Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-145/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1169/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim İmran Burcayev) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1169/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X12 arasında notariat qaydada bağlanılmış 27 sentyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Hökməli qəsəbəsində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X8 adına mülkiyyət kimi qeydiyyata alınmış 0.0688 ha torpaq sahəsinin 0.045 ha hissəsi İddiaçı satılmışdır. Eyni zamanda 27 sentyabr 2022-ci il tarixdə bu barədə torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişi bağlanmışdır. Cavabdehə torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı müraciət olunmuş, lakin cavabdeh orqan tərəfindən müraciətin təmin olunmasından imtina olunmuşdur. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmış 0.0688 ha torpaq sahəsinin 0.045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış və texniki pasportun verilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması mütləq və zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərardadı ilə X14, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 (sonradan üçüncü şəxs qismində iştirakına xitam verilmişdir), xx.xx.2024cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 17 avqust 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1. Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq olduğu; 2. Faktiki torpaq sahəsinin bir hissəsinin **********26- 10301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Qeyd olunan hal isə Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərarının icrasını qeyri-mümkün edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək bildirdi ki, onun X5 27 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0.0688 ha torpaq sahəsinin 0.045 ha hissəsi hasara alınmışdır və faktiki olaraq onun istifadəsindədir. Heç kimin torpaq sahəsi ilə üst-üstə düşmür, ayrıca giriş-çıxışı var. Cavabdeh əsassız olaraq ona çıxarış və plan ölçü verməkdən imtina edir. Odur ki, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 izahatında bildirdi ki, iddiaçı onunla qonşuluqda yaşayır. İddiaçıya məxsus torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur və onun istifadə etdiyi torpaq sahəsi 0,0056 ha təşkil edir və torpaq sahəsi koordinatlar daxilində yerləşir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və üçüncü şəxs X14 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,0688 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1149 nmrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. X8 adına həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə A655862 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Abşeron rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1908 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyətində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsini İddiaçı 90.000 manata satmışdır. X12 ilə İddiaçı arasında torpaq sahəsinin bölgü eskizinin təsdiqi barədə xx.xx.2022-ci il tarixdə 3M-1284 reyestr nömrəli saziş bağlanmış və notarius tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişinə əsasən 0,688 ha torpaq sahəsinin bölgüsü aşağıdakı qaydada olmuşdur: 0,0450 ha hissə İddiaçı, yerdə qalan hissə isə Rəqibə Qədirovaya məxsus olmaqla bölünmüşdür. Bundan sonra İddiaçı satıcı Rəqibə Qədirovadan alqı-satqısı müqaviləsi əsasında aldığı 0,045 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq olması və faktiki torpaq sahəsinin bir hissəsinin **********2610301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməsini əsas göstərməklə, iddiaçının hüququnun qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin **********26-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü qeyd edilməsi səbəbilə həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunmasına dair cavabdeh orqana sorğu göndərmiş və alınmış cavab məktubu ilə müəyyən ilkin sənədlərdən müəyyən olunmuşdur ki, Abşeron rayon Hökməli qəsəbəsində yerləşən 1000 kv.metr (0,10 ha) torpaq sahəsi Abşeron rayon İHB-nın Hökməli qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə Ağamirzəyeva (Hüsiyeva) İlhamə Şamil qızına fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır (qərardan çıxarış, akt, plandan çıxarış və plan-ölçü sənədləri olmaqla). Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,06 ha hissəsi X9 özgəninkiləşdirilmiş, bundan əlavə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9 Abşeron rayon AİK-nın qərarı ilə 900 kv.metr torpaq sahəsi ayrılmış və müvafiq plan-ölçü sənədi verilmişdir. xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Vəli Allahverdiyev ona məxsus 900 kv.metr torpaq sahəsinin 0,04 ha hissəsini Rəqibə Qədirovaya, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən isə çıxarışla ona məxsus olan 0,11 ha torpaq sahəsini mərhum X15 (Rəqibə Qədirovanın mərhum əri) satmışdır. Həmin 0,11 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Rəqibə Qədirova mərhum X13 vərəsəsi olmaqla həmin 0,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu RX seriyalı ******* nömrəli çıxarışla öz adına rəsmiləşdirmişdir. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,11 ha torpaq sahəsi Rəqibə Qədirova tərəfindən hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən X2 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və planölçü sənədi verilmişdir. Daha sonra Elçin Məmmədov tərəfindən həmin torpaq sahəsinin 0,02 ha hissəsi X16, 0,007 ha hissəsi X6, 0,013 ha hissəsi X1, 0,0092 ha hissənin isə ümumi yola ayrılmasına (notarial qaydada təsdiq edilmiş sənədlə) etiraz edilməmişdir. X10 xx.xx.2019-cu il tarixli çıxarışla 0,0546 ha hissədə torpaq qalmış, həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehin üst-üstə düşdüyünü ehtiva etdiyi X10 məxsus torpaq sahəsinə dair mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmaqla çıxarışla rəsmiləşdirilmiş, həmin torpağa dair plan-ölçü sənədi işlənmişdir. Üçüncü şəxs qismində cəlb olunmuş həmin şəxsə məxsus torpaq sahəsi ilə hansı hissədə uyğunsuzluq olduğu cavabdeh orqan tərəfindən müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur). “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında satın aldığı torpaq sahəsi əvvəllər satıcının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alındığına, torpaq sahəsinin plan və ölçüsü tərtib edildiyinə və satıcının adına qeydiyyata alınmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyinə görə, cavabdeh inzibati orqanın imtinasınin və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iddiaçının qanuni yolla əldə etdiyi əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi qanunsuzdur. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə ziddir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə xx.xx.2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli Qərarı, § 93). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1169/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-145/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-145/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver