Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-146/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin idarənin üzərinə üçüncü şəxs X4 xx.xx.2015-ci il tarixli, AN-İ №0510506 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2- 1(118)-815/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ərizəsində qeyd olunan halların ciddi araşdırılaraq X4 xx.xx.2015-ci il tarixli AN-1 №0510506, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və Texniki Pasportuna, həmçinin onun adına olan xx.xx.2015-ci il tarixli inventar nömrəsi 9949, reyestr **********17-06101-083002 olan texniki pasportuna düzəliş edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsinin təmin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə hər-hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur.
Birinci instansiya məhkəməsində icraat
3. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin idarənin üzərinə üçüncü şəxs X4 xx.xx.2015-ci il tarixli AN-İ №0510506 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyul 2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ №0510507 saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayon X1 şəhəri, 11.B.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m qeyri yaşayış sahəsini satın almışdır. Həmin müqaviləyə əsasən cavabdeh orqan tərəfindən satın aldığı qeyri-yaşayış sahəsinə dair iddiaçının adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X12 və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 280,9 kv.m göstərilsə də torpaq sahəsi ilə bağlı qrafalar boş saxlanılmışdır. Texniki Pasportunda da yalnız binanın (tikilinin) texniki təsviri verilmiş, bina ətrafı torpaq sahəsi qonşu torpaq sahəsi kimi göstərilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat Kontorunda təsdiq edilmiş AN-İ №0510506 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. İddiaçının müqaviləyə əsasən cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri yaşayış sahəsinə dair onun adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı, ******* nömrəli X9 Haqqında Daşınmaz Əmlakın X12 və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan Texniki Pasport verilmişdir, Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kvm və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki Pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kvm göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an 3 tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişdir. Qeyd edir ki, xx.xx.2015-ci ildə həm iddiaçı ilə 280.9 kvm qeyri-yaşayış sahəsinə, həm də üçüncü şəxs X6 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən qeyri yaşayış binasına dair Xaçmaz rayon İstehsalİstehlak Kooperativinin adına olmuş xx.xx.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyri-yaşayış binasının ümumi sahəsi 824 kv.m və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X8 arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən sonuncuya tikinti altı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəsi-anbar binaları satılmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X4 adına verilmiş Texniki pasportunda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kvm göstərməklə iddiaçının mülkiyyətində olan binanın 3 tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək göstərilən qanunsuzluqların aradan qaldırılması, üçüncü şəxs X4 alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və texniki pasportuna, həmçinin adına olan Texniki Pasportuna düzəlişlər edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********74 nömrəli cavab məktubu ilə iddiaçıya rədd cavabı verilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, ərizəsində qeyd olunan əmlak qeyri yaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat, Çıxarış və Texniki Pasporta əks olunmur. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı qeyri yaşayış sahəsi inzibati bina olmaqla əsas tikilidir, üçüncü şəxs X2 aldığı anbar binaları isə həmin inzibati binanın yardımçı tikililəridir. Necə olur ki, həmin alqı-satqı müqavilələri bağlanmazdan əvvəl Xaçmaz rayon X5 mülkiyyətində olmuş, ümumi sahəsi 824 kv.m olan qeyri yaşayış binasının yerləşdiyi 0.10345 ha torpaq sahəsi inzibati binanın alıcısı kimi iddiaçının adına olan Texniki Pasportunda deyil, yardımçı tikililəri almış üçüncü şəxs X4 adına olan Texniki Pasportunda onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı qeyd edir ki, Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən 2 mərtəbəli inzibati binası bütövlükdə onun mülkiyyətindədir. Binanın yanğın zamanı təxliyə qapıları inzibati binanın arxa tərəfinə açılmaqla hazırda üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Bundan da əlavə inzibati binanın su və kanalizasiya sistemləri binanın arxa hissəsi ilə H.Zərdabi küçəsi ilə keçən ümumi xəttlərə qoşulur. Həmin torpaq sahəsi üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərildiyindən o, gələcəkdə iddiaçını həmin torpaq sahəsinə girməyə qadağan edə bilər, həmçinin baş verilə biləcək yanğın və s. hadisələr zamanı xüsusi texnikanın həmin əraziyə keçməsinə maneçilik törədə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İsayev X13 şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyri yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışda və texniki pasportda düzəliş edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli ərizə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarınıza dair çıxarışda və texniki pasportda düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəsində qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Bildirilmişdir ki, qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Bundan əlavə İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı, **********17-06101-083002 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 və "Bank Avrasiya” ASC, xx.xx.2021-ci il tarixli qərardadı ilə isə Xaçmaz rayon İstehsal- İstehlak Kooperativi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)- 815/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan qeydiyyat orqanıdır və iddiçının təqdim etdiyi alğı-satqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri ilə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. İddiaçı apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticəyə istinad edərək göstərir ki, cavabdeh hansı əsasla üçüncü şəxs T.Hüseynovun adına olan çıxarışında və texniki pasporunda onu istifadəsində olan torpaq sahəsini göstərir hansı ki, o yardımçı tikililər olan anbar binaları satın almışdır, iddiaçı isə əsas tikili olan qeyri-yaşayış binasını satın aldığım halda sənədlərdə istifadəsində olan torpaq sahəsi göstərilməmişdir. İddiaçı apellyasiya şikayətində daha sonra Mülki Məcəllənin 243.1 və 243.2-ci maddələrinə (Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlak mülkiyyət hüququ başqa şəxsə keçərkən o, torpaq sahəsinin müvafiq hissəsində istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlə və eyni həcmdə əldə edir. Torpaq sahəsi mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.) istinad edərək göstərir ki, işə baxmış məhkəmə mübahisənin həllində həmin maddi hüquq normalarını tətbiq etməklə iddia tələbini təmin etməli idi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Üçüncü şəxs X8 məhkəməyə ərizə ilə müraciət edərək dəfələrlə bu məsələ ilə bağlı məhkəmə instansiyalarında qərarlar qəbul edildiyini, habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ərizəsinə əsasən adına verilmiş texniki pasportda ümumi torpaq sahəsinin azaldılaraq 1051 kv.m. saxlanıldığını, pasportda edilmiş dəyişikliyin nəzərə alınmasını xahiş etmiş, habelə xx.xx.2022-ci il tarixli teleqramla səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında iştirak etməmişdir.
13. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəlirinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
15. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
16. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək;
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırkı mübahisənin predmetini üçüncü şəxs T.Hüseynovun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31- 12301 olan Texniki Pasportunda, həmçinin iddiaçının adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan texniki pasportunda düzəlişlərin edilməsi təşkil edir.
21. Cavadehin imtinasının əsas dəlili ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur.
22. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə uyğun olaraq araşdırma apararaq düzgün olaraq müəyyən etmişdir ki, idddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini satın almışdır. Lakin, alğı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir.
23. Belə ki, İş materiallarında olan iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m. qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi həmin çıxarışda torpaq sahəsinin ölçüsü, mülkiyyət növü, hüququn növü göstərilməmiş, həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949 olan texniki pasportda isə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə kimi 1-ci mərtəbə göstərilmiş (mərtəbələrin sayı -2),qeyri-yaşayış sahəsinin texniki təsviri və vəziyyəti əks olunmuşdur. Həmin texniki pasportda psportun tərtib edilməsi üçün təqdim edilmiş sənəd kimi Xaçmaz rayonu 1 saylı notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-1121 nömrəli alğı-satqı müqaviləsi göstərilmişdir.
24. İş materiallarında olan qeyd edilən müqavilə də iddiaçının satıcı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən istifadədə olan 0.10345 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m. olan qeyr-yaşayış sahəsini alması barədədir.
25. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi Xaçmaz şəhəri, H.ünvan 4 ünvanda yerləşən 376 kv.m. qeyri yaşayış sahəsi (2-ci mərtəbə) də iddiaçının mülkiyyətindədir. Həmin çıxarışda da torpaq sahəsinə dair məlumatlar öz əksini tapmamışdır.
26. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilərək xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* saylı və xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX0692267 saylı reyestrdən çıxarışlara əsasən İddiaçı məxsus daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlərin və həmin əmlakların texniki pasportlarının təsdiq edilmiş surətlərinin, habelə üçüncü şəxs T.Hüseynova məxsus Xaçmaz şəhəri, H.ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinin və həmin əmlak barədə dövlət reyestrində və texniki pasportda sonradan edilmiş dəyişikliklərin səbəbləri göstərilməklə ətraflı məlumatın və buna dair müvafiq sənədlərin surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq iddiaçıya və üçüncü şəxs X6 müvafiq qeyri yaşayış sahələrinə dair çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmiş, eyni zamanda bildirmişdir ki, Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-4499 reyestr nömrəli X4 texniki pasporta əsasən istifadəsində olan 1395,6 kv.metr torpaq sahəsindən, sxemdə göstərildiyi kimi 344,6 kv.metr torpaq sahəsindən imtina ərizəsinə əsasən texniki pasportda torpaq sahəsində dəyişiklik edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka dair texniki sənəd olan texniki pasport məhz dövlət reyesterində müvafiq daşınmaz əmlaka dair qeydiyyata alınmış hüquqların təsvirini və texniki göstəricilərini özündə əks etdirir. İddiaçının texniki pasportuna düzəliş edilməsini tələb etdiyi və bütövlükdə onun mülkiyyətində olduğunu göstərdiyi H.Zərdabi küçəsi 4 ünvanda yerləşən 2 mərtəbəli inzibati binanın hər bir mərtəbəsinə dair ayrı-ayrı çıxarışlarla həmin binanın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər-hansı hüququ qeydiyyata alınmadığından və həmin texniki pasport daşınmaz əmlakın iş materiallarında olan texniki sənədlər üzrə vəziyyətinə uyğun tərtib edildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.
28. Eyni zamanda işin yuxarıda qeyd edilən faktiki hallarından, habelə üçüncü şəxs X8 tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş məhkəmə qərarlarından görünür ki, cavabdeh inzibati orqanın və üçüncü şəxs T.Hüseynovun da cəlb edildiyi ddiaçı İddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinə qarşı “Azərittifaq” İH, X8, Xaçmaz rayon 1 saylı Notariat kontoru və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, sərəncam və qərarların, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan əmlakın iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, binaya əvvəllər mövcud olmuş girşin, dəhlizin və sanitar qovşağın istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddiaçı X11 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edlmişdir ki, iddiaçı anoloji tələblə əvvəl də Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətanaməsilə müəyyən edilmişdir ki, Xaçmaz RİİK və Telman Hüseynov arasında əmlakın özgəninkiləşdirilməsi qanunvericiliyə və nizamnaməyə uyğun qaydada keçirildiyindən DƏDRX tərəfindən Xaçmaz RİİK-nın adına, habelə Telman Hüseynovun adına verilmiş çıxarışların ləğv edilməsi, müvafiq olaraq Xaçmaz, RİİK və Telman Hüseynov arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Qanunvericliklə müqavilə azadlığının olması, Xaçmaz RİİK-nin əmlakının özgəninkiləşdirilməsinin kooperativ üzvlərinin müvəkkillərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olması nəzərə alınmaqla, Xaçmaz RİİK-nin balansında olan tikinti altı sahəsi 376,7 kvadrat metr olan anbar binasının iddiaçıya satılması öhdəliyinin Xaçmaz RİİK-nin üzərinə qoyulması barədə İddiaçı tələbinin heç bir əsası yoxdur. Xaçmaz RİİK-nin istifadəsində saxlanılan 4 otağına girişin müstəqil olaraq Xaçmaz şəhəri, H.Zərdabi küçəsindən açılmaqla binaya əvvəllər mövcud olan giriş, dəhliz və sanitar qovşağının iddiaçının istifadəsinə verilməsi barədə İddiaçı tələbi də Xaçmaz RİİK-in mülkiyyət hüququna qanunsuz müdaxilə olduğu üçün iddianın bu hissəsi də təmin edilə bilməz. Qeyd olunan qətnamə ilə iddia rədd edilərkən həmçinin İddiaçı ləğv edilməsini tələb etdiyi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfındən Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin adına verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş «Azərittifaq» İdarə Heyətinin və Xaçmaz RİİK-nin müvəkkillər yığıncağının müvafiq qərarlarının mübahisələndirilməməsi də əsaslardan biri kimi göstərilmişdir. Qeyd edilən iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə qeyd edilən məhkəmə araşdırmaları zamanı da iddiaçı hazırki dəlillərini irəli sürmüş, lakin məhkəmə araşdırması nəticəsində həmin dəlillər əsassız hesab edilmiş, iddiası rədd olunmuşdur
29. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.
30. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.