Məhkəmə qərarları › İş №2-1(105)-147/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-147/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-147/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2- N(NN8)-N44N/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.N973-cü ildə Qubadlı rayonu, Mollu kəndində anadan olmuşdur.

2. İddiaçıya məxsus HЗ ******* saylhərbi biletdə onun xx.xx.N-ci il tarixdə hərbi xidmətə çağırılması xx.xx.N996-cı il tarixdə isə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrilə ordu sıralarından təxris olunması barədə qeyd mövcuddur.

3. İddiaçının təqdim etdiyi X3 İdarəsinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli arayışında göstərilmişdir ki, RHK tərəfindən hərbi xidmətə göndərilmiş İddiaçı N(8N0) №-li hərbi hissə komandirinin N may N- ci il tarixli N6 №-li əmrilə (əsas: § 2, sıra 54, səh N3, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyona əsgər qəbul edilmişdir. N(850) №li hərbi hissə komandirinin 3N avqust N-ci il tarixli 39 №-li əmrilə sıravi İddiaçı (əsas: səh 36, əmrdə vəzifəsi göstərilməyib) N-ci taburun şəxsi heyətinin siyahısından çıxarılaraq təmir bölüyünün siyahısına daxil edilərək bütün növ müavinatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 56 №-li əmrində təmir bölüyünün əsgəri İddiaçı Salam oğlunun (əsas: § 8, sıra N, səh N2, əmrdə atasının adı Salam yazılmışdır) xx.xx.N993-cü il tarixdən bölmə komandiri vəzifəsinə təyin olunması barədə məlumat vardır.

4. Həmin arxiv arayışında daha sonra göstərirlir ki, N №-li hərbi hissə komandirinin fevral-dekabr N993-cü il, yanvar- dekabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.202N-ci il tarixli məktubla bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2- 500N nömrəli arayışa əsasən N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N-ci il tarixli N6 nömrəli əmlə N saylı batalyona əsgər kimi qəbul edilmiş və xx.xx.N996-cı ildə 79N nömrəli əmrə əsasən ordu sıralarından tərxis olunmuşdur. Müdafiə Nazirliyinə ona rəsmi qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etmişdir. xx.xx.2022-ci il tarixli AR Müdafiə Nazirliyi tərəfindən ona ünvanlanmış məktubda təkrar bildirilmişdir ki, “ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 790 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, Müdafiə Nazirliyinin qərarı əsassızdır. İddia ərizəsinə əlavə olunmuş hərbi biletinin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.N-cı ildə N6 saylı əmr ilə hərbi xidmətə daxil olmuşdur və xx.xx.N996-cı ildə 79N saylı əmr ilə ordu sıralarından tərxis olunmuşdur. Hər iki əmr möhürlərlə təsdiq olunmuşdur. Hərbi biletində hərbi hissənin giriş və çıxış möhürləri mövcuddur. Əlavə olaraq bildirmişdir ki, əvvəlki məktubda N-ci ildən, sonra məktubda isə N993-cü ildən xidməti barədə məlumatın olmadığı qeyd edilmişdir. Məlumatlarda ziddiyət var. Maşın təmiri ilə məşğul olmuşdur. Rotada hər ay əsgər kimi maaş almışdır. N993-cü ildə onları Gəncəyə aparmış, daha sonra Ağdam və Fizuliyə gətirmişdirlər. Atəşkəsdən sonra Fizulidə olmuşdur. N995-ci ildə könüllüləri, N996-cı ildə digər əsgərləri buraxmışdırlar. N994-cü ilin N2 may tarixindən sonra Fizulidə olmasını təsdiq edən jurnal var. Qubadlı, Laçın, Ağdam, Fizuli uğrunda gedən döyüşlərlə əlaqədar hərbi bilet almışdır. Sonradan veteran vəsiqəsinin alması üçün müraciət etmiş, deyilmişdir ki, arxivə müraciət etsin.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:

8. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində, N may N-ci tarixli N6 nömrəli əmri ilə N saylı batalyona əsgər kimi qəbul edildiyini və 30 iyun N996-cı ildə 79N nömrəli əmrlə ordu sıralarından tərxis olunduğunu göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə istinad olunmaqla göstərilir ki, İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2- 500N nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının adına olan H3 ******* nömrəli hərbi biletində onun Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrilə ordu sıralarından təxris olunması barədə qeyd hərbi hissənin komandiri tərəfindən deyil, həmin qeyd xx.xx.N996-cı ildə Qubadlı RHK-nın adından qeyd edilmişdir. SHXÇDX-nın Qubadlı rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 475 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat kartasında qeyd olunmuş Azərbaycan Respublikası müdafiə nazirinin. xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrilə iddiaçının ordudan təxris olduğu da qeyd edilmişdir. Belə ki, hərbi biletdəki, qeydiyyat kartındakı məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmursa və yaxud onlardakı məlumatlarla üst-üstə düşmürsə və ya onlara ziddiyyət təşkil edirsə hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarındakı məlumatlar əsas dəlil kimi qəbul edilməlidir. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanı ilə N994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında N il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, xx.xx.N996-cı ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-N(NN8)- N44N/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tərxis olunması barə məlumat hərbi biletdə öz əksini tapmış olsa da, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməmişdir.

11. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12.İddiaçı apellyasiya şikayətində müvafiq normativ hüquqi aktlara və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad edərək göstərir ki, inzibati orqan tərəfindən müvafiq sənədlərin arxivə təhvil verilməməsinə görə ona müharibə veteranı statusunun verilməməsini əsassız və qanunsuz hesab edir. Bundan əlavə məhkəmə tərəfindən hərbi biletdə təxris olunması barədə qeydin hərbi hissə komandiri tərəfindən deyil Qubadlı RHK adından qeyd edilməsi barədə gəldiyi nəticəni də əsassız hesab edir. Hərbi biletdəki təxris olunma barədə qeyd hərbi hissə komandiri tərəfindən yazılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.N99N-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

16. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

18. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-N(N05)-8N5/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.

23. İddiaçı N may N-ci tarixli N6 nömrəli əmri ilə N saylı batalyona əsgər kimi qəbul edildiyini və 30 iyun N996-cı ildə 79N nömrəli əmrlə ordu sıralarından tərxis olunduğunu qeyd edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.

24. Mudafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli məktubdan görünür ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərdiyi sənədlərə Mudafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyanın xx.xx.202N-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

25. Müvafiq arxiv arayışından, habelə cavabdehin təqdim etdiyi N2 may 2022-ci il tarixli, 4/2-3036 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.N-ci il tarixdə Qubadlı RHK tərəfindən hərbi xidmətə çağırılmışdır, xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş və xx.xx.N996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsində hərbi qeydiyyatdadır. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin 26 may 2022-ci il tarixli, 475 saylı məktubu)

26. Qeyd edilən arxiv arayışları ilə müəyyən edilmişdir ki, N saylı hərbi komandirinin iyun-iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması barədə məlumat aşkar olunmamışdır.

27. Bundan əlavə, iddiaçının hərbi biletindən əks olunmuş təxris barədə xx.xx.N996-cı il tarixli 79N №li əmr də Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №li hərbi hissə komandirinin iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır.

28. Cavabdeh etirazənda bildirmişdir ki, НЗ ******* saylı hərbi biletdə İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrilə ordu sıralarından təxris olunması barədə qeyd hərbi hissənin komandiri tərəfindən deyil, həmin qeyd xx.xx.N996-cı ildə Qubadlı RHK-nın adından qeyd edilmişdir.

29. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın N7-ci bəndində istinad edilən Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilə bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.

30. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz təsdiqini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

31. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur.

32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-N44N/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar