Məhkəmə qərarları › İş №2-1(105)-142/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-142/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-142/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X4, hakimlər X3 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “onun azyaşlı uşaqları xx.xx.2016-cı il doğum tarixli X9 və xx.xx.2017-ci il doğum tarixli X7 təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyalarının Qanunun 18.3-cü maddəsinin tələblərinə uyğun (vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X8 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməklə) etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixdən yeni məbləğlərdə təyin edilməsi, habelə yeni pensiya məbləğlərinə uyğun ödənilməmiş məbləğlərin (2023-cü ildə pensiya artımları (indeksləşmə) nəzərə alınmaqla) uşaqlarına pensiya təyin edilməsi və ödənilməsinin təmin edilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddiasına dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 2794/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun azyaşlı uşaqları xx.xx.2016-cı il doğum tarixli X9 və xx.xx.2017-ci il doğum tarixli X7 təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyalarının Qanunun 18.3-cü maddəsinin tələblərinə uyğun (vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X8 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməklə) etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixdən yeni məbləğlərdə təyin edilməsi, habelə yeni pensiya məbləğlərinə uyğun ödənilməmiş məbləğlərin (2023-cü ildə pensiya artımları (indeksləşmə) nəzərə alınmaqla) uşaqlarına pensiya təyin edilməsi və ödənilməsinin təmin edilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2794/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, hazırki mübahisənin məhkəmədən kənar həll olunduğuna görə iddiadan imtina etdiyi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının iddiadan imtina barədə ərizəsini qəbul edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş, ərizəsində hazırki mübahisənin məhkəmədən kənar həll olunduğuna görə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia iddiadan imtina etdiyindən, nəticə etibarilə mübahisə mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiadan imtina edildiyindən, iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “onun azyaşlı uşaqları xx.xx.2016-cı il doğum tarixli X9 və xx.xx.2017-ci il doğum tarixli X7 təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyalarının Qanunun 18.3-cü maddəsinin tələblərinə uyğun (vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X8 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməklə) etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixdən yeni məbləğlərdə təyin edilməsi, habelə yeni pensiya məbləğlərinə uyğun ödənilməmiş məbləğlərin (2023-cü ildə pensiya artımları (indeksləşmə) nəzərə alınmaqla) uşaqlarına pensiya təyin edilməsi və ödənilməsinin təmin edilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddiasına dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar