Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-147/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2111/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür (AZE seriyalı, 0******* şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 08 may 1975-ci il tarixli, 519 nömrəli attestata əsasən iddiaçı xx.xx.1974xx.xx.1975-ci il tarixlərində İsmayıllı rayon 138 nömrəli kənd texniki peşə məktəbində təhsil almış və ona üçüncü dərəcəli dülgər ixtisası verilmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Müstəqil İstehsalat Dizayn Birliyinin 31 və 33 nömrəli sexlərində, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Abşeron Rayon Mənzil X2, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Aqrerat Birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Tikinti tres meydançasının 1 saylı sahəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 29 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 21 il 11 ay 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. "xxxx" şirkətinin hüquqi ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən dövrlər üzrə İddiaçı əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hasab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" şirkətində fəhlə vəzifəsində işləmiş və əmək haqqı almışdır. Həmin dövrə dair əmrlər əmək kitabçasında göstərilmiş, eləcə də həmin müəssisə tərəfindən bununla bağlı ona arayış verilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" firmasının 27 yanvar 2022-ci il tarixli arayışı, müvafiq arayışda göstərilən məlumatların (işə daxilolma və işdən azad olunma tarixləri və əmrləri) hansı arxiv sənədləri əsasında təqdim edildiyi məlum olmadığından mötəbər sübut olaraq qəbul edilə bilməz. Eyni zamanda, iddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdən xx.xx.2004cü il tarixədək "xxxx" firmasında işləməsinə dair qeydlərin əmək kitabçasının doldurulma qaydalarının pozulması ilə doldurulduğu müəyyən edilmişdir. Belə ki, xx.xx.2001-ci il tarixdə işə daxilolma və xx.xx.2004-cü il tarixdə işdən azad olunma əmrlərində səlahiyyətli şəxsin imzası ilə ad, soyadı dəyişik və eyni qələmlə yazılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2111/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçasının düzgün doldurulması işəgötürənin vəzifələrinə aid edildiyindən iddiaçı bununla bağlı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. İddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqqları barədə məlumatların olmaması və ya qeydlərin eyni qələmlə aparılması, imzaların dəyişik olması həmin dövrün iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericilik normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən, hesab edirlər ki, məhkəmənin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-) Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. (-) 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcud olmamışdır. Bu baxımdan, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 7-ci maddəsinin tələbləri baxımından iddiaçıya yaşa görə pensiya təyin olunması üçün onun azı 25 il sığorta stajı mövcud olmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Müstəqil İstehsalat Dizayn Birliyində, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Abşeron Rayon Mənzil X2, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Aqrerat Birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Tikinti tres meydançasının 1 saylı sahəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində işləmiş, (23 il 29 gün), xx.xx.1974-xx.xx.1975-ci il tarixlərində peşə məktəbində təhsil almış (08 ay 07 gün), xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (02 il 10 gün). Cavabdeh iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərində "xxxx" şirkətində işlədiyi göstərilən dövrü mübahisələndirərək imtina məktubu, iddia ərizəsinə etiraz və şikayətinin dəlillərində həmin müəssisənin hüquqi ünvanı və arxiv sənədləri olmadığından iddiaçının əmək haqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmiş və həmin dövrü onun sosial sığorta stajına daxil etməmişdir. Həmin dövrlə bağlı kollegiya qeyd edir ki, əmək kitabçasının qeydlərində iddiaçının xx.xx.2001-ci il tarixdə "xxxx" Şirkətinə fəhlə vəzifəsinə işə qəbul edildiyi, xx.xx.2004-cü il tarixdə isə işdən azad edildiyi göstərilmişdir. Eləcə də, iş materiallarında olan "xxxx" Şirkətinin direktoru A.İ.Qasımov tərəfindən imzalandığı göstərilən xx.xx.2022-ci il tarixli arayışda iddiaçının 6 saylı əmrlə xx.xx.2001-ci il tarixdə "xxxx" Şirkətinə fəhlə vəzifəsinə işə qəbul edildiyi və 23 saylı əmrlə xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən dövrlə bağlı iddiaçının "xxxx" Şirkətində işə qəbul və işdən azad olunma barədə əmrlərinin, əmək haqqı cədvəllərinin surətinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar müvafiq sorğularla "xxxx" şirkətinə, eləcə də Abşeron rayon Dövlət Arxivinə müraciət etmiş, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivi həmin şirkətin sənədlərinin saxlanması və mühafizəsi üçün arxiv fonduna təhvil verilmədiyini bildirmiş, "xxxx" Şirkəti isə məhkəmənin sorğusunu cavablandırmamışdır. Əmək kitabçasında və xx.xx.2022-ci il tarixli arayışda iddiaçının 6 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə adıçəkilən müəssisədə işə qəbul edildiyi, 23 nömrəli əmrlə isə xx.xx.2004-cü il tarixdə işdən azad edildiyi göstərildiyindən, məhkəmə kollegiyası tərəfindən 2001-ci və 2004-cü illər üzrə iddiaçının işə daxil olmasına və işdən azad edilməsinə dair əmrlər kitabından, həmçinin, işlədiyi illər üzrə əmək haqqı cədvəllərindən çıxarışın təqdim edilməsi ilə bağlı "xxxx" Şirkətinə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" Şirkətinin direktoru X5 tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində işləməmişdir. Məhz buna görə də onun xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində işləməsi barədə işə daxil olmasına və işdən azad edilməsinə dair əmrlər kitabından, həmçinin, işlədiyi illər üzrə əmək haqqı cədvəllərindən çıxarışın təqdim edilməsi mümkün olmamışdır”. İddiaçı sorğuya cavabda göstərilənlərə öz etirazını bildərərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində "xxxx" Şirkətinin rəhbərinin X5 deyil, X3 bildirmişdir. Kollegiya qeyd edilən dəlillə bağlı bildirir ki, müəssisənin rəhbərinin dəyişməsi həmin müəssisənin əvvəlki fəaliyyətinə dair müvafiq sənədlərin saxlanılmamasına əsas vermir, belə ki, işçilərin sosial təminat hüquqlarının təmin edilməsi baxımından onların işə daxil və işdən azad edilmələrinə dair əmrlər kitabı, əmək haqqı cədvəlləri, eləcə də şəxsi vərəqələri hər bir işəgötürən müəssisənin arxivində saxlanılır. Həmçinin, "xxxx" Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilən məktubda iddiaçı barəsində müvafiq sənədlərin saxlanılmadığı deyil, iddiaçının, mübahisəli dövr ərzində ümumiyyətlə, həmin yerdə işləmədiyi bildirilir. Bununla da, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi, yəni iddiaçının həqiqətən də xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində "xxxx" Şirkətində işlədiyi öz təsdiqini tapmamışdır. Qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilmədiyi halda isə onun təhsil və hərbi xidmət dövrü ilə birlikdə sığorta stajı 21 il 11 ay 5 gün təşkil edir. Göründüyü kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sığorta stajı ilə bağlı şərt ödənilmir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2111/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-147/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-147/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver