Məhkəmə qərarları › İş №2-1(105)-144/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-144/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-144/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “İddiaçı 1941-1945-ci illər X13 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1892/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “İddiaçı 1941-1945-ci illər X13 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1910-cu il təvəllüdlü mərhum X8 iddiaçının atasıdır. O, 20.02.1992-ci ildə vəfat etmişdir. Mərhum atası, 1941-1945-ci illər X13 iştirakçısı olmuşdur. X8 əvvəllər Ermənistan Respublikasında yaşamışdır. Bu səbəbdən o və digər övladları Ermənistan Respublikasında anadan olmuşdur. Mərhum atası ölməmişdən əvvəl Sumqayıt şəhəri 19-cu məhəllə, ev 17/16, mənzil 1-də yaşamışdır. X1 ilə atasının nikahları Ermənistan Respublikasında qeyd olunduğundan onların nikah şəhadətnaməsi hazırda yoxdur. X1 08.02.1992-ci ildə vəfat etmişdir. O və digər bacı və qardaşları anadan olarkən onlara məlum olmayan səbəblərdən doğum şəhadətnaməsində soyadları ana soyadı ilə Nəsibova qeyd olunmuşdur. Belə ki, iddiaçının adına olan doğum haqqında şəhadətnamədə atası X4 səhv olaraq yazılmışdır. İddiaçının doğum haqqında şahədətnamədə atasının soyadının hansı səbəbdən belə yazılması onlara dəqiq məlum deyil. Doğum haqqında akt qeydlərində və ona əsasən doğum şəhadətnamələrində Nəsibova qeyd olunmalarına baxmayaraq atalarının soyadı - Pirqələmov olmuşdur Bütün digər sənədlərdə də atası Pirqələmov qeyd olunmuşdur. Əvvəllər sənədlərdə soyadlarının ana soyadı ilə qeyd olunması hər hansı problem yaradacağı barədə düşünməmişdirlər. Valideynləri hər ikisi və iddiaçı Ermənistan Respublikasında anadan olduqlarından doğum şəhadətnaməsində müvafiq dəyşikliklərin aparılması qeyri-mümkün olmuşdur. Hal-hazırda atası X3 X13 iştirakçısı olması ilə əlaqədar qanunvericilikdə müharibə iştirakçılarının ailə üzvlərinə nəzərdə tutulmuş sosial güzəştlərdən istifadə etmək məqsədi ilə maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət etmişdir. Maraqlı şəxs iddiaçının doğum şəhadətnaməsində soyadının Nəsibova qeyd olunmasını, mərhum atasının isə Pirqələmov soyadı daşımasını ziddiyyət kim qeyd edərək, müharibə iştirakçısının ailə üzvü barədə arayışı verməkdən imtina etmişdir. Nəticədə o, X13 iştirakçısının ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş sosial təyinatlı güzəştlərdən istifadə etməkdən məhrum olunmuşdur. Həqiqətən də X3 övladı olmağını başqa qaydada hər hansı sənədlə təsdiq edə bilmir. Mərhumun iddiaçının atası olmasını təsdiq edəcək doğum şəhadətnaməsində və yaxud da həmin sənədin bərpa olunması üçün Azərbayca Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, maraqlı şəxs ərizəni təmin etməkdən imtina etmişdir. Ərizəyə əlavə etdiyi atasına məxsus mənzilə dair texniki pasportun surəti müvafiq orqanın qardaşı X9 verdiyi 06.05.1992-ci il tarixli ətraflı arayışla və təsdiq olunur ki, qardaşının notariat kontoruna verdiyi ərizədən də görünür ki, iddiaçı və qardaşı mərhum X3 övladlarıdır. X3 iddiaçının atası olmasını şahidlər də təsdiq edə bilərlər. Bu faktın təsdiqi iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş sosial təyinatlı güzəştlərdən istifadə etmək, sənədlərdə müvafiq dəyişikliklərin aparılması və digər hüquq və mənafelərinin təmin edilməsi üçün zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1892/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini bildirmişdir. Düzgün və əlverişli hüquqi müdafiə vasitəsi olaraq iddiaçının qohumluq faktının təsdiq edilməsini təsdiq edilməsini tələb etmək hüququ vardır.Qohumluq faktının təsdiq edilməsini müvafiq ümumi məhkəmədən tələb edərək, istədiyi hüquqi nəticəni əldə edə bilməsi istisna edilmir. Lakin iddiaçı xüsusi icraat qaydasında Sumqayıt Şəhər Məhkəməsində qohumluq münasibətləri faktının müəyyən olunmasıvə doğum akt qeydinin düzgün olmaması haqqında ərizə ilə bir neçə dəfə müraciət etmiş, lakin ərizələr Sumqayıt Şəhər Məhkəməsinin qərardadları ilə təmin edilməmişdir.Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi olduğundan bu iddia ilə İnzibati Məhkəməyə müraciət etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1941-1945-ci illər X13 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanmadığından xahişin təmin olunması mümkün olmamışdır. Həmçinin, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Cıvıxlı kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə X6 qeyd olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 20 fevral 2020-ci il tarixli, 340 saylı məktubundan görünür ki, ərizədə iddiaçının atasının adı, soyadı, atasının adı X7 halda, doğum haqqında şəhadətnamədə X4 qeyd olunmuşdur. Sənədlərə aydınlıq gətirilməsi üçün müvafiq orqanlara müraciət etmək tövsiyə olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçının atasının soyadı “Nəsibov” kimi qeyd olunmuşdur. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə hüquqi faktın müəyyən edilməsi ilə bağlı olduğundan xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, həmçinin iddiaçıya qohumluq faktının təsdiq edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməli olduğu qərardadda da əks olunmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1892/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar