyd edilməlidir ki, ekspert qarşısında ekstruderin məhsudarlığının hesablamasına dair heç bir sual qoyulmamışdır ki, bu da ekspert tərəfindən həyata keçirilən növbəti qanunsuz hərəkətdir. AR Vergi Məcəlləsinin 44.2-ci maddəsinə görə “ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz”. Halbuki indiki halda ekspert onun qarşısında qoyulmuş sualdan kənara çıxmışdır ki, bu da həmin rəyin əsassızlığına növbəti dəlildir. Beləliklə də ekstruderin məhsudarlığının hesablama formulasına dair ekspertin gəldiyi qənaət heç bir halda nəzərə alına bilməz. c) Rəydə polietilen məhsulunun istehsalçıdan satış qiymətini təyin etmək üçün həmin dövrdə bu növ məhsulun alış və satış qiymətləri barədə sorğular aparılmış, qiymətlərin ekspert tərəfindən araşdırıldığı qeyd edilmişdir. Halbuki, rəydə sorğunun hansı formada həyata keçirilməsi, sorğunun harda və kimlər arasında aparılması, sorğunun nəticəsində konkret hansı məlumatların əldə edildiyinə dair heç bir məlumat yoxdur. Nəticə etibarı ilə rəyin bu qismi də ciddi şübhələr doğurur ki, bu da rəyin tam hüquqi formada tərtib edilməməsinə dair növbəti dəlildir. d) Həmçinin rəydə polietilen məhsulunun istehsalçıdan satış qiymətini təyin etmək üçün bir sıra internet saytlarındakı məlumatlardan istifadə edildiyi qeyd edilmişdir. Halbuki, rəydə keçid (link) olaraq qeyd edilmiş saytların heç birinin konkret məlumatı əks etdirən qisminin keçidi (linki) göstərilməmiş, həmin saytların hansı bölməsindən müvafiq məlumatların əldə edilməsi öz əksini tapmamışdır. Hətta həmin saytların bəzilərində polietilen məhsullarının satış qiymətləri ilə bağlı heç bir məlumat yoxdur. Bu da əslində ekspertiza fəaliyyətinin formal olaraq həyata keçirildiyinə bariz nümunədir. Mütəxəssis rəyi ilə bağlı da yuxarıda qeyd edilən hüquq pozuntularına oxşar pozuntulara yol verilmişdir. Əlavə olaraq mütəxəssis rəyi çərçivəsində vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq onun qarşısında qoyulmayan sual çərçivəsində araşdırma aparılmışdır. Gəlir və xərclərlə bağlı metodun səhv seçilməsi: Vergi yoxlaması dövrü ərzində vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 134-cü maddəsinə (hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır) əsasən gəlir və xərclərin hesablama metodundan istifadə edilməsinə baxmayaraq, aktda qanunsuz olaraq guya ki, vergi ödəyicisinin AR Vergi Məcəlləsinin 131-ci maddəsinə (kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır) əsasən gəlir və xərclərin kassa metodundan istifadə edildiyi qeyd edilmişdir. ƏDV-nin səhv hesablanması: Həmçinin əlavə dəyər vergisi üzrə yoxlanılan dövrdə ƏDV-nin 2016-cı ildə 88.345.16 manat, 2017-ci ildə 179.443.45 manat və 2018-ci ildə 3498.64 manat, ümumilikdə 271.287.25 manat məbləğində azaldılması qeyd edilmişdir (istinad - aktın 12-ci vərəqəsinin l abzası). Yuxarıda sadalanan hallarda olduğu kimi ƏDV hesablanması ilə bağlı da əlavə dəyər vergisinin azaldılması “faktı”nın aşkarlanması əsasları sadalanmamış, Vergi Məcəlləsinin hansı tələblərinin pozulması halları göstərilməmiş, vergi orqanı ilə vergi ödəyicisi arasında yaranmış fərqin nədən qaynaqlandığı qeyd edilməmişdir. Beləliklə də vergi orqanı ƏDV hesablanması ilə bağlı cədvəl halında məlumatlar qeyd etməklə kifayətlənmiş, bu məlumatları hansı mənbədən və ya hansı araşdırmalar əsasən əldə etməsinə dair hər hansı bir kiçik qeyd belə göstərməmişdir. Bundan başqa yoxlama dövrü ərzində polietilen məhsullarının istehsalı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından xx.xx.2018-ci il tarixli, **********170385 nömrəli ekspertin təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Aktda ekspertin ilkin rəyinə (halbuki ekspert rəyində ümumiyyətlə bununla bağlı heç bir tədqiqat aparılmayıb, heç bir rəqəm göstərilməyib) əsasən 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsinin aşkarlandığı qeyd edilmişdir (halbuki bunula bağlı ekspertiza deyil, mütəxəssis fəaliyyəti zamanı və bu qəbildən deyil, fərqli formada kiçik bir araşdırma aparılmışdır). Həmçinin bu iddianın davamında bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlama dövrü ərzində 31.844.960 kq kalsium karbonat idxal edilmiş və mütəxəssis rəyinə əsasən guya ki, bu idxal edilən xammaldan yalnız 562.602.9 kq istehsala istifadə edilə bilərdi. Lakin 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyində ümumiyyətlə belə bir qiymətləndirilmə aparılmamış, aktda iddia edilən ifadələrin və rəqəmlərin heç biri öz əskini tapmamışdır. Bununla yanaşı mütəxəssis rəyində kalsium karbonatla bağlı qeyd edilən hala da istinad edilə bilməz. Belə ki, həmin mütəxəssis fəaliyyəti çərçivəsində mütəxəssis qarşısında istehsalat zavodunda kalsium karbonat həcminin araşdırılması və əksik miqdarın müəyyən edilməsinə dair sual qoyulmamışdır. Bundan başqa, vergi ödəyicisinin idxal etdiyi, istehsal (istifadə etdiyi) etdiyi və qalıq qalan kalsium karbonat miqdarı ilə bağlı mütəxəssis rəyində qeyd edilən rəqəmlərlə aktda qeyd edilən rəqəmlər üst-üstə düşmür. Bir daha vurğulanır ki, mütəxəssis rəyində 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsi, idxal edilən xammaldan yalnız 562.602.9 kq-lıq hissəsinin istehsala istifadə edilə bilinməsi ifadələrinə yer verilməmişdir. Göründüyü kimi vergi orqanının tərəfindən kobud pozuntulara yol verilmişdir. Mütəxəssis rəyində qeyd edilməyən miqdarlar sanki varıymış kimi göstərilmiş və bu hala istinad edərək külli miqdarda - 861.516.2 manat göstərilməklə ƏDV azaldılması olduğunu iddia edilmişdir. İddiaçı tərəf bildirir ki, yoxlanılan dövrdə 31.844.960 kq xammal olaraq kalsium karbonat idxal edilmişdir. Lakin, yoxlayıcılar tərəfindən yoxlama dövrünün sonuna kalsium karbonatın heç bir qalığının qalmaması və əksiyin gəlməməsi (boru və digər məhsulların istehsalına sərf olunmasına görə) nəzərə alınmamış, əsassız olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən kənarlaşma 861.516.2 manat göstərilməklə ƏDV azaldılması kimi qeyd edilmiş və əlavə 50% maliyyə sanksiyası da tətbiq edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə (malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir) əsasən vergi ödəyicisi tərəfindən satış məqsədi ilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3.948.071,19 manat əskik gəlmə aşkarlandığı qeyd edilmişdir. Kənarlaşma 710.652.81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 353.326,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyəinə cəlb edilməsi təklif olunmuşdur (istinad aktın 12-ci vərəqəsinin sonuncu abzası). Lakin, inventarizasiya aktına əsasən iddia edilən 3.948.071,19 manat əskik gəlmənin, habelə 710.652.81 manat məbləğində ƏDV kənarlaşmasının hansı əsaslara görə müəyyən edildiyinə dair aktda heç bir məlumat verilməmiş, heç bir dəlil göstərilməmişdir. Ödəmə mənbəyindən verginin səhv hesablanması: Yoxlama zamanı ödəmə mənbəyindən tutulan verginin 2016-cı ildə 1.260 manat, 2017-ci ildə 1.260 manat və 2018cı ildə 81.860 manat, ümumilikdə 84.380 manat azaldılması göstərilmişdir. Akta azalmanın səbəbi kimi 2018-ci ilin birinci rübündə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 425.000 manat, 2018-ci ilin ikinci rübündə 374.000 manat ödəniş edildiyi və ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin AR Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər sətrində ödənilmiş məbləğlərin əks etdirilməməsi əsas gətirilmiş, əlavə 79.900 manat vəsait hesablanmışdır. Azaldılmış vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 50% miqdarında maliyyə sanksiyası da tətbiq edilmişdir. Bununla bağlı bildirilir ki, aktda digər hallarda olduğu kimi 2016, 2017-ci illər üzrə əlavə hesablanmış 2.520 manat məbləğində ödəmə mənbəyində verginin azaldılması səbəbləri də göstərilməmiş, Vergi Məcəlləsinin konkret olaraq hansı maddələrinin pozulması halları dəqiq qeyd edilməmişdir. 2018-ci ilin birinci rübü üzrə əlavə hesablanmış 42.500 manat, ikinci rüb üzrə 37.400 manat məbləğində əlavə hesablanmış “ödəmə mənbəyində verginin azaldılması” ilə bağlı yenə qanunsuz olaraq Vergi Məcəlləsinin 128-ci maddəsiniə istinad edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 128-ci maddəsi - güzəştli vergi tutulan ölkələrdə əldə olunan gəlirlərin müəyyən edilməsini tənzimləyir. Eyni zamanda vergi ödəyicisi tərəfindən hansı güzəştli vergi tutulan ölkəyə vəsaitin ödənilməsi, ödənişin təyinatı da aktda göstərilməmişdir. Bununla bağlı bildirilir ki, 2018-ci ildə vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkəyə xammal alınması üçün 799.000 manat məbləğində vəsait ödənilmiş, lakin iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi əməliyyat baş tutmadığından həmin vəsait geri qaytarılmışdır. Bu hallar yoxlayıcılar tərəfindən nəzərə alınmamış, araşdırılmamış və düzgün olmayaraq əlavə vəsait formasında hesablanmışdır. Bir hal daha nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən göstərilən hal üzrə kameral vergi yoxlaması zamanı əlavə vəsait hesablanmış zəruri sənədlər vergi orqanına təqdim edildikdən sonra həmin vəsait o yoxlama çərçivəsində azaldılmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, yoxlama zamanı əlavə dəyər vergisi üzrə aşağıdakılar müəyyən olunmuşdur: 2016-cı il üzrə 88345,16 manat, 2017-ci il üzrə 179443,45 manat və 2018-ci il üzrə 3498,64 manat ümumilikdə 271287,25 manat məbləğində ƏDV vergisi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ƏDV vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 271,29 min manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 135,64 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, yoxlama dövrü (xx.xx.2016-xx.xx.2018) ərzində politilen məhsullarının istehsalatı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından xx.xx.2018 tarixli, **********170385 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Eyni zamanda ekspertin rəyinə əsasən ********.1 kq (31282,35 ton) kalsium karbonat (CaC03) xammalının əskik gəlməsi aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində 31844960 kq (31844.96 ton) xammal olaraq Kalsium karbonat (CaC03) idxal etmişdir (İdxal bəyannamələrinə əsasən alış qiyməti 1 ton 153 manat). Mütəxəssisin rəyinə əsasən vergi ödəyicisi yalnız 562602.9 kq istehsala istifadə edə bilər. Yoxlama dövrünün sonuna kalsium karbonat qalığının olmamasını nəzərə alaraq Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən kənarlaşma 861516,12 manat, ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 430758,06 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən iddiaçı MMC tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3948071,19 manat əskik gəlmə aşkarlanmışdır. Kənarlaşma 710652,81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 355326,41 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli, **********077200 saylı məktubla “Azərekspertiza” Birliyinə ekpert və mütəxəsis rəyinin verilməsi haqqında müraciət edilmişdir. Ekspert və mütəxəsis olaraq X5 təyin edimişdir. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2018-ci il tarixdə **********170385 saylı ekspert və **********170387 saylı mütəxəssis rəyləri verilmişdir. xx.xx.2020-ci il tarixində “Azərekspertiza” Birliyi tərəfindən verilmiş ekspert və mütəxəsis rəyləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Tərəflərindən yoxlama zamanı rəsmi müraciət əsasında mütəxəssis ayrıldığı üçün mütəxəssisin Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən xüsusi bilik və təcrübəsi olması araşdırılmamışdır. Mütəxəssis və ekspert rəyləri xx.xx.2020-ci il tarixdə alınmış və vergi ödəyicisinə təqdim edilmişdir. ÖMV üzrə aşağıdakılar müəyyən olunmuşdur: 2018-ci ilin 1-ci rübü ərzində 425000 manat və 2-ci rüb ərzində 374000 manat məbləğlərində aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlil zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə, ümumilikdə, 799000 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilməmişdir. 799000 manat kənarlaşma müəyyən edilmiş və 10%, yəni 79900 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Göstərilən hal üzrə kameral vergi yoxlaması ilə münasibət bildirilməsi tərəflərindən araşdırılmış və bank çıxarışlarına əsasən banka qaytarılan məbləğlər öz əksini tapmadığından ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Səyyar vergi yoxlamaları idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********551900 nömrəli "Kameral qaydada münasibət bildirilməsi haqqında" xidməti məlumatda 2018-ci ilin 1-ci və 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə kameral münasibət bildirilməsi qeyd olunmuş, lakin kameral yoxlama üzrə müddət başa çatdığından kameral məbləğin bərpa edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinə SVY zamanı kənarlaşma olan vergi məbləğinin aktla rəsmiləşdirilməyini nəzərə alaraq qeyd olunan dövrlər üzrə kameral hesablanmış vergi məbləğinin azaldılması nəzərdə tutulmuşdur. Kameral yoxlama ilə hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması aktı yazılarkən bərpa edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixində başlamış və xx.xx.2020ci il tarixində başa çatdırılaraq, nəticələri xx.xx.2020-ci il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 2898.81 min manat əlavə vəsait hesablanmışdır. Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri gözlənilməklə xx.xx.2020-ci il tarixdə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmış və Vergi Məcəlləsinin 56.1 maddəsinin tələblərinə müvafiq olaraq 2854.01 min manat şəxsi vərəqədə hesablama verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ÖMV üzrə 84.380 manat, ƏDV üzrə 1.132.803,37 manat, maliyyə sanksiyası üzrə 607.961,69 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı 2 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatları 3 sahə üzrə - ƏDV, ÖMV hesablanması və satış məqsədi ilə idxal edilmiş qeyri-istehsal profilli mallar üzrə vergilərin hesablanması aspektində aparılmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/3967 saylı və 01 aprel 2021-ci il tarixli, 9/3782 saylı ekpert rəylərindən də göründüyü kimi cavabdeh tərəfindən həyata keçirilmiş növbədənkənar səyyar vergi yoxlamaları hüquqazidd şəkildə aparılmış və hesablanmış vergi borclarının düzgünlüyü müəyyən edilməmişdir. Beləliklə də iddia ərizəsində qeyd etdiyimiz hallar ekspertiza mərkəzi tərəfindən də təsdiqlənmişdir. Məhkəmə ekspertiza rəylərinin bir qismini (ƏDV və ÖMV hesablanması hissəsində) nəzərə alaraq hesablanmış vergi borcunun əsassız olduğunu qeyd etmiş, lakin tamamilə əsassız olaraq satış məqsədi ilə idxal edilmiş qeyri-istehsal profilli mallar üzrə vergilərin hesablanması qismində isə iddia tələbini təmin etməyərək vergi borcunun o hissədə düzgün hesablandığını qeyd etmişdir. Halbuki, digər aspektlərdə olduğu kimi satış məqsədi ilə idxal edilmiş qeyri-istehsal profilli mallar üzrə də heç bir vergi borcu yarana bilməzdi. Belə ki, məhkəmə qərarında vergi yoxlaması aktının 12-ci vərəqəsinin sonuncu abzasına istinad etmişdir. Həmin abzasda qeyd edilmişdir ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. VM-in 159.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən satış məqsədi ilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3.948.071,19 manat əskik gəlmə aşkarlandığı qeyd edilmişdir. Kənarlaşma 710.652.81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 353.326,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyəinə cəlb edilməsi təklif olunmuşdur. Halbuki, bu abzas və habelə yoxlama aktında qeyd edilən bir çox nüansın düzgün olmadığı məhkəmə araşdırması zamanı dəfələrlə öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd edilən abzasda, vergi əməkdaşları tərəfindən inventarizasiya keçirildiyi qeyd edilmişdir. Lakin, bununla bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi dəfələrlə bildirmişdir ki, heç bir zaman belə bir inventarizasiya olmamış, şirkətin anbarlarına baxış keçirilməmişdir. Əgər keçirilmişdirsə bununla bağlı müvafiq aktın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən belə bir akt məhkəmə təqdim edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlama dövrü ərzində ayrı-ayrı vaxtlarda satış məqsədi ilə idxal edilmiş qeyri-istehsal profilli malların hamısı yoxlama dövründə və yoxlama bitdikdən qısa müddət sonra tam olaraq satılmış, vergiləri bəyan edilmiş və ödənilmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə və məhkəmə ekspertiza mərkəzinə təqdim edilmişdir. Əgər vergi əməkdaşlarının iddia etdikləri kimi yoxlama dövrü ərzində şirkətin anbarlarında həmin mallar olmamış olsaydı, o zaman belə bir sual ortaya çıxır ki, vergi yoxlaması dövründə və yoxlama dövründən sonra qısa müddət ərzində şirkət hansı malların satışını həyata keçirmişdir? Bir daha qeyd edilməlidir ki, malların idxalı, satışı və bəyan edilməsi ilə bağlı bütün sənədlər vergi orqanının sistemində və iş materiallarında mövcud olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, AR Vergi Məcəlləsinin 166.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabın və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt. Qeyd edilən hüquq normalarından da göründüyü kimi mallar üzrə satış həyata keçirildikdə və satışa görə ödənişlər şirkətin hesabına daxil olduqdan sonra ödəmə həyat keçirilmiş sayılır və yalnız ödəmə həyat keçirildikdən sonra ödəmənin bəyan edilməsi öhdəliyi yaranır. İndiki halda isə yoxlama dövrü ərzində satışı həyata keçirilmədiyi və ödəməsi aparılmadığı üçün xaricdən idxal edilən mallar üzrə hər hansı vergi bəyan edilə bilməzdi. Cavabdeh apellyasiya şikayəti və şikayətə əlavələri iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən iddiaçı tərəfindən 2016-cı il üzrə 88345,16 manat, 2017-ci il üzrə 179443,45 manat və 2018-ci il üzrə 3498,64 manat, ümumilikdə, 271287,25 manat məbləğində ƏDV vergisi məbləği azaldılmışdır. İddiaçı tərəfindən alınan məhsullara görə təqdim edilən EVHF görə qarşı tərəfin bank hesabına və ya ƏDV depozit hesabına ödəniş edilməmişdir və buna görə də iddiaçı tərəfindən qeyd edilən ƏDV məbləğinin əvəzləşdirilməsi nəzərə alınmamışdır. ƏDV ilə bağlı əlavə olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən "X9" MMC tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3948071,19 manat əskik gəlmə aşkarlanmışdır. Belə ki, vergi ödəyicisinin yoxlama dövrü ərzində 39119408,7 manat dəyərində idxalı olmuşdur. Yoxlamaya təqdim edilmiş materiallara əsasən müəyyən olunmuşdur ki, sair plastik məmulatların istehsalı üzrə ********.4 manat dəyərində xammal idxalı olmuşdur. Eyni zamanda yük gömrük bəyannamələrinə əsasən müəyyən olunmuşdur ki, 902062,6 manat dəyərində taxta, 1565204,5 manat dəyərində DSP, 707397,6 manat dəyərində MDF, 43877 manat dəyərində avadanlıq idxal etmişdir. Buradan müəyyən olunmuşdur ki, vergi ödəyicisinin qalan 11730581,6 manat (39119408,7 - ********.4 - 902062,6 - 1565204,5 - 707397,6 - 43877) dəyərində idxalı kommersiya məqsədi ilə olmuşdur. Elektron vergi hesab fakturalara əsasən araşdırılmışdır ki, yoxlama dövrü ərzində vergi ödəyicisi 3632182,1 manat dəyərində öz istehsalına aid olmayan kommersiya məqsədi ilə idxal etdiyi mal satışı həyata keçirmişdir. Beləliklə, yoxlama dövrünün sonuna kommersiya məqsədi ilə idxal olunan mallar 8098399,5 manat (11730581,6 - 3632182,1) dəyərində qalmalıdır. Yoxlama dövrünün sonundan inventarizasiyaya qədər (31 avqust 2018 - 12 fevral 2019) baza məlumatlarına əsasən vergi ödəyicisi kommersiya məqsədi ilə 2343703,8 manat dəyərində mal idxal etmiş, 6092376,7 manat dəyərində mal satmışdır. İnventarizasiya zamanı kommersiya məqsədi ilə idxal olunmuş mallar (radiator, kombi, nasos və s.) 4349726.6 manat (8098399,5 + 2343703,8 - 6092376,7) dəyərində qalmalı idi. Lakin, bu tipli mallar inventarizasiya zamanı 401655,5 manat dəyərində aşkarlandı. Nəticədə, 3948071,2 manat (4349726.6 - 401655,5) dəyərin də malların əskik gəlməsi üzrə səyyar yoxlama nəticəsində iddiaçıya əlavə olaraq 710652,8 manat əlavə dəyər vergisinin azaldılması aşkar edilmişdir. Kənarlaşma 710652,81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 355326,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin idxal olunan məhsullarin çeşidlənməsi zamanı idxal etdiyi kommersiya malların alış və satış sayında da bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. İddiaçı tərəfindən xx.xx.2016-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 30571 ədəd kombi idxal edilməsinə baxmayaraq həmin dövr üzrə qaimə məlumatlarına əsasən 7974 ədəd kombi satışı olmuş, xx.xx.2019-cu il tarixində keçirilmiş inventarizasiya aktına əsasən anbarda kombi qalığı olmamışdır. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 30571 ədəd kombi idxal edilməsinə baxmayaraq həmin dövr üzrə təqdim edilən qaimə məlumatlarına əsasən 7974 ədəd kombi təqdim etmişdir. xx.xx.2019-cu il tarixində keçirilmiş inventarizasiya aktına əsasən anbarda kombi qalığı olmamışdır. Həmçinin 369490 ədəd radiator idxal edilmiş, təqdim edilən qaimə məlumatlarına əsasən 341333 ədəd radiator təqdim edilmiş, 19503 ədəd su qızdırıcısı idxal etmiş, 15805 ədəd təqdim edilmiş, 29126 ədəd su nasosu idxal etmiş, 735 ədəd təqdim edilmişdir. Qeyd olunan malların inventarizasiya aktında qalığına rast gəlinməmişdir. Həmçinin ümumi sayı 108 ədəd, dəyəri 17590 manat olan su sayğacı və su filteri satılmışdır ki, həmin malların idxalında və alışında olmadığı müəyyən edilmişdir. Qeyd edir ki, yoxlama dövründə iddiaçının özü təqdim etdiyi bəyannamələrə əsasən ümumi dövriyyəsi 41449958,81 manat olmuşdur, qeyd olunan dövriyyədən ƏDV məbləği 7460992,59 manat, əvəzləşdirilən məbləğ isə 7514060,23 manat olmuşdur. Səyyar yoxlama zamanı iddiaçının dövriyyəsi 50728737,42 manat olmuş, qeyd olunan dövriyyədən ƏDV məbləği 9131172,74 manat, əvəzləşdirilən ƏDV məbləği 7240644,19 manat olmuşdur. Həmçinin, 2016-ci ilin 2-ci, 3-cü, 4-cu rüblərində ********** - 31001 koda aid icarə müqaviləsinə əsasən aylıq icarə məbləği 4000 manat, rüblük icarə məbləği 12000 manat olduğu halda təqdim edilmiş ÖMV bəyannaməsinədə rüb ərzində fiziki şəxslərə ödənilən icarə məbləği 9000 manat göstərildiyi üçün ümumilikdə, il ərzində 9000 manat kənarlaşma yaranmışdır. Kənarlaşma üzrə 1260 manat ÖMV hesablanmışdır. 2017-ci ilin 2-ci, 3-cü, 4cü rüblərində **********-31001 koda aid icarə müqaviləsinə əsasən aylıq icarə məbləği 5000 manat, rüblük icarə məbləği 15000 manat olduğu halda təqdim edilmiş ÖMV bəyannaməsində rüb ərzində fiziki şəxslərə ödənilən icarə məbləği 12000 manat göstərildiyi ümumilikdə, il ərzində 9000 manat kənarlaşma yaranmışdır. Kənarlaşma üzrə 1260 manat ÖMV hesablanmışdır. 2018-ci ilin 1-ci, 2-ci rüblərində **********-31001 koda aid icarə müqaviləsinə əsasən aylıq icarə məbləği 5000 manat, rüblük icarə məbləği 15000 manat olduğu halda təqdim edilmiş ÖMV bəyannaməsində rüb ərzində fiziki şəxslərə ödənilən icarə məbləği l-ci rüb üzrə 12000 manat, 2-ci rüb üzrə 4000 manat göstərildiyi ümumilikdə il ərzində 14000 manat kənarlaşma yaranmışdır. Kənarlaşma üzrə 1960 manat ÖMV hesablanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarında ÖMV icarə ilə bağlı hissəsinə münasibət bildirilməmişdir. Hesab edir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Həmçinin, iddiaçı tərəfindən 2015-2021-ci ilədək mənfəət vergisi bəyannamələrində cəmiyyətin yalnız zərərlə işlədiyini bəyan etmişdir. Yuxarıda da qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən özü təqdim etdiyi bəyannamələrə əsasən ümumi dövriyyəsi 41449958,81 manat olmasına baxmayaraq, dövlət büdcəsinə əvəzləşdirilib ƏDV məbləğləri nəzərə alındıqdan sonra hər hansı vergi öhdəliyi yaranmamış, mənfəət vergisi bəyannamələrində zərərlə işlədiyini bildirmiş və bunun da nəticəsində vergidən yayınmışdır. Səyyar vergi yoxlaması zamanı qeyd olunan uyğunsuzluq aradan qaldırılmış, ümumi dövriyyəsi 50728737,42 manat olması müəyyən edilmiş, qeyd olunan dövriyyədən ƏDV məbləği 9131172,74 manat, əvəzləşdirilən ƏDV məbləği 7240644,19 manat olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti və şikayətə əlavə ilə eyni məzmunda izahat verdi, həmçinin əlavə olaraq izahatında bildirdi ki, vergi ödəyicisinin yoxlama dövrü ərzində 39119408,7 manat dəyərində idxalı olmuşdur. Yoxlamaya təqdim edilmiş materiallara əsasən müəyyən olunmuşdur ki, sair plastik məmulatların istehsalı üzrə ********.4 manat dəyərində xammal idxalı olmuş, eyni zamanda yük gömrük bəyannamələrinə əsasən 11730581,6 manat dəyərində idxalı kommersiya məqsədi ilə olmuşdur. İddiaçı idxal edilən malların qiymətinin invoys dəyəri ilə deyil, statistik dəyər ilə hesablandığını bildirir. Bununla əlaqədar olaraq qeyd edir ki, vergi orqanın idxal edilən malın dəyərini statistik dəyər ilə hesablanmasında əsas məqsədi satış zamanı malların üzərinə ticarət əlavəsinin qoyulmaması olmuşdur. Belə ki, vergi orqanı tərəfindən idxal edilən malların üzərinə ticarət əlavəsi qoyulsa, alınan məbləğ daha yüksək olardı. Bu səbəbdən, ticarət əlavəsinin əvəzinə idxal edilmiş malın qiyməti statistik dəyərlə hesablanmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi dövlət vergi müfəttişi X2 apellyasiya şikayəti və şikayətə əlavə ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, vergi məsuliyyətinə cəlb etmə qərarına əsasən, yoxlama dövründə fiziki şəxslərə ödənilən icarə məbləği ilə bağlı iddiaçıya əlavə olaraq ödəmə mənbəyində vergi hesablansa da, səyyar vergi yoxlaması zamanı onlar tərəfindən icarə haqqı ilə vergi qaunvericiliyinin pozulması halı aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi dövlət vergi müfəttişi X3 apellyasiya şikayəti və şikayətə əlavə ilə eyni məzmunda izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, 64 epizod üzrə şirkət tərəfindən aparılmış ƏDV əvəzləşdirmələri üzrə bütün ƏDV məbləğləri depozit hesabdan, yəni nağdsız qaydada ödənilmişdir. Əsas məbləğlərdən isə "xxxx" ASC və "xxxx" MMC ilə əsas məbləğlər borcların qarşılıqlı razılığı əsasən əvəzləşdirilmişdir. Yəni həmin şirkətlərə ("xxxx" ASC və "xxxx" MMC-yə) əsas məbləğlərin nağd qaydada ödənişi həyata keçirilməmişdir. Şirkətlər arasındakı nağdsız qaydada rəsmiləşdirilmiş borc məbləğləri qarşılıqlı qaydada əvəzləşdirilmişdir. Qeyd edilən 2 şirkətə əsas məbləğlərin nağd qaydada heç bir ödənişi həyata keçirilməmişdir. Bu 2 şirkət xaricindəki şirkətlərə isə əsas məbləğlər nağd qaydada ödənilmişdir. 64 epizod üzrə aparılmış ƏDV əvəzləşdirmələri üzrə bütün ƏDV məbləğləri istisnasız olaraq nağdsız qaydada və depozit hesab üzərindən həyata keçirilmişdir. Həmin 64 epizod üzrə əsas məbləğlərin ödənişi ilə bağlı isə 2 şirkətlə ("xxxx" ASC və "xxxx" MMC ilə ödənişlər nağdsız qaydada (nağdsız ödənilmiş borcların qarşılıqlı razılıqla əvəzləşdirilməsi qaydasında), qalan şirkətlərlə isə əsas məbləğin nağd qaydada ödənişi həyata keçirilmişdir. Əlavə olaraq qeyd edilir ki, vergi orqanı tərəfindən 64 epizod üzrə ƏDV əvəzləşdirmələrini etibarsız saysa da (nəzərə alınmalıdır ki, ƏDV əvəzləşdirmələrinin etibarsız sayılması deyə bir institut yoxdur) əvəzləşdirilmiş məbləğləri də depozit hesaba qaytarmamışdır. Hesab edir ki, vergi orqanı həm ƏDV əvəzləşdirilməsi üzrə əvəzləşdirməni həyata keçirib məbləğləri ƏDV hesablarından silir, həm də bu əvəzləşdirməni etibarsız sayıb həmin məbləğləri geri qaytarmayaraq bir daha əvəzləşdirilməli olan məbləğləri əlavə həmin məbləğə 50 % də maliyyə sanksiyası hesablayır. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42. Sənədlərin tələb edilməsi Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı: 1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra -satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. (16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.4-cü bənddə “şəxsin (bundan sonra satıcı)” sözlərindən sonra “bank” sözü çıxarılmışdır. 1 dekabr 2020ci il tarixli 476 nömrəli qərarı ilə “vergi hesab fakturalarında” sözləri “elektron qaimə fakturalarda” sözləri ilə əvəz edilmişdir və həmin bənddə (bundan sonra satıcı) sözlərindən sonra “bank” sözü əlavə edilmişdir). (-). 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; (-). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayətləri vaxtında verilmişdir. Apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Mübahisənin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixli, **********167576 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən, “X9” MMC üzrə 2016-cı il fevral ayından 2018-ci ilin avqust ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, **********167712 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 1.848.161 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 84.380 manat vergi borcunun azaldılması aşkar edilmişdir. Cavabdehin 14 aprel 2020-ci il tarixli **********198960 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı 2016-cı il ƏDV üzrə 88345.16 manat, 2017-ci il ƏDV üzrə 184149.39 manat, 2018-ci il ƏDV üzrə 1575667.57 manat, 2016-cı il ÖMV üzrə 1260 manat, 2017-ci il ÖMV üzrə 1260 manat, 2018-ci il ÖMV üzrə 81860 manat, cəmi 1932542.12 manat əlavə vergi borcu və 921.468.49 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmiş, birinci instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək, cavabdehin 14 aprel 2020-ci il tarixli ÖMV üzrə 84.380 manat, ƏDV üzrə 1.132.803,37 manat, maliyyə sanksiyası üzrə 607.961,69 manat hissəsində ləğv edilmiş, iddia 710.652.81 manat ƏDVnin hesablanması hissəsində isə rədd edilmişdir. Cavabdeh iddianın təmin edilməsi, iddiaçı isə iddia tələbinin rədd edilməsi hissəsini mübahisələndirərək, qərarın ləğvini xahiş etmişdir. Səyyar vergi yoxlama aktından və məsuliyyətə cəlb etmə qərarından görünür ki, yoxlama zamanı ƏDV və ÖMV üzrə vergi ödəyicisi tərəfindən vergi məbləğinin azaldılması faktı aşkar edilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən, iddiaçıya əlavə dəyər vergisi məbləğinin hesablanması üç epizod üzrə aparılmışdır: 271287,25 manat məbləğində ƏDV məbləğinin hesablanması ilə bağlı: Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən iddiaçı tərəfindən 2016-cı il üzrə 88345,16 manat, 2017-ci il üzrə 179443,45 manat və 2018-ci il üzrə 3498,64 manat, ümumilikdə, 271287,25 manat ƏDV məbləği əvəzləşdirmə hüququ olmadığı halda əvəzləşdirilmişdir. Belə ki, iddiaçı tərəfindən elektron vergi hesab fakturasına əsasən, qarşı tərəfin bank hesabına və ya ƏDV depozit hesabına ödəniş edilməmişdir və buna görə də iddiaçı tərəfindən qeyd edilən ƏDV məbləğinin əvəzləşdirilməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bu epizod üzrə ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qərarda cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını ƏDV üzrə 1.132.803,37 manat hissədə ləğv edilməsi nəticəsinə gəlsə də, qərarın əsaslandırma hissəsindən görünür ki, səyyar vergi yoxlaması zamanı iddiaçı barəsində 271287.25 manat məbləğində ƏDV məbləğinin əvəzləşdirilməsinin etibarsız hesab edilməsinə dair məsələ ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmamış, bu hissədə vergi orqanının qərarına, o cümlədən müvafiq olaraq iddiaçının tələbinə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bu hissədə cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 175.1-ci (175.1.1 – 175.1.3-cü maddələr istisna olmaqla) maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edilən bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarının 1.3-cü bəndinə əsasən qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin 1 yanvar 2003-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada ödənilmiş verginin məbləği sayılırdı. Bu zaman yalnız ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi tələb olunurdu və əməliyyatın ƏDV-siz dəyərinin hansı qaydada ödənilməsinə dair heç bir şərt mövcud deyildi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 28 noyabr tarixli 519-İİQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 175.1-ci maddəsində “nağdsız qaydada ödənilmiş” sözləri “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində əvəzləşdirilən ƏDV-nin məbləği nağdsız qaydada aparılmış ödəmələrdə verginin məbləği hesab olunmuşdur. Nəticədə, əməliyyatın həm ƏDV-siz dəyərinin, həm də ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi həmin verginin əvəzləşdirilməsinə hüquq vermişdir. “Mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” nağdsız qaydada aparılmış ödəmələrin tərkibinə aid edilməmişdir. Beləliklə, “mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” aparıldığı halda ƏDV-nin ödənilmə formasından asılı olmayaraq həmin verginin əvəzləşdirilməsi istisna olunmuşdur”. Nəzərdən qaçırmaq olmaz ki, ƏDV-nin əvəzləşdirilməsi qaydası həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Qaydaların ilkin redaksiyada 1.4-cü bəndinə görə malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra-satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 16 fevral 2008-ci il tarixdə Qaydaların 1.4-cü bəndində “bank” sözü çıxarılmış, 1 dekabr 2020-ci il tarixdə “bank” sözü əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında hesab etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə 15 dekabr 2021-ci il tarixli, 2-1(102)-671/2021 nömrəli qərarında formalaşdırdığı məhkəmə təcrübəsinə görə Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndində “bank” sözü çıxarıldığından, bu səbəbdən Qaydalarda təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsə istənilən qaydada ödənilməsi istisna olunmadığından, bu barədə yalnız Konstitusiya Məhkəməsinin Plenumu 3 sentyabr 2015-ci il tarixli qərarında açıqlama verdiyindən, iddiaçıya münasibətdə 3 sentyabr 2015-ci ilə qədər ƏDV-nin əvəzləşdirilməsi qəbul edilməli, 3 sentyabr 2015-ci ildən sonra isə əməliyyatın ƏDV-siz dəyərinin nağdsız qaydada ödənilməsi halında həmin verginin əvəzləşdirilməsinə hüquq verilməlidir. Hazırkı iş üzrə ƏDV ilə bağlı yoxlama dövrü 2016-2018-ci illəri əhatə etməklə Konstitusiya Məhkəməsi Plenumunun qərarından sonrakı dövrə təsadüf etmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama ilə əhatə olunan dövr ərzində əvəzləşməyə verilmiş EVHF-ları barədə məlumatdan görünür ki, 64 ədəd EVHF üzrə əlavə dəyər vergisinin əvəzləşdirilməsi 2016-cı ilin fevral- may, 2017-ci ilin iyun-dekabr və 2018-ci ilin mart-avqust aylarına təsadüf edir. Konstitusiya Məhkəməsinin yuxarıda şərh edilən mövqeyinə görə vergi ödəyicisinin ƏDV əvəzləşdirilməsi hüququ o halda yaranır ki, həm ƏDV məbləği qarşı tərəfin depozit hesabına, həm də ƏDV-siz məbləğ nağdsız qaydada cari hesabına ödənilsin. Təqdim edilmiş cədvəldən isə görünür ki, 64 ədəd EVHF üzrə həm ƏDV məbləğinin qarşı tərəfin depozit hesabına, həm də ƏDV-siz məbləğin nağdsız qaydada cari hesaba ödənilməsi şərti yerinə yetirilmədiyi halda, iddiaçı tərəfindən 271287.25 manat ƏDV məbləğinin əvəzləşdirməsi həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 271287.25 manat məbləğində ƏDV-ni buna hüququ olmadan əvəzləşdirdiyindən, vergi orqanı tərəfindən düzgün olaraq aparılmış əvəzləşdirmələr nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə ümumiiyyətlə qeyd edilən xüsusatları araşdırmadan, cavabdehin dəlillərinə qiymət vermədən inzibati orqanın qərarını bu hissədə ləğv etmişdir. Odur ki, kollegiya hesab edir ki, vergi məsuliyyətinə cəlb etmə qərarına əsasən, iddiaçı barəsində 271287.25 manat ƏDV məbləğinin və onun 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı və qanuni olduğundan, bu hissədə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsini qərarı ləğv edilməklə, bu hissədə iddianın rədd edilməsi haqqında qərar qəbul edilməlidir. İddiaçıya vergi orqanı tərəfindən 861516,12 manat məbləğində ƏDV-nin hesablanmasına dair hissə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin mövqeyinə görə, iddiaçı müəssisədə yoxlama dövrü (xx.xx.2016xx.xx.2018) ərzində politilen məhsullarının istehsalatı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından cavabdehin xx.xx.2018-ci il tarixli, **********170385 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmişdir. Ekspertin rəyinə əsasən ********.1 kq (31282,35 ton) kalsium karbonat (CaC03) xammalının əskik gəlməsi aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində 31844960 kq (31844.96 ton) xammal olaraq Kalsium karbonat (CaC03) idxal etmişdir (İdxal bəyannamələrinə əsasən alış qiyməti 1 ton 153 manat). Mütəxəssisin rəyinə əsasən, vergi ödəyicisi kalsium karbonatdan (CaC03) yalnız 562602.9 kq istehsala istifadə edə bilərdi. Yoxlama dövrünün sonuna kalsium karbonat qalığının olmamasını nəzərə alaraq, iddiaçı barəsində Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 861516,12 manat ƏDV və verginin azaldılmasına görə 50% məbləğində, yəni 430758,06 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası bu hissədə iddia tələbinin təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi” nin mütəxəssisi X5 ifadəsində bildirmişdir ki, mütəxəssis qarşısında enerji daşıyıcılarına görə “X9” MMC-in istehsal həcminin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Lakin, enerji daşıyıcılarına görə müəssisənin istehsal həcminin müəyyənləşdirilməsi mümkün olmamışdır. Belə ki, elektrik enerjisi sərfiyyatına görə istehsal həcmi hesablandıqda müəyyənləşdirilən rəqəm vergi ödəyicisinin özünün təqdim etdiyi rəqəmdən təxminən 50 faiz daha yuxarı olduğundan istehsal həcminin xammal sərfiyyatına görə hesablanması nəzərdə tutulmuşdur. Xammal sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi üçün vergi ödəyicisinin məlumatları əldə edilmiş və müəyyən edilmişdir ki, vergi ödəyicisi 4 növ xammal, polietilen (PE), polipropilen (PPR), polivinilxlorid (PVC), yüksək təzyiqli polietilen (HDPE) istehsal edir. İstehsal olunan məhsulun 15 faizi kalisum karbonat, qalan hissəsi polivinilxloriddir (PVC). Müəssisə tərəfindən kalsium karbonatın idxalının daha çox olduğu müəyyən edilmişdir. Məhsulun istehsal olunmasında kalsium karbonatda 5 faiz, polivinilxloriddə isə 3 faiz itki verilmişdir. Kalsium karbonatdan başqa məhsul istehsal edilməsi ilə bağlı ona məlumat təqdim edilməyib. Qeyd edir ki, enerji sərfiyyatına görə aparılan hesablama hər zaman düzgün olmaya bilir, başqa sözlə hesablanan rəqəm reallıqdan kənar ola bilər. Belə ki, bu müəssisənin avadanlıqlarının növündən, mövsüm və s. amillərdən asılı ola bilər. Xammal sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi üçün xammal sərfiyyatını enerji daşıyıcılarına uyğunlaşdırmışdır. Xammal sərfiyyatına görə istehsal həcmi müəyyən edilərkən yoxlama dövrü üzrə bütün aylar ərzində eyni rəqəm alındığından, yəni müəssisə tərəfindən eyni miqdarda məhsul istehsal edildiyi göründüyündən, xammal sərfiyyatına görə deyil, aylar üzrə elektrik enerjisi sərfiyyatına görə hesablama aparılmışdır. Hər iki halda, yəni həm elektrik enerjisi sərfiyyatı, həm də aylar üzə elektrik enerjisi sərfiyyatına görə istehsal həcminin miqdarının eyni olduğunu bildirmişdir. Qeyd edir ki, müəssisədə kompaund avadanlığı ilə tanış olmamışdır, həmin avadanlıq ilə kalsium karbonat istehsal olunması ilə bağlı hər hansı məlumatı yoxdur. Cavabdehin istinad etdiyi 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, müəssisənin ərazisindəki qeyri istehsal elektrik enerjisi sərfiyyatçıları sistemi enerji təchizatına görə, idarə tərəfindən qoyulmuş suala əsasən enerji itkiləri kateqoriyasına aiddir və istehsala sərf olunan ümumi aktiv enerjidən bu itkilər çıxılaraq hesablanmışdır. Bununla bərabər yoxlama vaxtı istehsal olunan PE, PPR-C və PVC məhsullarının bir saat ərzində istehsal həcmi və elektrik enerji sərfiyyatı qeydə alınmışdır. Əldə olunmuş nəticələr araşdırılaraq istehsal vahidinə düşən elektrik enerjisinin sərfiyyat miqdarında uyğunsuzluq aşkarlandığı üçün elektrik enerjisi sərfiyyatına uyğun istehsal həcminin müəyyən edilməsi qənaətbəxş hesab edilməmişdir. Bu səbəbdən yoxlama dövrü ərzində istehsal həcmi MMC tərəfindən alınmış polietilen xammallardan qalıqlar və istehsal prosesində yaranan itkilərin miqdarı nəzərə alınmaqla aylar üzrə elektrik enerjisi sərfiyyatına uyğun hesablanmışdır. Göstəricilər əsasında dövri hesabat cədvəli tərtib edilərək rəyə əlavə edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 01 aprel 2021-ci il tarixli 9/3782 saylı və 08 sentyabr 2021-ci il tarixli 9/3967 saylı rəylərindən müəyyən olunur ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarətdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; istehsal fəhlələrinin əlavə əmək haqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq iş materiallarında olan Əliyev.B.İ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, yəni yoxlama dövrü ərzində istehsal həcmi, MMC tərəfindən, alınmış polietilen xammallardan qalıqlar və istehsal prosesində yaranan itkilərin miqdarı nəzərə almmaqla aylar üzrə elektrik enerjisi sərfıyyatına uyğun hesablanma aparılması qeyd edilmişdir. Bildirilir ki, "xxxx" MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, polietilen xammallardan qalıqlar və istehsal prosesində yaranan itkilərin miqdarı nəzərə alınmaqla aylar üzrə elektrik enerjisi sərfıyyatına uyğun hesablanma aparılaraq məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtibolunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Mütəxəssis rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanları vergi ödəyicilərinin faktiki dövriyyəsinin müəyyən edilməsi üçün müxtəlif üsullardan istifadə edə bilərlər. Hazırkı işdə cavabdeh orqan elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsasən dövriyyəni müəyyən etməyə çalışmışdır. Eyni zamanda, məhkəmə kollegiyası razılaşır ki, vergi qanunvericiliyi ilə vergi orqanına verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduğu hallarda, ən yuxarı məbləğdə verginin hesablanmasına imkan verən əlaqəli məlumata əsasən verginin hesablanması hüququ verilib, lakin vergi qanunvericiliyi vergi orqanının üzərinə həm də vergi ödəyicilərinin xeyrinə olan halları nəzərə almaq, inzibati icraatın qanunauyğun aparılmasını təmin etmək, vergi ödəyicisinin gəlirləri və xərcləri barədə mötəbər məlumatlara istinad etmək kimi vəzifələr də qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi” tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin 9-cu vərəqində müəssisənin həmçinin kompaund istehsalının həyata keçirilməsi göstərilmişdir. Kompaund isə bir neçə polimer və digər xammalın qarışığından alınan yeni növ xammal hesab edilir. Qeyd olunan rəydə həmçinin müəssisənin istehsal sahəsində mövcud olan xüsusi avadanlıqların kompaund istehsalını həm müəssisənin özü həm də digər polimer məhsulları istehsal edən müəssisələrin tələbatını ödəmək qabiliyyətinə malik olması göstərilmişdir. Rəyin nəticə hissəsində müəssisədə polimer məhsullarının istehsal sahələrində və kampaund sahəsində istifadə olunan əsas xammallar və digər qatqılar müəyyən olunmuş norma və standartlara uyğun olaraq istifadə olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin verdiyi xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində “X9” MMC-nin kompaund istehsalının həyata keçirilməsi müəyyən edilməmişdir. Halbuki, kompaund kimi tanınan xammal bir neçə xammalın qatqısından hazırlanmış yeni xammaldır və bu xammalın hazırlanması zamanı məhsulun itkisinin artması istisna deyil. Bundan başqa Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin 15 oktyabr 2020-ci il tarixli rəyində “X9” MMC sahibliyində olan xüsusi avadanlığın kompaund istehsalını həm müəssisənin özü həm də digər polimer məhsulları istehsal edən müəssisələrin tələbatını ödəmək qabiliyyətinə malik olması göstərilmişdir. Bu isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin verdiyi xx.xx.2020-ci mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatına əsaslanmaqla müəssisə tərəfindən xx.xx.2016-xx.xx.2018-ci illər üzrə məhz özü üçün hazır məhsul istehsal etməsinə dəlalət edə bilməz. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, mütəxəssisin dəvət edilməsi barədə qərar 30 noyabr 2018-ci il tarixdə qəbul edilmiş, həmin tarixdə mütəxəssis tərəfindən iltizam alınmış, lakin xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi ilə müqavilə bağlanmış, rəy 17 fevral 2020ci il tarixdə verilmişdir. Lakin bu 1 ilə yaxın müddətdə dəvət olunan mütəxəssisin rəy verməməsinin səbəbləri cavabdeh tərəfindən araşdırılmamış, başqa qiymətləndiriciyə müraciət edilməsi halının zəruriliyi müzakirə olunmamış, eyni zamanda mütəxəssis rəyində aparılan qiymətləndirmənin uzun müddət olmasının (1 ilə yaxın) səbəbləri də əsaslandırılmamış, bununla da cavabdeh orqan əsassız olaraq aparılan yoxlamanın müddətinin uzanmasına şərait yaratmışdır. Nəzərə almaq lazımdır ki, hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar). Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçıya MMC-in istehsal həcminin yeganə göstərici kimi bu istehsal zamanı sərf olunan elektrik enerjisinin sərfiyyatı əsasında müəyyənləşdirilməsində və bunun üzərindən vergi ödəyicisinə vergilərin hesablanmasında yuxarıda qeyd olunan səbəblərdən cavabdeh haqlı sayıla bilməz. Odur ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsasız olduğundan rədd edilməlidir. Səyyar vergi yoxlaması zamanı 710652,81 manat ƏDV-nin hesablanmasına dair hissədə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin mövqeyinə görə, iddiaçı tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabataxtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3948071,19 manat əskik gəlmə aşkarlanmışdır. Belə ki, vergi ödəyicisinin yoxlama dövrü ərzində 39119408,7 manat dəyərində idxalı olmuşdur. Yoxlamaya təqdim edilmiş materiallara əsasən müəyyən olunmuşdur ki, sair plastik məmulatların istehsalı üzrə ********.4 manat dəyərində xammal idxalı olmuşdur. Eyni zamanda yük gömrük bəyannamələrinə əsasən müəyyən olunmuşdur ki, 902062,6 manat dəyərində taxta, 1565204,5 manat dəyərində DSP, 707397,6 manat dəyərində MDF, 43877 manat dəyərində avadanlıq idxal etmişdir. Buradan müəyyən olunmuşdur ki, vergi ödəyicisinin qalan 11730581,6 manat (39119408,7 - ********.4 - 902062,6 - 1565204,5 - 707397,6 - 43877) dəyərində idxalı kommersiya məqsədi ilə olmuşdur. Elektron vergi hesab fakturalara əsasən araşdırılmışdır ki, yoxlama dövrü ərzində vergi ödəyicisi 3632182,1 manat dəyərində öz istehsalına aid olmayan kommersiya məqsədi ilə idxal etdiyi mal satışı həyata keçirmişdir. Beləliklə, yoxlama dövrünün sonuna kommersiya məqsədi ilə idxal olunan mallar 8098399,5 manat (11730581,6 - 3632182,1) dəyərində qalmalıdır. Yoxlama dövrünün sonundan inventarizasiyaya qədər (31 avqust 2018 - 12 fevral 2019) baza məlumatlarına əsasən vergi ödəyicisi kommersiya məqsədi ilə 2343703,8 manat dəyərində mal idxal etmiş, 6092376,7 manat dəyərində mal satmışdır. İnventarizasiya zamanı kommersiya məqsədi ilə idxal olunmuş mallar (radiator, kombi, nasos və s.) 4349726.6 manat (8098399,5 + 2343703,8 - 6092376,7) dəyərində qalmalı idi. Lakin, bu tipli mallar inventarizasiya zamanı 401655,5 manat dəyərində aşkarlandı. Nəticədə, 3948071,2 manat (4349726.6 - 401655,5) dəyərin də malların əskik gəlməsi üzrə səyyar yoxlama nəticəsində iddiaçıya əlavə olaraq 710652,8 manat əlavə dəyər vergisinin azaldılması aşkar edilmişdir. Kənarlaşma 710652,81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 355326,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, aparılmış inventarizasiya nəticəsində “X9” MMC sahibliyində qalmalı olan və dəyəri 4.349.726,68 manat təşkil edən maldan 401.655,44 manat dəyəri olan mal aşkar edilmiş, yerdə qalan 3.948.071 manat dəyəri (4.349.726,68- 401.655,44=3.948.071,19 manat) olan malın harada olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən kommersiya məqsədi ilə idxal edilmiş mallardan dəyəri 3.948.071,19 manat olan mala görə 710.652,81 ƏDV və 355.326,41 maliyyə sanksiyası hesablanması düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını tam araşdırmadığından səhv nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən epizod üzrə məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, cavabdeh inzibati orqan, iddiaçı tərəfindən yoxlama dövrü ərzində 39119408,7 manat məbləğində, o cümlədən 11730581,6 manat kommersiya məqsədi ilə mal idxal etdiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yük gömrük bəyannamələrinə əsasən, yoxlama dövrü ərzində iddiaçı tərəfindən malların invoys dəyəri nəzərə alınmaqla cəmi 3515775.3 manat məbləğində, o cümlədən 7768948.15 manat məbləğində kommersiya məqsədi ilə mal idxal edilmişdir. İşin qeyd edilən halını məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndələri də etiraf etmişlər. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi göstərilən xüsusatı təsdiq edərək, bunu onunla izah etmişdir ki, iddiaçı tərəfindən idxal edilən mallara ticarət əlavəsi tətbiq edilmədiyindən, ticarət əlavəsini tətbiq etmək əvəzinə vergi orqanı tərəfindən, idxal edilən malın qiyməti gömrük dəyəri əsas götürməklə hesablanmışdır. Nəzərə alırlar ki, ticarət əlavəsi tətbiq edilsəydi, iddiaçı üçün daha yüksək məbləğdə vergi hesablanmış olardı, bu səbəbdən də gömrük dəyəri nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəmə kollegiyasına elektron fayl formasında təqdim edilmiş cədvəldən də görünür ki, yoxlama dövrü ərzində həqiqətən də, ölkə ərazisinə idxal edilmiş malların əksər hissəsinin qiyməti gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri ilə deyil, statistik (gömrük) dəyəri ilə hesablanmışdır. Belə ki, sözügedən cədvəldə xx.xx.2018-ci il tarixli, **********3015 nömrəli gömrük bəyannaməsinə əsasən idxal edilmiş malın qiyməti olaraq 21562,40 ABŞ dolları qeyd edilsə də, **********3015 nömrəli həmin gömrük bəyannaməsindən görünür ki, idxal edilmiş malın invoys dəyəri 19062,40 ABŞ dolları, statistik dəyəri isə 21562,40 ABŞ dollarıdır. Başqa sözlə vergi orqanı malın dəyərini statistik rəqəmi əsas götürməklə hesablamışdır. Cədvəldən görünür ki: - xx.xx.2018-ci il tarixli, **********1835 nömrəli gömrük bəyannaməsinə əsasən idxal edilmiş malın invoys dəyəri 15097,50 ABŞ dolları, statistik dəyəri isə 23454,28 ABŞ dolları olmuş, veri orqanı tərəfindən təqdim edilmiş cədvəldə isə malın qiyməti 23454,28 ABŞ dolları(statistik dəyər) göstərilmişdir. - xx.xx.2017-ci il tarixli, **********1195 nömrəli gömrük bəyannaməsinə əsasən idxal edilmiş malın invoys dəyəri 21450 ABŞ dolları, statistik dəyəri isə 22000 ABŞ dolları olmuş, cədvəldə isə malın qiyməti 22000 ABŞ dolları(statistik dəyər) göstərilmişdir. - 22.05.2017-ci il tarixli, **********0056 nömrəli gömrük bəyannaməsinə əsasən idxal edilmiş malın invoys dəyəri 2543 ABŞ dolları, statistik dəyəri isə 4820 ABŞ dolları olmuş, həmin cədvəldə isə malın qiyməti 4820 ABŞ dolları(statistik dəyər) göstərilmişdir. Analoji hallara digər yük gömrük bəyannamələrində də rast gəlinmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.1 və 139.2-ci maddələrinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsində göstərilir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 13.1-ci maddəsində göstərilir ki, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Həmin Qanununun 13.3-cü maddəsinə görə mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən, idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 9/3967 saylı rəyindən də müəyyən olunur ki, müəssisə fevral 2016 - avqust 2018 tarixi aralığında 5.672.862,48 AZN (otuz beş milyon altı yüz yetmiş iki min səkkiz yüz altmış iki manat 48 əp) mal idxal etmişdir və 1.029.753,33 (bir milyon iyirmi doqquz min yeddi yüz əlli üç manat 3 qəp) mal almışdır. Həmçinin qeyd edilir ki, müəssisə fevral 2016 - avqust 2018 tarixi aralığında cəmi 27.858.535,66 AZN (iyirmi yeddi milyon səkkiz yüz əlli səkkiz min beş yüz tuz beş manat 66 qəp) mal təqdim etmişdir. Eyni zamanda bildirilir ki, fevral 2016 - avqust 2018 tarixi aralığında müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə elektron vergi - hesab fakturası və hər birinin məbləği və tarixi təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, vergi orqanı tərəfindən idxal olunan malların mədaxil dəyərinin həmin malların statistik(gömrük) dəyəri ilə hesablanması yuxarıda sadalanan qaunvericilik normalarının tələbinə uyğun olmadığından, həmçinin vergi orqanın bildirdiyi kimi, yoxlama müddəti ərzində 11730581,6 manat məbləğində kommersiya məqsədi ilə mal idxal edilməsi və inventarizasiya zamanı 3948071,2 manat dəyərində malların əskik gəlməsi faktı sübuta yetirilmədiyindən vergi orqanı tərəfindən bu hissədə ƏDV-nin hesablanması qanunsuz olmuşdur. Ticarət əlavəsinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin: - 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. - 14.1 və 14.2-ci maddələrinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Hazırkı iş üzrə cavabdeh nə qəbul etdiyi qərarda, nə də apellyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətbiq etmək adı ilə iddiaçının dövriyyəsinin əsassız artırmışdır. Bundan başqa, yuxarıda göstərilən normaların məzmunundan görünür ki, ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. hazırkı halda iddiaçı tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Odur ki, kollegiya hesab edir ki, vergi məsuliyyətinə cəlb etmə qərarına əsasən, iddiaçı barəsində 710652,81 manat ƏDV məbləğinin və onun 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız olduğundan, bu hissədə iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsini qərarı ləğv edilməklə, bu hissədə iddianın təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Cavabdeh orqan tərəfindən hesablanmış 84380 manat ÖMV (79900+4480) məbləğinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: 79900 manat ÖMV-nin hesablanmasına dair hissədə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə 2018-ci ilin 1-ci və 2-ci rüblərində 799000 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannaməsində öz əksini tapmadığından, 79900 manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.16-cı və 13.2.16.14-1-ci maddələrinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. - 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. - 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: - 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. - 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 124-cü, 125-ci və ya 126cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. - 150.2-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. - 150.3-cü, 150.3.2-ci və 150.3.3.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına verməyə borcludurlar. Sadalanan normaların məzmunundan aydın olduğu kimi, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına birbaşa və ya dolayısı ilə ödəniş edən rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutmağa, ödənişin edildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və buna dair müvafiq bəyannaməni vergi orqanına təqdim etməyə borcludurlar. Məlumdur ki, hər il Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə güzəştli vergi tutulan ölkələrin siyahısı yenilənir. İş materiallarından görünür ki, iddiaçı 2018-ci ilin 1-ci və 2-ci rüblərində Honkonq (Çin) ərazisində yerləşən hüquqi şəxsin bank hesablarına ödənişlər etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin” siyahısına əsasən Honkonq (Çin) da həmin siyahıda yer alır. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilən 19 may 2022-ci il tarixli, 215 nömrəli arayışdan görünür ki, “X9” MMC-nin YELO BANK ASC-nin Sumqayıt filialında açılmış AZ56NİCB**********0002U40140 saylı hesabından NOVATEC HK CO.LİMİTED şirkətinin hesabına xx.xx.2018 ci il tarixində 121600.00 USD, xx.xx.2018 ci il tarixində 128400.00 USD, xx.xx.2018-ci il tarixində 220000.00 USD məbləğində vəsaitlər köçürülmüşdür. Və eyni adlı şirkətdən X9 MMC-nin hesabına xx.xx.2018-ci il tarixində 9959.81 USD (Şirkət tərəfindən göndərilən məbləğ 10000.00 USD), xx.xx.2018-ci il tarixində 99856.03 USD (Şirkət tərəfindən göndərilən 100000.00 USD), xx.xx.2018-ci il tarixində 124855.39 (Şirkət tərəfindən göndərilən 125000.00 USD), xx.xx.2018 ci il tarixində 119842.89 USD (Şirkət tərəfindən göndərilən 120000.00 USD) və 114842.89 USD (Şirkət tərəfindən göndərilən 115000.00 USD) vəsaitlər geri qaytarma olaraq “X9” MMC-nin hesablaşma hesabına daxil olmuşdur. Bununla da NOVATEC HK CO.LİMİTED şirkətinə göndərilən vəsaitlər tam şəkildə geri qaytarılmışdır. Geri qaytarma zamanı göndərilən məbləğlərdən aralıq bankların komissiyası tutulduğundan hesaba oturan məbləğlər göndərilən məbləğlərdən azdır. Aarayışa əlavə edilmiş, həmçinin iş materiallarında olan (iş vərəqə səh 77-79, cild 1) sənədlərdən görünür ki, “X9” MMC tərəfindən NOVATEC HK CO.LİMİTED şirkətinin hesabına 09 mart 2018-ci il tarixində 121600 ABŞ dolları, 13 mart 2018-ci il tarixində 128400 ABŞ dolları, 20 aprel 2018-ci il tarixində 220000 ABŞ dolları məbləğində vəsaitlər köçürülmüşdür. Bundan başqa, arayışa əlavə edilmiş "xxxx" ASC tərəfindən təsdiq edilmiş sənədlərdən görünür ki, NOVATEC HK CO.LİMİTED şirkəti tərəfindən “X9” MMC-in hesabına 10000.00 USD, 100000.00 USD, 125000.00 USD, 120000.00 USD, 115000.00 USD məbləğində vəsaitlər geri qaytarılmışdır. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 01 aprel 2021-ci il tarixli, 9/3782 nömrəli ekspert rəyindən də görünür ki, təqdim edilmiş iş materiallarında aktda qeyd olunan pul vəsaitlərinin xaricə köçürmə haqqında ərizələri öz əksini tapmışdır. Eyni zamanda təqdim edilən iş materiallarında vergi ödəyicisinin ABŞ dolları hesabından çıxarışlar mövcuddur və həmin sənədlərdə səyyar vergi yoxlaması aktında ÖMV-nin hesablanmasına olmuş pul vəsaitlərinin geri qaytarılması öz əksini tapmışdır. Belə ki, müəssisə tərəfindən fevral 2016 - avqust 2018 tarixi aralığında güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 470.000.00 (dörd yüz yetmiş min) ABŞ dolları məbləğində vəsait köçürülmüş və həmin şirkətdən müəssisənin hesabına 469.357.01 (dörd yüz altmış doqquz min üç yüz əlli yeddi) ABŞ dolları vəsait geri qayıtmışdır. 642.99 (altı yüz qırx iki) ABŞ dolları vəsait müxbir banklar tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Müəssisə tərəfindən fevral 2016 - avqust 2018 tarixi aralığında güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərdən mal idxal olunmamışdır.Həmin sənədlər nəzərə alındıqda tərəflər arasında ÖMV-nin hesablanmasına əsas olmuş əməliyyatların baş tutmadığı müəyyən olunur. Belə olduğu halda isə, yəni güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərlə əməliyyatlar baş tutmadığı halda, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən ÖMV üzrə vergitutma obyekti yaranmır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkəyə 2018-ci ilin 1-ci və 2-ci rüblərində köçürülmüş vəsait geri qaytarıldığından vergi orqanı tərəfindən 79900 manat məbləğində ödəmə mənbəyində verginin hesablanmasının düzgünlüyü müəyyən olunmur. İcarə haqqı ilə bağlı 4480 manat məbləğində ÖMV-nin hesablanmasına dair hissədə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: 14 aprel 2020-ci il tarixli **********198960 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, iddiaçıya icarə haqqı məbləği ilə bağlı 2016-2017-ci illər üzrə 1260, 2018-ci il üzrə 1960 manat məbləğində ÖMV hesablanmışdır. Belə ki, cavabdehin dəlillərinə görə vergi ödəyicisi tərəfindən fiziki şəxslərə ödənilən icarə məbləğindən 2016-cı il üzrə 9000 manat kənarlaşma yaranmış, həmin il üzrə 1260 manat ÖMV hesablanmış, 2017-ci il üzrə 9000 manat kənarlaşma yaranmış, həmin il üzrə 1260 manat ÖMV hesablanmış, 2018-ci il üzrə 14000 manat kənarlaşma yaranmış, həmin il üzrə 1960 manat ÖMV hesablanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qərarda cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını ÖMV üzrə tam ləğv edilməsi nəticəsinə gəlsə də, qərarın əsaslandırma hissəsindən görünür ki, icarə haqqı ilə bağlı 4480 manat məbləğində ÖMV-nin hesablanmasına dair hissədə cavabdehin qərarına hüquqi qiymət verilməyib, qeyd edilən məsələ ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmamışdır. Bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********167712 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, həmin aktda ÖMV-nin yoxlanılması zamanı icarə haqqı ilə bağlı ödəmə mənbəyində verginin hesablanmasında azalma müəyyən edilməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Samir Ələsgərov da izahatında bildirmişdir ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən icarə haqqı ilə bağlı ÖMV-nin hesablanmasında hər hansı pozuntu aşkar edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Qeyd edilən Məcəllənin 49.1.1 maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Sadalanan normalara əsasən, hazırda mübahisələndirilən inzibati akt səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərardır. Səyyar vergi yoxlaması aktında icarə haqqı ilə bağlı hər hansı bir məlumat qeyd edilməməsinə baxmayaraq, qərarda vergi ödəyicisinə icarə haqqına görə də ÖMV hesablanmışdır. Məhkəmə kollegiyası razılaşır ki, formalaşmış praktikaya əsasən, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərarların əsaslandırması səyyar vergi yoxlaması aktında əks etdirilir. Lakin, hazırkı halda səyyar vergi yoxlaması aktında icarə haqqı ilə bağlı ÖMV məbləğinin necə müəyyən edilməsi və hansı qaydada hesablanması göstərilməmiş və əsaslandırılmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı icarə haqqının azaldılması ilə bağlı vergi qanunvericiliyinin pozulması halı müəyyən edilmədiyindən, vergi ödəyicisinin 4480 manat məbləğində ÖMV ürzə vergi məsuliyyətinə cəlb edilməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 4480 manat məbləğində ödəmə mənbəyində verginin hesablanması hissəsində cavabdehin qərarı qanunsuz olduğunan ləğv edilməli, bu hissədə iddiaçının tələbi təmin edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, səyyar vergi yoxlaması aktında, eləcə də, cavabdehin apellyasiya şikayətinin dəlillərində vergi ödəyicisinə yuxarıda qeyd edilən üç 3 epizod üzrə (271.287,25 manat+861.516,12 manat+710.652,81 manat=1843.456,18) ümumilikdə 1843.456,18 manat ƏDV hesablansa da, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara əsasən, iddiaçı 1848162,12 manat məbləğində ƏDV üzrə vergi məsuliyyətinə cəlb edilmiş, bununla da qeyd edilən məbləğlər arasında (1848162,12-1843.456,18=4705.94) 4705,94 manat fərq yaranmışdır. Lakin cavabdeh həmin fərqin nəyin əsasında yaranmasına, 4705.94 manat məbləğində ƏDV-nin nəyin əsasında hesablanmasına dair məhkəməyə tutarlı sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddia tələblərinin bir hissəsinə ümumiyyətlə qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın qismən təmin eilməsi barədə yeni qərar qəbul edilməli, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı qismən- 271287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdən görünür ki, məhkəmənin mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyərinin 300 manaı cavabdehə, 100 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 2 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 271287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qərar qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının 400 (dörd yüz) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 300 (üç yüz) manat, “X9” MMC -dən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar