Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-148/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********35 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 rayonu Xanalion kənd sakini X3 övladlığına verilmiş, bununla bağlı Masallı rayon qeydiyyat şöbəsində xx xxxx 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Şirinbacı Şahbazova xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019- cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verilmişdir. X12 vəfat edən günədək yaşa görə əmək pensiyası almışdır. Onun vəfatından sonra azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verildiyindən DSMF-nin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər ASAN xidmət mərkəzindən əldə etdiyi DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, azyaşlı Valeh Səbziyev X12nın övladlığına verilsə də, şəxsiyyət vəsiqəsində anası qrafasında Şirinbacı Şahbazovanın deyil, İddiaçı adının qeyd edilməsi əsasına görə Şirinbacı Şahbazovanın ölümü ilə bağlı Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə müraciəti təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatmamış övladların ailə başçısı itirməyə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götrülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası almaq məsələsində onun övladları ilə övladlığa götürənlərin eyni hüquqa malik olmasını müəyyənləşdirir. Cavabdehin müraciətini təmin etməməsinə dair məktubundan aydın olur ki, əsas kimi yalnız uşağın şəxsiyyət vəsiqəsində ana qrafasında övladlığa götürənin adının qeyd edilməməsi göstərilmişdir. Halbuki, bu halın ailə başçısına itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olması qanunvericilikdə əks olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Göründüyü kimi övladlığa götürülənin əvvəlki soyadı və ata adının saxlanılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu hal övladlığa götürmənin mövcud olmaması və ya icra edilməməsi anlamına gəlməməlidir. Bu isə cavabdehin iddiaçının müraciətini əsassız olaraq təmin etməməsini göstərir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: F.G.Zeynallı, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşə apelyasiya qaydasında baxılarkən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin DSMF-nin Sumqayıt şəhər şöbəsi üzərinə qoyulması barədə iddia tələbini təmin etməyən Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında X8 X3 övladlığına verilsə də şəxsiyyət vəsiqəsində anasının İddiaçı yazılması qeyd edilmiş və bu əsasa görə tələbi təmin edilməmişdir. Qərarda həmçinin uyğunsuzluq aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququnun olması izah edilmişdir. Əvvəla qeydiyyat şöbəsi mövcud qətnaməni icra etmişdir. Qətnamədə uşağın doğum aktında ana qrafasında adda dəyişiklik edilməsi göstərilmədiyindən qeydiyyat şöbəsinin bunu etməsi mümkün deyildir. Bu səbəbdən də hakimin «uyğunsuzluq» kimi qeyd etdiyi halın aradan qaldırılması imkansızdır. Qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası almaq məsələsində onun övladları ilə övladlığa götürənlərin eyni hüquqa malik olmasını müəyyənləşdirir. Cavabdehin müraciəti təmin etməməsinə dair məktubundan və hazırkı qərardan aydın olur ki, əsas kimi yalnız uşağın şəxsiyyət vəsiqəsində ana qrafasında övladlığa götürənin adının qeyd edilməməsi göstərilmişdir. Halbuki, bu halın ailə başçısına itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olması qanunvericilikdə əks olunmamışdır. Övladlığa götürülənin əvvəlki soyadı və ata adının saxlanılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu hal övladlığa götürmənin mövcud olmaması və ya icra edilməməsi anlamına gəlməməlidir. Bu isə cavabdehin iddiaçının müraciətini əsassız olaraq təmin etməməsini və işə baxan hakimin qeyd olunan maddi hüquq normalarını pozmasını göstərir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 Şirinbacı Əjdər qızının övladlığına verilmiş, bununla bağlı Masallı rayon qeydiyyat şöbəsində xx xxxx 2013cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Övladlığa götürən X6 xx xxx 2013-cü il tarixdə vəfat etmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş X4 iddiaçının qəyyumluğuna verilmişdir. Bundan sonra iddiaçı, X4na ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh **********35 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və bildirilmişdir ki, X8 adına Masallı rayon qeydiyyat şöbəsindən verilmiş 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə övladlığa götürən X6 olduğu, lakin onun AZE N11518260 saylı şəxsiyyət vəsiqəsində anası İddiaçı yazıldığı üçün X9 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş materiallarında 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə X8 X3 övladlığına verildiyi qeyd olunsa da, AZE seriyalı N11518260 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 anası İddiaçıdir. Təqdim edilən sənədlər arasında uyğunsuzluq olduğuna görə məhkəmə hesab edir ki, X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən, övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən, məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1 və 14.1.1 -ci maddələrinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, hazırkı iddianın təmin edilməsi üçün iki şərtin mövcudluğu vacibdir: 1) X4nun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsində nəzərdə tutulan ailə üzvləri kateqoriyasına aid olması; 2) övladlığa götürən mərhum X3 pensiya hüququnun olması. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, övladlığa götürən X6 olduğu halda, X4nun şəxsiyyət vəsiqəsində anası İddiaçı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X4nun mərhum X6 tərəfindən övladlığa götürülməsi işin mübahisəsiz halıdır. Mübahisə edilən hal övladlığa götürənin övladlığa götürülənin şəxsiyyət vəsiqəsində onun anası kimi yazılmamasıdır. Halbuki, uşaq yeni soyad verilmədən və valideynlərin adı dəyişdirmədən də övladlığa götürülə bilər. X14 da övladlığa götürülərkən soyadı və valideynlərinin adı dəyişdirilməmişdir. Göstərilən hal, qanunvericiliyin tələblərinə zidd olmadığından, X4nun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1 və 16.1-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olmasını istisna etmir. X4 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olduğundan, hazırkı halda, övladlığa götürən mərhum X3 pensiya hüququnun olub-olmaması müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş (səh.113) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialı tərəfindən verilmiş **********2 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X6 vəfat etdiyi xx xxx 2019-cu il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsindən yaşa görə 237 manat 21 qəpik ömürlük əmək pensiyası almışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, X4nun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1 və 16.1-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olduğundan və X3 pensiya hüququ olduğundan, X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı gündən, yəni xx xxx 2019-cu ildən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X9 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-148/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-148/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver