Məhkəmə qərarları › İş №2-1(105)-143/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-143/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-143/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iddiaçının nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlunun (Almamedov İsakhanın) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-3559/2017 saylı qərarına izah verilməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-3559/2017 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-3559/2017 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı mərhum əri Alməmmədov Ziyəddin Bayram oğlunun 01 sentyabr 1966-cı ildən 01 oktyabr 1990-cı ilə kimi Dmanisi bələdiyyəsinin Qızılacılı İctimai Məktəbində rus dili müəllimi vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajı kimi müəyyən edilərək İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar icra olunması üçün xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, **********2 nömrəli məktubunda X1 xx.xx.2018-ci il tarixli, 22 nömrəli protokola əsasən ailə başçısını itirməyə görə 134.86 (bir yüz otuz dörd manat 86 qəpik) manat pensiya təyin edilərək ödənişə göndərilməsi qeyd edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və qərarın məcburi icraya yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlu təkrar ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və qərarın məcburi icraya yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli məktub ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 oktyabr 2015-ci tarixli, 2-1(85)-1578/2015 saylı qərarının icra edilib-edilməməsi, hazırda pensiya ödənişinin həyata keçirilib keçirilməməsi, ödənilmədiyi təqdirdə səbəbi barədə məlumat verilməsi məzmununda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı Regional Ərazi Filialına sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 32.1-1-ci maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)- 3559/2017 nömrəli qərarının icrası ilə əlaqədar olaraq İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun keçmiş Qobustan rayon şöbəsi tərəfindən 159.03 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının məbləği pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən 134,86 manat olmaqla müəyyən edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ötən dövr üzrə hesablanan əmək pensiyasının ümumi məbləği “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilmiş və xx.xx.2020ci il tarixdə başa çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuş ərizəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası cavabdeh orqana ilkin müraciətindən 3 il əvvələ hesablanmaqla xx.xx.2014-cü il tarixdən təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləği (928.08 manat) xx.xx.2022-ci il tarixindən etibarən ödənilir. Daha sonra iş üzrə İddiaçı nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına izah verilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı əri Alməmmədov Ziyəddin Bayram oğlunun 1991-ci ildə vəfat etməsi ilə əlaqədar ailə başçısının itirilməsinə görə ona əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial müdafie fondunun Qobustan rayon şöbəsinin üzərinə qoyulmuşdur (hazırda həmin şöbənin səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət sosial müdafiə fondu publik hüquqi şəxsinin Şamaxıdakı 11 saylı Regional ərazi filialı həyata keçirir). Dəfələrlə həm o vaxtki Qobustan rayon şöbəsinə, həm hazırda həmin şöbənin səlahiyyətlərini həyata keçirən DSMF-nin Şamaxıdakı 11 saylı Regional Ərazi Filialına, DSMF-yə müraciət edilməsinə baxmayaraq, 28 avqust 2008-ci ildən ödənilməli olan pensiya tam əsassız və qanunsuz olaraq ödənilmir və beləliklə də, İddiaçı hüquqları kobud surətdə pozulur. Cavabdeh pensiyanı 2015-ci ildən təyin etməklə qərarı faktiki olaraq icra etməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun N.Alməmmədovanın ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2008-ci il tarixdə qüvvədə olan 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Sonradan xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli Qanunla 31.1-ci maddədən "heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərardadı ilə qərara izah verilməsi barədə ərizə təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, məhkəmə qərarında məhkəmə mövqeyini kifayət qədər aydın ifadə etmiş və qərarın əsaslandırıcı hissəsində iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2008-ci il tarixdə yarandığı dəqiq göstərilmişdir. Bununla bağlı qərara izah verilməsinə zərurət yaranmamışdır. İş üzrə İddiaçı nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlu qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını, qərarın mahiyyətinə və əsaslandırma hissəsinə uyğun olaraq X2 ailə başçısını itirməyə görə əmək pensiyasının 28 avqust 2008-ci ildən ödənilməli olması kimi izah verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti qərara izah verilməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə İddiaçı nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 32.1 (xx.xx.2017-ci il tarixdə edilmiş və xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş dəyişilikdən əvvəl) Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əasında əmək pensiyasının hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 32.1-1 (xx.xx.2017-ci il tarixdə edilmiş və xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş dəyişilikdən sonra) Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə İddiaçı nümayəndəsi Alməmmədov İsaxan Ziyəddin oğlunun tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına izah verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin qərara izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, iddiaçının həyat yoldaşı Alməmmədov Ziyəddin Bayram oğlu xx.xx.1991-ci ildə vəfat etmişdir. İddiaçı xx.xx.1951-ci il təvəllüdlü olmaqla pensiya hüququ 57 yaşında, yəni xx.xx.2008-ci il tarixdə yaranmışdır. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, çübahisıli hüquq münasibəti xx.xx.2008-ci il tarixdə (57 yaş) yarandığından və mübahisə əmək pensiyasının təyin edilməsinə dair mübahisəli hüquq münasibəti olduğundan məhkəmə qərarı çıxarılarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixdə qüvvədə olmuş müddəalarına istinad edilməlidir. Həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 14.1.1-ci və 14.1.2-ci maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad “əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud l və ya ll qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qərarın əsaslandırma hissəsində məhkəmə qeyd etmişdir ki, “iş materiallarında olan AZE seriyalı 03820077 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi iddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci və 14.1.2-ci maddələrinə əsasən iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2008-ci il (28 avqust 1951 + 57 yaş = 28 avqust 2008) tarixdə yaranmışdır”. Məkəmə qərarının icra mərhələsində cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün, daha sonra isə cavabdeh orqana ilkin müraciətindən 3 il əvvələ hesablanmaqla xx.xx.2014-cü il tarixdən təyin edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normaları və Ali Məhkəmənin Plenumunun Qərarının tələblərinə görə bu növ mübahisələrin həlli zamanı vətəndaşın əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana xx.xx.2017-ci il tarixdən əvvəl və ya sonra müraciət etməsi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası araşdırmanın tam aparılması və iddiaçının cavabdeh ilkin orqana müraciəti tarixinin müəyyən edilməsi məqsədi ilə pensiya işinin surətini tələb etmişdir. Pensiya işinin materiallarında iddiaçının ilkin müraciəti mövcud deyildir. Lakin cavabdehin apardığı araşdırma materialları, o cümlədən iddiaçının mərhum ərinin sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı araşdırmanın aparılması üçün DSMF-nin Qobustan rayon şöbəsinin DSMF-nin Aparatının Sosial Sığorta Şöbəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli məktubları artıq həmin vaxt iddiaçının pensiyanın təyin edilməsi ilə müraciətinin olduğuna dəlalət edir. Bundan başqa cavabdeh inzibati orqan özünün xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, İddiaçı aid 110394 nömrəli pensiya işi materiallarında onun 2017-ci il və daha əvvəlki illər üzrə olan müraciəti aşkar edilməmişdir. Pensiya işində 2016-cı ilə aid əmək stajının araşdırılmasına dair inzibati icraat materialları olsa da, vətəndaşın Fondun keçmiş Qobustan rayon şöbəsinə hansı tarixdə müraciət etməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2017-ci il tarixdən əvvəl müraciət etməsi öz təsdiqini tapır. Lakin cavabdeh həmin müraciətlərin aşkar edilməməsinə əsas gətirərək və özünün xx.xx.2017-ci il tarixli imtina məktubunu rəhbər tutaraq əsassız olaraq iddiaçının müraciət tarixini həmin tarixdən hesablayır və pensiyanın ödənilməsinə həmin tarixdən hesablamağa başlamışdır. Məhkəmə kollegiyası iddiaçının ərizənin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində çıxış etməmişdir. Belə ki, iddiaçının ərizədə istinad etdiyi halların məzmunundan görünür ki, həmin hallar məhkəmə qərarının qeyri-müəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz qərarın icrası ilə bağlı olan hallardan ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək, hesab edir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmiş, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, məhkəmə qərarının düzgün və qanuni şəkildə icra olunmasını tələb etmək hüququna malikdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək hesab edir ki, məhkəmə qərarına izah verilməsinə zərurət mövcud eyildir, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 5ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar