Məhkəmə qərarları › İş №2-1(105)-148/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-148/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-148/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin NN oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-2806/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.N969-cu il tarixdə anadan olmuş, xx.xx.N987-ci ildən xx.xx.NN-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdə onun xx.xx.NN-ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələri tərkibində hərbi xidmət keçməsi barədə qeyd vardır.

3. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-2546 saylı arayışdan görünür N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamında olan N nömrəli hərbi hissənin giziri İddiaçı bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır (əsas: § N3, səh. 2 sıra N3, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик групп обслуживание AB" yazılıb), N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 4 №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı xx.xx.N2-ci ildən qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, əmrdə adı tam və atasının adı yazılmamışdır), N nömrəli hərbi hissə komandirinin 2N noyabr N2-ci il tarixli 58 №-li əmrində gizir İddiaçı xx.xx.N2-ci ildən döyüş əməlliyatlarında aviasiya texnikasına qulluq üçün Dəllər aerodromuna getməsi barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi “ст.механик групп обслуживание AB” yazılıb); N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 66 №-li əmrində gizir İddiaçı Dəllər aerodromundan qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N, səh. 39, sıra N0, əmrdə adı tam və atasının adı yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N8 dekabr N2-ci il tarixli 76 №-li əmrində gizir İddiaçı müalicə almaq üçün Bakı şəhərinə Mərkəzi hərbi hospitala getməsi barədə məlumat vardır (əsas: səh. 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi "ст.механик по ПМК” yazılıb).N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 2 №-li əmrində gizir İddiaçı Mərkəzi hərbi hospitaldan müaliədən qayıtması barədə məlumat vardır (əsas: § N, səh. N, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механиҝ по ПМК” yazılıb); N nömrəli hərbi hissə komandirinin N4 yanvar N3-cü il tarixli 9 №-li əmrində gizir İddiaçı müalicə almaq üçün Bakı şəhərinə Mərkəzi hərbi hospitala getməsi barədə məlumat vardır (əsas: səh. 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик по ПМК” yazılıb).N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 35 №-li əmrində gizir İddiaçı Mərkəzi hərbi hospitaldan müaliədən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, səh. N9, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик по ПМК” yazılıb); N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 77 №-li əmrində gizir İddiaçı xx.xx.N3-cü ildən aviasiya texnikasına qulluq üçün Şəmkir rayonu Dəllər stansiyasına N nömrəli hərbi hissəyə ezamiyyətə getməsi barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N2 may N3-cü il tarixli 84 №-li əmrində gizir İddiaçı Dəllər aerodromunda, N nömrəli hərbi hissədən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, səh. 2, sıra 5, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N7 iyul N3-cü il tarixli N26 №-lİ əmrində gizir İddiaçı aviasiya texnikasına qulluq üçün Şəmkir rayonu Dəllər stansiyasına ezamiyyətə getməsi, N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli N35 №-li əmrində gizir İddiaçı Dəllər aerodromundan qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N, səh. 28, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli N87 №-!i əmrində uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etdiyi üçün gizir İddiaçı oktyabr N3-cü il üçün 2 (iki) koffisent ödənilməsi barədə məlumat vardır (əsas: § N, səh. 28, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır).

4. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, Müdafiə Nazirliyinin katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2546 nömrəli arayışına əsasən 409, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N969-ci ildə Quba rayonu Püstəqasım kəndində anadan olmuşdur. xx.xx.N987-ci ildən xx.xx.NN-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.NN-ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuşdur. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N saylı hərbi hissə komandirinin əmrləri əsasında döyüş tapşırığı icra edən müxtəlif hərbi hissələrə ezam olunaraq, xidmət etmişdir. Ezamiyyətdə və hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hospitalda müalicədə olmuşdur. Qeyd olunan dövrdə o, Şəmkir rayonunun Dəllər aerodromunda (N saylı hərbi hissə) döyüş xidməti keçmiş, hərbi aviasiya təyyarələrinə, texnikasına və qurğularına texniki xidmət etmişdir. Bu barədə arxiv sənədlərində məlumat var. Lakin Müdafiə Nazirliyinə Veteran vəsiqəsi və adının verilməsi barədə müraciətlərini müsbət cavablandırmamışdır.

7. Cavabdeh iddiaya etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə istinad edərək göstərmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Mərkəzi Arxivin 22 aprel 2022-ci il tarixli 4/2-2546 nömrəli arayışına əsasən iddiaçı 409, N və N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Həmin hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 27 may 2022-ci il tarixli qərarı ilə məhz bu əsasla iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Etirazda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin NN oktyabr 2022-ci il tarixli, 2-N(NN8)- 2806/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəmkir rayonu döyüş əməliyyatlarının aparıldığı bölgə olmamışdır və orada yerləşən N saylı hərbi hissə birbaşa göyüş əməliyyatlarında iştirak etməmişdir. Yəni iddiaçı N saylı hərbi hissəyə ezam olunsa da, həmin hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmadığından bu hal iddiaçıya müharibə veteranı verilməsi üçün əsas hesab edilə bilməz.

10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, 409, 422, N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Sual olunur ki, bu hərbi hissələr döyüşdə iştirak etməmişdirsə o və döyüş yoldaşlarına ikiqat əmək haqqı niyə görə verilib? Təqaüdə çıxanda bir il iki il hesab olunur. Ad və soyadda səhv yazılırsa onun günahı onda deyil. İddiaçı şikayətində daha sonra göstərir ki, cəbhə bölgəsi quru qoşunları gedən döyüş bölgələri sayılır. Aviasiya isə döyüş bölgəsində yerləşə bilməz. 44 günlük Vətən müharibəsində Dəllər və Kürdəmir aerodromlarında döyüş tapşırığını yerinə yetirən hər bir hərbiçiyə Vətən Müharibəsi iştirakçısı və veteran adı verilib. Onunla bir yerdə xidmət edən N-ci Qarabağ müharibəsində iştirak edən döyüşçü yoldaşlarına da veteran adı verilib.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

16. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-N(N05)-8N6/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.

21. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezam olunması və hərbi aerodromda təyyaralərin döyüş vəziyyətinə gətirilməsi və bombaların yerləşdirməsinə istinad etmişdir.

22. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 409, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əsas xidmət yeri Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N saylı hərbi hissə olmuşdur. İddiaçının Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezam olunması öz təsdiqini tapmışdır. Lakin Şəmkir rayonu döyüş əməliyyatlarının aparıldığı bölgə olmamışdır və orada yerləşən N saylı hərbi hissə birbaşa döyüş əməliyyatlarında iştirak etməmişdir. Yəni iddiaçı N saylı hərbi hissəyə ezam olunsa da, həmin hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmadığından bu hal iddiaçıya müharibə veteranı verilməsi üçün əsas hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın N5-ci bəndində istinad edilən Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir ki, iddiaçının da hərbi xidməti ilə bağlı təqdim olunmuş sənədlərlə onun qeyd edilən kateqoriyanın hər-hansı birinə aid olması müəyyən olunmur.

26. Göründüyü kimi Əsasnaməyə əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır.

27. İş materiallarında olan sənədlərlə iddiaçının ezam edildiyi N saylı hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə olması öz təsdiqini tapmadığından iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi hallar ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz.

28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin NN oktyabr 2022-ci il tarixli, 2-N(NN8)-2806/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar