Məhkəmə qərarları › İş №2-1(105)-145/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-145/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-145/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayonu Samur Bələdiyyəsinə qarşı “ona bələdiyyə ərazisindən torpaq sahəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2609/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qusar rayonu Samur Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona Samur Bələdiyyəsi ərazisindən 0.98 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildə Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olmuş və hal-hazırda Qusar rayonu Samur qəsəbəsində qeydiyyatdadır. Samur qəsəbə inzibati ərazi dairəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamağına baxmayaraq ona aqrar islahatı zamanı pay torpağı ayrılmamışdır. Qusar rayonu Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2021ci il tarixli, 117 saylı arayışa görə Samur qəsəbə İƏD üzrə nümayəndəliyində torpaq islahatı zamanı adambaşına düşən pay torpaq sahəsi təxminən 0.98 ha olmuşdur. O, 18 may 2022-ci ildə məktubla cavabdehə müraciət edərək həmin bələdiyyənin ərazisindən ona 0.98 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, müraciətindən 2 aydan artıq vaxt keçsə də müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin üzərinə ona bələdiyyə torpağından 0,98 ha torpaq sahəsi ayrılması öhdəlinin qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, “Aqrar islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi məqsədi ilə yerli X2 yaradılmışdır. Bu komissiyalar 1996-cı ildə fəaliyyətə başlamış və 2002-ci ildə Respublika ərazisində kənd təsərrüfatı məqsədli torpaq fondunun xüsusi mülkiyyətə verilməsi prosesinin tam başa çatması ilə fəaliyyəti dayandırılmışdır. O, cümlədən, Qusar rayonu Samur qəsəbəsi ərazisində “Oktyabr inqilabı üzümçülük sovxozunun aqrar islahatı komissiyası” fəaliyyət göstərirdi. Sonradan bu məsələnin həlli bələdiyyələr və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmiş, hazırda isə kənd təsərrüfatı məqsədli uqodiyası əkin olan torpaq sahələri üzrə əməliyyatların aparılması Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. X5 Komissiyassiyasının fəaliyyəti dövrünə aid sənədlərin Dövlət Arxivinə təhvil verilməsi səbəbindən iddiaçının adının "Oktyabr inqilabı üzümçülük sovxozu ərazisində torpaq islahatı ilə əlaqədar torpaq fondunun pay şəklində xüsusi mülkiyyətə veriləcək subyektlərin siyahısı” na hansı səbəbdən düşməməsi barədə məlumatları yoxdur. “Aqrar islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq adambaşına düşən pay torpaq sahəsi veriləcək subyektlərin siyahısına: a) torpaq islahatı vaxtında həmin sovxozda işləyən fəhlə və qulluqçular; b) 02 avqust 1996-cı il tarixinə həmin ərazidə doğulmuş və qeydiyyatda olan, torpaq payı almaq hüququ olan, həmin sovxozda işləyən fəhlə və qulluqçuların ailə üzvləri; c) həmin sovxozda işləmiş və sovxozdan təqaüdə çıxmış şəxslər aid olmuşdur. Qeyd edir ki, çox güman ki, iddiaçı "Oktyabr inqilabı üzümçülük sovxozu" nda o zaman işləməmiş, yaxud da Samur qəsəbəsi ərazisində passport qeydiyyatında olmamışdır və ya qeydiyyat ünvanından köçüb getmişdir. (İddia ərizəsindən məlum olur ki, iddiaçı xx.xx.1996-ci il tarixinə ünvan 1i ünvanında passport qeydiyyatında olmuş və hal hazırda da orada qeydiyyatdadır). Belə olan halda məsələ ilə bağlı o ancaq xx.xx.1996-ci il tarixinə passport qeydiyyatında olmuş inzibati ərazi üzrə müraciət edə bilər. İddiaçı ona pay torpaq sahəsinin düşməməsi və ərazidə adambaşına düşən pay torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli 57 saylı cavab məktubu göndərilmişdir. Bundan əlavə olaraq iddiaçının qardaşı X1 bələdiyyəsinə dəvət olunmuş, bu mövzu ilə bağlı mövcud qanunvericilik aktlarının tələbləri ilə tanış edilmişdir. Hesab edir ki, iddia tələbi rədd edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2609/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini bildirdiyi halda iddianı təmin etməmişdir. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondu torpaqları AR-nın müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslərə verilə bilər. Həmin qanunun 12-ci maddəsinin 2-ci bəndinə görə bu qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər soxvoz və kolxozun özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir (Qanun 16 iyul 1996-cı ildə 55-İQ saylı qanunla qüvvəyə minmişdir). Qusar rayonu Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, 117 saylı arayışda qeyd edilmişdir ki, o, aqrar islahat aparılan dövrdə Qusar rayonu “Oktyabr inqilabı” adına üzümçülük sovxozunun ərazisində yaşamışdır. Qeyd edir ki, məhkəmə iddiaçının “Oktyabr inqilabı” adına sovxozda aqrar islahat keçirilərkən həmin ərazidə yaşaması faktının təsdiqi üçün Samur qəsəbə inzibati ərazi dairəsi nümayəndələriyinə sorğu ilə müraciət etməli olduğu halda bunu etməmişdir. Qeyd edir ki, iddiaçı bələdiyyənin ərazisində yaşamış, lakin ona pay torpaq sahəsi həmin dövrdə fəaliyyət göstərən Aqrar İslahat Komissiyasının təqsiri üzündən verilməmişdir. Məhkəmə aqrar islahat keçirilən dövrdə iddiaçının Qusar rayonu “Oktyabr inqilabı” adına üzümçülük sovxozunun ərazisində yaşadığına aydınlıq gətirməmişdir. Halbuki, təqdim etdiyi arayışda onun həmin ünvanda yaşadığı, lakin ona torpaq sahəsi verilmədiyi göstərilmişdir. Həmçinin, həmin arayışda sovxoz üzvlərinə verilən pay torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Qanunvericiliyə görə belə olan halda, ona bələdiyyənin ehtiyat fondu torpağından pay sahəsi ayrılıb verilməlidir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Samur Bələdiyyəsi diskression səlahiyyətə malikdir və öz səlahiyyəti daxilində düzgün hərəkət etmişdir. Həmçinin, məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 9.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddə bələdiyyə mülkiyyətində olan torpaqların hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Hazırki mübahisədə iddiaçı bələdiyyədən ona pay torpaq sahəsi ayrılmasını tələb etdiyi halda məhkəmə torpağın hansı qaydada əldə edilməsi üsullarına toxunmuşdur. Halbuki, hazırki mübahisənin predmetini aqrar islahatı zamanı ala bilmədiyi pay torpaqlarının ayrılması təşkil edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətinə etirazında nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut və ya dəlil təqdim etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırki işin hallarından görünür ki, yaranmış mübahisə aqrar islahatı zamanı ayrılmamış torpaq sahəsinin verilməsi barədədir. Belə ki, iddiaçı, hazırki iddia ilə cavabdeh Qusar rayonu Samur Bələdiyyəsinə müraciət edərək ona aqrar islahat zamanı adambaşına düşən torpaq payının ayrılmasını istəmişdir. İddiaçı tələbini Qusar rayonu Samur Bələdiyyəsinə yönləndirməsini “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən əlaqələndirmişdir. İddiaçının istinadına görə həmin normada qeyd edilmişdir ki, bələdiyyələrin ehtiyat fondu torpaqları AR-nın müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslərə verilə bilər. İşə baxan birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə qiymət verərkən Bələdiyyənin hazırki iddiaya cavab verməli orqan olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əldə etmək istədiyi torpaq sahəsi Qusar rayon Samur bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti Samur Bələdiyyəsinə aiddir. Belə olduğu təqdirdə Qusar rayon Samur Bələdiyyəsinin hazırki iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qeyd edir ki, Qusar rayonun hansı bələdiyyəsinin səlahiyyətli olmasından əvvəl, ümumiyyətlə bələdiyyələrin bu qəbildən olan iddialara cavab verməli olub-olmadığı aydınlaşdırılmalıdır. Tələbinin əsası kimi iddiaçının istinad etdiyi “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 2-ci bəndi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Adıçəkilən normanın əvvəlki redaksiyasında deyilirdi ki, Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün müvafiq ərazidə torpaq payı almış fiziki və hüquqi şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Lakin 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə ikinci hissə yeni redaksiyada verilmişdir. Yeni edilmiş dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslərə bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Başqa sözlə, 2008-ci ildən etibarən bələdiyyələrin belə bir səlahiyyəti aradan qaldırılmışdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İddiaçı apellyasiya şikayətinin dəlillərində Qusar rayonu Samur qəsəbəsində anadan olub, orada qeydiyyatda olduğunu, həmin qəsəbədə aqrar islahatı zamanı adambaşına 0.98 ha pay torpaq sahəsi düşdüyünü, lakin ona pay torpağı ayrılmadığını iddia edərək Samur bələdiyyəsi ərazisindən ona torpaq sahəsinin verilməsini tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda aparılan hüquqi dəyərləndirməyə görə iddiaçı, islahat zamanı ona pay torpaq sahəsi ayrılmasına dair qərarın qəbul edilməməsi ilə bağlı aqrar islahat komissiyasının hərəkətlərindən şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143 nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi hazırda aqrar islahat komissiyaları artıq fəaliyyət göstərmir, yerli özünüidarəetmə orqanlarının isə aqrar islahat zamanı ayrılmayan torpaq sahəsini ayırmaq səlahiyyəti qanunla nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından iddia mümkün deyildir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edərkən haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2609/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar